Böyük Xocavar
Böyük Xocavar | |
---|---|
39°03′00″ şm. e. 48°37′59″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Masallı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2337 (2009) nəfər |
Böyük Xocavar — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[1]
Əhalisi
Toponimiyası
Kəndin ilkin adı Xocavar olmuşdur. Kəndin adının Xoca sözündən əmələ gəlməsi ehtimal olunur. Xocavar sözü iki mənada yozulur. Böyük Xocavar kəndi ticarət yollarının kəsişdiyi rahat bir yerdə yerləşdiyindən bura bazarların olduğu, tacirlərin sevdiyi, məskən saldığı yer olmuşdur. Xocavar- xoca, yəni tacir adından əmələ gəlməsi ehtimal olunur. Böyük Xocavar kəndi həm də elmin, təhsilin inkişaf etdiyi yer olmuşdur. Kənddə demək olar hər bir dövrdə bu dövrə uyğun məktəb olmuşdur. Xocavar sözünü xoca, yəni müəllim, elmli, elm adamlarının kəndi kimi ehtimal edənlər də var. Binə Xocavar kəndi yarandıqdan sonra Xocavar kəndi Böyük Xocavar adlandırılmışdır. [3]
Coğrafiyası və infrastrukturu
Kənd ərazisində Banbaşı ərazi nümayəndəliyi, Banbaşı bələdiyyəsi, Banbaşı həkim ambulatoriyası, Banbaşı mədəniyyət evi yerləşir. Adı çəkilən kənd rayon mərkəzindən 5 km məsafədə , Masallı-Təzə Alvadı magistral yolunun şərq hissəsində yerləşir. Banbaşı , Binə Xocavar və Köhnə Alvadı kəndləri ilə həmsərhəddir. Əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və fərdi əmək fəaliyyətidir. Böyük Xocavar kəndində Banbaşı poçt şöbəsi, kənd məktəbi və kitabxanası yerləşir. 140 yerlik Böyük Xocavar kənd uşaq bağçası 1984-cü ildən 1998-ci ilə qədər fəaliyyət göstərmişdir. Hazırda uşaq bağçasının əsaslı təmir olunması və yenidən fəaliyyətə başlaması nəzərdə tutulur. Kənddə iki məscid dindarların istifadəsindədir. Kənddə bir mebel sexi fəaliyyət göstərir.[mənbə göstərin]
Tarixi
Kənddə ilk dünyəvi məktəb sovetlər dönəminin ilk illərinə təsadüf edir. Kəndin ilk rus dilində təhsil almış ziyalıları Nağıyev Yadulla Bəşir oğlu və Abdulhəsən Balakişi oğlu olmuşdur. Onlar Privolnoye rus-tatar məktəbində təhsil almışlar. Kəndin ilk ali təhsillisi Zeynalov Abusət Əşrəf oğlu olmuşdur. O, 1944-cü ildə ATİ-nin müalicə fakultəsini bitirmiş və bundan az müddət sonra vəfat etmişdir. Kəndin ilk ali təhsil almış və bütün ömrünü təhsilə həsr etmiş ziyalısı ADU-nin tarix fakultəsini 1954-cü ildə bitirmiş Quliyev Nəriman Məmmədəli oğlu olmuşdur. Kəndin ilk alimi, fizika-riyaziyyat elmləri namizədi ADPU-nin dosenti Museyib Yadulla oğlu Bəşirov olmuşdur. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, mərhum şair Qiyas Həmid Böyük Xocavar kəndində anadan olmuş və burada təhsil almışdır. Ölkənin müxtəlif ali təhsil və elm ocaqlarında Böyük Xocavar kəndindən olan aşağıdakı alimlər çalışır: Məmmədsadıqov Hüseyn Həsən oğlu-texnika elmləri doktoru, professor, Azərbaycan Dövlət Memarlıq və Arxitektura Akademiyasında işləyir. Rəşidzadə Loğman Rəşid oğlu- filoloqiya elmləri namizədir, Məmmədov Həzrətqulu İslam oğlu Respublikanın 1 nömrəli strateji obyekti olan -Beynəlxalq və Şəhərlər arası Telefon stansiyasının rəisi işləmiş, Rabitə Ustası fəxri adı vardır, hazırda Aztelekom İB-də Departament rəisi vəzifəsində çalışır. Məmmədov Alim İslam oğlu-tibb elmləri namizədi, Azərbaycan Dövlət Tibb Univerisitetinin dosentidir. Məmmədov İlqar İslam oğlu- tibb üzrə fəlsəfə doktoru, Masallı rayon mərkəzi xəstəxanasının anesteziologiya və reanimasiya şöbəsinin müdiridir. Rəhimli Ədalət Böyükxan oğlu - hüquq elmləri namizədi, ARDNŞ-nin hüquqşunasıdır. Böyük Vətən Müharibəsində iştirak edənlərdən sağ qalan yoxdur.
Torpaqlarımızın toxunulmazlığı, Qarabağ uğrunda Böyük Xocavar kəndi altı şəhid vermişdir: Məmmədov Bəyalı İlyas oğlu-1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Əzizov Emil Əbil oğlu- 1994-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Alışov Nahid Güləli oğlu 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Bayramov Qismət İlyas oğlu 1992-ci ildə Məlikov Aqil Qismət oğlu 2016-cı ildə Əliyev Məhəmməd İlham oğlu 2020-ci ildə şəhid olmuşdur.
Böyük Xocavar kəndindən olan ziyalılar bir çox rəhbər vəzifələrdə işləmişlər və hal-hazırda işləyirlər. Rəşidzadə Loğman Rəşid oğlu. “ Sovet kəndi “ qəzetinin redaktoru, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsləhətçisi işləmişdir, hazırda Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentində müavin vəzifəsində işləyir. Mikayılov Allahyar Qüdrət oğlu Masallı RPK-nin təşkilat şöbəsinin müdiri olmuş və başqa bir sıra rəhbər vəzifələrdə çalışmışdır. Quliyev Ağadədə Abdulmənəf oğlu-Masallı rayon Komsomol Komitəsinin birinci katibi işləmişdir. Bayramov İmanəli Əbülhəsən oğlu Lerik rayonunda müstəntiq vəzifəsində çalışmışdır.[mənbə göstərin]
Şəhidləri
- Məmmədov Bəyalı İlyas oğlu-1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə həlak olmuşdur.
- Əzizov Emil Əbil oğlu- 1994-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə həlak olmuşdur.
- Alışov Nahid Güləli oğlu 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə həlak olmuşdur.
- Bayramov Qismət İlyas oğlu
- Aqil Qismət oğlu Məlikov
- Məhəmməd İlham oğlu Əliyev
Həmçinin bax
İstinadlar
http://www.masallilar.az/article/a-5.html Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine[4]
- ↑ Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ↑ ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.
- ↑ "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-06.