AMEA Fəlsəfə və Sosiologiya İnstitutu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Tipi elmi-tədqiqat institutu
Yaradılıb 1945
Digər məlumatlar
Direktor İlham Məmmədzadə
Ünvan AZ1073, Bakı ş., H.Cavid pr., 115
Sayt philosophy.edu.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

AMEA Fəlsəfə və Sosiologiya İnstitutuAzərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu.

İnstitutda Azərbaycan və dünya fəlsəfə tarixi, ictimai-siyasi fikir, müasir dünyanın sosial-mənəvi inkişafı, elmi-idrakın fəlsəfi-sosioloji məsələləri, sosial-psixologiyanın aktual problemləri, fəlsəfənin yeni istiqamətləri, gender, multikiulturalizmin fəlsəfi problemləri mövzularında tədqiqatlar aparılır.

1945-ci il yanvarın 23-də Azərbaycanda fəaliyyət göstərən SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı Azərbaycan Elmlər Akademiyasına çevrildi. Yaradıldığı ildən akademiyanın nəzdində 4 bölmə, 16 elmi-tədqiqat institutu, 3 muzey fəaliyyətə başlayıb. Fəaliyyətə başlayan institutlardan biri də "Fəlsəfə İnstitutu" olub.[1][2] İnstitut 1945–1950-ci illərdə "Fəlsəfə İnstitutu", 1950–1956-cı illərdə "Tarix və Fəlsəfə İnstitutu", 1956–1967-ci illərdə Azərbaycan EA-nın "Fəlsəfə sektoru", 1967–2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının "Bəhmənyar adına Fəlsəfə və Hüquq İnstitutu", 2002–2009-cu illərdə "Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu", 2009–2013-cü illərdə "Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, 2013–2016-cı illərdə "Fəlsəfə və Hüquq İnstitutu", 2016–2020-ci illərdə "Fəlsəfə İnstitutu" adı altında fəaliyyət göstərib. 2020-ci ilin noyabr ayından isə "Fəlsəfə və Sosiologiya İnstitutu" adlandırılıb.[3][4]

Fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]

Fəlsəfə və Sosiologiya İnstitutunun fəaliyyət istiqamətləri əsasən Azərbaycan və dünya fəlsəfə tarixi, ictimai-siyasi fikir, müasir dünyanın sosial-mənəvi inkişafı, elmi, elmi-idrakın fəlsəfi-sosioloji məsələləri, məntiq elminin təşəkkülü və inkişafı, sosial-psixologiyanın aktual problemləri, fəlsəfənin yeni istiqamətləri, gender, multikiulturalizmin fəlsəfi problemləri, informasiya cəmiyyətinin və vətəndaş etikasının formalaşması, davamlı inkişafın nəzəri-fəlsəfi və sosioloji problemlərini, Azərbaycan beynəlxalq münasibətlər sistemində və ölkə daxili siyasi proseslərin fəlsəfəsi və sosiologiyasını əhatə edir.[1]

Müxtəlif illərdə instituta rəhbərlik edən alimlər:

Fəlsəfə və Sosiologiya İnstitutunda 25 şöbə fəaliyyət göstərir:[5]

  • Azərbaycan fəlsəfə tarixi şöbəsi[6]
  • Estetika şöbəsi
  • Etika şöbəsi
  • Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi
  • İdrak nəzəriyyəsi və məntiq şöbəsi
  • İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri
  • İslam fəlsəfəsi şöbəsi
  • Müasir fəlsəfə problemləri şöbəsi
  • Sosial fəlsəfə və ekoloji problemlər şöbəsi
  • Sosiologiya şöbəsi
  • Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsi
  • Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası
  • Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsi
  • Sosial psixologiya şöbəsi
  • Təhsil şöbəsi
  • Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsi
  • Beynəlxalq əlaqələr şöbəsi
  • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
  • Elektron xidmətlər şöbəsi
  1. 1 2 "Fəlsəfə İnstitutu". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
  2. "Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutu". www.philosophy.edu.az. 2024-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
  3. "Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqat istiqamətləri genişlənir". science.gov.az (az.). 2020-10-09. İstifadə tarixi: 2024-11-04.
  4. "Azərbaycanda 5 institutun adı dəyişdirildi". anews.az (az.). 2024-04-22. İstifadə tarixi: 2024-11-04.
  5. "Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutu". www.philosophy.edu.az. 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
  6. "Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutu". www.philosophy.edu.az. 2024-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]