Arif Ərdəbili
Arif Ərdəbili | |
---|---|
Doğum tarixi | 1311 |
Doğum yeri |
|
Fəaliyyəti | şair, yazıçı |
Arif Ərdəbili (1311–1392) — XIV əsrdə yaşamış Azərbaycan şairi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Şəmsəddin Məhəmməd Arif Ərdəbili XIV əsrin Azərbaycan şairidir. O, Şirvanşah Keykavus ibn Keyqubadın dəvətilə Şirvana gəlmiş, saray şairi olmuş, "Şirvanşahın oğlunun müəllimi olmuşdur". Onun "Fərhadnamə" poeması (1369) farscadır. Şair bu əsəri Şirvanşaha ithaf etmişdir. "Xosrov və Şirin" mövzusunda olan bu əsər iki hissədən ibarətdir. Əsərdə Şamaxı və Bakı memarlıq abidələrindən də bəhs olunur. Əsərin baş qəhrəmanı Xosrov şah deyil, memar Fərhaddır. Azərbaycan şifahi xalq ədəbiyyatı materialları bu əsərdə mühüm yer tutur. Bu əsərlərdə yaradılmıю həyat lövhələri, insan surətləri poeziyanın mistikadan uzaqlaюdığını, onun həyatla əlaqələrinin gücləndiyini göstərir.[1]
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Arif Ərdəbilinin yazılarında "Şamaxı Gülüstanında bir qala var" məlumatı çox qiymətlidir.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlə r). Bakı."Elm". 2007. 592 səh" (PDF). 2020-10-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-05-31.
- ↑ C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh 153