Məzmuna keç

qoşa

Wiktionary saytından
  • azərbaycanca: qoşa

Mənalar :

  1. Cüt, iki dənə, bir cüt. Qoşa qala qapısı. Qoşa buynuz. Qoşa tir. // Yanyana duran. Hətəm qoşa qarağacın dibinə düşən kölgəyə baxırdı. Ə.Əbülhəsən.
  • azərbaycanca: qoşa

Mənalar :

  1. İkisi bir yerdə, ikisi yan-yana; birgə, bərabər, birlikdə, bir yerdə. Biz oraya qoşa getdik. – Rüxsarə heç bir vəchlə Rizvanla Tamaranın qoşa gəzmək xəbərini ürəyinə sığışdıra bilmirdi. S.Rəhimov.
  • azərbaycanca: qoşa

Mənalar :

  1. İki. Qoşa qardaş. Qoşa bacı. – Yavaş-yavaş bölmələrin qoşa adamlıq səngərləri ümumi bir əlaqə yolu ilə birləşməyə başlayırdı. Ə.Əbülhəsən. // Əkiz, bir yerdə doğulmuş. qoşa-qoşa zərf Cüt-cüt, iki-iki. Qoşaqoşa gəzmək. Qoşa-qoşa durmaq. – Gülbala və Abdal aşıqları sədəfə tutulmuş sazlarını dınqıldadaraq qoşa-qoşa kallayının bu başından o başına gedir, gah durub bayatı deyir, gah süzürdülər. Çəmənzəminli.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]