AMEA Elm Tarixi İnstitutu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
AMEA Elm Tarixi İnstitutu
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Tipi elmi-tədqiqat institutu
Yaradılıb 2014
Digər məlumatlar
Direktor Məryəm Seyidbəyli

Elm Tarixi İnstitutuAzərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin tərkibində fəaliyyət göstərən elmi-tədqiqat institutudur.[1]

AMEA Elm Tarixi İnstitutu AMEA Rəyasət Heyətinin 27 fevral 2014-cü il tarixli, 8/19 saylı Qərarına əsasən yaradılmışdır.[2]

İnstitutun direktoru tarix elmləri doktoru, professor Məryəm Seyidbəylidir.[3]

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2015-ci il tarixli, 363 saylı "Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında" Qərarına müvafiq olaraq, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 25 may 2016-cı il tarixli, 8/3 saylı Qərarına əsasən İnstitutun strukturu təsdiq edilmişdir.

  • "Təbiət və dəqiq elmlər tarixi" şöbəsi

Əsas fəaliyyət istiqamətləri: təbiət, dəqiq və texniki elmlərin inkişaf mərhələləri; qədim sivilizasiyalarda elmi və texniki inkişaf; Antik dövrdə elm və texnika; orta əsr müsəlman Şərqində elmi–texniki biliklər və nailiyyətlər; XIX–XXI əsrlərdə elmi fənlərin və texnikanın inkişaf istiqamətləri; elm və texnikanın prioritet istiqamətləri.

  • "Elm tarixinin nəzəri və metodoloji problemləri" şöbəsi

Əsas fəaliyyət istiqamətləri: elm tarixinin nəzəri və metodoloji problemlərinin işlənib hazırlanması; elmşünaslıq üzrə tədqiqatların metodologiyası; elmi-tarixi faktların fəlsəfi idrakı və ictimailəşdirilməsi; elm və texnika tarixinin araşdırılmasının digər innovativ metodları.

  • "Elmşünaslıq və elmin sosial problemləri" şöbəsi

Əsas fəaliyyət istiqamətləri: elmşünaslıq tarixi elmi tədqiqatların istiqaməti kimi; müxtəlif mədəniyyət və tarixi dövrlərdə elmi-texniki biliklər; elm və cəmiyyət imicinin sosial-psixoloji analizi; elmi yaradıcılıq motivasiyası; elmi kollektivlər və onlara rəhbərlik; elm və texnika tarixinin öyrənilməsində sosial, fəlsəfi və statistik tədqiqat üsulları; Azərbaycanda elmi kadrların dinamikası, elmi miqrasiya; elmi potensialın və elmi fəaliyyətin qiymətləndirilməsi; elmi tədqiqatların nəticələrinin səviyyə və keyfiyyət indikatorları (elmmetriya); elmin iqtisadiyyatı; alimin peşəkar cavabdehliyi və etikası; elm siyasəti, elmi və texniki inkişafın planlaşdırılması və proqnozlaşdırılması.

  • "Tarixşünaslıq və mənbəşünaslıq" şöbəsi

Əsas fəaliyyət istiqamətləri: Azərbaycan tarixşünas və mənbəşünas alimlərinin bioqrafiya və mətnlər külliyyatının yaradılması və öyrənilməsi; Azərbaycanın elm və texnika tarixi mənbəşünaslığının biblioqrafik və arxiv kataloqunun yaradılması; Azərbaycanın elm və texnika mənbəşünaslığı və tarixşünaslığı qədim dövrlərdən müasir günümüzədək.

Fəaliyyət istiqamətləri

[redaktə | vikimətni redaktə et]

Elm Tarixi İnstitutunda aparılmış tədqiqatlar öz əksini onun əsas fəaliyyət istiqamətlərində tapmışdır.

  • Elm, texnikanın, onların əsas sahələri və problemlərinin tarixi;
  • Azərbaycan Milli Elmlər Akademiyasının və elmi müəssisələrin tarixi;
  • Cəmiyyətdə elmin təkamülü;
  • Elmşünaslıq;
  • Elm və texnika tarixinin mənbəşünaslığı və tarixşünaslığı;
  • Elm və texnika tarixinin öyrənilməsinin yeni metodlarının inkişafı;
  • Elm və texnika sahəsində maarifçilik fəaliyyəti;
  • Elmi-maarifçilik fəaliyyəti (elmin populyarlaşdırılması);
  • Elm və texnika abidələri.
  1. "Elm Tarixi İnstitutu". 2020-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-30.
  2. Elm Tarixi İnstitutunun yaranması[ölü keçid]
  3. Elm Tarixi İnstitutunun direktoru