Hüseyn ibn Əli

Vikipediya, azad ensiklopediya
(İmam Hüseyn səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Hüseyn ibn Əli
ərəb. أبو عبد الله الحُسين بن علي بن أبي طالب
Şəxsi məlumatlar
Doğum tarixi 9 yanvar 626
Doğum yeri
Vəfat tarixi 12 oktyabr 680 (54 yaşında)
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Dəfn yeri
Fəaliyyəti hərbi lider[d], ilahiyyatçı, şair
Atası Əli bin Əbu Talib
Anası Fatimə
Həyat yoldaşları
Uşaqları
Dini islam
Hərbi xidmət
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hüseyn ibn Əli (ərəb. حسين بن علي‎; 9 yanvar 626, Mədinə, Əl-Mədinə[d], Səudiyyə Ərəbistanı12 oktyabr 680, Kərbəla) (tam adı: Hüseyn ibn Əli ibn Əbu Talib əl-Haşimi əl-Qureyşi) — Şiələrin 3-cü imamı, xəlifəsi və 5-ci məsumu; Əhli-Beytin nümayəndəsi, səhabə.

İmam Hüseyn adı, Əbu Abdullah[2][3] künyəsi ilə məşhurdur.[4][5][6][7] Şiələrin üçüncü imamı, Kərbəla şəhidi, Kisa Səhabələrindən, Əli və Fatimənin ikinci oğlu və İslam peyğəmbəri Məhəmmədin nəvəsidir.[8] Məhəmməd onu və qardaşı Həsən ibn Əlini cənnət gənclərinin ağası adlandırıb. Siffeyn, CəməlNəhrəvan döyüşlərində atasının yanında olmuş və döyüşmüşdür. Qardaşı Həsənin imaməti və xilafəti dövründə onun yanında olmuş və Müaviyə həyatda olduğu müddətdə onun Həsənlə bağladığı sülh müqaviləsinə sadiq qalmışdır.

680-ci ildə Müaviyənin ölümüylə birlikdə Yezidə beyət etməyi qanuni bilməmiş və kufəlilərin dəvətinin ardınca Məkkədən Kufəyə doğru yola çıxmışdır. Kərbəlada kufəlilərin xəyanət və sədaqətsizlikləri səbəbilə Aşura günü Əməvi ordusu ilə baş verən döyüşdə, Hüseyn və aralarında qardaşı, oğlanları və qardaşı oğlunun da olduğu təxminən 72 tərəfdarı ilə birlikdə öldürülmüşdür. Sağ qalan yaxınları, ailəsi və tərəfdarları əsir alınaraq əvvəlcə Kufəyə və oradan da paytaxt Şama (Dəməşq) göndərilmişdir.

Hüseynin Kərbəladakı şəhidliyi İslam tarixişiəlik baxımından xüsusilə İslamın ilk illərində təyinedici bir rol oynamışdır. Hüseynin həyatı və şəhidliyi həssas dövrlərdən və ilk əsrlərin çox gərgin əsas hadisələrindən biri olaraq sayılmaqdadır. Əməvilərə qarşı üsyanı adının müqavimət, mübarizə və şəhidliklə xatırlanmasına səbəb olmuş və digər tərəfdən zəmanə hakimlərinə qarşı genişmiqyaslı qiyamların başlama səbəbi və ilham mənbəyi olmuşdur. Aşura hadisəsi şiə cəmiyyətinin fərqli zümrə və təbəqələrindəki müxtəlif ədəbiyyat, yazı, şəkil və kitabələrində əsrlərdir özünü göstərir.[9]

İmamlığından əvvəl

[redaktə | mənbəni redaktə et]

Hüseyn Mədinədə dünyaya gəlmişdir. Dünyaya gəlmə tarixini bəziləri hicri-qəməri 3-cü[10][11][12][13][14][15], bəziləri isə 4-cü[5][6][16][17][18][19][20][21] il olaraq qeyd ediblər. Lakin tarixçi və mühəddislər arasında məşhur olan nəzər Hicrətin 4-cü ilində dünyaya gəldiyi istiqamətindədir. Hansı gün dünyaya gəldiyi mövzusunda müxtəlif iddialar var. Məşhur nəzərə görə, Şaban ayının 3-də dünyaya gəlmişdir.[22][23][24][25][26]

İbn Sədin yazdığına görə, Abbas ibn Əbdülmüttəlibin həyat yoldaşı Ümmü Fəzil Məhəmmədin əmri ilə Hüseynin dayəliyini etmiş və beləliklə Hüseyn Qusam ibn Abbasın süd qardaşı olmuşdur.[27][28][29][30]

Nəsəb, Künyə və ləqəbləri

[redaktə | mənbəni redaktə et]

Adının qoyulması

[redaktə | mənbəni redaktə et]

Şiə rəvayətlərinə görə, Məhəmməd hələ Hüseyn üçün bir ad təyin olunmadan əvvəl onun üçün Hüseyn adını Allahın əmri ilə ona qoymuşdur.[31][32] Buna görə Məhəmməd hər kəsə elan edərək belə buyurmuşdur: "Mən bu iki övladımın adlarını Həsən və Hüseyn qoymaqla əmr olundum."[33][34][35], "Harun iki oğulunun adını Şubbər və Şubeyr qoydu və mən də bu iki övladımın adlarını Harunun uşaqlarına qoyduğu adların eynisi olan Həsən və Hüseyn olaraq qoyuram."[33][35][36][37]

Bəzi rəvayətlər Həsən və Hüseyn adlarının cənnət adlarından olduğu və İslamdan əvvəl istifadə olunmadığı istiqamətindədir.[38]

Hüseyn dünyaya gəldiyi zaman Məhəmməd tərəfindən künyəsi Əbu Abdullah olaraq qoyulmuşdur.[39][40][41][42][43] Ancaq Huseybi[12] Hüseynin şiələr yanında künyəsinin Əbu Əli olduğunu iddia etmişdir. Əbuş-Şühəda (şəhidlər atası), Əbul-Əhrar (azadlar atası) və Əbul-Mücahidin (mücahidlərin atası) Hüseynin digər künyələrindəndir.[13]

Hüseynə çox sayda ləqəb nisbət verilmişdir. Bu ləqəblərin əksəriyyətində qardaşı Həsənə verilən ləqəblərlə müştərəkdirlər. Hüseynin məxsusi ləqəbləri bunlardan ibarətdir: Zəki, Tayyib, Vafi, Seyid, Mübarək,[14] Nafi, əd-Dəlilu alə zatullah (Allahın varlığına dəlil), [15] Raşid, ət-Tabiu Li-Mərzatillah[16] (Allahın razılığına tabe olan).[44][45][46]

İbn Təlhə Şafei Hüseynin "Zəki" ləqəbinin digər ləqəblərindən daha məşhur olduğunu, "Seyyidi Şəbabi Əhli-Cənnət" (Cənnət gənclərinin ağası) ləqəbinin isə onun ən əhəmiyyətli ləqəbi olduğunu ifadə etmişdir.[46] Şiə imamlarının bəzi hədislərində isə Hüseyn "Şəhid" və "Seyyiduş-Şühəda" (Şəhidlərin ağası) ləqəbləri ilə xatırlanmışdır.[47][48][49][50]

Məhəmmədin yanında

[redaktə | mənbəni redaktə et]

Hüseyn Məhəmməd vəfat etdiyi zaman uşaq idi. Ancaq uşaq olmasına baxmayaraq, Məhəmmədin Əhli-beyti ilə birlikdə İslam tarixinin əhəmiyyətli hadisələrində iştirak etmişdir: Nəcran Xristianları ilə Mübahilə, Kisa Səhabələri hadisəsi, Məhəmmədə beyət və məktub yazılışına şahid olması və s.

İbn Səd Hüseyni Məhəmmədin "vəfat etdiyində uşaq olan və Onun heç bir döyüşlərinə qatılmayan zümrə olan" beşinci təbəqə səhabələrindən saymışdır.[51] Hüseyn təxminən 6 il 8 ay Məhəmmədin həyatı dövründə yaşamışdır.

Özü hər vaxt Məhəmmədin söhbət və inayətini görmüşdür. Məhəmməddən nəql edildiyinə görə o belə buyurmuşdur: Şübhəsiz Həsən və Hüseyn cənnət gənclərinin ağasıdır.[52]

Yəla Əmiri Məhəmməddən belə rəvayət etmişdir: Hüseyn məndəndir və mən də Hüseyndənəm; Allah onu sevəni sevsin. Həsən və Hüseyn peyğəmbər övladlarındandır.[53][54][55]

Salman Farsidən nəql edildiyinə görə Məhəmməd Hüseyni dizləri üzərinə oturdar, onu öpər və belə buyurardı: Sən seyid oğlu seyid və seyidlərin atasısan; Sən imam, imam oğlu və imamların atasısan; Sən Allahın höccətinin oğlu və sonuncuları qaim olan doqquz höccətin atası olan höccətsən."[56][57][58][59]

Salman Farsinin Məhəmməddən nəql etdiyi digər bir rəvayətdə Məhəmməd belə buyurmuşdur: "Ey Salman! Hər kim bunları sevsə, məni sevmişdir və hər kim məni sevsə, Allahı sevmişdir." Sonra əllərini Hüseynin çiyinləri üzərinə qoyaraq belə dedi: "Bu, imam oğlu imamdır. Onun nəsilindən olan 9 imam, əmin və məsumdurlar. Onlardan doqquzuncusu onların qaim (qiyam edən) olanlarıdır.[60][61]

Məhəmməd dəfələrlə belə buyurmuşdur: "Həsən və Hüseyn mənim uşaqlarımdır; onları sevən məni sevər, məni sevən Allahı sevər; Allahı sevəni də Allah cənnətə qoyar. Onlara nifrət edən mənə nifrət edər, mənə nifrət edən Allaha nifrət edər, Allah da özünə nifrət edəni cəhənnəmə daxil edər."[62][63][64] Əbu Hüreyrə isə Məhəmməddən belə nəql etmişdir: "Hər kim bu iki uşağımı -Həsən və Hüseyni- sevsə, məni sevmişdir və hər kim onlara düşmənlik etsə, mənə düşmənlik etmişdir."[65][66][67][68]

Mənbələrə görə Məhəmmədin Həsən və Hüseynə olan əlaqəsi o qədər çox olmuşdur ki, onların məscidə gəlişi ilə xütbəsini yarıda kəsər, minbərdən aşağı enər və onlara doğru gedərək onları qucağına götürərmiş.[69][70][71][72] Ənəs ibn Malik belə rəvayət etmişdir: "Allah Rəsuluna (s) Əhli-beytindən ən çox kimi sevirsən?,- deyə soruşduqlarında belə buyurdu: "Həsən və Hüseyni."[73]

Raşidi xəlifələr

[redaktə | mənbəni redaktə et]

Hüseyn ömürünün təxminən 31-32 ilini Raşidi xəlifələr (Əbu Bəkir, Ömər, Osman, ƏliHəsən) dövründə keçirmişdir. Əbu Bəkrin xilafətində 7 yaşında, ikinci xəlifə Ömər ibn Xəttabın xilafətində 9 yaşında, üçüncü xəlifə Osman ibn Əffanın xilafətində 19 yaşında, atası, dördüncü xəlifə Əli ibn Əbu Talibin və qardaşı, beşnci xəlifə Həsən ibn Əlinin xilafəti zamanında isə 31-32 yaşlarında olmuşdur.

Əbu Bəkrin xilafəti

[redaktə | mənbəni redaktə et]

Əbu Bəkrin xilafət günləri Əlinin ailəsi üçün fərqli dövrlərin başlanğıcı hesab olunur. Bu dövrdə Əlinin ailəsi bir tərəfdən Məhəmmədi yeni itirdiyindən kədər içində yaşamaqda, bir yandan da xilafət mövzusunda yaşanan ixtilaflar Əlinin ailəsini narahat etməkdə olmuşdur. Mənbələrə görə, Əbu Bəkrin xilafətinin ilk günlərində Hüseyn böyük qardaşı Həsən və anaları Fatimə ilə birlikdə atası Əlinin onlara görə qasb edilən xilafət haqqını geri almaq üçün cəhd göstərmiş və onlarla birlikdə Bədr döyüşünə qatılanların evlərinə tək-tək gedərək onlardan kömək istəyiblər.[74][75][76]

Ömər ibn Xəttabın xilafəti

[redaktə | mənbəni redaktə et]

Hüseynin Ömərin xilafəti dövründə necə və nə şəkildə yaşadığına dair mənbələrdə kifayət qədər məlumat yoxdur. Böyük ehtimalla bunun səbəbi atası Əli və övladlarının bu dövrdə hökumətdən geri planda dayanaraq bir guşəyə çəkilmələrindən irəli gəlir. Bəzi mənbələrdə rəvayət edildiyinə görə Ömərin xilafətinin ilk dövrlərində Hüseyn bir gün məscidə girir və Öməri Məhəmmədin minbərində çıxış edərkən görür. Çıxış sonunda yanına gedərək belə deyir: "Atamın minbərindən aşağı düş və öz atanın minbərində otur!" Bu sözdən sarsılaraq çaşqınlıq keçirən Ömər ona belə deyir: "Atamın minbəri yox idi." Daha sonra onu yanında oturdur[77][78][79][80][81] və sonra evinə apararaq ona belə deyir: "Əziz oğlum! Bunu sənə kim öyrədib?" Hüseyn ona cavab olaraq belə demişdir: "Bunu mənə heç kim öyrətməyib."[82][83][84][85][86]

Osman ibn Əffanın xilafəti

[redaktə | mənbəni redaktə et]

Hüseyn Osman xilafətə çatanda təxminən 19 yaşında olmuşdur. Bəzi sünni mənbələrində Hüseyn Osmanın xilafət dövründə bəzi istilalara qardaşı -Həsən- Abdullah ibn Abbas, Abdullah ibn ÖmərAbdullah ibn Zübeyr birlikdə Səid ibn Asın komandanlığında təşkil olunan Təbəristan müharibəsinə qatıldığı qeyd olunmuşdur.[87][88][89]

Əbu Zərin yola salınması zamanı (Osman Əbu Zəri Rəbəzə çölünə sürgün etmiş və kiminsə onu yola salmasını qadağan etmişdi) Hüseyn atası (Əli), qardaşı (Həsən), əmisi (Əql ibn Əbu Talib, əmim oğlu (Ubeydullah b. Cəfər və İshaq İbn b. Yasirlə birlikdə xəlifənin əmrinə zidd olaraq Əbu Zəri yola salmışdır.[90][91]

İslam Xilafəti əhalisi xəlifə Osmana qarşı üsyana qalxaraq onu öldürmək üçün evinə doğru hərəkətə keçəndə Hüseyn qardaşı Həsən ilə birlikdə ataları Əlinin əmri ilə Osmanı qorumaq üçün hərəkətə keçmişdir.[92][93][94][95][96][97] Xalqın qarşısını almaq o qədər də asan olmayıb. Və sonda xalq üsyanı Osmanın ölümü ilə nəticələnmişdir. Atasının əmri ilə cəmiyyətin bəzi dəyərlərini qorumaq üçün Osmanın canını qorumaq naminə mübarizə aparmışdır.[98]

Əli ibn Əbu Talibin xilafəti

[redaktə | mənbəni redaktə et]

Hüseyn Əlinin dövründəki döyüşlərin (Cəməl, SiffeynNəhrəvan) hamısında iştirak etmişdir.[99][100] Siffeyn döyüşündə isə insanları cihada təşviq etmək üçün xütbə söyləmişdir.[101]

Əli Hüseyni Həsənlə yanaşı vəqf və xeyir işlərində özünə vəkil etmişdir.[102][103] Bir nəqlə görə Hüseyn atası öldürüldüyü zaman atasının özünə verdiyi bir vəzifə ilə əlaqədar olaraq Mədaində olmuşdur. Həsənin yazdığı məktubla hadisədən xəbərdar olmuş[104][105] və atasının dəfninə yetişmişdir.[106][107][108][109]

Həsən ibn Əlinin dövrü

[redaktə | mənbəni redaktə et]

Həsənin 10 il imamət və alt aya yaxın xilafəti dönəmində[80] Hüseyn hər zaman Həsənin yanında yer almış və onunla birlikdə hərəkət etmişdir. Əlinin öldürülməsindən sonra Həsən xəlifə seçilmişdir. Bu səbəbdən də Hüseyn qardaşı Həsənə beyət etmişdir. Ordunu NüxeyləMəskin qərargahına hazırlayıb, göndərmək mövzusunda qardaşı Həsənlə birlikdə rol oynamış və Həsənlə birlikdə əsgər toplamaq üçün Mədain və Səbata getmişdir.[110]

Mənbələrə görə Həsən ilə Müaviyə arasında bağlanan sülh müqaviləsində bir qrup şiə Hüseyndən bu siyasi sazişə qarşı çıxmasını və Müaviyənin qarşısında dayanmasını istəmiş; Ancaq Hüseyn qəti bir şəkildə qardaşının Müaviyə ilə bağladığı müqaviləni himayə etmiş və bu istəyə qarşı çıxmışdır. Qeys ibn Səd Hüseynin bu mövzudakı fikrini soruşduqda Hüseyn açıq bir şəkildə fikrini bildirmişdir.[111][112] Hüseyn sülh sazişindən sonra qardaşı ilə birlikdə Kufədən Mədinəyə gedərək orada sakit bir həyat keçirmişdir.[113][114][115]

İmamlığının dəlilləri

[redaktə | mənbəni redaktə et]

İslami mənbələrdə Məhəmməddən nəql olunmuş "bu iki oğlum (Həsən və Hüseyn), istər qiyam etsinlər və istərsə etməsinlər, imamdır" hədisi şiələrə görə Həsən və Hüseynin imamətinə dəlalət edir.

Bundan başqa Məhəmməddən nəql olunan hədislərdə imamların sayı, Əli, Həsən, Hüseyn və Hüseynin nəslindən olan doqquz imamın imamlığı bildirilmişdir.[116]

Həmçinin Həsənin Hüseynə özündən sonra xilafət və imamət barəsində vəsiyyəti və Məhəmməd b. Hənəfiyyəyə Hüseynin davamçısı olması lazım olduğuna dair əmri də şiələrin nəzərində onun imamlığının dəlillərindəndir.[117][118][119] Şeyx Mufid[120][121][122][123][124] qeyd edilmiş bu iddialara görə Hüseynin imamət məqamının sabit və qəti olduğunu, ancaq imamın təqiyə, sülh və atəşkəs müqaviləsinə bağlılığından dolayı insanları açıq şəkildə öz imamət məqamına dəvət etmədiyini, buna baxmayaraq Müaviyənin ölümündən və çəkişmələrin ardınca imamlığını açıqlayaraq elan etdiyi bildirməkdədir.[125]

Əli Hüseyndən də Həsəndən istədiyi kimi insanlara çıxış etməsini istəmiş və Qüreyşlilərin onu gələcəkdə savadsızlıqda ittiham etmələrinin qarşısını almışdır.[126] İslami mənbələrdə Hüseynin elmi məqamı, bəzi səhabələrin sözləri və ondan fətva tələb etmələri haqqında rəvayətlər mövcuddur.[127][128] Bundan başqa İslami mənbələrdəki rəvayətlərdə Hüseynin də öz imamlığı haqqındakı bəzi sözləri[129][130] və bir qism möcüzə və kəramətləri də onun imamətinin dəlili olduğu iddia edilmişdir.[131][132][133][134][135][136][137][138][139][140]

Muaviyə və Yezidin xilafət dönəmi

[redaktə | mənbəni redaktə et]

Muaviyəyə qarşı siyasəti

[redaktə | mənbəni redaktə et]

Hüseyn Həsənin öldürülməsindən sonra qardaşı Həsənin Müaviyə ilə sülh müqaviləsinə sadiq qalmış və müqavilənin şərtlərini pozmamışdır.[141][142] Həmçinin Kufə xalqı Müaviyəyə qarşı qiyam etməsi üçün ona yazdığı məktublara, Müaviyənin müsəlmanlara hökumət etməsinə qarşı çıxmasına və Müaviyənin nümayəndələrinə qarşı cihad edilməsi lazım olduğunu bildirməsinə baxmayaraq qiyam etməmiş və qiyamı Müaviyənin ölümündən sonraya ertələmişdir.[143][144][145] Müaviyə Həsənin öldürülməsindən sonra Hüseyndən qiyam etməməsini tələb etmiş, Hüseyn də bağlanan sülh müqaviləsinə sadiq olduğunu açıqlamışdır.[146]

Müaviyənin hökumətin başında olması, cəmiyyətin siyasi və ictimai atmosferinin münasib olmamasına görə Hüseynin ümumiyyətlə yalnız öz inanclarını açıqlayaraq təbliğ etməsinə və Müaviyənin bəzi fəaliyyətlərinə etiraz etməklə kifayətlənməsinə səbəb olmuşdur. Buna görə də Hüseyni qiyam etməyə dəvət edənlərə belə demişdir: "Mən bu gün belə bir fikirdə deyiləm, özünüzə şəfqətli olun, yerinizdən qalın və evlərinizdə oturun. Müaviyə həyatda olduğu müddət ərzində şəkk-şübhə və sui-istifadələrə səbəb olacaq şeylərdən çəkinin. Əgər Allah onun üçün bir şeyi qərar qılar və mən həyatda olarsam, öz fikirlərimi sizə yazaram."[147][148]

Dəfələrlə Müaviyənin ətrafındakılar Hüseyni dağıdıcı hərəkət etməkdə, yaxud planlaşdırmaqda günahlandırmış və Müaviyəni bu barədə xəbərdar etmişdirlər. Müaviyə də bunun üzərinə dəfələrlə Hüseynə sülh müqaviləsinə sadiq qalması barədə xəbərdarlıqlar olan məktublar yazmışdır. Hüseyn isə sülh müqaviləsinə sadiq qaldığını elan etmişdir.[149][150][151] Bu dövrdə Hüseyn başda Mərvan ibn Həkəm olmaqla Müaviyə məmurlarına mövqelərindən dolayı etiraz edirdi.[152][153]

Hüseyn bu dövrdə açıq-aşkar və ya gizli olaraq imamət, xilafət hökmlərini və haqq xəlifənin daşıması lazım olan xüsusiyyətləri açıqlayırdı. O dövrdəki ictimaiyyətin fikirlərinə təsir göstərmək və ilahi hökmləri bəyan etmək üçün Hüseynin təbliğat işləri daha çox Minada[154][155] həcc mövsümündə və eyni şəkildə Məkkədə gizli toplantılar şəklində olurdu.[156][157]

Hüseynin 10 illik imamət dövründə Müaviyə ilə qarşılıqlı yazdığı məktublar, Hüseynin Müaviyə qarşısındakı mövqeyini ortaya qoyur. Belə ki, Müaviyə tərəfindən həyata keçirilən və Hüseyn tərəfindən cinayət və qeyri-İslami mövqe kimi qiymətləndirilən hərəkətlər Hüseyn tərəfindən şiddətlə tənqid edilmiş və Müaviyə hər dəfə Hüseyn tərəfindən qınanaraq azarlanmışdır. Hücr b. Ədiyy, Əmr b. Xumq Xəzai, Xadrəmi və köməkçilərinin Müaviyə tərəfindən öldürülməsinə Hüseynin reaksiyası son dərəcə sərt və şiddətli olmuşdur.[149][158][159]

Müaviyə oğlu Yezidin vəliəhdliyini möhkəmləndirmək üçün gördüyü irihəcmli işlər əsnasında Mədinəyə bir səfər təşkil etmişdir. Bu səfərdə Hüseyn başda olmaqla Mədinənin böyüklərindən oğlu Yezid üçün beyət almağa çalışmışdır. Müaviyə Mədinəyə daxil olduqdan sonra Hüseynlə görüşmək üçün yanına getmiş və söhbətlərinin ardınca Yezidin vəliəhdliyini irəli sürmüş və Hüseynin himayəsini almağa çalışmışdır; Ancaq Hüseyn şiddətlə bunu inkar etmiş, Yezidin ləyaqətsizliyini, hava-həvəs pərəstliyindən danışmış və Müaviyəni Yezidi vəliəhdi olaraq təyin etməkdən çəkindirmişdir.[160][161] Özü Yezidə beyət etməyən nadir insanlardan biri kimi xütbələrində Müaviyəni qəti şəkildə pisləyərək tənqid etmişdir.[162][163][164][165]

Muaviyənin Hüseynə qarşı siyasəti

[redaktə | mənbəni redaktə et]

Müaviyə görünüşdə Hüseynə olduqca hörmət göstərmişdir. O Hüseynin Məkkə və Mədinə xalqı yanında əhəmiyyətli bir mövqeyə sahib olduğunu və digər insanlara davrandığı kimi ona da təkəbbürlənməyəcəyini bilirdi. Buna baxmayaraq, Hüseyn Müaviyə hökuməti qarşısında mühüm maneə vəziyyətində idi və Müaviyə hər zaman onun qiyam edə biləcəyindən qorxmuşdur. Buna görə də Hüseynə qarşı ehtiyatlı bir siyasət izləmişdir. Bir tərəfdən Hüseyni gözündən uzaq tutmamış, görünüşdə ona ehtiram göstərib və dəyər vermişdir.[166] Məmurlarına da Hüseynə qarışmamalarını və ona hörmətsizlik etməmələrini tövsiyə etmişdir.[167][168] Digər tərəfdən, gecə-gündüz Hüseyni təqib etdirib səfərdə və evində Hüseynin bütün hərəkətlərini, xüsusi-şəxsi və ümumi-ictimai həyatını izləmiş və hətta onun bütün hərəkətlərini izlədiyini və hər gördüyü işdən xəbərdar olduğunu, onun etdiyi hər şeyin özünə məruzə edildiyini Hüseynə əks etdirərək onu bu şəkildə qorxudaraq qiyam etməsinin qarşısını almağa çalışmışdır. Bununla əlaqədar olaraq oğlu Yezidə də Hüseynə qarşı yaxşı davranmasını və ondan beyət almaq üçün çalışmasını məsləhət görmüşdür.[169][170][171][172]

Yezid ibn Müaviyənin qısa müddətli səltənəti siyasi baxımdan olduqca təlatümlü və gərgin keçmiş və 3 il bir neçə ay sürən bu dövrdə daha çox daxili qiyamları yatırmaq və Xilafət torpaqlarında baş verən iğtişaşları aradan qaldırmaq üçün cidd səy sərf etmişdir. Yezid hakimiyyəti boyu hər cür müxalifətə şiddətlə qarşılıq vermiş və daha yeni ikən qarşısını almışdır.

Onun dövründəki təzyiq və zorakılıq elə bir həddə gəlmişdir ki, tarixçi Məsudi bu dövrü belə nəql edir: "Yezidin həyatı və mövqeyi Fironun həyatı və mövqeyinin eynisidir, hətta Firon öz adamlarına daha ədalətli davranır və həm ictimaiyyət önündə həm də təklikdə daha insaflı mövqe sərgiləmişdir."[173] "Hökumətinin birinci ilində Hüseyni və Məhəmmədin Əhli-Beytini öldürdü; İkinci ildə müsəlmanların nəzərində Məhəmmədin hərəminin (Mədinə) hörmətini tapdalamış və 3 gün ərzində ordusuna (can, mal, namusunu) halal etmiş; Üçüncü il Kəbəni dağıtmış və od vurmuşdur."[174][175] Yezidin bu qısa hökuməti dövründəki davranış və mövqeyi gələcəkdə Əməvi hökumətinin sonunu gətirəcək qarşıdurma və müxalifətin qarşısını açmışdır.

Yezid xəlifə olmamışdan əvvəl musiqi alətləri ilə çalıb-oynayan və içki içməsi ilə tanınmışdır.[176] Bunda o qədər ifrata gedərdi ki, hətta atası Müaviyə də onu danlayır və şərab içməkdə ifrata varmamasını istəmişdir.[177] Buna görə də Müaviyə onu özünə vəliəhd kimi təyin etmək istədikdə bir qrup müsəlman bu vəziyyətə olduqca təəccüblənmiş və bunu qəbul etməmişdilər. Müaviyə Yezidin mənfi imicini düzəltmək və onu ictimaiyyətin gözündə yaxşı tanıdmaq üçün onu Hicri-qəməri 51-ci ildə[178] Dəməşq (Şam) zəvvarlarının lideri adı ilə Məkkəyə göndərmişdir.[179] Ancaq bu dəfə də Yezid yenə şərab içmiş və Mədinəyə daxil olduqdan sonra şərab məclisi təşkil etmişdir.[180]

H.Q. 52-ci ildə Yezid Müaviyənin əmri ilə Əməvi ordusu ilə birlikdə Bizans İmperiyasına doğru yürüşə çıxmışdır.[181] Əməvi qoşunu Bizans sərhədlərinə doğru hərəkətə keçmiş, ancaq Yezid həyat yoldaşı Ümmü Gülsüm ilə birlikdə Dir-Murran deyilən yerdə fasilə vermiş və sərxoşluq etmişdir.[182] Əməvi ordusunun "Kazkazunə"[183] adlanan yerdə vəba və çiçək xəstəliyinə tutulduğu və ağır itkilər verdiyi xəbərini alan Yezid heç bir şey etməz və müsəlmanların bu xəstəliklərdən ölməsindən heç bir şəkildə təəssüf etmədiyini ortaya qoyan şeirlər oxumuşdur. [113] Müaviyə bu şeyi bildikdən sonra Yezidə Əməvi ordusunun qərargahına gedərək onlara qatılması əmrini vermişdir. O da çətinliklə hərəkət edərək ordu ilə birlikdə Konstantinopola getmişdir.[184] Ancaq ordu şəhəri fəth edə bilməyərək geri dönmək məcburiyyətində qalmışdır. Bu yürüşə Abdullah ibn Abbas, Abdullah ibn Zübeyr, Əbu Əyyub əl-Ənsari və başqa məşhur səhabələr də qatılmışdır.[185]

Məkkə və Mədinənin öndərləri başda olmaqla, müsəlmanların etirazlarına baxmayaraq, Müaviyə oğlu Yezidə müsəlmanlardan beyət almaq üçün ciddi səy sərf edir və nəhayət H.Q. 56-cı ildə Yezid üçün xalqdan beyət almağa nail olur.[186]

Hüseynin Yezidə etirazı

[redaktə | mənbəni redaktə et]

Mədinədən çıxması

[redaktə | mənbəni redaktə et]

Müaviyə H.Q. 60-cı ilinin Rəcəb ayının 15-də Dəməşqdə öldü.[141][187][188] Öldüyü vaxt Yezid Həvarində idi. Dəməşqə çatanda xalq ona beyət etdi.[141][187][188] Yezid, Mədinə valisi Vəlid ibn Ütbəyə bir məktub yazaraq "Hüseyn ibn Əli, Abdullah ibn Ömər və Abdullah ibn Zübeyrdən öz xilafəti üçün beyət almasını, etməslər boyunlarını vurmasını istəmişdir".[189][190][191][192][193]

Mədinə valisi bu məsələdə Mərvan ibn Həkəm ilə müşavirə etmiş, Mərvan belə demişdir: "Əgər mənim fikrimi qəbul etsən, dərhal, indi, xalq Müaviyənin ölümündən xəbərdar olmamışdan əvvəl Hüseyn ibn Əli və Abdullah ibn Zübeyri çağır! Əgər beyət etsələr bir problem yoxdur, ancaq əgər qəbul etməsələr, boyunlarını vur. Əgər beyət etməz və xalq Müaviyənin öldüyündən xəbərdar olarsa, Hüseyn və İbn Zübeyrdən yapışarlar. Və böyük bir fitnə çıxar. Ancaq İbn Ömərin qiyam edəcək bir xarakteri yoxdur. Amma əgər xalq, vaxtında onun arxasınca getsə və xilafəti ona tapşırsa o başqa".

Vəlid onları çağırmaq üçün Abdullah ibn Əmr ibn Osmanı göndərmişdir. Abdullah ibn Zübeyr və Hüseyn - hər ikisi də o vaxt məsciddə idilər. Abdullah ibn Əmr, onlarla görüşərək Vəlidin mesajını onlara çatdırdı. Abdullah ibn Əmrə getməsini və bir azdan gələcəklərini söylədilər.

Vəlidin görüşmək üçün təyin etdiyi saat valinin, normalda xalqı qəbul etdiyi bir saat deyildi. Elə bu səbəbdən də Vəlidin elçisinə, sən get, biz də gələcəyik, - dedilər.

Abdullah ibn Əmr getdikdən sonra Abdullah ibn Zübeyr Hüseynə: Səncə niyə bizi istəyir? Deyə soruşdu. Hüseyn Abdullah ibn Zübeyrə "Elə güman edirəm ki, Müaviyə ibn Əbu Süfyan öldü və onun ölüm xəbəri yayılmamışdan Yezid üçün bizdən beyət almaq istəyirlər" deyə cavab vermişdir. Abdullah ibn Zübeyr: "Mən də bu fikirdəyəm. İndi sən nə etməyi düşünürsən?" demiş, Hüseyn də cavabında "Valinin yanına gedəcəyəm!" demişdir.

Sonra Hüseyn məsciddən bayıra çıxmış, qohumlarından və tərəfdarlarından bir qrupu toplayaraq hökumət evinə getmiş və onlara belə demişdir: "Mən Vəlidin yanına gedirəm; Çağırsam və ya Vəlidin qışqırıb hirsləndiyini görsəniz dərhal içəri girib ətrafımı sarın; Əks halda, mənim gəlməyimi gözləyin".

Hüseyn içəri girdikdə Mərvan ibn Həkəm, Vəlidin yanında olmuşdur. Sonra Vəlid, Yezidin məktubunu Hüseynə oxuyaraq Yezid adına ona beyət etməsini istəmişdir. Hüseyn isə "Mənim kimi biri gizli olaraq beyət etməz, bütün Mədinə xalqını və məni dəvət et, görək nə olacaq?" demişdir. Bunun üstündən Vəlid Hüseynin təklifi qarşısında: "O halda sağ-salamat get" - demişdir. Hadisəyə şahid olan Mərvan Vəlidə xitabən "Onu qoyma! Əgər beyət etmədən getsə, artıq bir daha onu tapa billməzsəsn. Əgər beyət etməzsə onu öldür" demişdir. Hüseyn isə hirslənərək belə demişdir: "Nə sən məni öldürə bilərsən, nə də o".

Ən sonda Hüseyn və Abdullah ibn Zübeyr, beyət etmədən Məkkəyə getdilər".[194][195][196]

Kufəlilərin məktubları

[redaktə | mənbəni redaktə et]

Şam rəhbərliyi Hicazdan beyət alma təlaşında ikən, Kufədə gələcəkdə baş verə biləcək fırtınalar qopurdu. Əli tərəfdarları 20 illik Müaviyə dövründə yüzlərlə itki vermiş və yüzlərcəsi yaxud daha artığı da zindanlarda idi. Əli tərəfdarları Süleyman ibn Surad Xəzainin evində bir araya gəldi. Söhbətlər aparıldı. Süleyman ibn Surad belə bir çıxış etdi: "Ey insanlar! Əgər canınızdan qorxur və meydan əhli deyilsinizsə, bu adamı (Hüseyn ibn Əlini - red.) boşuna aldatmayın!" Səslər yüksəldi və hamı bir ağızdan belə deməyə başladılar: "Əsla və əsla. Biz canımızdan keçdik və Yezidi devirib Hüseyni xilafətə çıxaracağımıza dair öz qanımızla əhdləşdik!"

Daha sonra Hüseynə belə bir məktub yazdılar: "Həmd olsun Allaha ki, Məhəmməd ümmətinin yaxşılarını öldürüb pislərini iş başına gətirən düşmənini məhv etdi. Müsəlmanların dövlət xəzinəsini güclü və varlılar arasında bölüşdürərdi. İndi sənin idarəçiliyivin qarşısında heç bir maneə qalmadı. Bu şəhərin hakimi, Noman ibn Bəşir hökumət sarayında yaşayır. Bizlər nə ona tabe olur və nə də namazlarında iştirak edirik."

Göndərilən məktublar yalnız bunlarla məhdud deyildi. Yüzlərlə və hətta minlərlə məktub bir-birinin ardınca göndərildi.[120] Hüseyn Kufə xalqına cavab verərək, onlara belə bir məktub yazdı: "Güvəndiyim bir adam olan əmim oğlu Müslimi şəhərin vəziyyətini müşahidə edərək mənə lazımi məlumatları verməsi üçün sizə göndərirəm. Mənə yazdıqlarınız doğrudursa, sizin yanınıza gələcəyəm ".[121]

Digər tərəfdən Əməvilərin tərəfdarları, öz maraqlarının Şam idarəçiliyində olduğunu görənlər və eyni zamanda gələcək qorxusu yaşayanlar Yezidə məktublar yazaraq Kufə və İraqı istəyirsə, Kufəyə uyğun bir vali təyin etməsini istədilər. Şəhərin valisi Noman ibn Bəşir onlara görə ya yetərsiz idi və ya özünü yetərsizliyə vururdu. Yezid rum müşaviri Sərcunla məşvərət etdikdən sonra Bəsrə valisi olan Ubeydullah ibn Ziyadı həm də Kufə valisi təyin etdi. [122] Digər tərəfdən, Müslim ibn Əqil Hüseynin məktubu ilə Kufəyə gedir. Kufə xalqı Müslimi olduqca isti bir şəkildə coşğu və təntənəylə qarşılayır. Müslim ibn Əqil ona ruh yüksəkliyi ilə beyət edən Kufə xalqının asan bir şəkildə ondan imtina edəcəyini və onu tək qoyacaqlarını güman etmədiyindən Hüseynə belə bir məktub yazır: "Kufə və İraq xalqının hamısı sənin ardıcılındır və səni gözləyirlər. Bir an əvvəl İraqa gəlməyində fayda var."[123]

İraqa hərəkət

[redaktə | mənbəni redaktə et]

Hüseyn 4 ay 5 gün Məkkədə qaldıqdan sonra çərşənbə günü Zilhiccə ayının 8-ci günü (Tərviyə günü) [125] (Müslim b. Əqil Kufədə öldürüldüyü gün) 82 nəfərlə birlikdə [126] Kufəyə getmək üçün Məkkədən ayrıldı.

Hüseyn Müslim ibn Əqilin məktubunu alar-almaz qadınlar, uşaqlar və bir qrup köməkçiləri ilə birlikdə İraq yolunu tutur. Digər tərəfdən, Yezidin fərmanını alan Ubeydullah ibn Ziyad isə Kufəyə doğru yola çıxır. İbn Ziyad İraq və xüsusilə Kufə xalqını çox yaxşı tanıyırdı. Atası Ziyad ibn Əbih illərlə bu şəhərdə hökumət etmiş və Ubeydullah atasının yanında burada böyümüşdü. Kufə xalqına necə davranacağını çox yaxşı bilirdi. Şəhərə çatdıqdan sonra o, dərhal şəhərin əsas şəxslərini təhdid və rüşvətlərlə öz yanına çəkdi və onların köməyi ilə başqalarını öz yerinə qoyaraq casuslar göndərərək Müslimin qaldığı yeri öyrəndi. İlk əvvəl Müslim ibn Əqili qarşılayan Hani ibn Urvəni həbsə atdı. Bundan sonra Müslim tərəfdarlarını döyüşə çağırır, ancaq saylarının yüz minə qədər olduğu söylənən xalq, özündən heç bir cəsarət nümunəsi göstərmədən və heç bir qarşıdurmaya girmədən bir gün ərzində Müslim ibn Əqilin yanından ayrılırlar. Belə ki, Müslim axşam namazını qılarkən bir nəfəri belə yanında tapa bilmir. Hökumət qüvvələri sonda Müslimin sığındığı yeri də müəyyən edir. Müslim həbs olunur. Sonra Ubeydullahın əmri ilə o və Hani ibn Urvəni öldürərək başsız bədənlərini iplərə bağlayaraq Kufə küçələrində gəzdirirlər. Kufənin əsas şəxsləri heç bir şey olmamış kimi eləcə evlərində qalırlar.[124]

Hüseyn Məkkədən çıxdıqdan sonra İraq yolunda Müslim və Haninin öldürüldüyünü və Kufə xalqının əhdlərinə vəfa göstərmədikləri xəbərini alır. Vəziyyəti əshabına izah edir və onlara yanından ayrılmaları üçün icazə verir. Bir qrup yanından ayrılır, ancaq ailəsi və az sayda səhabələri onu tək qoymurlar.

Hüseyn Kufəyə yaxınlaşanda İbn Ziyadın əsas qüvvələri ilə qarşı-qarşıya gəlir. Ordunun rəhbəri Bəni-Riyah qəbiləsindən olan Hür ibn Yezid olur. Qoşunu ilə Hüseynin yolunu kəsərək onları Kərbəla adlandırılan yerə aparırlar. Kufə valisi İbn Ziyad Hüseynin Kufəyə yaxınlaşdığı xəbərini alan zaman Səd ibn Əbu Vəqqasın oğlu Ömər ibn Səd rəhbərliyində bir ordunu onlara doğru göndərir. Ubeydullah ibn Ziyad Ömər ibn Səd vasitəsilə Hüseyndən Yezidə beyət etməsini istəyir, ancaq Hüseyn bu istəkdən imtina edir və qəbul etmir.[125]

Kərbəla faciəsi

[redaktə | mənbəni redaktə et]

Hüseyn Məhərrəm ayının onunda (Aşura günü), Hicrətin 61-ci ilində İraqın Neynəva (Kərbəla) torpaqlarında öldürülmüşdür. [23] Ölüm gününün Cümə, [24] Şənbə, [25] Bazar[26] və Bazar ertəsi[27] olduğu nəql edilmişsə də [28] bu nəzərlər arasında məşhur olan nəzər Cümə günü olduğu istiqamətindədir.[29] Əbülfərəc İsfahani,[30] xalq arasında məşhur olan nəzərin Bazar ertəsi günü olduğunu ifadə etmiş, ancaq təqvim hesablamalarına görə bu nəzəri rədd etmişdir.[31] Hüseyn öldürüldüyü zaman yaşının 56 il beş ay, [32] 57 il beş ay[33] və 57 və ya 58[34] yaşlarında olduğu qeyd edilmişdir.[35]

Hüseynin başının harada dəfn olunması haqqında müxtəlif fikirlər var. Kərbəla, Nəcəf, Kufə, Mədinə, Şam, Rəqqə, Misir həzrətin başının dəfn olunmasının ehtimal edildiyi yerlərdir.

Onun Kərbəlada dəfn olunması şiə alimlərinin nəzərincə ən geniş yayılmış fikirdir. Əllamə Məclisi bu baxışı təsdiq edən rəvayətlər nəql edir[197]. Şeyx Səduq Hüseynin bacısı Fatimənin dilindən nəql edir ki, Hüseynin başı Kərbəlada bədəni olan qəbirdə dəfn olundu. Seyid ibn Tavus və bəzi başqa alimlər belə hesab edirlər ki, Hüseynin başının bədəni ilə dəfni ilahi möcüzə şəklində baş verdi[198]. O, bu işin necə baş verməsi haqqında sorğuya icazə vermir.

Bəzi alimlərin fikrincə, Hüseynin qırxı günü (Ərbəin) geri qayıdan Zeynülabidin Hüseynin başını Kərbəlada onun bədəninin yanında dəfn etdi. Başın bədən olan qəbirdə və ya onun kənarında dəfn olunması məlum deyil.

Bəzi mənbələrdə bildirilir ki, kəsilmiş baş üç gün Dəməşq darvazasında asıldıqdan sonra onu endirib, Süleyman ibn Əbdülməlikin zamanınadək xüsusi bir yerdə saxladılar. Süleyman Hüseynin başını Dəməşq qəbiristanında dəfn etmişdir. Onun canişini Ömər ibn Əbdüləziz yenidən dəfn olunmuş başı qəbirdən çıxartdı. Şəriətə zahirən ehtiram göstərən Ömər ibn Əbdüləziz, güman ki, başı Kərbəlaya göndərmişdir. Sünni alimləri arasında da Hüseynin başının Kərbəlada dəfn olunduğunu söyləyənlər var.[199]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Həyat yoldaşları və övladları

[redaktə | mənbəni redaktə et]
  1. Şəhribanu: Tarixçilərin çoxu onu Sasani şahı III Yezdəgerdin qızı və şiələrin 4-cü imamı Əli ibn Hüseynin anası olaraq bilməkdədir. Lakin müasir dövr tədqiqatçılarının bu mövzuda şübhələri var.[200][201][202][203][204][205][206][207]
  2. Rübab binti Əmrul-Qeys: Rübabın ədəb və ağıl baxımından qadınların ən yaxşısı və ən fəzilətlisi olduğu nəql edilmişdir.[208] Hüseynin Rübabdan Səkinə və Abdullah adında iki uşağı olub. Aşura günü hələ bələkdə olan Abdullah (Əli Əsgər) atasının qucağında öldürülüb.[209] Kərbəlada olan Rübab isə digər əsirlərlə birlikdə Dəməşqə aparılıb.[208]
  3. Leyla: Əbu Murrət b. Urvə b. Məsud Səqəfinin[210][211][212] və Məymunə ibn Əbu Süfyanın qızı.[213] Hüseynin onunla nə zaman evləndiyinə dair bir məlumat yoxdur. Əli Əkbər onun övladıdır.[214]
  4. Ümmü İshaq: Təlhə ibn Ubeydullahın qızı. Ümmü İshaq Hüseynin böyük qardaşı Həsənin həyat yoldaşı olub və onun öldürülməsindən sonra Hüseynlə evlənib. Gözəl, amma mənfi əxlaqlı olub.[215] Şeyx Müfid Hüseynin ondan Fatimə adında bir övladının olduğunu qeyd edilir.[216]
  5. Sülafə: Mənbələrdə Kudaə qəbiləsindən bir qadının da Hüseynin həyat yoldaşlarından biri olduğu qeyd edilmişdir.[217][218][219][220] Sibt ibn Cövzi onun adının Sülafə[37], Beyhəqi isə Məlumə olduğunu yazmışdır.[221] Həyatı haqqında hər hansı bir məlumat yoxdur.

Şeyx Abbas Qumi Hüseynin adı müəyyən olmayan bir həyat yoldaşını daha qeyd etmişdir. Hamilə olduğu və Kərbəla hadisəsində əsir Əhli-beyt karvanı ilə birlikdə hərəkət edərkən Hələb yaxınlığında bir yerdə uşağını saldığını yazmışdır. [39]

Şeyx Mufid Hüseynin 4 oğlan və 2 qız olmaqla 6 uşağının olduğunu iddia etmiş, [40] Əllamə Seyid Muhsin Əminin bəzi sözlərindən[41] və İbn Həşşab[42] Hüseynin 6 oğlan və 3 qız olmaqla 9 uşağının olduğunu; İbn Şəhraşub "Mənaqib"[43] kitabında, Ərbili isə "Kəşful-Ğummə" kitabında Hüseynin 6 oğlan və 4 qız olmaqla 10 uşağının olduğunu[44] və hətta bəziləri 10-dan çox uşağının olduğunu qeyd etmişlər. Qədim mənbələr [45] Hüseynin 4 oğlan, 2 qız; sonrakı mənbələr isə 6 oğlan və 3 qızının olduğunu yazmışdır.[46] Sonrakı mənbələrdə 2 oğlan və 1 qız uşağının adları bu şəkildə keçməkdədir: Əli Əsgər, Məhəmməd, Zeynəb.[47] İbn Təlhə Şafei[48] isə Hüseynin uşaqlarının sayını 10 olaraq ifadə etmiş, ancaq 9 dənəsinin adını zikr etmişdir.

Sonrakı bəzi təzkirə və mərsiyə kitablarında Hüseynin 4 yaşındakı Rüqəyya adında bir qızından da bəhs edilmişdir.[49]

Bəzi mənbələr Hüseynin 4 oğlan və 2 qız olmaqla 6 uşağının [222][223][224] digər mənbələr isə 6 oğlan, 3 qız olmaqla 9 övladının olduğunu qeyd etmişdir.[225][226][227]

  1. Əli Əkbər Hüseynin böyük oğludur. Kərbəlada öldürülmüş və anası Əbu Murrət b. Urvə b. Məsud Səqəfinin qızı Leyladır.
  2. Əli və ya Əli Övsət şiələrin dördüncü imamıdır. Zeynul-Abidin (İbadət edənlərin ziynəti) olaraq tanınmış, ləqəbi Səccad və künyəsi Əbu Məhəmməddir. Anası Sasani şahı III Yezdəgerdin qızı Şəhribanudur.
  3. Cəfər b. əl-Hüseyn, anası Kudaə qəbiləsindəndir. Özü Hüseyn həyatda ikən dünyadan köçmüş və ondan geriyə bir nəsil qalmamışdır.[217][218][228]
  4. Abdullah b. Hüseyn Abdullah Razi (süd əmən) deyə bilinən Əli Əsgərdir. Anasının adı Rübabdır.[217][229][230]
  5. Sukeynə (Səkinə) binti Hüseyn, Hüseynin kiçik qızıdır. Onun da anası Rübabdır.
  6. Fatimə Hüseynin böyük qızıdır.[217][231] Anası Təlhə ibn Ubeydullah Təmiminin qızı Ümmü İshaqdır.[53]
  7. Məhəmməd Kərbəlada öldürülmüşdür. Onun da anası Rübabdır.[54]
  8. Zeynəb: Anasının adı müəyyən deyil.[55]
  9. Rüqəyya: Mərhum Hairi anasının III Yezdəgerdin qızı Şəhribanu olduğunu yazmışdır.[56] Bəzi nəqllərlə üst-üstə düşən nəzər isə anasının Ümmü İshaq olduğu istiqamətindədir.[57]
  10. Muhsin b. Hüseyn: Anası Hüseynin digər həyat yoldaşlarından biridir. Adı məlum deyil. Hamilə olduğu və Kərbəla hadisəsində əsir Əhli-beyt karvanı ilə birlikdə hərəkət edərkən Hələb yaxınlığında bir yerdə uşağının tələf olduğu yazılmışdır.[58] Bu yer hal-hazırda Suriyada ziyarət edilən türbələrdən biridir.

Fəzilət və üstünlükləri

[redaktə | mənbəni redaktə et]

Hüseyn ağbəniz olub.[232] Bəzən kürkdən[233] düzəldilmiş bir sarıq bəzən də qara bir sarıq taxıb.[234][235][236] Saç və saqqalına xına çəkərmiş.[237][238] Bir çox hədis, tarix və qədim rical mənbələrində Hüseynin babası Məhəmməd peyğəmbərə bənzədiyinə dair məlumatlar mövcuddur.[239][240][241][242][243] Bir rəvayətdə isə Hüseyn Məhəmməd peyğəmbərə ən çox bənzəyən şəxs kimi tanıdılıb.[244][245][246] Əlidən nəql edilən başqa bir rəvayətdə isə oğlu Hüseyni yaradılış və əxlaq baxımından özünə ən çox bənzəyən şəxs olaraq təsvir edib.[247][248]

İki üzüyündən birində "Lə ilahə illəllah uddətu lil-qaullah", (azərb. "Allahdan başqa tanrı yoxdur" [cümləsi] - Allahla görüş üçün yol azuqəsidir‎) digərində isə "İnnəllahə baliğun əmrəhu" (azərb. Allah öz işini sona yetirəndir‎) yazılıbmış.[249][250]

Hüseyn qardaşı Həsən ibn Əlinin şəhadətinin ardınca yaşca özündən böyük olanlar olmasına baxmayaraq, Haşim oğullarının içində ən mötəbər şəxs olub.[251][252] Onunla məşvərət edər və onun fikrini başqalarının fikrindən üstün tutarmışlar.[253] Hüseyn yaxınları ilə birlikdə 25 dəfə piyada həccə gedib.[254][255][256]

Yəla Əmiri Məhəmməd peyğəmbərdən belə rəvayət etmişdir: "Hüseyn məndən və mən də Hüseyndənəm; Allah onu sevəni sevsin. Həsən və Hüseyn peyğəmbər övladlarındandır."[53][54][257]

Salman Farsidən rəvayət edildiyinə görə, Məhəmməd Hüseyni dizləri üstünə oturdur, onu öpür və buyururdu: Sən seyid oğlu seyid və seyid atasısan; Sən imam, imam oğlu və imamların atasısan; Sən Allahın höccətinin oğlu və sonuncuları qaim olan doqquz höccətin atası olan höccətsən".[57][58][59][258][259]

Yenə Salman Farsinin Məhəmməd peyğəmbərdən nəql etdiyi rəvayətdə İslam peyğəmbəri belə buyurmuşdur: "Ey Salman! Kim onları sevsə, məni sevib və kim məni sevsə, Allahı sevmişdir". Sonra əllərini Hüseynin çiyinləri üzərinə qoyaraq buyurdu: "Bu, imam oğlu imamdır. Onun nəslindən olan 9-cu imam, əmin və məsumdurlar. Onlardan doqquzuncusu onların qaim (qiyam edən) olanlarıdır.[260][261]

Məhəmməd peyğəmbər dəfələrlə belə buyurmuşdur: "Həsən və Hüseyn mənim övladlarımdır; Onları sevən məni sevir, məni sevən Allahı sevər; Allahı sevəni də Allah cənnətə qoyar. Onlara nifrət edən mənə nifrət edər, mənə nifrət edən Allaha nifrət edər, Allah da özünə nifrət edəni, cəhənnəmə atar".[62][63][262]

Əbu Hüreyrə isə Məhəmməd peyğəmbərdən belə nəql etmişdir: "Hər kim bu iki uşağımı (Həsən və Hüseyini) sevsə, məni sevib və hər kim onlara düşmənçilik etsə, mənə düşmənçilik etmişdir".[65][66][67][263]

Hüseynin düşmənləri belə onun fəzilətlərini etiraf ediblər. Belə ki, əzəli düşmənlərindən I Muaviyə də Hüseyn haqqında "Hüseyn də atası kimi hiylə və fırıldaq əhli deyil”, - deyə etiraf edib.[264] Həmçinin Əli və Həsənə də düşmənlik edən Misir valisi Əmr ibn As da Hüseyn haqqında göy əhli yanında yer üzündəki ən əziz adamın Hüseyn olduğunu söyləyib.[265][266]

Hüseyn daim qardaşı Həsənə hörmət bəsləmiş və onun qarşısında danışmamışdır.[267][268] Heç vaxt ondan öndə getməmiş və hər ikisinin olduğu yerdə ondan əvvəl danışmamış və fikir bildirməmişdir.[269][270] Hətta Mədinədə olduqca mərhəmətli və cömərdliyi ilə tanınmasına baxmayaraq səxavətində belə Həsənə ehtiram göstərib. Deyildiyinə görə, bir ehtiyac sahibi Həsənin yanına gəlir və ondan kömək istəyir. Həsən ona bir miqdar kömək edir. Eyni adam daha çox yardım almaq üçün bu dəfə Hüseynin yanına gedir. Hüseyn qardaşının ona kömək etdiyini öyrəndikdə, qardaşına hörmətsizlik olmasın deyə, o adama Həsənin kömək etdiyi miqdardan bir dinar daha az yardım edir.[271][272][273]

Özü yetimlərlə oturar, onların dəvətini qəbul edər, onlarla yemək yeyər və onları evinə dəvət edərmiş. Evində olan şeylərdən onları əsirgəməzdi.[274] Dilənçi və ya ondan nəsə istəyən biri ondan bir şey istədikdə namazda da olsa, namazını qısa edər və hər nəyi varsa ona verərmiş.[275] Qulkənizlərini gözəl əxlaqlarına görə azad edərmiş. Deyildiyinə görə, I Muaviyə çox sayda mal, paltar və bir kənizi Hüseynə hədiyyə olaraq göndərir. Kənizi Qurandan bir neçə ayə oxuduğu və dünyanın fani olması və insanların öləcəyinə dair bir şeir oxuduğuna görə Hüseyn onu azad edir.[276][277][278] Hətta bir gün qullardan biri cəza tələb edən münasib olmayan bir iş görür, ancaq kölə Ali-İmran surəsinin 134-cü "وَالْعَافٖينَ عَنِ النَّاسِ (azərb. İnsanları əfv edərlər.‎)" ayəsini oxuyur. Bunun ardınca Hüseyn onu Allah yolunda azad edir.[279] Xəstə yatağına düşən və borcunu ödəməkdə aciz qalan Usamə ibn Zeydin borcunu özü ödəyir.[280]

Bir rəvayətə görə bir sahə və bir miqdar əşya ona irs qalır, ancaq hələ özünə çatmamış onları bağışlayıb.[281] Üç suala verdiyi cavabdan ötrü bir nəfərin diyəsinin hamısını və üzüyünü ona bağışlayıb.[282][283][284][285] Kəramət və cömərdliyi o qədər çox olub ki, yəhudi bir qadınla kişi onun gözəl əxlaqından dolayı müsəlman olurlar.[286] Uşaqlarının müəlliminə biraz çox mal, paltar və inci bağışlayır, buna baxmayaraq "bu sənin təliminin əvəzi deyil" deyərmiş.[287] Hüseynin həlim və sadəliyi haqqında dediklərinə görə, dəməşqli bir nəfər onu və atasını söyür, amma Hüseyn onu bağışlayır və ona ehsan verib.[288] Tarixi mənbələrə görə, yetim və yoxsullara o qədər çox ərzaq daşıyarmış ki, daşıdığı ərzaq kisəsinin izi kürəyinə çıxıbmış.[289]

Haqqında nəql olunan kəlamlar

[redaktə | mənbəni redaktə et]

Fatimə əleyhəs-səlam:«Hüseyni (ə) dünyaya gətirdikdən sonra Allahın Peyğəmbəri(s) yanıma gəldi. Uşağı sarı parçaya bükülmüş halda o Həzrətə verdim. Peyğəmbər sarı parçanı açıb kənara atdı və ağ parça götürüb Hüseyni ona bükdü. Sonra buyurdu:«Tut ey Fatimə, o, imam və imam oğludur! O onun nəslindən dünyaya gələcək doqquz imamın atasıdır ki, onların doqquzuncusu «Qaimdir.»[290]

İmam Səccad (ə):«Hüseyn (ə) dünyaya gələndə Allah-taala Cəbrailə vəhy etdi ki, Məhəmmədin oğlu olub, onun yanına get, onu təbrik et və ona de ki, Əli sənin üçün Harun Musaya olan kimidir. Odur ki, uşağa Harunun oğlunun adını qoy. Cəbrail (ə) yerə endi və Allah tərəfindən Peyğəmbəri təbrik etdi və sonra dedi:«Allah-taala sənə uşağa Harunun oğlunun adını qoymağı əmr edir.» Peyğəmbər soruşdu:«Harunun oğlunun adı nə olub?» Cəbrail (ə) dedi:«Şubəyr.» Peyğəmbər buyurdu:«Mənim dilim ərəb dilidir.» Cəbrail (ə) dedi:«Uşağın adını Hüseyn qoy.»[291]

İmam Həsən (ə):«Mənim vəfatımdan və ruhum bədənimdən çıxandan sonra Hüseyn ibn Əli (ə) imamdır. Onun Peyğəmbərin varisi olması Allahın yanında kitabda (Lövhi-məhfuzda və ya Quranda, yaxud da vəsiyyətnamədə) yazılıb və Allah-taala bu varisliyi onun ata.anasından olan varisliyə artırıb. Çünki Allah bilir ki, siz onun yaratdıqlarının ən yaxşısısınız. Buna görə də sizin aranızdan Məhəmmədi (s) seçdi və Məhəmməd (s) Əlini (ə) və Əli məni imamətə seçdi və mən Hüseyni seçdim.»[292]

Allahın Peyğəmbəri(s):«Hüseynə gəldikdə, o məndəndir. O mənim oğlum və balamdır. O qardaşından sonra insanların ən yaxşısıdır. O müsəlmanların imamı, möminlərin başçısı, aləmlərin Rəbbinin xəlifəsi, kömək istəyənlərin köməyi, pənah axtaranların pənahı və Allahın bütün yaratdıqları üçün höccətidir. O, Cənnət cavanlarının başçısı və ümmətin nicat qapısıdır. Onun əmri mənim əmrim və ona tabe olmaq mənə tabe olmaqdır. Kim ona itaət etsə məndəndir və kim ona qarşı itaətsizlik etsə məndən deyil.»[293]

Bəra ibn Azib:«Allahın Peyğəmbərini (s) gördüm ki, Hüseyni dalına mindirib və belə deyir:«İlahi! Mən onu sevirəm, onu Sən də sev.»[294]

Səid ibn əbi Raşid Yə’la Amiridən nəql edir ki: O, Allahın Peyğəmbərinin (s) də‘vət olunduğu qonaqlığa gedərkən o Həzrətlə yoldaş olub. Peyğəmbər (s) qabaqda gedirmiş və Hüseyn uşaqlarla oynamaqla məşğul imiş. Peyğəmbər (s) onu tutmaq istəyir. Amma uşaq o tərəf bu tərəfə qaçır. Peyğəmbər (s) onunla zarafat etməyə və onu güldürməyə başlayır və nəhayət Hüseyni tutur, əlinin birini onun boynunun arxasına, digərini isə çənəsinin altına qoyur, onun ağzından öpə-öpə :«Hüseyn məndəndir və mən Hüseyndənəm. Allah Hüseyni sevəni sevsin. Hüseyn nəvələrimdən biridir.»[295]

İbn Abbas:«Allahın Peyğəmbəri(s) Hüseyn ibn Əlini (ə) öz çiyninə mindirmişdi. Bir nəfər dedi:«Oğulcan, nə yaxşı miniyə minmisən? Peyğəmbər (s) buyurdu:«O özü necə gözəl süvaridir!»[296]

Allahın Peyğəmbəri(s):«Kim yer üzünün göy əhli yanında ən sevimli şəxsinə baxmaq istəyirsə, Hüseynə baxsın.»[297]

İmam Hüseyn (ə):«Allahın Peyğəmbərinin (s) yanına getdim. İbn Ubey Kə’b onun yanında idi. Allahın Peyğəmbəri (s) mənə dedi:«Xoş gəlmisən, ey əba Abdullah! Ey göylərin və yerlərin zinəti və bəzəyi! Ubey Peyğəmbərə dedi:«Ey Allahın Peyğəmbəri! Necə ola bilər ki, sizdən başqası göylər və yerlərin zinəti olsun?!» Peyğəmbər (ə) buyurdu:«Ey Ubey, məni haqq olaraq peyğəmbər göndərənə and olsun ki, Hüseyn ibn Əlinin göylərdəki məqam və dərəcəsi yerdəki məqamından daha üstündür. Allah-taalanın ərşinin sağ tərəfində yazılıb ki: (Hüseyn) hidayət çırağı və nicat gəmisi, yorulmaz, izzətli, fəxr olunmalı, yol göstərən imam və (qiymətli) azuqədir.»[298]

İmam Hüseyn (ə) Aşura günündəki kəlamlarının birində buyurmuşdur:«Bilin! Bu haramzadə oğlu haramzadə məni iki yol arasında qoyub: qılınc və zillət! Zillətə qatlaşmaq bizdən çox-çox uzaqdır. Allah, Onun Peyğəmbəri, möminlər, (bizim tərbiyə olunduğumuz) pak ətəklər, qeyrətli qəlblər, alicənab ruhlar qəbul etməzlər ki, biz alçaq bir başçıya təslim olmağı şərəfli ölümdən üstün tutaq!»[299]

İmam Hüseyn (ə) Aşura günündəki kəlamlarının digər birində buyurmuşdur:«And olsun Allaha ki, nə sizə zillət əli uzadacağam və nə də əsirlər, kölələr kimi qaçacağam.»[300]

İmam Səccad (ə):«İmam Hüseynin (ə) əli ilə sağ qulağına işarə edib belə buyurduğunu eşitdim ki:«Əgər bir nəfər mənim bu qulağıma söysə və digər qulağıma üzr istədiyini bildirsə mən onun üzrünü qəbul edərəm. Çünki Əmirəl-möminin Əli ibn əbu Talib (ə) mənə babam Peyğəmbərdən (s) belə eştdiyini nəql edib ki:«Üzrü – istər yetərli olsun istərsə də yetərsiz – qəbul etməyən kəs Kövsər hovuzunun yanına daxil olmayacaq.»[301]

Hüzeyfə ibn Yəman:«Peyğəmbərin Hüseynin Əlindən tutub belə buyurduğunu eşitdim ki: Ay camaat! Bu Hüseyn ibn Əlidir. Onu tanıyın. Canım (qüdrət) əlində olana and olsun ki, həm o, həm onu sevənlər və həm də onu sevənləri sevənlər Cənnətdədirlər.»[302]

Şueyb ibn Əbdurrəhman Xuzai:«Təff (Kərbəla) günü Hüseyn ibn Əlinin kürəyində nəyinsə izi qalmışdı. Zeynəlabidindən (ə) bu barədə soruşduqda O Həzrət buyurdu:«O, Hüseynin (ə) başsız qadınlar, yetimlər və fəqirlərə kürəyində daşıdığı kisələrin yeridir.»[303]

Həmin vaxt Hüseyn (ə) düşməni təkbətək mübarizəyə çağırır, meydana çıxan hər bir kəsi öldürürdü. Belə ki, onlardan çoxlu sayda adam məhv etdi. O Həzrət mübarizə zamanı belə buyururdu: Ölüm xarlığı qəbul etməkdən daha yaxşıdır Xarlıq Cəhənnəm oduna daxil olmaqdan daha yaxşıdır.» [304]

Ravilərdən biri deyir:«And olsun Allaha övladları, ailə üzvləri və yoldaşlarının hamısı öldürülüb məğlub olmuş elə bir şəxs görməmişəm ki, Hüseyn kimi sakit və soyuqqanlı olsun. Düşmənin qoşunu mühasirə dairəsini sıxırdı, amma o, öz qılıncı ilə onlara hücum edirdi. Onlar da o Həzrətin qarşısından keçi sürüsü hücuma keçən canavarın qarşısından qaçan kimi qaçırdılar. O, düşmənin otuz min nəfərlik qoşununa hücum edir və onları milçək kimi dağıdırdı. Sonra: لا حول و لا قوة إلاّ بالله العليّ العظيم deyib öz yerinə qayıdırdı.»[305]

  1. Али-заде А. Али Зайн аль-Абидин (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
  2. El-Mufid, el-İrşad, Kum
  3. Said B. Cubeyr, 1428, s. 288.
  4. Dairetu’l Maarif Teşeyyü, Ahmed Sadr, Hacı Said Cevadi, Kamuran Fani ve Bahattin Hurremşahi’nin gözetimi altında, c. 2, s. 349–354
  5. 1 2 İbn Sa’d, c. 6, s. 399
  6. 1 2 Ebu’l Ferec İsfahani, s. 51
  7. Mufid, c. 2, s. 27.
  8. İbn Atiyye, Ahmed, Umdedu't Talib, s. 64.
  9. Hacı Menuçehri, Feramerz, Hüseyin (a.s) (İmam maddesi), Dairetu’l Maarif Bozorg İslami, c. 20, s. 664–665.
  10. Kuleyni, el-Kâfi, c. 1, s. 463
  11. Şeyh Tusi, Tehzibu’l Ahkâm, c. 6, s. 41; Tusi, 1401, aynı kaynak
  12. İbn Abdulbirr, c. 1, s. 392
  13. İbn Sa’d, et-Tabakatu’l Kubra, hamise, 1, s. 369
  14. Şeyh Mufid, el-Muknie, s. 467
  15. El-Muvaffak b. Ahmed el-Harezmî, Mektelu’l Hüseyin (a.s), c. 1, s. 143.
  16. Yakubi, c. 2, s. 246
  17. Dulabi, s. 102, 121
  18. Ahmed b. Yahya el-Belazuri, Ensabu’l Eşraf, c. 1, s. 404
  19. Muhammed b. Cerir Et-Taberi, Tarihu’l Umem ve’l Muluk (Tarihi Taberi), c. 2, s. 555
  20. Şeyh Mufid, el-İrşad, c. 2, s. 27
  21. Ali b. El-Hüseyin el-Mesudi, et-Tembih ve’l Eşraf, s. 213.
  22. Meclisi, c. 44, s. 201
  23. Şeyh Mufid, Mesaru’ş Şia, s. 61
  24. Muhammed b. El-Meşhedi; el-Mezar (el-Kebir), s. 397
  25. Şeyh Tusi, Misbahu’l Müctehit, s. 826 ve 828
  26. Seyyid İbn Tavus, İkbalu’l A’mal, s. 689–690
  27. İbn Sa’d, C. 6, s. 400–401.
  28. İbn E’sem Kûfi, el-Futuh, c. 4, s. 323
  29. İbn Hambel, Müsnedi Ahmed, c. 6, s. 340
  30. Muhammed b. Ahmed Dulabi, ez-Zeriyyetu't Tahire, s. 106
  31. İbn Babıveyh, İlelu’ş Şerai, Necef, 1385 - 1386, c. 1, s. 137–138
  32. Tusi, el-Emali, s. 367 - 368.
  33. 1 2 İbn Şehri Aşub, c. 3, s. 397
  34. el-Amuli, İbn Hatem, Ed-Durru’n Nezim, Kum, Camietu’l Müderrisin, s. 776
  35. 1 2 Erbili, Ali b. İsa, Keşfu’l Gumme, Tebriz, Mektebetu Beni Haşim, 1381, c. 1, s. 525
  36. Şeyh Saduk, İlelu’ş Şerai, s. 138
  37. İbn Asakir, Tarihi Medinetu Demeşk, c. 13, s. 171.
  38. İbn Sa’d, Usdu'l Gabe fi Marifeti's Sahabe, c. 2, s. 10.
  39. Allame Meclisi, Biharu'l Envar, c. 44, s. 251
  40. İbn Ebi Şeybe, el-Müsennef fi'l Ahadisi ve'l Asar, c. 8, s. 65
  41. İbn Kuteybe, el-Mearif, c. 1, s. 213
  42. Tabarani, c. 3, s. 94
  43. Mufid, el-İrşad, c. 2, s. 27
  44. İbn Ebu’s Selc, s. 28
  45. İbn Talha Şafii, s. 2, s. 374.
  46. 1 2 İbn Şehri Aşub, Menakıbı A'li Ebi Talib, c. 4, s. 86.
  47. Himyeri, s. 99–100
  48. İbn Kuvleveyh, s. 216–219
  49. Tusi, 1414, s. 49–50
  50. Meclisi, c. 37, s. 94–95
  51. İbn Sa’d, Aynı kaynak, c. 6, s. 399.
  52. Müessese Kelimatu’r Resulu’l A’zam, el-Mücelledu’s Sadis, Kitabu’l Hasaneyn (a.s) ve kitabu Ehlibeyt (a.s), s. 22, Şerhi Ahbar, 74,3, h. 995’den naklen.
  53. 1 2 Ahmed b. Hambel, c. 4, s. 172
  54. 1 2 Hâkim Nişaburi, c. 3, s. 177
  55. el-Kazvini, Muhammed b. Yezid, Süneni İbn Mace, c. 1, s. 51
  56. Şeyh Saduk, Kemalu’d Din, c. 1, s. 152 və 262
  57. 1 2 Seyyid b. Tavus, et-Teraif, c. 1, s. 174
  58. 1 2 Kummi, Ali b. Muhammed; Kifayetu’l Eser, s. 46
  59. 1 2 Mektelu’l Harezmî, c. 1, s. 146
  60. Kummi, Kifayetu’l Eser, s. 45
  61. Meclisi, Biharu’l Envar, c. 36, s. 304
  62. 1 2 Tabersi, İ’lamu’l Ver bi-A’lami’l Huda, c. 1, s. 432
  63. 1 2 el-Mukrizi, c. 6, s. 11
  64. Harkuşi Nişaburi, Ebu Said, 1424, c. 5, s. 334
  65. 1 2 İbn Sa’d, c. 10, s. 266
  66. 1 2 Ahmed b. Hambel, c. 2, s. 440
  67. 1 2 Hâkim Nişaburi, el-Müstedrek, c. 3, s. 166
  68. Süneni Tirmizi, c. 5, s. 324
  69. Ahmed b. Hambel, c. 5, s. 354
  70. Tirmizi, Sünnen, Tahkik, Abdurrahman Muhammed Osman, c. 5, s. 322
  71. İbn Habban, Sahih, c. 13, s. 402
  72. Hâkim Nişaburi, c. 1, s. 287
  73. Süneni Tirmizi, c. 5, s. 323
  74. Ed-Deyneveri, İbn Kuteybe, el-İmamet ve’s Siyaset, c. 1, s. 29–30
  75. Tabersi, Ahmed b. Ali, el-İhticac, c. 1, s. 75
  76. Allame Meclisi, Biharu’l Envar, c. 22, s. 328
  77. En-Numeyri, Ömer b. Şebbeh, Tarihu’l Medinetu’l Münevvere, c. 3, s. 799
  78. İbn Sa’d, et-Tabakatu’l Kubra, c. 1, s. 394
  79. Ez-Zehebi, Tarihu’l İslam ve vefeyatu’l Meşahir ve’l A’lam, tahkik, Ömer Abdusselam Tedmiri, c. 5, s. 100
  80. İbn Şehri Aşub, el-Menakib, c. 4, s. 40
  81. el-Bağdadi, Tarihi Bağdad, c. 1, s. 152
  82. En-Numeyri, c. 3, s. 799
  83. İbn Sa’d, c. 1, s. 394–395
  84. ez-Zehebi, c. 5, s. 100
  85. El-Muttaki el-Hindi, Alâeddin Ali, Kenzu’l Ummal fi süneni’l Akval ve’l Af’al, c. 13, s. 654
  86. el-Bağdadi, c. 1, 152
  87. İbnu’l Fakih, Ahmed b. Muhammed, el-Buldan, tahkik Yusuf el-Hadi, s. 750
  88. İbnu’l Cevzi, el-Muntazam, c. 5, s. 7
  89. İbn Esir, el-Kamil fi’t Tarih, c. 3, s. 109.
  90. Mu’tezili, c. 8, s. 253–254
  91. Kuleyni, el-Kâfi, c. 8, s. 207
  92. Belazuri, Ensabu’l Eşraf, 216/3–217
  93. el-İmamet, 1/40 ve sonrası
  94. Maligi, Muhammed, et-Temhid ve’l Beyan, Muhammed Yusuf Zaid’in çabaları ile, Katar, 1405, s. 119–194
  95. Mukaddesi, el-Beda ve’t Tarih, Kilman Havar’ın çabaları ile, Paris, 1916, 5/206
  96. Amuli, el-Hayatu’s Siyasiyetu lil-İmamu’l Hüseyin (a.s), Kum, 1405, s. 140 ve sonrası
  97. Hacı Menuçehri, Feramerz, Hüseyin (a.s) (İmam maddesi), Dairetu’l Maarif Bozorg İslami, c. 20, s. 678’den naklen.
  98. Hacı Menuçehri, Feramerz, Hüseyin (a.s) (İmam maddesi), Dairetu’l Maarif Bozorg İslami, c. 20, s. 678.
  99. Belazuri, 1996–2000, c. 2, s. 187, 213, 246, 323
  100. Mes’udi, Muruc, c. 3, s. 104–114, 136
  101. Nasr b. Muzahim, s. 114–115
  102. İbn Şebbeh Numeyri, c. 1, s. 227
  103. Nehcü’l Belaga, 24. Mektup.
  104. Belazuri, 1996–2000, c. 2, s. 356
  105. Kass, c. 2, s. 357
  106. İbn Kuteybe, 1410, c. 1, s. 181
  107. Belazuri, 1996–2000, c. 2, s. 355–356
  108. Mufid, c. 1, s. 25
  109. Meclisi, c. 42, s. 235, 294–295
  110. Et-Tabari, Muhammed b. Cerir, c. 5, s. 165
  111. Keşşi, s. 110
  112. Allame Meclisi, c. 44, s. 61
  113. Et-Taberi, Muhammed b. Cerir, c. 5, s. 166
  114. İbn el-Cevzi, el-Muntazam, c. 5, s. 184
  115. İbn Kesir, el-Bidayet ve’n Nihayet, c. 8, 19
  116. El-Mufid, el-İrşad, Kum, Said b. Cubeyr, 1428, s. 290.
  117. Saduk, Kemalu’d Din ve Temamu’n Nimet, s. 257–258
  118. Hazaz Razi, s. 13–14, 23, 28–29
  119. Hazaz Razi, s. 217, 221–223.
  120. İbn A’sem Kûfi, c. 4, s. 319
  121. Kuleyni, c. 1, s. 301–302
  122. Hazaz Razi, s. 229
  123. Fadıl b. Hasan Tabersi, 1417, c. 1, s. 421–423
  124. ayrıca Muhammed Hanefiyye’nin O hazretin imametini itirafı için Bkz. Fadıl b. Hasan Tabersi, 1417, c. 1, s. 423.
  125. Fadıl b. Hasan Tabersi, 1417, c. 2, s. 30–31.
  126. Tabersi, Fadıl b. Hasan, 1417, c. 1, s. 423–424.
  127. Saduk, Emali, s. 425
  128. Saduk, et-Tevhid, s. 307–308.
  129. Saduk, Uyunu Ahbari er-Rıza, c. 1, s. 68
  130. Hazaz Razi, s. 230–234.
  131. Fadıl b. Hasan Tabersi, 1417, c. 1, s. 423
  132. Saffarı Kummi, s. 291
  133. İbn Babıveyh, Kemalu'd Din Tamamu'n Nime, s. 537
  134. Tusi, 1401, c. 5, s. 470
  135. Kutbu Ravendi, c. 1, s. 245 - 246
  136. Delailu'l İmame, s. 181 - 183 - 186 ve 188 - 189
  137. İbn Asakir, c. 14, s. 82
  138. İbn Şehri Aşub, Menakıbı A'li Ebi Talib, c. 4, s. 57 - 59, 60
  139. Meclisi, c. 44, s. 185 - 186
  140. Haşim b. Süleyman Bahrani, c. 2, s. 83 - 230 .
  141. 1 2 3 Şeyh Mufid, el-İrşad, c. 2, s. 32
  142. İbn Şehri Aşub, Menakib Al-i Ebu Talib, c. 4, s. 87.
  143. İbn Şehri Aşub, Menakib Al-i Ebu Talib, c. 6, s. 422–423
  144. Belazuri, 1996–2000, c. 2, s. 458–459
  145. Mufid, c. 2, s. 32.
  146. İbn Sa’d, Kass Belazuri, 1996–2000, c. 2, s. 459–460
  147. Belazuri, Ensabu’l Eşraf, c. 3, s. 152
  148. ed-Deyneveri, Ebu Hanife Ahmed b. Davud, el-Ahbaru’t Teval, s. 222
  149. 1 2 Ed-Deyneveri, Ebu Hanife Ahmed b. Davud, s. 224–225
  150. El-Belazuri, Ahmed b. Yahya, c. 5, s. 120–121
  151. ed-Deyneveri, İbn Kuteybe, el-İmamet ve’s Siyaset, c. 1, s. 202–204
  152. İbn Sa’d, et-Tabakatu’l Kubra, s. 405
  153. İbn Asakir, Tarihi Medine-i Dimeşk, c. 54, s. 209
  154. Tabersi, Ahmed b. Ali, el-İhticac, c. 2, s. 296
  155. Meclisi, Muhammed Bakır; Biharu’l Envar, c. 44, s. 127
  156. Harrani, Hasan b. Şu’be, Tuhafu’l Ukul, s. 237–239
  157. Meclisi, Biharu’l Envar, c. 97, s. 79–81
  158. Belazuri, Ahmed b. Yahya, c. 5, s. 120–121
  159. Ed-Deyneveri, İbn Kuteybe, c. 1, s. 202–204.
  160. Ed-Deyneveri, c. 1, s. 208–209
  161. İbn İ’sem Kûfi, el-Futuh, s. 339
  162. Ed-Deyneveri, c. 6, s. 422
  163. Yakubi, c. 2, s. 228
  164. İbn İ’sem, Kûfi, c. 4, s. 237–239, 242–243
  165. Taberi, c. 5, s. 303.
  166. Ez-Zehebi, Seyr-i İ’lamu’n Nubela, c. 3, s. 291.
  167. Ed-Deyneveri, Ebu Hanife Ahmed b. Davud, s. 224
  168. Keşşi, Muhammed b. Ömer; Ricalu’l Keşşi, s. 48.
  169. İbn Sa’d, c. 6, s. 423
  170. Taberi, c. 5, s. 322
  171. İbn İ’sem Kûfi, c. 4, s. 349
  172. Saduk, Emali, s. 215–126.
  173. Ali b. El-Hüseyin Mes’udi, Murucu’z Zeheb ve Meadinu’l Cevher, s. 68.
  174. Tarihu’l Yakubi, s. 253
  175. İbn et-Taktaki, El-Fahri fi’l Adabu’s Sultaniyye ve’d Duvelu’l İslamiyye, s. 116.
  176. el-Bidayet ve’n Nihayet, c. 8, s. 235.
  177. El-Ketbi, Fevaidu’l Vefayat, c. 2, s. 645.
  178. el-Kamil, c. 3, s. 490.
  179. el-Kamil, c. 3, s. 490 ve Taberi, Muhammed b. Cerir; Tarihu’l Umem ve’l Muluk (Tarihi Taberi), c. 5, s. 285 ve Halife b. Hayyat, Tarih-u Halife b. Hayyat, s. 129.
  180. el-Kamil, c. 4, s. 127; Tarih-i Medine-i Dimeşk, s. 406.
  181. Tarihu’t Taberi, c. 5, s. 232 ve İsfahani, Ebu’l Ferec; el-Gani, c. 17, s. 136 ve el-Kamil, c. 3, s. 38.
  182. Mu’cemu’l Buldan, c. 2, s. 533.
  183. Mu’cemu’l Buldan, c. 4, s. 188.
  184. Tarih-i Medine-i Dimeşk, s. 405-406; ve El-Gani, c. 17, s. 136; Mu’cemu’l Buldan, c. 4, s. 188-189 ve Ensabu’l Eşraf, s. 288-289.
  185. Tarihi Taberi, c. 5, s. 232.
  186. Tarihi Taberi, c. 5, s. 303; el-Kamil, c. 3, s. 503.
  187. 1 2 İbn Sa'd, et-Tabakatu'l Kubra, Hamise 1, s. 442
  188. 1 2 Belazuri, Ensabu'l Eşraf, c. 3, s. 155
  189. Taberi, Tarihu'l Umem ve'l Muluk, c. 5, s. 338
  190. Ebu Muhannef, Mektelu'l Hüseyin (a.s), s. 3
  191. İbn A'sam Kufi, el-Futuh, c. 5, s. 9 - 10
  192. Harezmi, Mektelu'l Hüseyin (a.s), c. 1 s. 180
  193. İbn Esir, el-Kamil fi't Tarih, c. 4, s. 14.
  194. Belazuri, Ensabu'l Eşraf, c. 3, s. 160
  195. Taberi, Tarihu'l Ümemi ve'l Muluk, s. 341
  196. Şeyh Mufid, el-İrşad, s. 34.
  197. Biharul-ənvar, c. 45, səh. 145.
  198. “İqbalul-Əmal”, səh. 588.
  199. "İmam Hüseynin (ə) mübarək başı harada dəfn olunub?" (az.). faktxeber.com. 2016-10-21. 2016-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  200. Mutahhari, Hadematı Mutekabili İslam ve İran kitabında, s. 131 – 133
  201. Şeriati, Teşeyyü’ü Alevi ve Teşeyyü’ü Safevi’de, s. 91
  202. Dehhuda, Lügatname
  203. Cafer Şehidi, Zindiğaniyi Ali İbni’l Hüseyin, s. 12
  204. Yusufi Garevi
  205. Takizade
  206. Said Nefisi
  207. Christian San
  208. 1 2 Seyyid Muhsin Emin, A’yanu’ş Şia, c. 6, s. 449.
  209. Şeyh Müfid, el-İrşad, c. 2, s. 135.
  210. Mus’ab b. Abdullah, Kitabı Nesebi Kureyş, s. 57
  211. Yakubi, Tarihi Yakubi, c. 2, s. 246 – 247
  212. Taberi, Tarihu’l Umem ve’l Muluk, c. 5, s. 446.
  213. Mus’ab b. Abdullah, Kitabı Nesebi Kureyş, s. 57.
  214. Makrizi, İmtau’l Esma, c. 6, s. 269.
  215. İsfahani, el-Egani, c. 21, s. 78.
  216. El-Mufid, el-İrşad, c. 2, s. 135.
  217. 1 2 3 4 Mus’ab b. Abdullah, Kitabı Nesebi Kureyş, c. 1, s. 59
  218. 1 2 Muhammed b. Muhammed Mufid, el-İrşad, c. 2, s. 135
  219. Ali b. Zeyd Beyhaki, Lubabu’l Ensabı ve’l Elkab ve’l A’kab, c. 1, s. 349
  220. İbn Şehri Aşub, Menakıbı A’li Ebi Talib, c. 4, s. 77 ve 113.
  221. Sibt b. Cevzi, Tezkiretu’l Havas, c. 1, s. 249.
  222. Mus’ab b. Abdullah, Kitabı Nesebi Kureyş, c. 1, s. 57 – 59
  223. Ebu Nasr Sehl b. Abdullah Buhari, Sırru’s Silsiletu’l Aleviyye, c. 1, s. 30
  224. Muhammed b. Muhammed Mufid, el-İrşad fi Marifeti Hucecullahi A’lel İbad, c. 2, s. 135.
  225. Delailu’l İmame, Muhammed b. Cerir Taberi Amuli, c. 1, s. 74
  226. İbn Şehri Aşub, Menakıbı A’li Ebi Talib, c. 4, s. 77
  227. İbn Talha Şafii, Metalibu’s Suul fi Menakıbı A’li’r Resul, c. 2, s. 69.
  228. İbn Şehri Aşub, Menakıbı A’li Ebi Talib, c. 4, s. 109.
  229. Taberi, Tarihu’l Ümemi ve’l Muluk, c. 5, s. 468
  230. Ebu Nasr Sehl b. Abdullah Buhari, Sırru’s Silsiletu’l Aleviyye, c. 1, s. 30.
  231. İbn Sa’d, et-Tabakatu’l Kubra, c. 3, s. 214.
  232. Natık Bil Hak, s. 11.
  233. Tabarani, c. 3, s. 101.
  234. İbn Sa’d, c. 6, s. 415
  235. İbn Ebi Şeybe, c. 6, s. 46
  236. Tabarani, c. 3, s. 100.
  237. İbn Sa’d, c. 6, s. 413 – 417
  238. İbn Ebi Şeybe, c. 6, s. 3, 15
  239. Belazuri, 1996–2000, c. 2, s. 366, 453
  240. Dulabi, s. 104
  241. Tabarani, c. 3, s. 95
  242. Natık Bil Hak, s. 11
  243. Mufid, c. 2, s. 27
  244. İbn Hambel, c. 3, s. 261
  245. Buhari, c. 4, s. 216
  246. Tirmizi, c. 5, s. 325.
  247. İbn Sa’d, c. 6, s. 413
  248. Belazuri, 1996–2000, c. 2, s. 123.
  249. Kuleyni, c. 6, s. 473–474
  250. Saduk, el-Emali, s. 193, 543.
  251. Tarihu’l Yakubi, s. 226
  252. İbn Sa’d, c. 6, s. 409.
  253. İbn Sa’d, c. 6, s. 414–415.
  254. İbn Sa’d, c. 6, s. 410
  255. Tabarani, c. 3, s. 115
  256. İbn Abdulbirr, c. 1, s. 397.
  257. el-Kazvini, Muhammed b. Yezid, Süneni İbn Mace, c. 1, s. 51.
  258. Şeyh Saduk, Kemalu’d Din, c. 1, s. 262
  259. Kemalu’d Din, Saduk, s. 152.
  260. Kummi, aynı kaynak, s. 45
  261. Meclisi, Biharu’l Envar, c. 36, s. 304.
  262. Harkuşi Nişaburi, Ebu Said, 1424, c. 5, s. 334.
  263. Süneni Tirmizi, c. 5, s. 324.
  264. İbn İ’sem Kûfi, c. 3, s. 40.
  265. İbn Sa’d, c. 6, s. 408
  266. İbn Ebi Şeybe, c. 7, s. 269.
  267. İbn Şehraşub, c. 3, s. 401
  268. Allame Meclisi, c. 43, s. 319.
  269. Ebu’l Fadl Ali b. Hüseyin Tabarsi, Mişkatu’l Envar, s. 170
  270. Muhaddis Nuri, Mustedrek el-Vesail, c. 8, s. 393.
  271. Şeyh Saduk, el-Hisal, c. 1, s. 135
  272. Allame Meclisi, Biharu’l Envar, c. 43, s. 333
  273. Şeyh Hurrü Amuli, Vesailu’ş Şia, c. 9, s. 447.
  274. İbn Sa’d, c. 6, s. 413.
  275. İbn Asakir, c. 14, s. 185.
  276. İbn Asakir, c. 70, s. 196–197
  277. İbn Hazm, c. 8, s. 515
  278. Bahattin Erbili, c. 2, s. 476.
  279. Erbili, c. 2, s. 478–479.
  280. İbn Şehraşub, c. 4, s. 72–73.
  281. Gazi Numan, c. 2, s. 339.
  282. Meclisi, c. 44, s. 196
  283. İbn Ebi ed-Dünya, s. 140
  284. Kuleyni, c. 4, s. 47
  285. İbn Babaveyh, 1362, c. 1, s. 135–136.
  286. İbn Şehraşub, c. 4, s. 83.
  287. İbn Şehraşub, c. 4, s. 73–74.
  288. İbn Asakir, c. 43, s. 224–225.
  289. İbn Şehraşub, c. 4, s. 73.
  290. Kifayətul-əsər, səh.194 (Mizanul-Hikmətdən)
  291. İləluş-Şəraye, səh.137, hədis 5 (Mizanul-Hikmətdən)
  292. əl-Kafi, c.1, səh.301, hədis 2 (Mizanul-Hikmətdən)
  293. Əmali-Səduq, səh.101 (Mizanul-Hikmətdən)
  294. Biharul-Ənvar, c.43, səh.264, hədis 16 (Mizanul-Hikmətdən)
  295. əl-Müstədrək əla əs-səhiheyn, c.2, səh.177 (Mizanul-Hikmətdən)
  296. Sünən Tirmizi, c. 5, səh. 661, hədis 3784 (Mizanul-Hikmətdən)
  297. ibn Şəhr Aşub, Mənaqib, c.4, səh.73 (Mizanul-Hikmətdən)
  298. Səduq, Uyun əxbar ər-Rza (ə) , c.1, səh. 59, hədis 29 (Mizanul-Hikmətdən)
  299. Seyid ibn Tavus, əl-Luhuf, səh.97 (Mizanul-Hikmətdən)
  300. Müfid, əl-İrşad, səh.235 (Mizanul-Hikmətdən)
  301. Ehqaqul-həqq, 11, k: 431 (Mizanul-Hikmətdən)
  302. Səduq, Əmali, səh. 478, hədis 4 (Mizanul-Hikmətdən)
  303. Şəhr ibn Aşub, Mənaqib, c. 4, səh. 66 (Mizanul-Hikmətdən)
  304. Şəhr ibn Aşub, Mənaqib, c.4, səh.66 (Mizanul-Hikmətdən)
  305. Seyid ibn Tavus, əl-Luhuf, səh.170 (Mizanul-Hikmətdən)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]