Məzmuna keç

indi

Wiktionary saytından

azərbaycanca: indi

Mənalar :[1]http://azerdict.com/izahli-luget/indi

    1. Hazırda, bu anda, hazırkı vaxtda, bu saat, əlan. İndi gəldi. İndi gedəcəyəm. Görəsən, indi o haradadır? – Dağlar, sənin ilə həmdəm olmadım; Əsirgərsən indi qarı da məndən. Qurbani. Dedi xatun ki: – Söylə, ey fərzənd; Noldu kim, olduq indi dövlətmənd? M.Ə.Sabir. // Bu saat, tez. Sel axar, mələr gələr; Dağ-daşı dələr gələr; Düşmən gəldi, indi gör; Başıma nələr gələr. (Bayatı). [Əsgər Gülçöhrəyə:] ..İndi sən get evə, yoxsa bizi görərlər, xudahafiz. Ü.Hacıbəyov. İndi nazirlər qarşı-qarşıya oturmuşdu. S.Hüseyn. // Əvvəlki vəziyyətə, şəraitə, keyfiyyətə qarşılıq mənasında. İndi mən o adam deyiləm. İndi o çox ağıllanmışdır. İndi adam lazımdır ki, bu işi boynuna götürsün.
    2. Başqa mətləbə, mövzuya, məsələyə keçdikdə işlənir. İndi o biri söhbətə keçək. İndi mən sizi yeni əsərlərlə tanış edəcəyəm. ◊ İndi də – 1) hələ də. [Səmirə:] Bu zəifliyim üçün indi də özümü danlayıram. M.Hüseyn; 2) indi, bu dəfə. İndi də onun sözlərində elə bir məna görməyən qızlar cavab qaytarmadılar. İ.Hüseynov. İndi ki – bir halda ki, madam ki, əgər. İndi ki sən gedirsən, mən getmirəm. – [Yaşlı kişi:] İndi ki sən sözündə israr edirsən, get, özünü imamın qəbrinə bağlayıb, Çopur üçün ağla, – dedim. S.Hüseyn. [Gülçöhrə:] Ay ata, indi ki sən istəyirsən mən ərə gedim, qoy onda öz istədiyimə gedim. Ü.Hacıbəyov. indi-indi zərf Yenicə, təzəcə, lap bu saat. Tamaşaçılar indi-indi zala yığılmağa başlamışlar. – Məryəm indi-indi oxumuş, irəliləmiş bir cəmiyyət qızı idi. C.Cabbarlı. Camaat indi-indi dağdan-daşdan qayıdır. Ə.Məmmədxanlı. İndi-indi atasının təklifi .. [Rübabəni] odlandırır, təhqir edirdi. Mir Cəlal.

Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]