Birinci Hind-Çin müharibəsi

Vikipediya, azad ensiklopediya
(Birinci Hindçin müharibəsi səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Birinci Hindçin müharibəsi
Hindçin müharibələri
Tarix 19 dekabr 194621 iyul 1954
Yeri Çənub-Şərqi Asiya
Nəticəsi Demokratik Vyetnam respublikasının qalib gəlməsi
Fransız qoşunlarının Vyetnamdan çıxarılması
Vyetnamın bölünməsi
Münaqişə tərəfləri

Fransa Birliyi
Vyetnam Dövləti (1949-dən)
Kamboca Dövləti (1953-dən)
Laos Krallığı (1953-dən)

Dəstək:
Böyük Britaniya
ABŞ (1950-dən)

Demokratik Vyetnam respublikası
Patet Lao (1950-dən)
Dəstək:
SSRİ
ÇXR(1949-dan)
PXR
ADR

Komandan(lar)

Leklerk, Filipp
(1945—1946)
Jan Etyen Valluyi
(1946—1948)
Roje Blezo
(1948—1949)
Marsel Moris Karpantye
(1949—1950)
Latr de Tassinyi
(1950—1951)
Salan, Raul
(1952—1953)
Anri Navarr
(1953—1954)

Vo Nquen Ziap
Xo Şi Min
Sufanuvonq

Tərəflərin qüvvəsi

Fransa Hava Qüvvələri: 190000
Yerli köməkçı hissələr: 55000
Vyetnam dövlətinin ordusu: 150000
Cəmi: ~400000

Əsas qüvvələr 125000
Bölgə qüvvələri: ~75000
Könüllülər: ~250000
Cəmi: 450000

İtkilər

Fransiya: 75 581 nəfər vəfat edib, 64 127 yaralanıb, 40 000 əsir düşüb Vyetnam dövləti: 18 714 nəfər vəfat edib[1][2]

175 000—500 000[2][3]

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Birinci Hind-Çin müharibəsi (tez-tez «Hind-Çin müharibəsi» adlandırır) — Fransanın Hind-Çində olan müstəmləkələri əldə saxlamaq üçün olan müharibədir. 1946-1954-cü illərdə baş verib.

Müharibənin əsas hadisələri Vyetnam ərazisində olub. Orda 2 sentyabr 1945-ci ildə Milli Şüranın seçkilərdə qalibiyyətindən sonra patriotik Vyetmin hərakatı tərəfindən Demokratik Vyetnam Respublikası elan olunmuşdur. Hərbi əməliyyatlar eləcə də Kamboca və Laos ərazisində də gedirdi, lakin burda onlar müharibənin əsas gedişatına təsir göstərmədilər. 1949-cu ildə Fransa öz tərəfindən Vyetnam ərazisində «Vyetnam Dövləti» yaradılmasını elan etdi.

Vyetnamın özündə Birinci Hindçin müharibəsi «Müqavimət Müharibəsi» kimi məşhurdu. «Müqavimət Müharibəsi» —  1945-1954-ci illərin fransanın müstəmləkə idarəçiliyinə qarşı olan hərbi-siyasi «Vyetmin» hərakatı əqidəsi altında birləşmiş vyetnam millətçilərin və kommunistlərin müharibəsidir.

Fransa öz mübarizəsini ABŞ və Böyük Britaniyanın yerli tərəfkeşlərinin köməyi və dəstəyi ilə aparırdı. Demokratik Vyetnam Respublikası müharibəni Çin və SSSR-in kömək və dəstəyi ilə aparırdı. Birinci Hindçin müharibəsi vyetnam ərazisinin 17-ci paralellə bölünməsi ilə yekunlaşdı. İki müstəqil dövlət əmələ gəldi: şimalda Demokratik Vyetnam Respublikası (paytaxtı —  Hanoy) və cənubda Vyetnam Dövləti (paytaxtı — Sayqon).

Müharibənin tarixi

[redaktə | mənbəni redaktə et]

Müharibənin zəmini

[redaktə | mənbəni redaktə et]

1940-cı il sentyabrın 22-də Fransanın təslim olmağından sonra Fransız Hindçini yapon əsgərləri tərəfindən işğal edildi. Vyetnam kommunistləri bu dövrdə bir neçə üsyan cəhdi göstərdilər: 1940-cı ilin sentyabr-oktyabr aylarında Vyetnamın Bakşon rayonunda (Vyetnamın şimalı), 1940-cı ilin noyabr-dekabr aylarında Vyetnamın cənubunda və 1941-ci ilin yanvarında Dolyong (mərkəzi Vyetnam) əyalətində. Bu üsyanlar fransız əsgərləri tərəfindən yatırılmışdı. Nəticədə cənubi və mərkəzi Vyetnamda kommunist təşkilatları əhəmiyyətli dərəcədə itkiyə məruz qalıblar.

1941-ci ilin may ayında «Vyetmin» təşkilatı yaradıldı.Vyetminin ilk dayaq nöqtələri Hindçinin Kaobanq əyalətindəki və Lanqşon əyalətinin Bakşon rayonunundakı komunist partiyasının fəalları tərəfindən yaradılmışdılar. Eləcədə burda 1941-ci ilin sonunda ilkin partizan orduları yaradılmışdır. Habelə 1942-ci ilin martına kimi Bakşon rayonunda böyük partizan ordusu fəaliyyat göstərmişdi.

1941-1942-ci illərdə Vyetnamın əsas fəaliyyət istiqaməti Vietbakda - Vyetnamın şimalında olmuşdur, Çin ilə sərhəddə bitən dağ-meşəlik ərazidə. Burada ilk partizan bazaları yaradılmış, kadr hazırlığı aparılmışdır.

1943-ci ilin Vyetminin fəaliyyətinin artması ilə əlaqədər yaponlar tərəfindən miqyaslı şəkildə Vyetminin silahlı qüvvələrin dislokasiya etdi.

  1. Spencer Tucker, Encyclopedia of the Vietnam War (1998)
  2. 1 2 Clodfelter, Michael, Vietnam in Military Statistics (1995)
  3. T. Lomperis, From People’s War to People’s Rule (1996)