Tikmə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Tikmə — müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallardan istifadə edilməklə tikiş tikmək üsulu ilə toxuma.

Qədim ənənələrə malik olan Azərbaycan tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Buraya müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallar daxildir. Tikmə sənətində ən çox rəngli ipək saplar işlədilir. Lakin keçmişdə bu məqsədlə qızılgümüşdən kəsilmiş incə tellərdən, ağac qabığı və fil sümüyündən hazırlanmış lövhəciklərdən, metal piləklərdən hətta qiymətli daşqaşdan da geniş istifadə edilmişdir.

Tikmə sənəti əsrlər boyu qadınların sevimli məşğuliyyəti olmuşdur. Yalnız xırda əmtəə istehsalı səviyyəsinə yüksələndən sonra onunla kişilər də məşğul olmağa başlamışdır.

Azərbaycan tikmələri barədə məlumata IX–XI əsr ərəb müəlliflərinin və klassik şairlərin (Nizami, Füzuli) əsərlərində rast gəlirik.

Orta əsr bədii tikmə sənətinin istehsal mərkəzləri arasında Təbriz, Ərdəbil, Gəncə, Şamaxı və s. şəhərlər mühüm yer tuturdu. Təbrizdə XVI əsrdə Səfəvi şahlarının xüsusi karxanaları var idi. 1530-cu ildə I Şah Təhmasibin kənizlərindən 20 nəfərinə Təbrizdəki xüsusi toxuculuq karxanasında güləbətin tikmə öyrədilmişdi.

XVIII–XIX əsrlərdə tikmə sənəti əvvəlki mövqeyini itirir, güləbətin, pilək, zərənduz və s. tikmə növləri tədricən aradan çıxmağa başlayır. Bunun müqabilində təkəlduz tikmə ənənələri hələ də davam edirdi.

XIX əsrdə bədii tikmənin müxtəlif növləri ilə evlərdə kənd və şəhər qadınları, dükanlarda isə kişilər məşğul olurdu. Təkəlduz dükanlarında peşəkar ustalar (tikməbəndlər) yalnız "təkəlduz"la; evlərdə isə qadınlar bədii tikmənin qalan növləri (güləbətin, xanduz, zərənduz, muncuq, pilək, oturtma, örtmə, cülmə və s.) ilə məşğul olurdu.

Təkəlduz tikmədə naxışlar "gozəmə və ya doldurma" usulu ilə icra olunurdu.

Bədii tikmə Azərbaycanda parça istehsalının tarixi çox qədimdir.16–17-ci əsrlərdə Azərbaycanda parçaların üzəri üç üsulla bəzədilərdi.

Tikmə növləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycan tikmə növləri

[redaktə | mənbəni redaktə et]
Texnikaya görə
Materialına görə
Naxışlarına görə bir neçə yerə bölünür

Digər türk xalqlarının tikmə növləri

[redaktə | mənbəni redaktə et]

Güləbətin, təkəlduz və s. tikmə növləri başqa adlar altında digər türk xalqlarında da yayğındır.

Tikmə janrları

[redaktə | mənbəni redaktə et]

Portret, miniatür, qrafika, mənzərə, siluet, hüsnxət, həndəsi və nəbati naxış kompozisiyaları[6].

Tikmə sənəti UNESCO-da

[redaktə | mənbəni redaktə et]

Çinin Haynan əyalətində yaşayan Li etnik qrupunun tikmə növləri 2009-cu ildə UNESCO-nun Təcili Qorumaya Ehtiyacı Olan Mədəni İrs Listəsinə[7], Əlcəzairin və Macarıstanın tikmə sənəti 2012-ci ildə UNESCO-nun Bəşəriyyətin Toxunulmaz Mədəni İrsi Listəsinə daxil olub[8][9].

Tikməçi-rəssamlar

[redaktə | mənbəni redaktə et]
  1. Savalan Fərəcov — Lifli rəssamlıq sənəti: tikmələr Arxivləşdirilib 2020-07-31 at the Wayback Machine. Mədəniyyət.- 2011.- 28 yanvar.- S. 15.
  2. "Tək al, düz, baxım, yaxama təkəlduz taxım. Tikməçi-rəssam Mehriban Xəlilzadə ilə müsahibə". 2014-09-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-14.
  3. "Azərbaycan bədii tikmələri". 2014-04-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-14.
  4. "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliri — Azərbaycanda bədii tikmələr". 2015-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-15.
  5. "Günay Qafarova, sənətşünaslıq namizədi. Azərbaycanın el sənətinin maraqlı nümunələri". 2013-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-24.
  6. "PalitranewsAz-da Mehriban Xəlilzadənin müsahibəsi". 2013-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-14.
  7. "2009 List of Intangible Cultural Heritage in Need of Urgent Safeguarding. Traditional Li textile techniques: spinning, dyeing, weaving and embroidering". 2015-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-15.
  8. "2012 Representative List of the Intangible Cultural Heritage of Humanity. Rites and craftsmanship associated with the wedding costume tradition of Tlemcen". 2015-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-15.
  9. "2012 Representative List of the Intangible Cultural Heritage of Humanity. Folk art of the Matyó, embroidery of a traditional community". 2015-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-15.
  1. Naxışların yaddaşı (film, 1973)
  2. Xalq istedadları (film, 1974)
  3. Təkəlduz (film, 1985)
  4. Əllərin sehri (film, 2007)
  • "Naxçıvan tikmələri" kitabı.