Laos kipi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Laos kipi
laos ເງີນກີບລາວ
2000 kip (2011)
2000 kip (2011)
Kod və simvol
ISO 4217 kodu LAK
Simvol
Abreviatura LAK
Dövriyyə ərazisi
Emitent ölkə
  Laos Laos
Əvəzedici və paralel vahidlər
Kiçik att (1100)
Dövriyyədə olan sikkə və əsginaslar
Sikkələr 500, 1000, 2000, 5000, 10,000, 20,000, 50,000, 100,000 kip (əksər hallarda istifadə edilir)
1, 5, 10, 20, 50, 100 kip (nadir hallarda istifadə edilir)
Əsginas 10, 20, 50 att (nadir hallarda istifadə olunur)
Tarixi
Dövriyyəyə buraxılma 1952
Sikkə və əskinasların buraxılması və istehsalı
Mərkəzi bank Laos Xalq Demokratik Respublikası Milli Bankı
  bol.gov.la
İnflyasiya
İnflyasiya 3.92%
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

'Lao kipi (laos ກີບ; kodu: LAK; simvolu: or ₭N) 1952-ci ildən Laos respublikasının pul vahidi. Tarixi olaraq vir kip 100 att (ອັດ)-a bölünür.

Azad Laos kipi (1946)

[redaktə | mənbəni redaktə et]

1945-1946-cı illərdə Fransız qüvvələri regionu zəbt etmədən əvvəl Azad Laos hökuməti Vyentyanda 10, 20 və 50 att və 10 kip kağız pul buraxdı.

Krallıq kipi (1952)

[redaktə | mənbəni redaktə et]

Kip 1952-ci ildə Fransız Çinhindi piastrını əvəz etdi. Kip (həmçinin fransız dilində piastr adlanıdr) 100 att (Lao: ອັດ) və ya sentə bölünür.

Üzərində laos və fransız dillərində yazı olan 10, 20 və 50 att sikkələr buraxıldı. Hamısı alüminiumdan hazırlanmışdı və Çin pulları kimi ortasında dəlik vardı. Yalnız 1952-ci ildə buraxılmışdı.

1953-cü ildə Institut d'Émission des États du Cambodge, du Laos et du Vietnam Laos filialı ikili denominasiya edilmiş piastr və riel əsginasları tədavülə çıxardı. Eyni zamanda, İnstitutun digər iki filialı da Kambocada rielCənubi Vyetnamda donq ilə oxşar razılaşmalara malik idi. 1, 5, 10 və 100 kip üçün əsginaslar mövcud idi.

1957-ci ildə hökumət yalnız kipdən təşkil olunan əsginaslar buraxdı. 1, 5, 10, 20 və 50 kip əsginaslar Security Banknote Company, 100 kip əsginaslar Banque de France və 500 kip xatirə əsginası Thomas De la Rue tərəfindən çap edildi. 1962-ci ildə 1 və 5 kip əskinaslar Bradbury & Wilkinson və 10 kip əskinaslar De la Rue tərəfindən təqdim olundu.

1963-cü ildə 20, 50, 200 və 1000 kip əskinaslar da əlavə olundu, hamısı De la Rue tərəfindən çap edilmişdi. Bunu 1974-1975-ci illərdə yenə də De la Rue tərəfindən çap olunan 100, 500 və 5000 kip əsginaslar izlədi. 1975-ci ildə Bradbury & Wilkinson tərəfindən 10 kip və De la Rue tərəfindən 1000 kip çap edilsə də dövriyyəyə çıxarılmadı.

Patet Laos kipi (1976)

[redaktə | mənbəni redaktə et]

Patet Lao kipi 1976-cı ildən əvvəl Patet Lao nəzarətindəki ərazilərdə buraxıldı. 1, 10, 20, 50, 100, 200 və 500 kip əsginaslar mövcud idi. Əsginaslar Çində nəşr edilirdi.

Laos XDR kipi (1979)

[redaktə | mənbəni redaktə et]

16 dekabr 1979-cu ildə Pate Lao kipi 1-in 100-ə nisbətində olmaqla yeni Laos kipi ilə əvəz olundu.[1]

1980-ci ildə 28 il fasilədən sonra 10, 20 və 50 att olmaqla sikkələr Laosda yenidən buraxılmağa başlandı. 1985-ci ildə bunu Laos Xalq Demokratik Respublikasının 10 illiyinə həsr edilmiş 1, 5, 10, 20 və 50 kip sikkələr izlədi. Hal-hazırda sikkələr dövriyyədə yoxdur.

1979-cu ildə 1, 5, 10, 20, 50 və 100 kip əsginaslar təqdim edildi. 1988-ci ildə 500 kip, 1992-ci ildə 1000, 1997-ci ildə 2000 və 5000, 2002-ci ildə 10,000 və 20,000, 17 yanvar 2006-cı ildə 50,000 kip əsginaslar buraxıldı.

  1. Linzmayer, Owen. Laos // The Banknote Book. San Francisco, CA: www.BanknoteNews.com. 2012. 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-10.