Çin mifologiyası

Çin mifologiyası — Çin xalq və mədəniyyətinin topladığı əfsanəvi miflər, inanclar və tarix anlayışlarının cəmi. Oksfordun Asiya mifologiyasına aid bir lüğəti Çin mifologiyasını belə təsvir edir:

Çin mifologiyası tarix, əfsanə və mifin qarışmasıdır. [1]

Çin mifologiyasına müxtəlif siniflərdən insanların, coğrafi bölgələrin, günümüz də daxil olmaqla tarixi dövrlərin və müxtəlif etnik qrupların ənənələrində rast gəlinir. Çin, bir çox mifoloji ənənələrin, o cümlədən Han və onların Huaşya sələflərinin, eləcə də Tibet mifologiyasının, Türk mifologiyasının, Koreya mifologiyasının və digərlərinin mənbəyi hesab olunur.[2] Bununla birlikdə, Çin mifologiyasının öyrənilməsi Çin dilindəki detallara diqqət yetirməyə təkan verir.

Mifologiyanın çox hissəs ekzotik mifoloji yerlərdə və ya müxtəlif zamanlarda baş verən, fantastik insanlar və varlıqlar ilə dolu həyəcanverici hekayələri, sehrli güclərin istifadəsini əhatə edir. Bir çox mifologiyalar kimi, keçmişdə Çin mifologiyasının, ən azı bir qisminin, tarixin faktiki qeydi olduğuna inanılırdı. Çin folkloru ilə yanaşı, Çin mifologiyası da Çin xalqının dininin mühüm bir hissəsini təşkil edir.

Çin mifologiyası, yaradılış mifləri, xalq rəvayətləri ilə folklor elementləri, tarixi hadisələrlə qarışıq bir mif quruluşu, əfsanəvi, ilahi padşahların siyahısı ilə nəzərə çarpır. Bir çox mif kainatın kosmologiyasını, onun tanrılarını və insanlarını və yaradılışı əhatə edir. Bəzi miflər tarixdən əvvəlki dövrlərin xronologiyasını təqdim edir. Məsələn, bunlardan biri insanlara ev tikməyi, bişirməyi və ya yazmağı və ya onların etnik bir qrupun və ya sülalə ailəsinin əcdadı olduğunu öyrədən bir mədəniyyət qəhrəmanıdır. Mifologiya adətlərlə sıx əlaqəlidir.

Mifin Çin mədəniyyətindəki yeri və Çin mifologiyası

redaktə
 
Quyunun ruhu

Çin mifologiyasına aid ilk müasir tədqiqatların nəticəsində yaranan ümumi rəy, Çin mədəniyyətinin digər mədəniyyətlərdən fərqli olaraq çox aşağı və təsirsiz bir mifologiyaya sahib olması istiqamətində idi. Bunun ən böyük sübutu isə Çin miflərinə aid istinadların qədim Çin yazılarında parçalanmış şəkildə tapılması idi.[3][4] Bu yazılarda bütövlükdə bir mifin varlığından danışmağın çətin olması ilə yanaşı, böyük mifik mövzular da nəzərə çarpmır.[4] Bundan əlavə, qədim Çin ədəbiyyatı izahdan və epik tondan qaçır (yəni epik rəvayətlər çox zəifdir). Hər nə qədər sonrakı dövrlərdə həyata keçirilən müxtəlif araşdırmalar yazılarda kosmologiya, dinfəlsəfənin mifologiyadan daha çox yer tutduğu və daha çox əhəmiyyət kəsb elədiyi nəticəsinə gəlmiş və dinin bir mədəniyyətin mifologiyası olmadan da yarana bilməsi mümkün olsa belə, bu, Çin dini düşüncəsində ümumiyyətlə mifologiyanın olmadığını, yəni Çin mifologiyasının mövcud olmadığını və ya zəif olduğunu ifadə etmir.[3] Xüsusilə, son zamanlarda bir çox mütəxəssis müxtəlif araşdırmalarla Çin mifologiyasının mövcud olmadığı və ya Çin mədəniyyətində mifik ünsürlərin olmaması kimi fikirləri tənqid etmiş və bunun həqiqətə uyğun olmadığı izah etmişlər.[4][5][6] Çin ədəbiyyatı və dili mütəxəssisi Eni Birrel, Çin mifologiyasının olmaması fikrinin geniş yayılmasının əsas səbəbinin, "Ənənəvi Çinin Konfutsi imperial ideologiyası"nın məşhur dini ifadələrə və miflərə çox dəyər verməməsi və bu ön mühakimənin Maarifçilik dövrü zamanlarında avropalılar tərəfindən qəbul edildiyini iddia etdi.[6][7] Bundan əlavə, Birrell Çin mifologiyasının orijinal mənbələrdə parçalanmasının problem olmadığın, əksinə, mifoqraflar və digər mütəxəssislər üçün müsbət hal ola biləcəyini iddia etdi. Çin mifologiyasının mütəxəssisi Norman J. Krardotun şikayət etdiyi parçalanmış mif yazılarının, Çin mifologiyasının Yunan və Roma mifologiyasından fərqli müsbət və konstruktiv tərəfinin olduğunu iddia edir.[6]

Çin mifologiyasında başlanğıc və sonlar böyük əhəmiyyət daşıyır. Bu, müxtəlif yaradılış miflərindən (kosmoqoniyalardan) və hadisələrin, ixtiraların və canlıların həyatının başlamasına aid danışılmış bir çox miflərdən məlumdur.

Çin mifologiyasındakı digər vacib elementlərdən biri də dünyəvi fəlakətlərdir. Bundan əlavə, sonrakı dövrlərə doğru ağırlıq qazanan bir başqa məsələ də ideal idarəçi fikridir və Çin mifində ideal idarəçi, imperator fikri və bunlarla əlaqədar miflər çox böyük əhəmiyyət daşıyır.[3] Qədim dövrlərdə heyvan-ata fikri, qəbilə vurğusu geniş yayılmış olduğu halda daha sonrakı dövrlərdə tanrılar, insanlar və heyvanlar müəyyən bir nizama salınmış və bir-birlərinə köhnə dövrlərə nisbətən daha yad və müxalif bir mövqeyə gətirilmişdir. Bu miflərin xarakteri sonrakı dövrlərdə fəlsəfi yüksəlişdən sonra üstünlük təşkil edən fəlsəfi fikrə uyğunlaşdırılsa da, müxtəlif fəlakət miflərinin mövcudluğu və qəbilələrin yaranması məlumdur. Sonrakı dövrün bir fərqliliyi də xaosdan nizama keçid motivinin xaos ilə əlaqələndirilmiş motivlərlə nizam və ahəng ilə əlaqələndirilmiş motivlərin arasındakı döyüşə edilən vurğular, Tanrıya inamı olmayan müxtəlif inanclar və kozmoqonik yanaşmaları əhatə etməsidir.Sitat səhvi: </ref> teqi üçün bağlanma <ref> yoxdur

Mifoloji və yarı-mifoloji xronologiya

redaktə

Mifoloji və yarı-mifoloji xronologiyaya insanlar tərəfindən dünyanın və insanların yaradılması, bəzən daşqınlar və hakim sülalələrin inkişafı kimi müxtəlif mədəni inkişafların mifik təsvirləri daxildir. Erkən sülalələr haqqında bir çox mif və hekayə nağıl edilib, lakin daha doğru tarixi ədəbiyyatın Qin sülaləsindən başladığı iddia olunur.

Zaman və təqvim mifologiyası

redaktə

Zaman və təqvim mifologiyasına on iki bürc heyvanı və illər, gün və ya saatlar üçün qəyyum təyin olunmuş müxtəlif ilahilər daxildir.

12 bürc heyvanlarına gəldikdə isə onların dəqiq quruluşu bəzən bir az fərqlidir. Əsas prinsip etibarilə heyvanlar sıra ilə bir ildə bir dəfə, yəni hər ay bir heyvan o ayın simvolu seçilirdi.

Bəzi mənbələr

redaktə
 
Şan Xay Tszin kitabından ilahə təsviri. Nüva (Nüwa)
 
Şan Tszin Çu-dan Veyxe çayının xəritəsi
 
Şijinin ilk səhifəsi.

Arxeoloji və tarixi tapıntılarla yanaşı, bir çox qədim Çin mətnləri Çin mifologiyası haqqında məlumat verir və Çin mifologiyasına aid məlumatların çoxu bu əsərlərdən gəlir. Bunlardan bəziləri:

  • Şan Xay Tszin, yəni "Dağ və Dəniz Klassikası" qədim Çində mifləri, cadu və dinləri ətraflı izah edən bir ədəbiyyatdır. Kitabda coğrafi, tibbi, tarixi məzmunlarla yanaşı həm də adət və etnik növzular da mövcuddur. Digər yazılarda qeyd olunmayan bir çox mifik fiqur bu əsərdə qeyd olunur, bəzi miflərin fərqli variantlarını ehtiva edən əsər, klassik Çin mifologiyasının böyük bir hissəsini ətraflı şəkildə özündə əks etdirir.[6]
  • Şan Tszin Çu, yəni "Su Klassikasına dair izahlar", daha qısa əsər olan Su Klassikasının (Shui Jing) izahı və şərhi olaraq yazılmağa başlandı. Lakin zaman keçdikcə sıx coğrafi, tarixi məzmuna və bunlarla əlaqəli rəvayətlərə görə əsər öz-özünə məşhurlaşdı.
  • Heyan Çuan və ya "Qaranlıq dastanı" Xubeydəki Şennonqjia dağlıq bölgəsində məskunlaşmış Han millətinin bir icması tərəfindən qorunan və dastanlar şəklində yazılan əfsanələr toplusudur.[8]
  • İmperiyanın tarixi sənədləri və fəlsəfi yazılar: Şiji, Şanqşu, Liji, Lüşi Çunku və s.[9]

Çin mifologiyasını araşdıran müxtəlif elm adamları fərqli mənbələrdən olan mətnləri daha vacib hesab edilər. Məsələn, Çin ədəbiyyatı və dilinin mütəxəssisi Anne Birrell, Çin mifologiyasının girişində Çu Ci antologiyasında yazdığı və Qu Yuan (müəllif) ilə əlaqələndirilən Çin İlahi Suallarını (Tian Wen) Çin mifologiyasını öyrənmək üçün ən vacib mənbə olduğunu iddia etdi.[10] Digər bir alim, Çin tarixi mütəxəssisi Suzanne Cahill, Birrellin fikrini tənqid edərək, Birrellin Çin mifologiyasına dair kitabında Shan Hai Jing-in geniş şəkildə istifadə edilməsinin Şan Hai Jing-in Çin mifologiyasına üstünlük verməsinin təzahürü olduğunu iddia etdi.

Yaradılış mifləri

redaktə
 
Pan Qu (Panqu)

Çin mifologiyasında bir çox fərqli yaradılış mifi var.[6] Bu miflər xarakterləri və fərqli dini meyilləri baxımından bir-birlərindən fərqlənir. Ancaq bunların hamısının müəyyən mövzuları var: xaosdan nizama keçid, ikinci kainat modelinin nizamla ortaya çıxması və İn və Yan.

Eramızdan əvvəl II əsrin ortalarından etibarən Huai Nan Zi mətnində iki tanrının kainatı necə yaratdığını izah edən bir yaradılış mifi mövcuddur.[11] Bu iki tanrının adları verilmir, xaosdan çıxan tanrılar yer və səmanı yaradır və özləri də İn və Yanı yaradırlar.

Çin mifologiyasındakı başqa bir yaradılış mifində heç bir tanrıdan bəhs edilmir. Bu mifə görə isə əvvəlində nə bir tanrı, nə də tanrıya bənzər bir şey yoxdur;[11] yalnız çox böyük bir su buxarı var. Zamanla bu bulud xaotik və amorf vəziyyətdən nizamlı və formalı vəziyyətə keçir, fərqli təbiətə sahib olan kainat modelinin əsasını təşkil edən yin ilə bir atəş yaradır.

Çin mifologiyasındakı ən tanınmış və özündən əvvəlki bir çox yaradılış mifinə qarşı hakimiyyət qazanmış yaradılış mifi Pan qu'yu (və ya Panqu) baş rolda göstərən bir yaradılış mifidir.[11] Eramızın 3-cü əsrində yaranan və digər miflərlə müqayisədə yeni olan bu mif, heç bir şeyin baş verməyəcəyi bir dövrdən, yalnız nəhəng bir yumurtanın içərisində qaranlıq və nəm şəklindəki xaosdan bəhs edir. Zamanla, yaradılış üçün lazım olan bütün elementləri ehtiva edən yumurta içərisində yaradıcısı Pan Qu böyüməyə başlayır. Böyümə prossesi başa çatdıqda isə Pan qu oyanır, yumurtanı qırararaq içindən çıxır. Bu zaman, yumurtanın içindəki yaradıcı elementlər ətrafa səpələnmişdir. İn əsaslı elementlər yeri yaradır, Yan əsaslı elementlər isə səmanı yaradır. Pan Qu bu ikisinin təkrar bir-birlərinə qarışmaması üçün aralarına keçir və səmanı daşıyaraq ikisini bir-birindən ayırır. Bir-birlərinə qarışırlarsa, təkrar xaosun ortaya çıxacağını düşünərək minlərlə il ikisini bu şəkildə ayrı tutar. Daha sonra göy ilə yerin tamamilə ayrıldığına inandığı vaxt, bu işini buraxır və istirahət üçün yerə uzanır. Ölən Pan Qu-nun bədəninin və varlığının fərqli hissələri təbii fenomenləri və coğrafi şəkilləri meydana gətirər: əl və ayaqları kvadrat olduğuna inanılan Dünyanın künclərini meydana gətirərkən, tərinin yağışları, nəfəsinin küləkləri, qanının çayları, gözlərindən birinin Ayı birininse Günəşi, bədəninin isə beş müqəddəs dağı meydana gətirdiyinə inanılar. Bu miflə əlaqəli bir nöqtə, yaradılışın bu ümumi mifini insanın yaranması ilə əlaqələndirir: Pan Qu-nun bədənindəki birələrin insanları meydana gətirir. Ancaq bu dəyişikliklər fərqli mənbələrdə fərqli şəkildə baş verdi .[12] Bir başqa mifdə isə Pan Qu-nun yaratdığı canlılardan heç birinin əqli qabiliyyətə sahib olmamasından təəssüfləndiyi və insanı palçıqdan əlləriylə yaratdığına və daha sonra qurumağa buraxdığına toxunular.[13] Bu hekayəyə görə Pan Qu insanları yaratmağa davam edərkən, axşam olduğunda, yağış yağmağa başlayır və Pan Qu hər nə qədər hələ qurumamış olan əsərlərini etibarlı bir yerə daşımağa nail olmuşdusa da bunların bir qisimi yağışdan ziyan görər. Bu zədələnmiş əsərlərin əlillərin əcdadları olduğuna inanılır.[13]

Böyük Tufan

redaktə
 
İlahə Nü Va ve tanrı Fu Xi-nin təsviri. İkisinin də ilan bədəninə sahib olduğuna inanılırdı.

Bir çox mifologiyada olan sel fenomeni, Çin mifologiyasında da öz yerini tutur.

Böyük bir tufanı mövzu alan bir mifdə Nü Va və həm qardaşı, həm də həyat yoldaşı olduğuna inanılan Fu Xi, əkinçinin övladlarıdır.[14] Əkinçi bir gün göy gurultusunu tutur və həbs edir. Bazara çıxmaq lazım olduqda, övladlarına nəyin baş verməsindən asılı olmayaraq göy gurultusuna su verməməyi məsləhət görür, ancaq ayrıldıqdan sonra qızı göy gurultusuna su verir. Buna görə həbs edildiyi yerdən bir anda daşaraq çıxan göy gurultusu iki qardaşa öz ağzından bir diş verir; Onlara dişi əkməyi buyurur. Evə qayıdanda fermer baş verənləri başa düşdü və böyük bir fırtınanın olacağını hiss edərək dəmir gəmi düzətlməyə başladı. Uşaqlar isə dişi əkirlər. Əkilən yerdən üzüm yarpağı törəyər və böyük bir su qabağı böyüyür. Su qabağının içini açan qardaşlar, içində əkdikləri dişə bənzər bir çox dişin olduğunu görürlər. Fırtına yaxınlaşdığında su qabağının içindəkiləri çıxarırlar və tam vaxtında su qabağına minirlər. Fermer isə bitirdiyi gəmisinə minir. Uzun müddət qasırğa davam edir və sular cənnətə qədər yüksəlir. Bu baş verdikdə əkinçi cənnətin qapısını döyərək cənnətdəkiləri qəzəbləndirər və cənnətdəkilər suyun bir anda çəkilməsini əmr edirlər və su çəkilir. Altlarındakı suyun bir anda çəkilməsi nəticəsində iki gəmi də bir anda yerə düşər. Fermerin dəmir gəmisi yerə çırpılır və parçalanır. Fermer ölür. Uşaqların içində olduğu yumşaq olan su balqabağı isə ehmalca yerə enir. Yer üzündəki qalan bu yeganə insanlar indi bacı-qardaşdır. Bu hadisədən sonra onlara "Fu Xi qardaşları" deyilir; Fu Xi Çin dilində su balqabağı mənasını verir. Bacı-qardaş evlənər və bacı hamilə qalar, bir ət parçası doğurur. Daha sonra ət parçasını kiçik hissələrə bölüb və bir kağıza bükürlər. Lakin əsən külək nəticəsində ət parçaları ətrafa dağılır. Bu ət parçalarından da insanlar meydana gəlir.[15]

Digər böyük bir daşqın mifi İmperator Yu ilə əlaqədardır. Bu mifə görə, Yu-nun atası, Xuanxe çayının daşması nəticəsində meydana gələn selə nəzarət etmək üçün Gun Yao tərəfindən təyin edilmişdi, ancaq 9 ildir problemi həll edə bilmirdi.[16] Bu səbəblə Şun tərəfindən öldürülür və Yu atasının yerinə gətirilir. Yu bir çox kanal və bənd inşa etdirir və çətinliklə keçən 13 il sonra sel problemi həll edilmiş olur. Şun, onu mükafatlandırır və ölərkən estafeti "Yu"ya buraxar. Böyük Tufanı nəzarət altına almasına görə onu Böyük Yu (大禹) olaraq xatırlayırlar. Həm də özündən əvvəlki imperatorlar kimi, İmperator Yu (帝 禹) olaraq da xatırlanır. Yuya aid bu povestlər klassik Şu Tzsinq və Şi Tzsinq kitablarının başlarında özlərinə yer tapmışdırlar.[17]

İdeal olan ve ideal olmayan imparator fikirləri

redaktə
 
Sarı İmperatorun təsviri.

Çin mifologiyasında və ümumiyyətlə mədəniyyətində ideal hökmdar fikri böyük əhəmiyyətə malikdir. Bu səbəbdən mif və tarixi faktların qarışıq olduğu ideal hökmdarların hekayələri Çin mifologiyasında mühüm yer tutur. Qədim Çin tarixçilərinin qeyd etdiyi üç mühüm imperatora (San Hanq [18]) "Üç Hökmdar" və ya "Üç İmperator" da deyilir [19]; onlar müqəddəs şəxsiyyətlərdir. Bu Üç hökmdardan ilki Fu Xi, Tai Haodur [20] və yaşadığı illər təxmini olaraq e.ə. 2900-cü illərdir. Tanrı tərəfindən Nü Va-nın yoldaşı və yaxud qardaşı olaraq bilinən Fu Xinin insanlara necə yemək bişirildiyini öyrədən ilahi hökmdar olduğuna inanılırdı. Tez-tez bir ilanın bədəninə sahibmiş kimi təsvir edilən bu hökmdar eyni zamanda köhnə tarixçilər tərəfindən ilk dəfə torla balıq tutan adam olaraq da yazılmışdır.[21] İkinci hökmdar isə kotanı icad etdiyinə inanılan, əkinçiliyin atası, Şen Nonq, Yan Didir. Özünə aid edilən dövr təxminən olaraq e.ə. 2800 olan bu hökmdar da ilahi mənşəyə sahib idi və bir insanın bədəninə sahib olmaqla yanaşı, başının quş başı olduğuna inanılırdı.[22] Bu üç hökmdardan sonuncusu, eramızdan əvvəl 2700-cü illərdə qədər yaşayan Ksian Yuan Hunq Didir.

Sarı imperator olaraq da yad edilən hökmdarın Çin xalqının atası olduğuna inanılırdı. Hikmətli bir imperator olan Hunq Dinin insanalara qayıq, ox və yay düzəltməyi öyrədən ilk insan olmaqla yanaşı yazının da atası olduğuna inanılırdı.[22] Çox vaxt bu 3 imperator "Üç Hökmdar" olaraq xatırlansa da, fərqli adlar olan "Üç Hökmdar" siyahılarına da rast gəlmək olar. Bəzi mənbələrdə "Üç Hökmdar"ın sırası ilə Fu Xi, Nü Va və Şen Nonq olduğu yazılsa da, başqa bir mənbədə 2-ci hökmdarın Suiren olduğu qeyd olunub.[18][23]

Çin mifologiyasında ideal hökmdar fikri üçün vacib olan başqa bir konsepsiya da Beş İmperator anlayışıdır [22] (Vu Di). Buna görə adı xatırlanan Beş İmperatorun ilki Sarı İmperator, digər dördü isə bu adlardır [18]:

  • Qao Yanq, Juan Şu (2500 頊) (e.ə. 2500-cü illər): Sarı İmperator ləqəbli Hunq Di-nin nəvəsi olduğuna inanılan imperatorun göylə yer arasındakı əlaqənin məhv edilməsini əmr etdiyinə [24][25] inanılmış və sərt bir hökmdar olaraq təsvir edilmişdir.
  • Gao Şin, Di Ku (24 嚳) (e.ə. 2400-cü illlər): Bir çox yeni çalğı alətin icad edilməsini [26] və Xuan Şu-nun qohumu olduğu güman edilir.
  • Yao, Tanq Di Yao (堯) (e.ə. 2300-cü illər): Yaonun sadə və təvazökar bir həyat sürdüyü düşünülür və xüsusiyyətlərinə görə Konfutsi tərəfindən nümunəvi bir hökmdar adlandırılmışdır.[27] Miflərin başqa bir tərəfi odur ki, idarə etməyə uyğun olmayan oğlu yerinə oğlu olmayan birini varisi elan edir.
 
İmperator Yao.
  • Şun, Yu Di Şun (舜) (e.ə. 2300-cü illər): Konfutsi tərəfdarları tərəfindən təriflənən və İmperator Yao-nun varisi olan başqa bir imperator. Donqyi kimi tanınan imperator Çini 12 əyalətə bölür.[28] Miflərə görə, cənnətdəkilər tərəfindən qorunurdu.

İdeal imperatordan əlavə, Çin mifologiyasına pis imperator fikrini özündə əks etdirən adlar da daxildir. Pis imperatorlara aid miflərin sonu çox vaxt kədərli bitir və beləliklə ilahi güclərin pis imperatorları cəzalandıracağı və imperatorların sonu olacağı fikri çin mifologiyasında öz yerini tapır. Müdrik hökmdarlardan sayılan İmperator Yaonun oğlu haqqında mif, imperator olmaq üçün uyğun olmayan bir xarakter və bu xarakterdəki varislər haqqında əhəmiyyətli bir mifdir. Mifə görə olduqca təvazökar və müdrik olan Yaonun oğlu və vəliəhdi Dan Xu atasından fərqli olaraq eqoist və çox pis bir əxlaqa sahib idi. Nökərləri çox çalışdırar və onlara həddindən artıq qəddar davranırdı. Davranışının bir nümunəsi olaraq qəribə bir hekayə izah edilir: Yao oğluna şahmat oyununu öyrətdiyində, Dan Ju normal bir şahmat taxtasında daşlarla oynamaq yerinə, böyük bir ərazini şahmat taxtası olaraq seçmiş, şahmat daşları yerinə də canlı fillərikərgədanları istifadə etmişdir.[29] Atası İmperator Yao onun uyğunsuz harəkətlərindən bezərək onu cənuba sürgünə göndərir, vəliəhd isə buna çox hirslənər və atasına qarşı müharibə elan edər. Ancaq miflərə görə, müharibədə çox təcrübəsiz olduğu üçün ordusunu itirir və məğlubiyyətə görə intihar edir.[29] Yenə də miflərə görə Dan Xunun ruhu bir quş halına gəldi və daha Ju adlanır, zəif idarə olunan ölkələrdə bir əlamət olaraq görünür. Yao Şunu özünün varisi olaraq seçir.[30] Çin mifologiyasında dominant və pis hökmdarlar və ya hökmdar namizədləri, mənəvi və ya əxlaqi pozğunluq etdikdə bu təkcə hökmdarın və ya vəliəhdin sonunu deyil, bütöv bir sülalənin sonunu gətirir.[31] Hökmdarın mənəvi və ya əxlaqi pozğunluğu və yersiz hərəkətləri müəyyən səviyyəni aşarsa, miflərə görə, ilahi qüvvələr meydana çıxır və bütöv bir sülalənin sonunu gətirir. Bu məzmunda ən vacib miflərdən biri Şan sülaləsinin sonuncu imperatoru Şou Jin haqqındadır. Miflərə və tarixi məlumatlara görə, Şou Jin zalım və qəddar olub. Ədəbiyyatda onların qəddarlığı ilə bağlı müxtəlif nümunələr var; məsələn, insanı kəsib anatomiyasını araşdırdırdığı qeyd edilmişdir.[32] Mənbələrə görə, nəticədə xalq və Şou knyazı imperatora üsyan edir və qalib gəlir; bu, Şou Jin kimi Şan sülaləsinin də sonu idi və Şou sülaləsi hakimiyyətə gəlir.[31]

Vacib tanrılar, ilahələr və qəhramanlar

redaktə
 
Taoizmdəki Trilogiya

Çin mifologiyası politeist bir quruluşa malikdir. Ancaq, bu quruluşa səbəb olan bəzi amillər ateist mənşəli ola bilər. Çin mifologiyasına böyük dərəcədə təsir edən və yerli Taoizmin baniləri əsərlərində heç bir tanrı və ya ilahi fiquru qeyd etməyib.[33] Ancaq bu dini və mistik cərəyanların ortaya çıxdığı və ya Çinə gətirildiyi bir vaxtda (məsələn, Buddizm Çinə gələndə), Çin xalqı artıq politeist inanclara sahib idi. Hər nə qədər sistematik bir şəkildə ələ alınmamış olsa və fərqli yerli icmalarda böyük fərqliliklər göstərsə də var olan politeizm dəqiq idi; beləliklə, zaman keçdikcə yeni dini və mistik cərəyanlar bu qüruru mənimsədilər və öz fikirləri əsasında sistemləşdirdilər.[34] Çox böyük bir iyerarxiyaya sahib olan Çin politeizmində imtahanlarda müvəffəqiyyəti gətirən tanrıdan, mətbəx tanrısına qədər çox müxtəlifliklər var. Müxtəlif əhəmiyyətli tanrıların altında, xüsusilə fərqli yerli bölgələrdə, bir çox sayda fərqli tanrıya inanılırdı. Həm də, eyni mövzuyla əlaqələndirilən birdən çox tanrı və ya ilahə var idi.

 
Quan Yu-nun Qo oyunu oynayarkən təsviri
 
Hou yi
  • Üç Saflıq (və ya Üç Saf, 三清) - Taoizmdəki trilogiya
  • Dörd İmperator (四 御) - Taoizmdəki səmavi padşahlar
  • İmperator Yudi (玉皇大帝, hər şey və hər kəsin hakimi)
  • Boşenq Dadi (中天 紫微 北极 大帝, ulduzların hökmdarı)
  • Lui Yan (勾陳上宫天皇大帝, tanrıların hakimi)
  • Dünyanın İmperatoru (后土 皇 地 祇)


  • Ji Vanqmu (西 王母, 王母娘娘) - Qərbin əsas kraliçası; əbədi həyatın sirrinə sahib olduğuna inanırdılar
  • Juan Nü (玄女) - Hunq Di (黃帝) Çi Yu (蚩尤) -ə qarşı kömək edən tanrı
  • Səkkiz Ölümsüz (八仙)
  • He Şianqu (何仙姑)
  • Çao Quoşi (曹國舅)
  • Li Tequay (鐵拐李)
  • Lan Caihe (藍采和)
  • Lu Donqdbin (呂洞賓)
  • Han Şianqzi (韓湘子)
  • Şanq Quolao (張果老)
  • Han Şonqli (漢鍾離)
  • Buddist mənşəli Tanrılar
    • Quan Yin (觀音) Mərhəmət ilahəsi (ilk mifologiyalarda Taoist ənənədə yer alır və Taoist adı budur: Ci Hanq Jen Ren 慈航 真人)
    • Xotey (彌勒菩薩) - Populyar Buddist tanrı; xoşbəxtlik və əmlak tanrısı
    • Kşitiqarbxa (地 藏 菩薩) - Ölülərin Xilaskarı.
    • Yanlou - Cəhənnəm hökmdarı (閻魔羅社 qısaldılmış adı , Sanskritcə Yama Raxa)
    • Dörd səmavi padşah - Dörd Buddist qoruyucu tanrı
    • Qautama Budda - (釋迦牟尼) - Bəzi insanlar tərəfindən tanrı olduğuna inanılır.
  • Ley Qonq - İldırım tanrısı
  • Quan Yu - Hərbi güc, müharibə və qardaşlıq Tanrısı
  • Şao Qonqminq (趙公明) - var-dövlət tanrısı
  • Bi fanq - atəş tanrısı
  • Sun Vukonq - Qərbə Səfər rəvayətindəki Meymun Kral
  • Matszu - Dəniz ilahəsi; cənnət kraliçası olaraq da tanınır (天后)
  • Tu Di Qonq - Torpaq tanrısı (və ya tanrıları)
  • Tam Kunq - Dəniz Tanrısı
  • Şu Ronq (祝融) - Atəş Tanrısı. Gong Gong'u məğlub etmişdir.
  • Çi You (蚩尤) - müharibə tanrısı, metal silah ixtiraçısı.
  • Da Yu (大禹) - Daşqınları idarə etmək üçün çayların axınını tənzimləyən tanrı
  • Hou Yi (后羿) - Günəşi vuran xilaskar oxatan qəhrəmanı
  • Çang E (嫦娥) - Hou Yinin həyat yoldaşı; Ay ilahəsi
  • Qao Yao - Ədalət və mühakimə Tanrısı

Çin mifologiyasında trilogiya

redaktə

Bir çox dinlərdə və mifologiyalarda görülən trilogiya hadisələrinə Çin mifologiyasında da rast gəlinir. Taoist ənənəsinə görə Üç Saf və Aydın olanlar, Üç Saf olanlar və Üç Saflıq olaraq adlandırılan üç ilahi fiqur hər şeydən əvvəl gəlir və ən vacib varlıqlardır. Bunlar: yaradılışın mənşəyi Yu-Çing (Kanton ləhcəsi: Yoc-Tsing), ilahiliyin və zənginliyin mənşəyi Şang-Çinq (Kanton ləhcəsi: Serng Tsing) və Dao və fəzilətlərin mənşəyi Tai-Çing (Kanton ləhcəsi). Yaradılışın mənşəyi olan Yu-Çingin isə başlanğıcda saf enerjidən ortaya çıxdığına, bu bir varlığın iki varlığa çevrildiyinə (səbəb olduğuna), iki varlığınsa üç varlığa çevrildiyinə (səbəb olduğuna) inanılar. Buradakı çevrilmə və ya səbəb xristian trilogiyasındakı səbəbə bənzəyir və bir növ insan çoxalmasına səbəb olan hərəkətdən fərqlidir. Taoist ədəbiyyata görə, Tao və fəzilətlərin mənşəyi Tai-Çinq zaman keçdikcə müxtəlif yollarla başqa bədənlərdə təcəssüm edərək insanlara həqiqəti öyrətməyə çalışdı. Taoizmdə, Taoizmin qurucusu olan Lao-Tszının da Tai-Çinqin təcəssümlərindən biri olduğu güman edilir.

İmperator Yudi

redaktə

Taoist ənənəyə görə cənnət başda olmaqla varlığın mövcud olduğu bütün məkanların (cəhənnəm daxil) hakimidir.[35] Çin mifologiyasındakı taoist panteonda əhəmiyyətli bir yerə sahibdir. Miflərə görə, əvvəlcə Yu Hanq Taoist trilogiyasındakı yaradıcı tanrı Yu-Çinqin müavini idi və sonradan Yudi, onun davamçısı olaraq seçildi və beləliklə Çin mifologiyasının panteonun baş tanrısı oldu. Yu Hanqa xidmət edən çox sayda tanrı və ilahə var; onlar dünyəvi işlərlə məşğul olur, Yu Hanq-a hesabat verərdilər. Çenq Hanq və Tu Di kimi şəhərlərlə əlaqəli tanrılar Yu Huanqa xidmət edən əsas tanrılardır.[36] Çin İmperatorunun da Yu Hanqın bir əlaməti olduğuna inanılırdı və hökmdarın uyğunsuz bir insanla və uyğunsuz davranışlar edərsə cəzalandırılacağına inanılırdı. İlk qəməri ayın doqquzuncu günü ad günün hesab olunan İmperator Yudi, Çin mifologiyasında əhəmiyyətli yerə sahibdir və Çin zodyakındaki 12 heyvanın seçilməsinə aid bir mifdən insanlığın yaradılışına aid miflərə qədər bir çox müxtəlif mifdə yer almışdır.

Səkkiz Ölümsüz

redaktə
 
Səkkiz Ölümsüz dənizi keçir

Çin mifologiyasında Taoist ənənəsinin başqa bir vacib elementi "Səkkiz Ölümsüz" olaraq adlandırılan səkkiz nəfər və onlarla əlaqəli miflərdir. Rəvayətlərə görə, bu səkkiz nəfər həqiqətən çox sadə insanlardır, lakin Taoizmin əsas ideyasını mükəmməl tətbiq etmişlər, həyatın mahiyyəti ilə mükəmməl birləşmiş və buna görə də onlara ölməzlik bəxş edilmişdir.[37] Səkkiz Ölümsüzlüyə aid ilk yazıların nə zaman meydana çıxdığı dəqiq bilinmir. Bununla birlikdə, ümumi inanc bu mifin 14-cü əsrdə meydana gəlməsi istiqamətindədir, bu da digər miflərlə müqayisədə olduqca gecdir.[38] Penqlay dağında yaşadıqları güman edilən [39] "Səkkiz Ölümsüz"ün əksəriyyətinin Tan və ya Sun imperiyası dövründə anadan olduğu deyilir.[40] Adı keçən Səkkiz Ölümsüzün aşağıdakı insanlar olduğuna inanılmışdır:

  • He Şianqu
  • Çao Quoşi
  • Li Tequay
  • Lan Caihe
  • Lu Donqdbin
  • Han Şianqzi
  • Şanq Quolao
  • Han Şonqli

Səkkiz Ölümsüzlükdən hansının ölümsüzlüyə ilk dəfə layiq görüldüyü mübahisəli olsa da, ümumiyyətlə ilk dəfə Li Tequaya ölümsüzlüyün bəxş edildiyi güman edilir.[41] Li Tequay topal idi [42] ; lakin anadangəlmə və ya sonrakı topal olub olmadığı mübahisəlidir. Yenə də, xüsusilə sonrakı dövrlərdə, ümumiyyətlə sonradan topal olduğu fikri məşhurluq qazanmışdır. Bu fikir bir mifə əsaslanır: ruhu Taoizmin banisi Lao-tszı bir çağırışı ilə bədənini şagirdinə tapşırır və yeddi gün ərzində geri qayıtmasa bədənini yandırmağı məsləhət görür, çünki bu müddət ərzində geri dönməsə, bir ruh halına gələrək kamilliyə qovuşar. Altıncı gün, anasının ölümcül xəstələndiyini öyrənən tələbəsi, ağasının yəqin ki, artıq kamala çatdığını düşünərək bədəni yandırdı; lakin, bu belə deyil və geri qayıdan Lao bədəninin külü ilə qarşılaşır. Sonra ona uyğun bir bədən axtararkən yeni ölmüş topal bir dilənçinin cəsədini görür və bu cəsədə yerləşir. Miflər Li Tequayın qüsurunu bu rəvayət ilə izah edir. Miflərə görə, dinc bir həyat yaşadıqdan bir gün sonra, Lao-Tszı Li Tequaya insan formasında gəlmiş və onu sınamışdır. Sınaqlardan uğurla keçən Li Tequaya əbədiyyət vermişdir.[43][44]

Oxçu Hou Yi

redaktə
 
Ay istiqamətində yüksələn Çanq`e (Hanq E) və Oxçu Hou Yi

Oxatan Hou Yi, daha sonraları Çin mədəniyyəti və folklorunda əhəmiyyətli bir qəhrəman olacaq şəxslərdən biri idi. Miflərə görə, əvvəllər 10 fərqli günəş var idi. Bunlar Şərq Cənnətinin tanrısı Di Jununun və Xi He ilahəsinin uşaqları idi.[45] Hər bir günəşin üzərində qarğa quşu var və bəzən günəşlər quşun köməyi ilə səmaya qalxır və dünyanı qızdırırdı.[46] Beləliklə, hər gün hər 10 nəfərdən biri iş görər, qalanları dincələcək və hər günəş də öz növbəsində dünyanı isitməli idi. Ancaq qeyri-müəyyən səbəblərə görə, İmperator Yao dövründə bu günəşlərin hamısı göyə qalxdı. Miflərə görə, on günəşin bir yerdə işıqlandırılması və dünyanı isitməsi tədricən tədarükü məhv edir və quraqlıq başlayır. Sonra İmperator Yao tanrıları çağırır və tanrı Di Jun, problemi həll etmək üçün ən yaxşı tanınan oxatan ölməz Yinin günəşləri oxla vurmasını təklif edir. Yi əvvəlcə problemi dinc yolla həll etmək istəsə də, sonrada dünyaya vurulan ziyan qarşısında dərhal hərəkətə keçmək istədi və günəşləri göydə daşıyan quşları 1 dənəsi qalana qədər tək-tək vurdu [45]. Beləliklə, əfsanəyə görə yalnız bir günəş qaldı. Lakin miflərdə oxatan Yinin macərası bununla kifayətlənmir; Tanrı Di Jun, Yinin məsələni sülh yolu ilə həll etmək və övladlarını yanına qaytarmaq əvəzinə öldürdüyünə görə çox qəzəblənir və Yinin ölümsüzlüyünü götürərək onu dünyaya məhkum edir. Yenidən ölümsüz olmaq istəyir və Qərbin əfsanəvi ana kraliçası Şi Vanq Munun yanına gedir. Şi Vanq Muya ölümsüzlük miksturası qarşılığında bir saray inşa edər və inşaatın sonunda kraliçadan tərkibində ölümsüzlük miksturası olan həb alır. Miflərə görə, Yi vətəninə qayıdarkən bəzi vacib və təcili işləri çıxır; Yi həbi evindəki rəfə qoyur və bu işlərlə məşğul olmaq üçün səyahətə çıxır.[47] Bir müddətdən sonra havanın yüngül bir parıltı ilə parıldatdığı həbi görən Yinin arvadı Henq E, həbi götürdü və onu araşdırmağa başladı, bu anda ərinin ayaq səslərini eşitdi və həyəcanlanıb həbi uddu. Böyük bir parıltıdan sonra Henq E ölümsüzlüyü əldə edir, göyə qalxır və Aya çatır. Çin mifologiyasında daha sonra Henq E-nin adı Çanq E olaraq dəyişdirildi və ay tanrıçası olaraq yad edildi.[48] Bu nöqtədən sonra hekayə fərqli miflərdə fərqli formalarda keçir. Bəzilərində Yi heç vaxt ölümsüzlük qazanmır və nəticədə fani bir şəkildə ölür [49], digərlərində tanrılar ağlayışlarına və kədərlərinə görə ona mərhəmət edir və onu günəş tanrısı halına gətirirlər.[48] Beləliklə Henq E-nin, Ay ilə təmsil etdiyi İn, Yinin, Günəş ilə təmsil etdiyi yan vasitəsilə bir tarazlığa salınaraq İn və Yan yaranır.[48]

Beş element

redaktə
 
Şennonq Yan Di

Vu Şinq (五行, pinyin: wǔxíng), yəni, "Beş Element" Çin mifologiyası və mədəniyyəti baxımından çox vacib bir anlayışdır. Beş element anlayışı bütün təbiət hadisələrini və bir-birlərinə münasibətlərini izah etmək üçün istifadə olunur və Çin mədəniyyətində aparıcı rol oynayan kosmologiya və fəlsəfə üçün çox vacib olduğu kimi, mifdə də mühüm yer tutur. Çin mədəniyyətinə görə, bu beş element aşağıdakılardır:

  • metal (金; pinyin: jīn)
  • taxta (木; pinyin: mù)
  • su (水; pinyin: shuǐ)
  • od (火; pinyin: huǒ)
  • torpaq (土; pinyin: tǔ).

İki balans dövrü olduğuna inanılır; biri yaradılması, digəri məhv dövrüdür. Yaratma dövrünə görə: taxta odu bəsləyər, atəş torpağı (külü) yaradır, torpaq metalı doğurur, metal suyu toplar, su da taxtanı bəsləyər. Dağıdılması dövrü belədir: taxta torpağı tərk edir, torpaq suyu udur, su odu söndürür,od metalı əridir və metal taxtanı kəsir.

Yaradıcı Pan Qu haqqında bir yaradıcılıq mifində Pan Qunun Beş Elementdən doğulduğu bildirilir. Bu mifə görə, doğulduqdan sonra Pan Qu, çəkic və çisel köməyi ilə Yer və Cənnəti yaratdı.

Qədim mənbələrdə mif kağıza köçürülərkən, Hunq Dinin suyu istifadə edərək, Yan Dinin isə atəşi istifadə edərək savaştığına toxunular və bu mif içərisində əhəmiyyətli bir yerə malikdir.[50] Nəticədə döyüşü su qazanar və qalib Hunq Di olur.[51] Mənbələrdə Hunq Dinin daha cavan olduğu yazılır. Döyüşdə məbluğ olan Yan di isə cənuba qaçır.

Əfsanəvi varlıqlar

redaktə
 
Fei Lianın təsviri ile bəzədilmiş gümüş qab.
 
Fenq Hunqun təsviri ile bəzədilmiş gümüş qab

Çin mifologiyasında bir çox fərqli varlıq var. Bunlar ümumiyyətlə bir çox fərqli heyvanın görünüşünü özündə birləşdirən hibrid canlılardır. Hibrid məxluqların ən məşhur nümunəsi qilin (və ki-lin) adlı mifik məxluqdur. Qilin fərqli heyvanların fərqli hissələrinə sahib olan bir heyvandır.[52] Qilin yaxşılığın və şansın əlaməti hesab olunur. Çinlilər hesab edirlər ki, Qilin yalnız müdrik və xeyirxah bir hökmdarın olduğu dövrdə və ya bu böyük liderlərin öldüyü və ya doğulacağı dövrdə görünə bilər. (Last ref) İnanclara görə mütəfəkkir Konfutsi, anadan olduğunda bir gilin görsənmişdir. O dövrdə Çin xalqının bilmədiyi bir heyvan olan zürafə də Çin İmperatoruna hədiyyə olaraq ilk dəfə göndərildikdə, bir qilin olaraq adlandırılmışdır.[53] Hibrid canlıların başqa bir nümunəsi küləklərin hökmdarı Fei Liandır (飞 廉). Öküz başı olan Fei Lian-ın qanadları var və tez-tez ilan quyruğu ilə təsvir olunurdu.[54]

Çin mifologiyasının ən başlıca varlığı yan və imperatorla əlaqəli olan əjdahadır. Əjdahalar çox vaxt Çin mifologiyasında yaxşılığı təmsil edən müdrik varlıqlardır. Su ilə əlaqəli olan bu heyvanların əvvəlcə yağış tanrıları kimi meydana çıxdıqları və daha sonra Çin mifologiyasında daimi yer aldıqları qəbul edilir.Çində yeni il zamanı oynanılan əjdaha rəqsi də əslində bir növ yağış namazı ritualıdır.[55] Susəma ilə əlaqəli olan əjdahaların çaylar və göllər kimi su mənbələrində yaşadıqlarına inanılırdı.[56] Miflərə görə, quraqlıq zamanı əjdahalar çağırılırdı. Çin mifologiyasında bəzi əjdahalar ayrı-ayrılıqda önə çıxır. Miflərdə önə çıxmış əjdahalardan biri də, Üç Hökmdarlardan biri olan Hunq Di-nin xidmətçisi Yinq Lonq-dur. (應 龍) Miflərə görə, Hunq Diyə döyüşlərdə kömək edən Yinq Lonq güclü yağışa səbəb olacaq gücə sahibdir.[57] Yağışı idarə edə bilən başqa bir əjdaha, yağış və külək tanrılarından olan Shen Longdur. (神龍). Buynuzlu əjdaha Yiao Lonq da (蛟龙) daşqınlarla əlaqəli mifik bir əjdahadır.

Digər əjdahalardan fərqli olaraq, Fenq Hunq İn və imperatriçə ilə əlaqələndirilir. Bir növ simurq quşu olan Fenq Hunq, alov ilə əlaqələndirilir. Əjdaha yağışları təmsil etdiyi kimi, Fenq Hunq da quraqlığı təmsil edir. Cənub ilə əlaqəli olan Fenq Hunq, bəzən cənubun qırmızı quşu olaraq da adlandırılır.[58] Fenq Hunq, əjdaha kimi, yaxşılıq rəmzi idi, xoşbəxtlik və şans gətirəcəyinə inanılırdı. Çin mifologiyasındakı bir çox canlı kimi, Fenq Hunq da hibrid xüsusiyyətlərə malik idi: tovuz quşunun quyruğuna və qırqovulun başına sahib idi.[59]

Mifik coğrafiya

redaktə

Qədim Çində xalq düşünürdü ki, dünya kvadratdır və ortada bir Çin ölkəsi var.[60] Bu səbəbdən Çini bəzən Orta Krallıq adlandırırdılar. Qərbdəki əfsanəvi krallıq bir çox miflərə, xüsusən də Oxçu Yi ilə bağlı miflərin mövzusu olmuşdur. Bu krallığın hökmdarının Şi Vanq Mu adlı bir kraliça olduğuna inanılır və Qərb kraliçası adlanırdı [61]. Bu ölkə və onun kraliçanın əbədi olduğuna inanılırdı. Çin coğrafiyasında başqa bir mifik element beş yüksək dağ anlayışıdır.

İstinadlar

redaktə
  1. David Leeming. "Asiya Mifologiyası lüğəti" (ing. ). 2019-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr.
  2. Yang Lihui. Çin mifologiyası kitabçası/Handbook of Chinese Mythology. Santa-Barbara, Kaliforniya: ABC-CLIO. 2005. səh. 4. ISBN 9781576078068.
  3. 1 2 3 Norman J. Girardot. "Çin mifinin problemi" (ing. ). encyclopedia.com. 2005. 2019-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2019. Sitat səhvi: Xətalı <ref> etiketi; ":0" adı bir neçə dəfə müxtəlif məzmunla verilib
  4. 1 2 3 Maykl Puyet. Nazirlər və Üsyançılar: İlkin dövlətin yaradılması ilə əlaqədar olaraq Çindən gələn rəvayətlər (PDF). Harvard Journal of Asiatic Studies. 1998. 58.
  5. Norman J. Girardot. Çin dininin öyrənilməsində mifologiyanın yaradılış problemi. History of Religions. 1976. səh. 289-318.
  6. 1 2 3 4 5 A. M. Birrel. 1970-ci ildən bəri Çin mifinə dair araşdırmalar. 1. History of Religions. 1994. səh. 70-94.
  7. A. M. Birrel. 1970-ci ildən bəri Çin mifinə dair araşdırmalar. 1. History of Religions. 1994. səh. 380.
  8. David Leeming. "Qaranlıq dastanı" (ing. ). 2019-11-07 tarixində arxivləşdirilib.
  9. Wikipedians. Mifalogiyalar. səh. 111.
  10. Anne Birrell. Çin mifologiyası.g Giriş/Chinese Mythology.An Introduction. JHU Press. 1999. 344. ISBN 9780801861833.
  11. 1 2 3 C. Scott Littleton. Mifologiya: Dünya Mif və Hekayələrin Illüstrasiya edilmiş Antologiyası. Thunder Bay Press. 2002. 688. ISBN 978-1571458278.
  12. E.C. Rammel. "Pangu and the Chinese Creation Story" (ing. ). .ancient-origins.net. 16 aprel 2013. 2019-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2019.
  13. 1 2 C. Scott Littleton. Mifologiya: Dünya Mif və Hekayələrin Illüstrasiya edilmiş Antologiyası. Thunder Bay Press. 2002. səh. 401. ISBN 978-1571458278.
  14. C. Scott Littleton. Mifologiya: Dünya Mif və Hekayələrin Illüstrasiya edilmiş Antologiyası. Thunder Bay Press. 2002. səh. 404. ISBN 978-1571458278.
  15. C. Scott Littleton. Mifologiya: Dünya Mif və Hekayələrin Illüstrasiya edilmiş Antologiyası. Thunder Bay Press. 2002. səh. 405. ISBN 978-1571458278.
  16. "Çin imperatorları və təəssüratları: Böyük Yu, Xia sülaləsinin banisi" (ing. ). thechairmansbao.com. 5 mart 2018. 2019-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2019.
  17. sf. 1626. Girardot. Encyclopedia of Religion
  18. 1 2 3 Norman J. Girardot. "Mifik mövzular" (ing. ). encyclopedia.com. 2005. 2019-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2019.
  19. C. Scott Littleton. Mifologiya: Dünya Mif və Hekayələrin Illüstrasiya edilmiş Antologiyası. Thunder Bay Press. 2002. səh. 409. ISBN 978-1571458278.
  20. Norman J. Girardot. "Torpağın layı" (ing. ). encyclopedia.com. 2005. 2019-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2019.
  21. Filip Vilkinson. Çin mifi: Əfsanələr, sənət və tarix xəzinəsi. Routledge. 2007. səh. 39. ISBN 978-0765681034.
  22. 1 2 3 C. Scott Littleton. Mifologiya: Dünya Mif və Hekayələrin Illüstrasiya edilmiş Antologiyası. Thunder Bay Press. 2002. səh. 409-410. ISBN 978-1571458278.
  23. Qrey L. Dorsey. Jurisculture. Transaction Publishers. 1993. 182. ISBN 978-1560000907.
  24. Tian Henqyu. Böyük Çin imperatorları: Müdrik və xeyirxah nağıllar\Great Chinese Emperors: Tales of Wise and Benevolent Rule. Asiapac. 2018. səh. 8-9. ISBN 9812299343.
  25. Lianshan Chen. Çin mifləri və əfsanələri. Cambridge University Press. 2011. səh. 78. ISBN 9780521186797.
  26. Toni Allen, Çarlz Filips. Qədim Çinin mifləri və inancları. The Rosen Publishing Group. 2011. səh. 53. ISBN 9781448859917.
  27. The Editors of Encyclopaedia Britannica. "Yao: Çin mifoloji imperatoru" (ing. ). britannica.com. 20 iyul 1998. 2019-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2019.
  28. The Editors of Encyclopaedia Britannica. "Şun: Əfsanəvi Çin imperatoru" (ing. ). britannica.com. 18 iyul 2019. 2019-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2019.
  29. 1 2 C. Scott Littleton. Mifologiya: Dünya Mif və Hekayələrin Illüstrasiya edilmiş Antologiyası. Thunder Bay Press. 2002. səh. 427. ISBN 978-1571458278.
  30. C. Scott Littleton. Mifologiya: Dünya Mif və Hekayələrin Illüstrasiya edilmiş Antologiyası. Thunder Bay Press. 2002. səh. 426. ISBN 978-1571458278.
  31. 1 2 C. Scott Littleton. Mifologiya: Dünya Mif və Hekayələrin Illüstrasiya edilmiş Antologiyası. Thunder Bay Press. 2002. səh. 432. ISBN 978-1571458278.
  32. C. Scott Littleton. Mifologiya: Dünya Mif və Hekayələrin Illüstrasiya edilmiş Antologiyası. Thunder Bay Press. 2002. səh. 433. ISBN 978-1571458278.
  33. C. Scott Littleton. Mifologiya: Dünya Mif və Hekayələrin Illüstrasiya edilmiş Antologiyası. Thunder Bay Press. 2002. səh. 436. ISBN 978-1571458278.
  34. C. Scott Littleton. Mifologiya: Dünya Mif və Hekayələrin Illüstrasiya edilmiş Antologiyası. Thunder Bay Press. 2002. səh. 437. ISBN 978-1571458278.
  35. "İmperator Yudi/Jade Emperor" (ing. ). nationsonline.org. 2019-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2019.
  36. Madness writer. "Jade Emperor God Assistant" (ing. ). themerlions.com. 24 avqust 2018. 2019-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2019.
  37. "Səkkiz Ölümsüz/Eight Immortals" (ing. ). nationsonline.org. 2019-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2019.
  38. C. Scott Littleton. Mifologiya: Dünya Mif və Hekayələrin Illüstrasiya edilmiş Antologiyası/Mythology: The Illustrated Anthology of World Myth & Storytelling. Thunder Bay Press. 2002. səh. 441. ISBN 978-1571458278.
  39. Ellen Lloyd. "Səkkiz ölüsünün yaşadığı əfsanəvi Penqlay dağı/Legendary Mount Penglai Where The Eight Immortals Reside" (ing. ). AncientPages.com. 20 fevral 2018. 2019-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2019.
  40. ZTEVETEVANS. "Çin mifologiyası: Səkkiz ölümsüz/Chinese Mythology: The Eight Immortals" (ing. ). AncientPages.com. 16 noyabr 2016. 2019-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2019.
  41. Ceremi Roberts/Jeremy Roberts. Mifologiya: A-dan Z-ə/Mythology A-Z. Nyu-York: Infobase Publishing. 2004. səh. 73. ISBN 9781438119908.
  42. Şri Baqavatananda Quru/Shri Bhagavatananda Guru. Qeyri-Hind Sivilizasiyalarının Ölümsüzlərinin Qısa Tarixi/A Brief History Of The Immortals Of Non-Hindu Civilizations. Morrisville: Lulu.com. 2004. səh. 95. ISBN 9781329586079.
  43. Ceremi Roberts/Jeremy Roberts. Mifologiya: A-dan Z-ə/Mythology A-Z. Nyu-York: Infobase Publishing. 2004. səh. 72-73. ISBN 9781438119908.
  44. Toni Allen, Çarlz Filips/Tony Allan, Charles Phillips. Qədim Çinin mifləri və inancları/Ancient China's Myths and Beliefs. The Rosen Publishing Group. 2011. səh. 109. ISBN 9781448859917.
  45. 1 2 C. Scott Littleton. Mifologiya: Dünya Mif və Hekayələrin Illüstrasiya edilmiş Antologiyası. Thunder Bay Press. 2002. səh. 419. ISBN 978-1571458278.
  46. Dallas Matyer/Dallas Matier. "Çin mifologiyası: On günəşin vaxtı/Chinese Mythology: The Time of Ten Suns" (ing. ). letterpile.com. 25 noyabr 2018. 2019-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 noyabr 2019.
  47. Parul Ceyn/Parul Jain. "Çanq e/Chang'e" (ing. ). britannica.com. 21 fevral 2012. 2019-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 noyabr 2019.
  48. 1 2 3 C. Scott Littleton. Mifologiya: Dünya Mif və Hekayələrin Illüstrasiya edilmiş Antologiyası. Thunder Bay Press. 2002. səh. 424. ISBN 978-1571458278.
  49. C. Scott Littleton. Mifologiya: Dünya Mif və Hekayələrin Illüstrasiya edilmiş Antologiyası. Thunder Bay Press. 2002. səh. 425. ISBN 978-1571458278.
  50. C. Scott Littleton. Mifologiya: Dünya Mif və Hekayələrin Illüstrasiya edilmiş Antologiyası. Thunder Bay Press. 2002. səh. 410. ISBN 978-1571458278.
  51. "İmperatorlar Hunqdi və Yandi/Emperors Huangdi and Yandi" (ing. ). nagaap. 2019-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2019.
  52. Jochen Taupitz, Marion Weschka. CHIMBRIDS - Chimeras and Hybrids in Comparative European and International Research: Scientific, Ethical, Philosophical and Legal Aspects. Springer Science & Business Media. 2009. səh. 21. ISBN 9783540938699.
  53. Tan Çunq/Tan Chung. Himalaya çağırış: Çin və Hindistanın mənşəyi/Himalaya Calling: The Origins Of China And India. Sinqapur: World Scientific. 2015. səh. 191. ISBN 9781938134616.
  54. Theresa Bane. Mif, Əfsanə və Folklorda Heyvanlar və Canavarlar Ensiklopediyası/Encyclopedia of Beasts and Monsters in Myth, Legend and Folklore. Kentukki: McFarland. 2009. səh. 125. ISBN 9781476622682.
  55. "Əjdahalar və Əjdaha rəqsi/Dragons and the Dragon Dance" (ing. ). nationsonline.org. 2019-11-27 tarixində arxivləşdirilib.
  56. Yang Lianfe. Water in Traditional Chinese Culture. wiley.com. 1993.
  57. C. Scott Littleton. Mifologiya: Dünya Mif və Hekayələrin Illüstrasiya edilmiş Antologiyası. Thunder Bay Press. 2002. səh. 412. ISBN 978-1571458278.
  58. C. Scott Littleton. Mifologiya: Dünya Mif və Hekayələrin Illüstrasiya edilmiş Antologiyası. Thunder Bay Press. 2002. səh. 402. ISBN 978-1571458278.
  59. Virginia Gorlinski. "Feng Huang" (ing. ). britannica.com. 7 aprel 2010. 2019-11-27 tarixində arxivləşdirilib.
  60. Anne Birrell. Çin mifologiyası.g Giriş/Chinese Mythology.An Introduction. JHU Press. 1999. səh. 24. ISBN 9780801861833.
  61. C. Scott Littleton. Mifologiya: Dünya Mif və Hekayələrin Illüstrasiya edilmiş Antologiyası. Thunder Bay Press. 2002. səh. 399. ISBN 978-1571458278.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə