Naxçıvan Müəllimlər İnstitutu
Naxçıvan Müəllimlər İnstitutu NMİ | |
---|---|
Əsası qoyulub | 26 avqust 2003 |
Tip | ali təhsil müəssisəsi |
Rektor | Azad Novruzov |
Şəhər | Naxçıvan |
Ölkə | |
Ünvan | Naxçıvan şəhəri |
Naxçıvan Müəllimlər İnstitutu — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Naxçıvan Politexnik Texnikumu
[redaktə | mənbəni redaktə et]Kiyev Politexnik texnikumunun filialı kimi 1969-cu ildən fəaliyyətə başlamışdır. 1974-cü ildə müstəqil fəaliyyət göstərən texnikuma Cəmşid Naxçıvanskinin adı verilmişdi.
Texnikum sənaye, tikintisi, mülki tikinti, sənayemüəssisələrinin və qurğularının elektrik avadanlıqları, tikinti maşın və avadanlıqları ixtisasları üzrə mütəxəssis hazırlayırdı. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən texnikumun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı yaradılmışdır.
AMİ Naxçıvan filialı
[redaktə | mənbəni redaktə et]Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən Naxçıvan Politexnik Texnikumunun bazasında yaradılmışdır[1].
Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialının 2003-cü il avqustun 26-da müstəqil instituta çevrilməsi nəticəsində onun bazasında Naxçıvan Müəllimlər İnstitutu yaradılmışdır[2].
Tərkibi
[redaktə | mənbəni redaktə et]Kitabxana
[redaktə | mənbəni redaktə et]Naxçıvan Müəllimlər İnstitutunda kitabxana fəaliyyət göstərir.42 minə yaxın kitab fonduna malik olan kitabxana son illərdə nəşr olunan tədris-metodik, elmi, monoqrafik xarakterli ədəbiyyatlarla zənginləşdirilmiş və elektron kataloq yaradılmışdır.
Nəşriyyat şöbəsi
[redaktə | mənbəni redaktə et]İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş Nəşriyyat şöbəsi də fəaliyyət göstərir ki, elmi-praktik konfransların proqram və materialları, "Xəbərlər" elmi jurnalı, fənn proqramları, əməkdaşların dərs və metodiki vəsaitləri, tövsiyələri, qabaqcıl iş təcrübələri və institutun bütün nəşriyyat işləri burada çap olunur.
"Xəbərlər" elmi-metodiki jurnalı
[redaktə | mənbəni redaktə et]Naxçıvan Müəllimlər İnstitutunun "Xəbərlər" elmi-metodiki jurnalı 21 dekabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyatından keçmiş (Şəhadətnamə №-1158) və ildə 4 nömrə nəşr olunması nəzərdə tutulmuşdur . "Xəbərlər" jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısının Pedaqogika elmləri bölməsinə salınmışdır. Hazırda "Xəbərlər" jurnalı ISSN qrifi ilə nəşr olunur (ISSN 2303–9116).
Beynəlxalq əlaqələri
[redaktə | mənbəni redaktə et]Naxçıvan Müəllimlər İnstitutu bir sıra dünya universitetləri ilə elmi əməkdaşlıq edir. Ukrayna Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutu, Xarkov Universiteti, Türkiyə Respublikasının Kocaeli Universiteti, Qars Qafqaz Universiteti, Kırşehir Ahi Evran Universiteti, İstanbul Esenyurt və Nişantaşı Universiteti, Şimali Kipr Akdeniz Universiteti, İngiltərənin London Riyaziyyatçılar Birliyi, Qazaxıstan Respublikasının Almata Milli Universiteti ilə sıx əlaqə saxlayır.
Hazırda İnstitutda təhsil Bolonya sistemi üzrə aparılır. Bu da Avropa təhsil sisteminə inteqrasya baxımından mühüm əhəmiyyət daşıyır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanı. Arxivləşdirilib 2017-04-30 at the Wayback Machine (az.)
- ↑ NAXÇIVAN MÜƏLLİMLƏR İNSTİTUTU 15 İLDƏ Arxivləşdirilib 2017-07-14 at the Wayback Machine. tehsilproblemleri.com, 24.08.2015 (az.)