Tikmə
Tikmə — müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallardan istifadə edilməklə tikiş tikmək üsulu ilə toxuma.
Tarixçə
[redaktə | mənbəni redaktə et]Qədim ənənələrə malik olan Azərbaycan tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Buraya müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallar daxildir. Tikmə sənətində ən çox rəngli ipək saplar işlədilir. Lakin keçmişdə bu məqsədlə qızıl və gümüşdən kəsilmiş incə tellərdən, ağac qabığı və fil sümüyündən hazırlanmış lövhəciklərdən, metal piləklərdən hətta qiymətli daşqaşdan da geniş istifadə edilmişdir.
Tikmə sənəti əsrlər boyu qadınların sevimli məşğuliyyəti olmuşdur. Yalnız xırda əmtəə istehsalı səviyyəsinə yüksələndən sonra onunla kişilər də məşğul olmağa başlamışdır.
Azərbaycan tikmələri barədə məlumata IX–XI əsr ərəb müəlliflərinin və klassik şairlərin (Nizami, Füzuli) əsərlərində rast gəlirik.
Orta əsr bədii tikmə sənətinin istehsal mərkəzləri arasında Təbriz, Ərdəbil, Gəncə, Şamaxı və s. şəhərlər mühüm yer tuturdu. Təbrizdə XVI əsrdə Səfəvi şahlarının xüsusi karxanaları var idi. 1530-cu ildə I Şah Təhmasibin kənizlərindən 20 nəfərinə Təbrizdəki xüsusi toxuculuq karxanasında güləbətin tikmə öyrədilmişdi.
XVIII–XIX əsrlərdə tikmə sənəti əvvəlki mövqeyini itirir, güləbətin, pilək, zərənduz və s. tikmə növləri tədricən aradan çıxmağa başlayır. Bunun müqabilində təkəlduz tikmə ənənələri hələ də davam edirdi.
XIX əsrdə bədii tikmənin müxtəlif növləri ilə evlərdə kənd və şəhər qadınları, dükanlarda isə kişilər məşğul olurdu. Təkəlduz dükanlarında peşəkar ustalar (tikməbəndlər) yalnız "təkəlduz"la; evlərdə isə qadınlar bədii tikmənin qalan növləri (güləbətin, xanduz, zərənduz, muncuq, pilək, oturtma, örtmə, cülmə və s.) ilə məşğul olurdu.
Təkəlduz tikmədə naxışlar "gozəmə və ya doldurma" usulu ilə icra olunurdu.
Bədii tikmə Azərbaycanda parça istehsalının tarixi çox qədimdir.16–17-ci əsrlərdə Azərbaycanda parçaların üzəri üç üsulla bəzədilərdi.
Tikmə növləri
[redaktə | mənbəni redaktə et]Azərbaycan tikmə növləri
[redaktə | mənbəni redaktə et]- Texnikaya görə
- Güləbətin (tikmə) — qızılı və gümüşü saplarla tünd rəngli parçalar üzərində tikilir
- Təkəlduz tikmə — rəngli ipək saplarla tünd mahud üzərində tikilir
- Saya tikmə — güləbətin və təkəlduzun tam əksi olaraq, burada rəngli ipək və yun saplarla pastelrəngli (açıqrəngli) parçaları işləyirlər
- Xanduz tikmə — şəbəkəli parça üzərində tikilir.
- Sanama tikmə — səhvən "krest" (xaçşəkilli tikmə) adlandırılır
- Xovlu tikmə — tikişmiş (toxunulmamış) xalça texnikası
- Materialına görə
- Pilək tikmə — əlvan yastı pulcuqlu tikmə
- Çaxma pilək tikmə (zərənduz)
- Muncuqlu tikmə
- Örtmə tikmə
- Doldurma tikmə — ikitərəfli tikmə üsuludur
- Qurama tikmə — müxtəlif parça hissələrinin bir-birinə pərçimlənməsi ilə başa gəlir
- Oturtma tikmə (qondarma tikmə) — ayrıca parçalardan kəsilmiş bəzək başqa bir parça üzərinə qoyulur və bərkidilir.
- Cərənduz
- Düymələmə tikmə
- qaragöz
- sərmə
- Naxışlarına görə bir neçə yerə bölünür
- həndəsi
- nəbati (bitki), heyvanlar
- Quşgözü tikmə (cınağı, cülmə)
- Məlilə (spiral, sarmal tikmə)
- zəncirə[1][2][3][4][5]
Digər türk xalqlarının tikmə növləri
[redaktə | mənbəni redaktə et]Güləbətin, təkəlduz və s. tikmə növləri başqa adlar altında digər türk xalqlarında da yayğındır.
Tikmə janrları
[redaktə | mənbəni redaktə et]Portret, miniatür, qrafika, mənzərə, siluet, hüsnxət, həndəsi və nəbati naxış kompozisiyaları[6].
Tikmə sənəti UNESCO-da
[redaktə | mənbəni redaktə et]Çinin Haynan əyalətində yaşayan Li etnik qrupunun tikmə növləri 2009-cu ildə UNESCO-nun Təcili Qorumaya Ehtiyacı Olan Mədəni İrs Listəsinə[7], Əlcəzairin və Macarıstanın tikmə sənəti 2012-ci ildə UNESCO-nun Bəşəriyyətin Toxunulmaz Mədəni İrsi Listəsinə daxil olub[8][9].
Qalereya
[redaktə | mənbəni redaktə et]Tikməçi-rəssamlar
[redaktə | mənbəni redaktə et]- Mehriban Xəlilzadə
- Rəhman Yunusov
- Haşım Hacıyev
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Savalan Fərəcov — Lifli rəssamlıq sənəti: tikmələr Arxivləşdirilib 2020-07-31 at the Wayback Machine. Mədəniyyət.- 2011.- 28 yanvar.- S. 15.
- ↑ "Tək al, düz, baxım, yaxama təkəlduz taxım. Tikməçi-rəssam Mehriban Xəlilzadə ilə müsahibə". 2014-09-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-14.
- ↑ "Azərbaycan bədii tikmələri". 2014-04-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-14.
- ↑ "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliri — Azərbaycanda bədii tikmələr". 2015-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-15.
- ↑ "Günay Qafarova, sənətşünaslıq namizədi. Azərbaycanın el sənətinin maraqlı nümunələri". 2013-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-24.
- ↑ "PalitranewsAz-da Mehriban Xəlilzadənin müsahibəsi". 2013-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-14.
- ↑ "2009 List of Intangible Cultural Heritage in Need of Urgent Safeguarding. Traditional Li textile techniques: spinning, dyeing, weaving and embroidering". 2015-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-15.
- ↑ "2012 Representative List of the Intangible Cultural Heritage of Humanity. Rites and craftsmanship associated with the wedding costume tradition of Tlemcen". 2015-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-15.
- ↑ "2012 Representative List of the Intangible Cultural Heritage of Humanity. Folk art of the Matyó, embroidery of a traditional community". 2015-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-15.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Naxışların yaddaşı (film, 1973)
- Xalq istedadları (film, 1974)
- Təkəlduz (film, 1985)
- Əllərin sehri (film, 2007)
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- "Naxçıvan tikmələri" kitabı.