Boks
Boks | |
---|---|
Ümumi məlumatlar | |
Mənşə ölkəsi | |
Xüsusiyyətləri | |
Oyunçu sayı | 2 |
Vikianbarda əlaqəli mediafayllar |
Boks — iki adamın müəyyən qaydalar çərçivəsində, hücum və müdafiə məqsədilə yumruqlarından istifadə edərək bir-birinə həmlə etdikləri idman növüdür.[1] Boks qarşılaşmaları dünyanın bir çox ölkəsində izlənilir.
Boks qarşılaşmaları rinqdə keçirilir. Rinq, üç sıra kəndirlə bağlı və yerdən yüksəkdə kvadrat formasında bir sahədir. Peşəkar boksda rinqin böyüklüyü 5–6 m², həvəskar boksda isə ən az 3–6 m²dir. Boks qarşılaşmalarında, hər iki boksçu da eyni çəkidə (ağırlıqda) olmalıdır. Məşq üçün "armud" adlı alətdən istifadə olunur.
Peşəkar və həvəskar boksun qaydaları bir-birindən fərqlidir. Həvəskar boksçular 227 qr ağırlığında, peşəkar boksçular isə ağırlığı 170–283 qr arasında dəyişən əlcəklər istifadə edirlər. Peşəkar boksçular yalnız şort, həvəskar boksçular isə şort və atlet geyirlər. Həm həvəskar həm də peşəkar boksçular qarşılaşmada diş və qasıq qoruyucuları istifadə edirlər. Həvəskar boksçular ayrıca qoruyucu başlıq taxırlar.
Tarixi
[redaktə | mənbəni redaktə et]Boks demək olar ki, cəmiyyətin yarandığı ilk dövrlərdən dünya xalqları arasında yayılmağa başlayıb. Bu idman növü hələ beş min il bundan əvvəl Misir və Babilistanda[2] mövcüd olan yumruq döyüşü əsasında inkişaf edib. Müasir boksa bənzəyən yumruq döyüşləri qədim Yunanıstanda[3] da təşkil olunurdu. Eramızdan əvvəl 688-ci ildə boks antik Olimpiya oyunlarının proqramına daxil edilmişdi.[4]
İlk olimpiya çempionu adına yunanıstanlı Onamastus layiq görülmüşdür. Məşhur riyaziyyatçı və filosof Pifaqor da boks üzrə antik Olimpiya oyunlarının qaliblərindən olmuşdur. Arxeoloji qazıntılar nəticəsində Əlcəzairdə tapılan vaza üzərindəki rəsmlər onu göstərir ki, boks (yumruq döyüşü) qədim dövrlərdə Afrikanın cənubunda da özünə pərəstişkarlar tapıb.[mənbə göstərin]
Boksun idman növü kimi inkişaf etməsi
[redaktə | mənbəni redaktə et]Müasir boks XVIII əsrin əvvəllərində İngiltərədə təşəkkül tapıb. 16 avqust 1743-cü ildə İngiltərə çempionu Cek Broton ilk qaydalar toplusunu — Broton qaydalarını hazırlayıb.[5] 1867-ci ildə Kuinsberri Markizin yeni boks yarış qaydaları qəbul olunub.[6] Bundan sonra boks idman növü kimi inkişaf etməyə başlayıb. Artıq döyüş raundlara bölünməyə başladı. Raundlar arası qısa fasilələrdə[7] idmançıların dincəlməsi yarışın tempini və hərəkət dinamikasını xeyli artırıb.[mənbə göstərin]
Tutmalara qadağa qoyulması boksu güləşə oxşamaqdan xilas edib. Daha yumuşaq əlcəklərdən istifadə olunması təhlükəsizlik yaratmaqla yanaşı, zərbələrin rəngarəngliyini də artırıb. Kuinsberrinin yarış qaydaları müasir boksda həm peşəkarlar, həm də həvəskarlar üçün əsas qayda oldu.[mənbə göstərin]
FİBA-nın yaranması
[redaktə | mənbəni redaktə et]1924-cü ildə Beynəlxalq Həvəskar Boks Federasiyası (FİBA) yaradılıb. Bu təşkilat 1946-cı ildən AİBA adlanmaga başladı. İlk Avropa çempionatı 1924-cü ildə təşkil olunub. Dünya çempionatı isə bundan 50 il sonra 1974-cü ildə keçirilib. 1991-ci ilə qədər Dünya çempionatları hər dörd ildən bir təşkil olunurdu. Bundan sonra bu yarış Avropa çempionatları kimi iki ildən bir keçirilməyə başladı.[mənbə göstərin]
Dünya çempionatlarında qələbələrin sayına görə rekordçu kubalı Feliks Savondur — 6 qat Dünya çempionu. O, 2000-ci ildə Sidney Olimpiadasında 3 qat Olimpiya çempionu olduqdan sonra bu göstəricidə Teofilo Stevinson və Laslo Pappanı qabaqladı. Avropa çempionatlarında ən yaxşı nəticə göstərmiş boksçu polşalı Zbiqnev Petşikovskidir. O, qitə çempionatında 4 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.[mənbə göstərin]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Boxing is a martial art:
- "Is boxing considered a martial art? Yes, here's why". MMA Channel. 5 June 2021. 2023-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-04.
- "9 reasons why boxing is the perfect martial art". Evolve MMA. İstifadə tarixi: 2023-06-04.
- "Reasons why boxing is the perfect martial art". MMA Channel. 29 September 2021. 2023-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-04.
- "Inside the UK's white-collar cage fighting scene". BBC News. 4 April 2016. 2016-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-05.
- ↑ The A-Z of World Boxing: An Authoritative and Entertaining Compendium of the Fight Game from Its Origins to the Present Day page 296
- ↑ The A-Z of World Boxing: An Authoritative and Entertaining Compendium of the Fight Game from Its Origins to the Present Day page 296
- ↑ Michael Poliakoff. Encyclopædia Britannica entry for Boxing // Britannica.com. 24 March 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 May 2013.
- ↑ John Rennie (2006) East London Prize Ring Rules 1743 Arxiv surəti 18 fevral 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 18 fevral 2008 at the Wayback Machine
- ↑ Harris, Brian. Intolerance: divided societies on trial. Wildy, Simmonds & Hill Publishing. 2008. səh. 182.
- ↑ Marquess of Queensberry rules | boxing // Britannica. 2021-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-27.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- ibhof.com — Rəsmi saytı of the International Boxing Hall of Fame
- "Boxing". Encyclopædia Britannica Online.
- DMOZ-da Boks
- Boxing Prints Collection. General Collection, Beinecke Rare Book and Manuscript Library, Yale University.
- Boxing // Britannika Ensiklopediyası. 4 (XI). 1911. 350–352.