Adi bizdimdik

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Adi bizdimdik
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Adi bizdimdik
Beynəlxalq elmi adı

Adi bizdimdik (lat. Recurvirostra avosetta)) — Çovdarçılar fəsiləsinin Bizdimdik cinsinə aid quş növü.

Nadirdir.

(LC).[3] Mənfi təsirlərə həssasdır.

Genefond əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda cinsin tək növüdür.

İri cüllütlərdən biridir (250-400 q). Dimdiyi nazik, uzun və yuxarıya tərəf çox əyridir. Ayaqları uzun və göyümtüldür. Başının və boynunun üstü qaradır. Qanadlarının üstündə enli qara zolaqlar var [4][5].

Avropa, AsiyaAfrikada yayılıb [6]. Azərbaycanda dənizin və daxili su hövzələrinin sahillərində yayılıb [7][8].

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Şorəkət torpaqlı və dayaz su olan bataqlıqda yaşayır. Azərbaycanda 3 populyasiyası var: miqrasiya dövründə Azərbaycandan keçənlər, burada nəsil verənlər, burada qışlayanlar [9][10]. Azərbaycan şəraitində nəsilvermə xüsusiyyəti öyrənilməyib. Başqa ölkələrin ədəbiyyatına [11] əsasən 5-10 yuvadan ibarət kiçik koloniyalar əmələ gətirir, 3-4 yumurta verir, 24-25 gün kürt yatıb bala çıxarır. Dimdiyini duru lilə batırıb, oradan tapdığı xərçəng, molyusk və başqa onurğasızlarla, bəzən də bitki toxumu ilə yemlənir [12][13].

1940-ci illərə qədər çoxsaylı qışlayan növ hesab edilib [14][15]. Burada nəsil verməsi qeyd olunmayıb. 1960-1970-ci illərdə Azərbaycanda qışlaması, həm də nəsil verməsi məlum olub [16]. 1994-cü ilin qışında 9470, reproduksiya dövründə 210, 2004-cü ilin qışında isə 6100, reproduksiya dövründə 108 fərdi qeyd olunub (Mustafayev). Beləliklə, qışlama və nəsilvermə dövründə sayında azalma müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Bataqlıqların təsərrüfat sahəsinə çevrilməsi, səs-küyün çoxalması, dayaz subasarlara yırtıcı heyvanların maneəsiz daxil ola bilməsi, növün xüsusi qorunma statusunun yoxluğu.

Əhali üçün əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Elmi və estetik əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron, Ağgöl Milli Parkları və su-bataqlıq biotoplarında olan yasaqlıqlar əsas yaşama yerləridir. Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Nadir quş statusu ilə qorunmalıdır. Yuvaladığı sahələrdə ovçuluq qadağan edilməli, səs-küy azaldılmalı, çaqqal, tülkü, pişik kimi yırtıcıların sayı tənzim olunmalı, növün vəziyyəti əhaliyə izah edilməlidir.

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. https://www.iucnredlist.org/species/22693712/155534228 Arxivləşdirilib 2021-02-13 at the Wayback Machine IUCN
  4. Tuayev D.Q., Vasilyev. Charadriiformes-Cüllütkimilər dəstəsi. Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Elm”, 1977, s. 221;
  5. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 181;
  6. Дементьев Г.П., Гладков Н.А. (ред.). Птицы Советского Союза. М.Л., “Советская наука”, 1951, том III, с. 274-279;
  7. Tuayev D.Q., Vasilyev. Charadriiformes-Cüllütkimilər dəstəsi. Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Elm”, 1977, s. 221;
  8. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 181;
  9. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 181;
  10. Дементьев Г.П., Гладков Н.А. (ред.). Птицы Советского Союза. М.Л., “Советская наука”, 1951, том III, с. 274-279;
  11. Дементьев Г.П., Гладков Н.А. (ред.). Птицы Советского Союза. М.Л., “Советская наука”, 1951, том III, с. 274-279;
  12. Mustafayev Q.T., Məmmədov A.T. Azərbaycanın kolonial quşları. Bakı, “Nasir”, 2006, s. 59-60;
  13. Дементьев Г.П., Гладков Н.А. (ред.). Птицы Советского Союза. М.Л., “Советская наука”, 1951, том III, с. 274-279;
  14. Исаков Ю.А., Воробьев К.А. Обзор зимовок и пролета птиц на Южном Каспии // Тр. Всесоюзн. орнитол. Заповедника Гасан-Кули, вып. 1, 1940, с. 119;
  15. Тугаринов А.Я., Козлова Е.В. Зимовка птиц в Талыше // Тр. Аз. ФАН ССР. Серия зоология. Баку, 1935, ТОМ XVIII, с. 44-45.
  16. Дементьев Г.П., Гладков Н.А. (ред.). Птицы Советского Союза. М.Л., “Советская наука”, 1951, том III, с. 274-279;