İran–İsrail münasibətləri

İran İsrail münasibətləri — dərin tarixi köklərə malikdir və bu münasibətlər 1940-cı illərdən müasir dövrümüzədək müəyyən mərhələlərdən keçmişdir:

  • İranın İsrailin BMT-yə üzv olması və “Fələstinin bölünməsi planına” qarşı çıxması;
  • Məhəmməd Rza Şah Pəhləvinin dövründə münasibətlərin isinişməsi və İsrailin de-fakto tanınması və onunla iqtisadi və hərbi sahədə əməkdaşlığın başlanması;
  • İslam inqilabının ilk illərində soyuq sülh dövrü olmuşdur, İran İsrailə qarşı hərbi nitqlərlə çıxışlar edir, İsrail ilə diplomatik əlaqələri kəsir və bununla bərabər ümumi düşmən olan bəəsçi İraqa qarşı birgə mübarizə üçün səhnə arxasında isə əməkdaşlıq vardır. (İran-Kontras hadisələri);
  • 1990-cı illərdən sonra İran və İsrail arasında münasibətlərin daha da kəskinləşməsi özünü göstərir və buna səbəb kimi Yaxın Şərqdə beynəlxalq geosiyasi durumun dəyişməsi, İsrailin öz ərəb qonşuları ilə sülh danışıqlarına başlaması, regionda anti-qərb əhval-ruhiyyəsinin qalxması, İranın öz ölkəsində nüvə silahı yaratmaq istiqamətində addımlar atması göstərilir.
İran-İsrail münasibətləri
İran və İsrail
 İran  İsrail
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İran və İsrail arasındakı düşmənçilik təkcə birbaşa deyil həm də dolayı təsirlərlə də olmuşdur. Belə ki, hər iki tərəf siyasi-hərbi təsir kimi müxtəlif siyasi-sosial qruplardan istifadə etmişlər. İran rəsmi Tel-Əvivə qarşı HƏMASHizbullahdan istifadə edir. İran hər iki təşkilata sırf öz dövlət maraqlarından çıxış edərək hərbi və ya siyasi dəstək verirdi. İsrail də əks tədbirlər kimi İranın içində olan “Cundalla” təşkilatı və “İran xalqının mücahidləri” təşkilatı ilə sıx əlaqəyə girərək onlardan İrana qarşı istifadə etmişdir. Xüsusi olaraq qeyd olunmalıdır ki, bu təşkilatların hər ikisi qatı sünnidirlər.

Müqayisəli təhlil

redaktə

Cədvəldə qeyd olunan bütün məlumatlar MKİ-nin Ümumdünya Faktlar Kitabından 2014—2015 illərə uyğun götürülüb.

İsrail
 
İran

 

Əhali (min nəfər) 8049 81 824
Ərazi (km²) 20 770 1 648 195
Əhalinin sıxlığı (hər km²) 388 50
Paytaxt Tel-Əviv Tehran
Ən böyük şəhər Tel-Əviv Tehran
Siyasi sistem Demokratik Parlament Respublikası İslam Respublikası
Dövlət dili İvrit, Ərəb Fars
Əsas Din İudaizm 75 %, İslam 17,5 %,

Xaçpərəstlik 2 %, druzların inancı 1,6 %

İslam 99,4 %

( Şiə məzhəbi 90—95 %, Sünni məzhəbi 5—10 %)

ÜDM (ABŞ dolları) 268,5 mld

(32 700 adambaşı)

1,334 trilyon

(17 100 adambaşı)

İsrail dövləti yarananadək olan tarixi münasibətlər

redaktə
 
Böyük Kir yəhudiləri Babil dövlətinin əsirliyindən xilas edir. (Jan Fuke, 1470)

Yəhudilər dövlətləri olmamışdan bir etnos olaraq İran xalqları və İran ilə münasibətləri eramızdan əvvəl mövcud olmuşdur. Babil imperiyası yəhudi krallıqlarını məhv edəndən sonra yəhudilərə qarşı mənfi mövqeyi ilə seçildi. Əhəmənilər imperiyası Babil imperiyasını məhv edəndən sonra yəhudilərə və digər tabelikdə olan xalqlara yumşaq münasibət sərgilədi. Əhəməni hökmdarı Böyük Kir yəhudiləri öz himayəsinə alır. Daranın hakimiyyəti zamanı isə yəhudilər xüsusi mövqe əldə edir. Daranın əmri ilə yəhudilərin Qüdsdəki məbədində hər gün xüsusi qurban kəsilir. Bu hal 66-cı ildə baş verən “Yəhudi Müharibəsi”nədək davam edir[1].Yəhudilərin dini həyatında böyük rola malik olan “Esfir Kitabı” farslarla yəhudilər arasındakı münasibətlərdən geniş şəkildə bəhs edir. Bu kitaba görə fars hökmdarı I Artakserks yəhudiləri Amon-Əmalikinin qırğınından qorumuş və bu hadisənin şərəfinə də Purim bayramı təşkil edilmişdir ki, yəhudilər onu bu günədək qeyd edirlər. Bir çox tarixçi alimlər Esfir Kitabının mənbə kimi istifadə olunmasını düzgün hesab etməsələr də yəhudilər bu fikirlə razı deyillər [2].

Fars hökmdarlarının yəhudilərə bu xüsusi münasibəti bir neçə əsr davam etdi və bu xüsusi mövqeyindən istifadə edən yəhudilər ölkənin içində xüsusi olaraq möhkəmləndilər. Fars imperiyasının əhalisinin bir hissəsi yəhudiliyi qəbul etdi. Yəhudilərin dinini qəbul etməyənlər onların adətlərini qəbul etmiş oldular. Bunun nəticəsi kimi ölkədə həmin dönəmlərdə yəhudilərə məxsus Şabbat adəti qorunub saxlanılır və hətta qeyri-yəhudilər tərəfindən əməl olunurdu (indiyədək farslar və İran millətləri arasında Şabtay adının olması da bu qədim əlaqələrdən xəbər verir)[3]. Yəhudilərin arasından artıq yüksək vəzifə tutan insanlar çıxmağa başladı. Qüdsdəki və Əhəminlər imperiyasındakı yəhudilər arasında hər zaman sıx əlaqələr qorunub saxlanmışdır və Fars hökmdarı buna qarşı çıxmamış və yəhudilərə xüsusi imtiyazlar vermişdir. Bu əlaqələr təkcə Əhəmənilər imperiyası zamanında deyil, həm də selevkilərparfiyalıların da zamanında geniş olmuşdur [1].

Sasanilərin dövrü yəhudilər üçün əvvəlki dövrlər tək gözəl olmadı. Belə ki, mədəni-dini və hüquqi muxtariyyəti olan yəhudilər Sasanilərin dövründə bundan məhrum oldu. Sasanilər yəhudilərin rituallarını qadağan etdi, digərlərinə öz dinlərini tərk edib yəhudiliyi qəbul etməsini qadağan etdi və bu xüsusən də atəşpərəstlərə aid oldu. Yəhudilər bütün bu mənfi yeniliklərə qarşı gedə bilmədilər, çünki həmin dövrlərdə Roma imperiyasından qovulan yəhudilər ən çox Sasanilər imperiyasında himayə tapırdılar. Sasanilərin vaxtında yəhudi mədəniyyəti öz üzərində atəşpərəstliyin təsirini hiss etmiş oldu və atəşpərəstlikdən bəzi yeni anlayışlar götürdü. Bu yenilik atəşpərəstlikdə dualizm anlayışı ilə bağlı oldu və yəhudilikdə də müsbət və mənfi ruhlar anlayışı yarandı. Hətta yəhudilərin dini kitabları olan “Danielin kitabı”nda və “Babil Talmud”-unda da bu təsir hiss olunmaqdadır [1].Yəhudi cəmiyyəti və onun dini elitası İranda yaşadığı dövrdə digər dini cəmiyyətlərə qarşı çox ciddi şəkildə dözüm nümayiş etdirirdilər. Belə ki, həmin dövrlərə aid olan dövlət sənədlərində və tarixi qeydlərdə heç bir halda yəhudilərlə digər dini quruplar arasında toqquşma olduğu qeyd olunmayıb[4].

Sasanilər imperiyasına ərəblər tərəfindən son qoyulduqdan sonra yəhudilərə münasibət bütün digər müsəlman dünyasında olduğu kimi zimmi qaydaları çərçivəsində müəyyən olundu. Böyük həcmdə tədbiq olunan torpaq vergisi onunla nəticələndi ki, yəhudilər əkinçilikdən uzaqlaşıb ticarət və sənətkarlıqla məşğul olmağa başladılar. X əsrdən başlayaraq yəhudi pulunun (əvvəl ticarət pulu sonra isə Bank pulu) Abbasilərin xilafətində rolu artdı. Bu proses əvvəl İranda başladı sonra isə bütün Ərəb xilafətinə yayıldı və yəhudilər xəlifələrin şəxsi bankirlərinə və xəzinədarlarına çevrildilər. Daha sonra isə Ərəb xilafətini məğlub edən Hülakilərin (elxanilərin) dövrü başladı və bu dövrdə müsəlmanlarla digər dinə mənsub olanlar eyni hüquqlara sahib oldular. Yəhudi-fars mədəniyyəti yenidən qalxdı və yəhudilər yenidən yüksək vəzifələrə yiyələnməyə başladılar. Səfəvilərin zamanında isə yəhudilərin vəziyyəti yenidən pisləşdi. Belə ki, səfəvilərin hakimiyyəti illərində yəhudilər demək olar ki, bütün sahələrdə təqib və ayrı-seçkiliyə məruz qalırdılar, yəhudilər xüsusi baş örtüyündən istifadə etməli idilər, yəhudi dini ədəbiyyatının öyrənilməsi və təbliği qadağan idi, sinaqoqlar bağlanmışdı. II Şah Abbasın vaxtında isə İran yəhudilərinin zorla müsəlmanlaşdırılması başlandı. Elektron yəhudi ensiklopediyası yazır ki, “İranda heç bir digər sülalə yəhudilərə qarşı belə amansız olmamışdır”[1].Səfəvilərin dövründə yəhudilər Misirə, Mərkəzi Asiyaya, Qafqaza və Hindistana miqrasiya edərək canlarını qurtarırdılar. XVII və XVIII əsrlərin bəzi dönəmlərində yəhudilərin təqibi dayandırılırdı, amma Qacarların zamanında daha da kəskinləşmişdi və 1839-cu ildə qacarlar Məşhəddə yaşayan bütün yəhudiləri silah gücünə müsəlmanlaşdırdı. Şiəliyin ifrat qolu hesab edirdi ki, yəhudilik Allahın sözündən bilərəkdən uzaqlaşmaqdır və yəhudilərin bu vəziyyətə düşmələrində günah ravvinlərdədir. Səfəvilərin və Qacarların zamanında yəhudilərin digər din sahiblərindən daha da kəskin ayrı-seçkiliyə məruz qalması onların İsfahan, Tehran, Məşhəd, Şiraz kimi şəhərlərdə kiçik məhlələrdə toplaşıb yaşamaları ilə nəticələndi. O dövrün tarixi sənədləri göstərir ki, yəhudilər zaman-zaman kütləvi hücumlara mərzu qalır, onları müxtəlif dini rituallarda insan qanından istifadə etmədə günahlandırırlar və onların dini ayrı-seçkiliyə qarşı çıxmasını dövlətə qarşı çıxması kimi qeyd edirdilər [5]. Bu dönəmlərə təkcə müsəlman-şiələr deyil həm də digər etnosların da yəhudilərə münasibəti mənfi idi və buna baxmayaraq yəhudi və İslam mədəniyyətləri bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli idi və inkişaf edirdi. Belə ki, həmin dönəmdə onlarla kitab ivrit dilində yazılmış amma fars xəttatlığından istifadə olunmuşdu. Farsların “Yusif və Züleyxa”, “Şahinə və İmran”, “Şahnamə” kimi əsərləri yəhudilərin ədəbiyyatına birbaşa təsir göstərmişdir. Yəhudilər də farsların instrumental musiqi mədəniyyətinə dərin izlər qoymuşdur. Həmin dövrdə Şiə-Müsəlman qrupu musiqi sənətinə yiyələnməni qadağan etmişdi və musiqi sənətinə ancaq yəhudilər və digər dinlərin nümayəndələri yiyələnə bilərdilər və bu da yəhudi musiqi sənətinin İranda inkişafına təkan vermiş oldu və hətta edam mərasimlərində də yəhudi musiqi ansamblı ifa edirdi[6].

Yəhudilərin təqib olunmasına qarşı artıq Avropadakı yəhudilər etiraz etməyə başladılar. Avropadakı yəhudilər artıq cəmiyyətdə öz uyğun mövqelərin tutmuşdular, amma buna baxmayaraq onların etirazı heç bir nəticə verməmişdi. Yəhudilərin İrandakı vəziyyəti ancaq XIX əsrdə yeni konstitusiyanın qəbul olunması ilə yumşaldı. Bu dövrdə artıq yenidən yəhudilər özlərinə məktəb açdılar və 1906-cı ildə konstitusiya islahatları çərçivəsində yəhudilərə digər insanlarla bərabərlik hüququ təmin edilmiş oldu. Yeni konstitusiyaya görə yəhudilərin cəmiyyəti Məclisdə özünə bir deputat namizəd seçə bilərdi, amma yəhudilər bir o qədər də siyasətlə maraqlanmırdılar və maraqlananlar da Fələstinə gedirdi[1]. Bütün bu dəyişikliklərə baxmayaraq yəhudilər İrandan miqrasiya edirdilər və başqa ölkələrə üz tuturdular. Bu miqrasiyanın iki əsas səbəbi var idi. Birincisi, T.Hertslin başlatdığı sionist təbliğat maşını yəhudilərdə millətçi hissləri qaldırır və onunla həmfikir olub Fələstinə qayıdanların sayı hər gün artırdı. İkincisi isə, yeni Konstitusiya hər nə qədər yəhudilərin vəziyyətin yumşaltsa da, yəhudilərə qarşı XX əsrin ilk onilliklərində Kirmanşahda, Şirazda təqib və qırğınların başladılması, 1922-ci ildə Tehranın özündə yəhudilərə qarşı iğtişaşların təşkil edilməsi yəhudilər üçün vəziyyəti dözülməz edirdi[5].

Pəhləvilər sülaləsinin hakimiyyətə gəlməsi ilə İranda yəhudilərin vəziyyəti yenidən yaxşılaşdı. Pəhləvilər yəhudilərə müsbət yanaşırdılar və Qacarlar kimi çox ayrı-seçkilik etmirdilər. Pəhləvilərin dövründə yəhudilərə münasibətdə ayrı-seçkiliyə yol verən bütün qanunlar ləğv edildi, yəhudi məktəbləri dövlət təhsil sisteminə inteqrasiya edildi, yəhudilərin məhəllələr şəklində konsentrə olunaraq məskunlaşması haqqında qanun ləğv edildi [7]. İkinci dünya müharibəsi zamanı iranlı diplomatlar xüsusən də İranın Parisdəki konsulu Əbdül-Hüseyn Sərdari böyük sayda yəhudinin xilas olmasında əvəzsiz rol oynadılar[8][9].

 
İran Məclisinin deputatı və qatı sionist olan Şamuel Xaimin şəkli.

Rza Şah Pəhləvinin yəhudilərə qarşı aparılan ayrı-seçkiliyi ləğv etməsi və onları İran cəmiyyətinin bir hissəsi etməsi yəhudilər tərəfindən yetərlicə qiymətləndirilmədi və yəhudilərin milli hissləri oyanmağa və şaha qarşı istiqamətlənməyə başladı. Səbəb isə o idi ki, İran xalqını vahidlik ideyası ətrafında birləşdirmək istəyən İran Şahı sionizmin (həmçinin kommunizmin) yayılmasına qarşı qəti addımlar atırdı. 1926-cı ildə İran Məclisin sionist fikirli yəhudi deputatı və yəhudi cəmiyyətinin öndərlərindən biri Şamuel Xaim britaniyalılara casusluq etməklə dövlətə xəyanət etməkdə ittiham olunur və tutularaq həbs edilir, 5 ildən sonra güllələnərək edam edilir. İranda avropadakı siyasi vəziyyətdən təsirlənərək milli hisslər baş qaldırmağa başladı və Ari irqinin digərlərindən üstün olması ideyası geniş yayılmağa başladı və bu zaman anti-semit ideologiyası genişləndi və bura təkcə yəhudilər deyil, eyni zamanda, ərəblər də, daxil idi [7]. Həmçinin müsəlman şiə üləmalarının da sionizmin tərəfdarı olan yəhudilərə qarşı münasibəti mənfiyə doğru dəyişmişdi və buna səbəb sionizmdəki “Fələstində yəhudi evi” ideyası idi[10].

1947-ci ildə İran Birləşmiş Millətlər Təşkilatı|BMT]] tərəfindən yaradılan “Fələstindəki vəziyyətin qiymətləndirilməsi ilə bağlı” adlı komissiyaya daxil oldu. Komissiya Fələstinin bölünməsi planını hazırlayıb təklif edərkən İran bu komissiyanın tərkibində bu məsələyə və həmçinin federalizasiyaya etiraz edən 3 dövlətdən biri oldu. 29 noyabr 1947-ci ildə BMT Fələstinin bölünməsi ilə bağlı qətnamə qəbul etdi və İran İslam ölkələri blokunda buna qarşı səs verənlərin içində yer aldı. 11 may 1949-ci ildə İran İslam ölkələrinin blokunun içində İsrailin BMT-yə üzv olmasına qarşı çıxanlardan biri oldu. Ərəb-yəhudi müharibəsində İran ərəb dövlətlərinə siyasi dəstək və özü birbaşa iştirak etməməklə hərbi sursat yardımı edirdi və İrana bağlı olan ayətullah Əbdülqasım Kəşani şiə könüllülərindən ibarət dəstə yaradıb ərəblərə kömək kimi göndərmişdi [10].

Şahın dövründə İran və İsrail arasında iqtisadi və siyasi ittifaq

redaktə

İsrail ərəb münaqişəsinin böyüməsinə baxmayaraq İran şah rejimi zamanında İsrail ilə yaxınlaşmağa başladı. İran bu münasibətləri qurarkən ehtiyatlı idi və gənc İsrail dövləti ilə gizli şəkildə və gözə çarpmadan bu münasibətləri qururdu. Bu münasibətləri labüd edən regiondakı baş verən geosiyasi proseslər idi. Belə ki, ərəb-yəhudi müharibəsi zamanı İraqdakı yəhudilər qaçaraq İranda məskunlaşırdılar. Şiə təriqətinin yəhudilərə mənfi münasibətinə baxmayaraq bu proses sırf dövlət maraqlarına xidmət edirdi. 1949-cu ilin may ayında İranın təmsilçisi Abbas Saykal İsrailə göndərilir və qarşısında duran məqsədlərdən biri ərəb-yəhudi müharibəsi zamanı Fələstində mülkü olan iranlıların məsələsini həll etmək idi. İsrail də eynən öz nümayəndəsini İrana göndərərək, İraqdan ora qaçan yəhudilərin İsrailə qaytarılması məsələsini həll etmək istəsə də, İran buna imkan vermədi. Lakin İran və İsrail arasında münasibətlər yenə də inkişaf edirdi və bu əsasən ABŞ-də məxsusi diplomatik kanallar vasitəsi ilə edilirdi. Həmçinin İran nümayəndəsi Nəsrulla Entezam və İsrail nümayəndəsi Abba Even BMT-də mütəmadi olaraq görüşlər keçirirdilər. İran Şahı 1949-cu ildə Vaşinqtona rəsmi səfər edərkən artıq İsrailin İran tərəfindən tanınması məsələsi müzakirə olunurdu. Göründüyün kimi İsrail özünə qarşı formalaşan İslam ittifaqını dağıtmaq yolunu birinci İranla rəsmi münasibətləri qurmaqla başlamaq qərarına gəldi və bu yolda öz müttəfiqlərindən və beynəlxalq təşkilatlardan danışıqlar aparmaq üçün neytral zona kimi istifadə etdi[10].

 
İranlı diplomat Rza Səfiniyyənin İsrail dövlət başçısının iqamətgahına gəlməsi, 1950-ci il.

1949-cu ilin sentyabr ayında Türkiyə İsraili bir dövlət olaraq tanıdı və artıq İran hökuməti narahat olmadan İsrail ilə rəsmi dövlət münasibətləri qura bilərdi. Belə ki, əvvəl İran “sionist rejimini ilk tanıyan İslam dövləti” olmaq istəmirdi və bunu regionda İslam lideri olmaq istiqamətində yeritdiyi siyasətə zidd hesab edirdi. Amma Türkiyənin bu addımından sonra İran (qanunverici orqan olan Məclisin işləməməsinə baxmayaraq) 1950-ci ilin 6 martında de-fakto olaraq İsraili tanıdı[10]. Bu prosesin belə tələsik və gözlənilmədən baş tutması çox şübhə doğuran məqam kimi qəbul olunur və Benninqton kollecinin professoru Mənsur Fərxanq adını açıqlamaq istəmədiyi kəşfiyyat agentindən aldığı məlumata əsaslanaraq bildirmişdi ki, bu tanınma hadisəsinə görə 400 min ABŞ dolları məbləğində rüşvət ödənilmişdi və bu hadisələrdə yüksək çinli iranlı məmurların olduğunu bildirərək onlardan ən birincisinin baş nazir Məhəmməd Səid olduğunu vurğulamışdır[11]. Artıq 26 mart tarixində İranın yeni təyin olunmuş səfiri Rza Səfiniyə özünün etimadnaməsini İsrailin prezidentinə təqdim etdi. 3 aydan sonra Rza Səfiniyyə yeni paytaxt elan olunmuş Qüdsdə ilk qarşılama qonaqlığı təşkil edilən səfir oldu[12]. 1951-1953-cü illərdə İranda Məhəmməd Müsəddiqin hökuməti zamanında Tehran İsrail nümayəndəliyinin açılmasına imkan vermədi, amma əlaqələri tam kəsmədi və iqtiasdi münasibətləri qoruyub saxladı: İran İsraili kənd təsərrüfatı məhsulları ilə təmin edir və əvəzində İsrail İranı sənaye məhsulları, tibbi avadanlıq və dərmanlarla təmin edirdi və 1953-cü ildə hər iki ölkənin bankları kredit xəttinin açılması ilə bağlı saziş imzaladılar və bu məsələdə razılaşdılar[10]. İsrailin İranda ilk daimi və uzunmüddətli səfirləri 1950-ci illərin sonuna təsadüf edir. İsrail bu mövzuya çox həssas və səbrli yanaşırdı və hətta təyin etdiyi səfirləri belə incəliklərə riayət edərək seçirdi və təsadüfi deyildir ki, təyin olunan iki tanınmış səfir - Meir Ezri və Yaqub Nimrodi- İrandan çıxma yəhudilər idi[13].

1952-ci ildə Misirdə dövlət çevrilişi baş verdi və Misirdə hakimiyyətə gələn siyasi elita SSRİ ilə ittifaqa meyilli oldu. Bu çevriliş bütün regionda geosiyasi vəziyyəti dəyişdi. İran məcburi şəkildə ABŞ-la əməkdaşlıq edənlərin alyansına meyilli oldu. 1955-ci ildə İran Bağdad paktına qoşuldu. Nəticədə İran və İsrail eyni siyasi cəbhədə yer almış oldular. İran artıq C.Ə.Nasirin hərbi ekspansiyasına qarşı əsas qüvvə kimi İsraili nəzərdən keçirirdi. İranın bu mövqeyi İsrailə imkan verdi ki, 1956-cı ildə Misirə qarşı hərbi əməliyyatlarda uğur əldə etsin. Bu müharibənin nəticəsi kimi Tiran boğazı açıldı və İsrailin Eylat liman şəhəri İran neftinin Avropa bazarlarına çıxması üçün bir məntəqəyə çevrildi [10]. Artıq bir çox iranlı mütəxəssislər İsrailin ali təhsil ocaqlarında təlim keçir və İsrail şirkətləri də İranda böyük tikinti layihələri icra etməyə başlayır və xüsusən də 1960-1962-ci illərdə zəlzələdən sonra bərpa proqramında aktiv şəkildə iştirak etmişdirlər[1]. İsrail şirkətləri İranda böyük yaşayış rayonları tikirdilər və bu da İsrail qitisadiyyatına böyük gəlirlər gətirirdi. 1970-ci illərdə İsrail şirkətləri Bəndər-Abbas və Buşir şəhərlərinin bərpasında iştirak edir. İranın Hərbi Dəniz Qüvvələrinin sifarişi ilə İrana məxsus Xark adasında İsrailin RASSKO şirkəti İranın kontragent şirkəti “Hədiş” (şah ailəsinə bağlı olan şirkətdir) ilə tikinti layihələri icra edirdi. Tikinti işləri israilli memar Dana Eytanın rəhbərliyi altında keçirilir və bu tikintilər ərəfəsində 12 min nəfərlik layihələr icra olunurdu [14]. Tehran şəhərinin kənarında İsrailin dəstəyi ilə formakologiya və tibb sahəsində İsrail nailiyyətləri mərkəzi açılır və bu mərkəzdə iranlı mütəxəssislərə dərs deyilirdi. Şiraz şəhərində isə israilli stomatoloq Efraim Şaki tərəfindən stomatoloji mərkəz açılır və bu mərkəz gələcəkdə İranda stomatoloji kafedranın açılması üçün bünövrə olur[15]. Şahın əmri ilə kənd təsərrüfatı sahəsinə də, israilli mütəxəssislərin cəlbi prosesi başlandı[16].

İsrailin “El-Al” aviaşirkəti artıq mütəmadi olaraq İrana reyslər təşkil edirdi. Kəşfiyyat məlumatı ilə mübadilə proqramı işə düşdü. 1960-cı ildə İran Şahı İsraillə rəsmi diplomatik münasibətlərin qurulması haqqında qərar verdi və buna cavab olaraq dərhal rəsmi Misir hökuməti İranla diplomatik münasibətləri kəsdi və yalnız 10 ildən sonra bərpa etdi. 1961-ci ildə İsrailin Baş Naziri Davud Ben-Qurion İrana rəsmi səfər etdi. Ben Qurionun Yaxın Şərq siyasətində İranın mövqeyi xüsusi idi. Çünki Ben Qurion tərəfindən İran qeyri-ərəblərdən ibarət koalisiyanın əsas tərkib hissəsi idi və İranla bərabər bura HəbəşistanTürkiyə də daxil idi və bu ölkələr ərəblərə qarşı dayanıqlı olmaqda əsas müttəfiqlər idi və İsrailin iqtisadi dirçəlişində və siyasi dəstək əldə etməsində əsas mexanizm idilər. İran isə İsrail ilə münasibətlərə İraqın böyüyən hərbi-siyasi gücünə qarşı özünün nüvə potensialının böyüdülməsi hədəfi kimi baxırdı. İsrail də həqiqətən bu işdə İrana dəstək olur və israilli mütəxəssislər İranda nüvə layihələrinin inkişafına dəstək olurdular[14][15][17].

İran və İsrail arasındakı münasibətlər Şah dövrünün son dönəmlərinə kimi inkişaf etmişdir. Misirdəki Süveyş kanalı zədələnəndən sonra İran aktiv şəkildə Eylat-Aşkelon neft kəmərinin tikintisinə başladı və bu kəmər Avropanı İraq neftinin əvəzinə neftlə təmin etməli idi. Bu neft kəmərinin diametri 20 sm idi və baxmayaraq ki, İran hökuməti tərəfindən İraq və Misir tərəfindən hücum təhlükəsi olduğundan strateji təhlükəli hesab olunurdu, bu kəmər rekor müddətə tikildi (100 gün). 1957-ci ildə bu kəmərin diametri 40 sm-ə, 1960-cı illərdə isə 100 sm-ə qədər qalxdı. İllik 10 milyon ton neft ötürülürdü. Sonradan bu neft kəməri ABŞ-nin Standart Oil şirkəti tərəfindən idarə olunmağa başlandı [18].

Altıgünlük müharibədə ərəb ölkələri İsrailə neftin çatdırılmasını dayandırmağı İrandan tələb etsə də, İran İsrailin tərəfində çıxış edərək neftin göndərilməsini dayandırmadı. Yom-Kippur müharibəsi zamanı İran İsrailə 25 ədəd “Fantom” qırıcıların verdi (Özünü müharibədə israilpərəst göstərmək istəməyən Şah Məhəmməd Rza Pəhləvi əmr etmişdi ki, müharibə zamanı Misirə təmənnasız neft verilsin). Müharibədən sonra İran şahı Misir və İordaniya kimi ölkələrlə sülh əldə olunması üçün öz vasitəçilik xidmətini təklif etdi [1]. Bu cəsarətli addımın da səbəbi C.Ə.Nasiri əvəz edən Ənvər Sədat ilə Şahın normal münasibətlərinin olması idi. 1970-1977-ci illər ərzində İrana İsrailin ixracı 22.3 milyondan 103.2 milyona qədər artmışdı və bu TürkiyəYaponiya ilə birgə olan ixracdan çox idi.[10]

İsrail və İranın xarici siyasət fəaliyyətlərində ortaq nöqtələrdən biri də hər ikisinin 1965-1975-ci illərdə İraqdakı bəəsçilərə qarşı kürdləri silahlandırması və dəstəkləməsi olmuşdur. İran və İsrailin xüsusi xidmət orqanları kürdlərin öz xüsusi xidməti olan Parastini yaratmağa kömək göstərmişdirlər. Hətta 1970-ci illərdə İraq hökuməti kürdlərlə mübarizədən yorulub onlara aşağıdakı şərtlərlə sülh təklifini etmişdir:

  • Şimali İraqda kürdlərə etnik muxtariyyət verilir
  • Kürd dili dövlət dili elan olunur
  • Parlamentdə kürdlərə yer verilir

Lakin İsrail və İranın təkidindən və təzyiqindən sonra kürdlərin lideri sayılan Mustafa Bərzani (bunu özü də etiraf edir) mərkəzi hakimiyyətlə danışıqlara getmir[19].1977-ci ildə İran və İsrail arasında hərbi əməkdaşlıq çərçivəsində “Silah əvəzinə Neft” adlı müqavilələr imzalanır. Bu müqavilələrdə nəzərdə tutulmuşdu: İsraildə olan “Qabriel” gəmi əleyhinə olan komplekslərinin modernizasiyası və eyni təyinatlı silahlarla əvəzlənməsi[20]. Daha sonra isə 1977-ci ildə İran şahı “Tsur” (Daş) adlı gizli müqaviləni təsdiqləyəndən sonra bu müqaviləyə əsasən İran İsraildə 6 silah sisteminin maliyyələşdirilməsinə (1-1.2 mlrd dollar dəyərində) başladı və bunlardan biri də “Arye” adlı qırıcıların (Daha sonra ad dəyişdirildi: “LAVİ”) layihəsi idi[13][21].

İran İsrail ilə olan böyük münasibətlərindən açıq danışmağı sevmirdi və bu münasibətləri gizlində saxlayırdı səbəb isə sadə idi, ərəb dünyası ilə onsuzda pis olan münasibətləri daha da pisləşdirməmək. İranlı nümayəndələr İsrailə Türkiyədən keçərək gedirdilər və öz pasportlarında yəhudi dövlətində olduqlarını heç bir zaman qeyd etmirdilər. İranın İsraildə fəaliyyət göstərən 6 diplomatı rəsmi olaraq İsveçrədə fəaliyyət göstərirmiş kimi qeydiyyatlarda göstərilirdi. Eyni zamanda da İsrailli nümayəndələr də gizli şəkildə Tehrana gəlib gedirdilər. 1971-ci ildə Fars imperiyasının 2500 illiyi münasibəti ilə keçirilən tədbirə İsrailin nümayəndələrini dəvət etmədilər və buna səbəb kimi tədbirin ərəbdilli ölkələr tərəfindən baykot edilməsi qorxusu idi.

İran İsrail münasibətləri artıq çox dərin müstəvidə inkişaf etməyə başlamışdı. Belə ki, İranın xüsusi xidmət orqanı SAVAK ilə İsrailin MOSSAD təşkilatı sıx işbirliyində idilər və bu işbirliyi ancaq hakim dairələrdə bəyənilirdi. Sıravi vətəndaşlar buna loyal yanaşmışdılar, dini kütlə isə qarşı gedirdi bu proseslərə. İranın da İsrail ilə olan münasibətləri gizlətməsinə əsas səbəb kimi məhz dini kütlənin mənfi münasibəti idi. Həmin dövrlərdə dini elita daha çox Xomeynini təsiri altında idi və Xomeyni Qum şəhərindəki mədrəsəsinin dağıdılmasında MOSSAD-ı günahlandırdı. Həmçinin Ruhullah Xomeyni hesab edirdi ki, İsrailin məqsədi İranın iqtisadiyyatın işğal etmək və İranın təbii ehtiyatlarına sahib olmaqdır[22]. Ruhullah Xomeyni 1971-ci ildə dini xütbələrindən birində İsraili bütün müsəlmanların və İslam dünyasının düşməni elan etdi. Həmçinin qeyd etdi ki, hazırda İran siyasəti İsrail tərəfindən ələ keçirilmişdir və ölkə ABŞ-la İsrailin hərbi bazasına çevrilmişdir[10].

1977-ci ildə israilli təhlilçi Reuven Merhav İsrail rəhbərliyinə İrandakı qəlizləşən vəziyyətlə bağlı xəbərdarlıq etdi. Merhav bildirdi ki, İrandakı avtoritar idarəetmə sistemi ölkədə sosial partlayışa gətirib çıxaracaq və nəticədə hakimiyyətə gələcək qeyri-sağlam qüvvələrin əlinə İsrail silahı keçəcək və bu çox təhlükəlidir. Merhavın xəbərdarlığına baxmayaraq İsrail hökuməti İranın maliyyə imkanlarından imtina etmək istəmədi. 1978-ci ildə Merhav kimi eynən İrandakı İsrail nümayədəsinin başçısı Uri Lubrani də xəbərdarlıq etdi ki, ölkədəki vəziyyət çox qəlizdir, lakin “Tsur” müqaviləsində çox maraqlı olan hərbi elitaya bu xəbərdarlıqlar təsir etmədi. Lakin 1978-ci ilin 2-ci yarısından İsrail vətəndaşlarının İrandan evakuasiyası başlandı və uzunmüddətli müqavilələrin imzalanması dayandı. 1978-ci ilin sonunda Şah administrasiyası İsrailə müraciət etdi ki, “Xomeyni ilə bağlı hər hansı bir tədbir görsünlər”, İsrail cavabında dedi ki, “MOSSAD sifarişli qatillər üçün idarə deyil”[13]. 1979-cu ilin fevralında inqilabdan sonra İranda cəmi 35 yəhudi qaldı ki, bunlar da ABŞ-nin dəstəyi ilə öz azadlıqlarına qovuşdular.

İslam inqilabından sonra ilk illər

redaktə

İran və İsrail arasındakı münasibətlərin soyuqlaşması ancaq 1979-cu il inqilabından sonra yox, Pəhləvilərin dövründən başlamışdır. Şah hesab edirdi ki, İsrail regionda get-gedə qüvvətlənir və nəinki regionda, hətta dünyada da, güclənir və İsrailə münasibətdə qısqanclıq var idi. 1970-ci illərdə İran ümumiyyətlə regionda çox güclənmişdi və ABŞ-nin regiondakı strateji tərəfdaşı idi və ərəblərlə olan münasibətləri pozmamaq üçün İsrail ilə çox da yaxınlaşmırdı və onları məsafədə saxlayırdı[10]. İran BMT-nin qəbul etdiyi 242 nömrəli qətnamənin İsrailə münasibətdə tədbiqini istəyirdi. Bu qətnaməyə görə heç kim hərbi yolla ələ keçirilmiş torpaqlar özünə birləşdirilə bilməzdi və bu İran üçün ərəb və sovetlərdən gələn təhlükədən bir növ sığorta idi. Məhz buna görə də BMT-də məsələ qaldırılanda İran tələb etdi ki, İsrail Qəzzadan və İordan çayının qərb sahilindən çıxsın[23]. 1975-ci ildə İran BMT-də 3379 saylı qətnamənin qəbuluna səs verdi. Yəhudilərin böyük etirazına səbəb olan bu qətnaməyə görə sionizm irqçilik ideologiyası kimi qəbul edildi[24]. 1975-ci ildə İran İraqla bağlanan müqavilə zamanı orada olan kürd qruplaşmalarına kömək etməyəcəyinə razılaşdı. Bütün bunlara baxmayaraq ərəb ölkələri yenə də İrana mənfi münasibətdə idilər[24]. Sovetlər qorxusu hələ də qalmaqda idi və bu səbəbdən də İrandakı monarxiya İsrail və onun müttəfiqləri ilə əməkdaşlıq və əlaqələri az da olsa qoruyub saxlayırdı.

İslam inqilabından sonra ilk dövrlərdə geosiyasi vəziyyət dəyişməmişdi: Yeni hakimiyyətə gələn ruhani hakimiyyət elitası Sovetlərlə mənfi münasibətlərdə idi; qərbdə hər keçən gün güclənən İraq isə real təhdidə çevrilmişdi ki, bu gələcəkdə müharibəyə səbəb oldu; Əgər ərəb dünyası Şah rejiminə şübhə və etibarsızcasına yanaşırdısa, Xomeyninin ideologiyasından dəhşətə gələn ərəblər bütün mümkün vasitələrlə İranı blokada da saxlamaq istəyirdilər[10].

 
İsrailin köməyi ilə İrana satılan TOW raketləri. Anti-tank raketidir.[25]

Belə çətin geosiyasi durumda qalan Xomeyni və tərəfdarları ikili siyasət yeritməyə başladılar: İsrail ilə rəsmi olaraq bütün münasibətlər kəsildi, İsrail səfirliyinin yerləşdiyi binaya basqın oldu [26] və daha sonra o bina Fələstin Azadlıq Təşkilatına verildi, səfirliyin yerləşdiyi küçənin adı dəyişdirilərək Yasir Ərəfat qoyuldu[10]. 1979-cu ilin 17 avqustunda (Ramazan ayının son cümə günü) İranda “Fələstindəki müsəlmanların hüquqları üçün həmrəylik” məqsədi ilə “Qüds günü” elan olundu[27]. Ölkənin içində qeyri-din nümayəndələrinin təqibi başlanır, xüsusən bəhailər və yəhudilərin. 1979-cu ildə İranda İsrailə casusluq etməkdə günahlandırılaraq yəhudi icma başçısı edam edilir. 1983-cü ilədək əlavə olaraq 10 yəhudi icma başçısı eyni yolla edam edilir. 1980-cı ildə yəhudilərin İran məclisindəki nümayəndəliyinə zəmanət verən qanun ləğv edildi. Bu edam və yəhudi mülklərinin müsadirəsinin (Yəhudi Elektron Ensiklopediyasına görə yəhudilərdən müsadirə olunan mülkün dəyəri milyard dollarlar dəyərində hesablanır) məntiqi nəticəsi kimi İrandan ABŞ və İsrailə 80 minlik yəhudi icmasının 55 mini köç edir. Bu böyük köç prosesi 1979-1984-cü illəri əhatə edir[1].

Ölkə daxilindəki yəhudi repressiyaları və anti-İsrail ritorikasına baxmayaraq Xomeyni çətin geosiyasi vəziyyətdə Fələstin və Qüds problemində ilişməmək üçün bu münaqişəli məsələyə münasibətdə xüsusi bir yanaşma formalaşdırdı: İlk əvvəla Qüds problemi fələstinlilərin və Fələstin dövlətinin daxili problemidir və münaqişənin həlli məsələsində ilk əvvəla Fələstinin qonşuları münasibət bildirə və vasitəçi ola bilərlər və yalnız bundan sonra bu digər İslam dünyasının üzvü olan ölkələrin problemidir. Göründüyü kimi İran özünü bu problemin həllində 3-cü qrupa saldı və münaqişədən maksimum özünü uzaqlaşdırdı. Hətta Livan müharibəsi zamanı belə İranın içindəli fanatik qüvvələr 10 minlik qoşunla Livana yardım etməyi təklif etsələr də, Xomeyni buna razılaşmadı. Səbəb isə sadə idi, Xomeyni əsas düşmən və təhdid kimi İraqı görürdü və “Qüdsə yol Kərbəladan keçir” deyirdi [28].

İsrail İranda inqilab baş verəndən sonra 1979-cu il mart referendumunun nəticələrinin legitimliyini tanıyaraq İranla münasibətləri qoruyub saxlamaq iddiasında olduğunu göstərdi [15]. İsrail artıq İrana hərbi sursat və texnologiyanı neft əvəzinə deyil, orada yaşayan yəhudilərin sağ və salamat oranı tərk etməsi üçün satırdı[29]. İran-İraq müharibəsi başlayan kimi İsrail İrana ABŞ-la danışıqlarda vasitəçi kimi lazım oldu. Belə ki, İrana ABŞ-nin hərbi-texniki dəstəyi lazım idi. İsrail də eyni zamanda güclənən İraq dövlətin zəiflədərək, ərəb koalisiyasın dağıtmaq üçün ABŞ-nin İrana hərbi yardım etməsi üçün konqresdə lobbiçilik etmişdi və bu ərəfələrdə ABŞ İranın əsas silah tədarükçüsü oldu. İranın silah taciri Əyman Heydari bildirirdi ki, “İranın aldığı ABŞ silahlarının 80%-i İsraildən gizli yollarla gəlirdi və hətta israilli hərbi mütəxəssislər döyüş meydanın ziyarət edərək İran qoşununda nəyin çatışmadığını müəyyən edirdilər”[10]. Təl-Əviv Milli Təhülkəsizlik sahəsində Araşdırmalar İnstitutunun məlumatlarına görə İran-İraq müharibəsi zamanı İsrail vasitəsi ilə İrana satılan silahın dəyəri 500 milyon dollar dəyərində olmuşdur[30]. Mansur Farxanq müharibə ərzində ümumi satılan silahın dəyərini 3 milyard dollar dəyərində qiymətləndirmişdi. M. Farxanq deyir ki, “bütün qurulan münasibətlər və alış-veriş 3-cü əldən edilirdi və bu Xomeyni agentlərinə imkan verirdi ki, “kiçik şeytanla” (İran mətbuatı İsraili belə adlandırırdı) olan bütün əlaqələr danılsın”[11]. Alış-verişin ilk illərində İsrail də silah satdığını gizlində saxlayırdı, çünki ABŞ onun səfirliyinin əməkdaşlarının həbs olunmasına görə Xomeyni hökumətinə silah embarqosu təyin etmişdi[31].

Bir müddət sonra İsrailin xüsusi xidmət orqanları “İran-Kontras” razılaşması çərçivəsində İrana külli miqdarda ABŞ silahı satmağa başladılar. Bu razılaşmaya görə İrana satılan silahlar arasında 2000-dən çox TOW tank əleyhinə raketləri, 18 ədəd HAWK raket kompleksi 300 ədəd hissə-komplektasiya ilə. Bunların əvəzinə İran ABŞ səfirliyinin 3 əməkdaşını əsirlikdən buraxdı. Bütün bu proses 7 mərhələdən ibarət oldu və ilk 3 mərhələ İsrailin birbaşa vasitəçiliyi ilə oldu. İlk dövrlərdə HAWK raket kompleksində problem yarandığından ABŞ sonrakı silah satışlarına nəzarəti gücləndirdi və İsrailsiz satdı bu silah komplekslərini[32]. Bütün bu proseslərin əsas aparıcı fiquru olan israilli kəşfiyyatçı və diplomat Davud Kimxi bildirirdi ki, “İsrailin bu silah alverində əsas məqsədi hər iki tərəfi zəif salmaq və müharibəni bacardığı qədər uzatmaq idi. İsrail istəyirdi ki, İran da, İraq da zəifləsin və hər ikisinin anti-israil ritorikası keçmişdə qalsın.” Amma nəticə heç də gözlənilən olmadı və İraq bu müharibədən sonra yenə də gücləndi və regionda əsas hərbi qüvvələrdən biri olaraq qaldı[10].

1990-cı illərdən müasir dövrədək

redaktə
 
Şahab - 3 raketlərinin hədəfi vurma radiusu.

1990-cı illərdə bir sıra hadisələr Yaxın Şərqdə geosiyasi vəziyyəti dəyişdirdi. Bu hadisələrə SSRİ-nin dağılması, “Səhrada Tufan” əməliyyatı aid idi və bunlar İraqın hərbi gücünün zəifləməsinə səbəb oldu. İran bu geosiyasi hadisələr zamanı neytrallığını qoruyub saxladı ki, ABŞ-dən dəstək alsın. Lakin ABŞ regionda şiə İrana qarşı sünni İraqı qoruyub saxladı və Səddam Hüseyni məğlub etsə də, tam olaraq devirmədi. 1991-ci il Madrid sülh konfransına da dəvət almayan iranlı diplomatlar anladılar ki, ABŞ-nin məqsədi hələ də İranı təcrid etməkdir [10]. Bu ərəfədə İran rəsmilərinin dəvət almamasına əsas səbəblərdən biri kimi İranın Madrid konfransı ilə eyni dövrdə Tehranda anti-İsrail dövlətlərinin və təşkilatlarının əlaqələndirməsi məqsədli bir konfransı keçirməsi idi və bu konfransda Madrid konfransının sırf yəhudilərə üstünlük verdiyi deyilirdi və Madrid konfransı anti-ərəb konfransı adlandırılaraq bu konfransda ərəblərin ancaq təhqir olunduğu və alçaldıldığı qeyd edilirdi[22].

İstinadlar

redaktə
  1. 1 2 3 4 5 6 7 8  Иран Arxivləşdirilib 2023-03-26 at the Wayback Machine — статья из Электронной еврейской энциклопедии
  2. Эсфирь Arxivləşdirilib 2017-11-15 at the Wayback Machine — статья из Электронной еврейской энциклопедии
  3.  Judeo-Persian communities II. The Achaemenid period Arxivləşdirilib 2022-05-17 at the Wayback Machine — статья из Encyclopædia Iranica
  4. Judeo-Persian communities III. The Parthian and Sasanian periods Arxivləşdirilib 2022-07-18 at the Wayback Machine — статья изEncyclopædia Iranica
  5. 1 2 Judeo-Persian communities V. Qajar period Arxivləşdirilib 2022-07-18 at the Wayback Machine — статья из Encyclopædia Iranica
  6. Laurence D. Loeb. The Jewish Musician and the Music of Fars Arxivləşdirilib 2016-03-24 at the Wayback Machine // Asian Music. — 1972. — Vol. 4, № 1. — P. 3-14.
  7. 1 2 Judeo-Persian communities VI. The Pahlavi Era (1925-1979) Arxivləşdirilib 2022-07-18 at the Wayback Machine — статья изEncyclopædia Iranica
  8. Stanley A. Weiss. Israel and Iran: The bonds that tie Persians and Jews - Editorials & Commentary - International Herald Tribune Arxivləşdirilib 2021-03-14 at the Wayback MachineThe New York Times (July 10, 2006). Проверено 25 марта 2015.
  9. Леся Боброва. Иранский Шиндлер, или Парижский детектив Arxivləşdirilib 2020-09-29 at the Wayback Machine. Booknik.ru (19 января 2012). Проверено 30 августа 2015.
  10. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Israel I. Relations with Iran Arxivləşdirilib 2018-11-17 at the Wayback Machine— статья из Encyclopædia Iranica
  11. 1 2 Mansour Farhang. The Iran-Israel Connection // Arab Studies Quarterly. — 1989. — Vol. 11, № 1. — P. 85-98.
  12. Raphael Ahren. Did Israel, under the shah, help start Iran’s nuclear program? Arxivləşdirilib 2022-09-27 at the Wayback MachineThe Times of Israel (November 1, 2013).
  13. 1 2 3 Uri Bar-Joseph. Forecasting a Hurricane: Israeli and American Estimations of the Khomeini Revolution Arxivləşdirilib 2020-02-22 at the Wayback Machine // Journal of Strategic Studies. — 2013. — Vol. 36, № 5. — P. 718-742. — DOI:10.1080/01402390.2012.742009.
  14. 1 2 Neta Feniger & Rachel Kallus. Building a 'new Middle East': Israeli architects in Iran in the 1970s // The Journal of Architecture. — 2013. — Vol. 18, № 3. — P. 381-401. — DOI:10.1080/13602365.2013.811695.
  15. 1 2 3 В. И. Месамед. Ирано-израильские отношения: от партнерства к конфронтации Arxivləşdirilib 2022-03-08 at the Wayback Machine. Институт Ближнего Востока (3 ноября 2007). Проверено 14 ноября 2014.
  16. Parsi, 2007, p. 24.
  17. Звягельская И. Д., Морозов В. М. Израиль-Иран: Балансирование на грани? Arxivləşdirilib 2022-08-30 at the Wayback Machine // Вестник МГИМО университета. — 2010. — Вып. 5. — С. 182-187.
  18. Uri Bialer. Fuel bridge across the Middle East — Israel, Iran, and the Eilat-Ashkelon oil pipeline // Israel Studies. — 2007. — Vol. 12, № 3. — P. 29-67. — DOI:10.1353/is.2007.0023.
  19. Rachelle Marshall. The Kurds' Suffering is Rooted in Past Betrayals Arxivləşdirilib 2020-11-11 at the Wayback Machine // Washington Report on Middle East Affairs. — May/June 1991. — P. 8. Сергей Минасян. Израильско-курдские отношения в контексте политических процессов на Ближнем и Среднем Востоке Arxivləşdirilib 2022-07-14 at the Wayback Machine // 21-й век. — 2007. — № 2. — С. 88-108.
  20. Country profiles: Iran Arxivləşdirilib 2012-07-28 at the Wayback Machine. Nuclear Threat Initiative (July 2014). Проверено 13 ноября 2014.
  21. Kenneth R. Timmerman. Secret spy deal: U.S., Iran, Israel Arxivləşdirilib 2021-01-19 at the Wayback Machine. WorldNetDaily (September 26, 2000). Проверено 3 марта 2015.
  22. 1 2 Menashri, 2001, p. 269.
  23. Parsi, 2007, pp. 31, 59.
  24. 1 2 Trita Parsi. Israel and the Origins of Iran's Arab Option: Dissection of a Strategy Misunderstood Arxivləşdirilib 2021-05-18 at the Wayback Machine // Middle East Journal. — 2006. — Vol. 60, № 3. — P. 493-512.
  25. Parsi, 2007, p. 119.
  26. Parsi, 2007, p. 81.
  27. Menashri, 2001, p. 282.
  28. Parsi, 2007, pp. 102-103.
  29. Parsi, 2007, p. 95.
  30. Thomas Latschan. Iran und Israel: The best of enemies Arxivləşdirilib 2015-04-24 at the Wayback Machine. Deutsche Welle (17 February, 2014).
  31. Kaye, Nader & Roshan, 2011, p. 14.
  32. Iran-Contra Affairs Arxivləşdirilib 2022-09-08 at the Wayback Machine — статья из Encyclopædia Iranica