Məzmuna keç

hiss

Wiktionary saytından
İsim Tək Cəm
Adlıq halı hiss hisslər
Yiyəlik halı hissin hisslərin
Yönlük halı hissə hisslərə
Təsirlik halı hissi hissləri
Yerlik halı hissdə hisslərdə
Çıxışlıq halı hissdən hisslərdən

azərbaycanca: hiss

Mənalar :

  1. Bax: duyğu. [Rüstəm bəy Sofya xanıma:] Hiss təbiət zəkasının təzahürüdür, təbiət istədiyini hiss vasitəsilə görür. Çəmənzəminli. Səbrlə, tədbirlə ölçüb-biçmədən; Ağla güvənmədik, hissə güvəndik. B.Vahabzadə. Görən doğrudanmı insan qəlbinin; İncə hisslərinə toxunmur şeir? M.Araz. _ Hiss etmək – bax duymaq. Aclıq hiss etmək. – Əri Cavad tamam qışı xəstə yatıb, indi isə qıçlarında bir qədər qüvvət hiss edib dedi.. Ə.Haqverdiyev. [Əminə:] Heyrətindən şillənin ağrı-acısını belə hiss etmədi. Ə.Əbülhəsən.
  2. məc. Sevgi, məhəbbət. Hadisə Qadiri elə çaşdırmış, ruhunu və qəlbini elə sıxmışdı ki, elə bil, o gözəl qıza olan hissi və duyğuları da indi onun yadından çıxmışdı. Ə.Əbülhəsən.
  3. Öz duyğuları, təəssüratı əsasında bir şeyi apaydın, həssaslıqla qavrama, dərketmə bacarığı. Gözəllik hissi. – Güman olunmasın ki, Münəvvər xanımda qadınlara xas olan qısqanclıq hissi zəif idi. Mir Cəlal. _ Hissə qapılmaq – bax hissiyyata qapılmaq (“hissiyyat”da). Şirzad hissə qapılan, yəni, Salmanın dediyi kimi, qəlbən şair idi. Hissə qapılanda da ürəyi yaz səhərinin üfüqləri kimi açılırdı. M.İbrahimov. [Səlim:] Hissə qapılmaq məndə də var, Zərnişan! B.Bayramov.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]