Birinci Hind-Çin müharibəsi
Birinci Hindçin müharibəsi | |||
---|---|---|---|
Hindçin müharibələri | |||
Tarix | 19 dekabr 1946 — 21 iyul 1954 | ||
Yeri | Çənub-Şərqi Asiya | ||
Nəticəsi |
Demokratik Vyetnam respublikasının qalib gəlməsi Fransız qoşunlarının Vyetnamdan çıxarılması Vyetnamın bölünməsi |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Birinci Hind-Çin müharibəsi (tez-tez «Hind-Çin müharibəsi» adlandırır) — Fransanın Hind-Çində olan müstəmləkələri əldə saxlamaq üçün olan müharibədir. 1946-1954-cü illərdə baş verib.
Müharibənin əsas hadisələri Vyetnam ərazisində olub. Orda 2 sentyabr 1945-ci ildə Milli Şüranın seçkilərdə qalibiyyətindən sonra patriotik Vyetmin hərakatı tərəfindən Demokratik Vyetnam Respublikası elan olunmuşdur. Hərbi əməliyyatlar eləcə də Kamboca və Laos ərazisində də gedirdi, lakin burda onlar müharibənin əsas gedişatına təsir göstərmədilər. 1949-cu ildə Fransa öz tərəfindən Vyetnam ərazisində «Vyetnam Dövləti» yaradılmasını elan etdi.
Vyetnamın özündə Birinci Hindçin müharibəsi «Müqavimət Müharibəsi» kimi məşhurdu. «Müqavimət Müharibəsi» — 1945-1954-ci illərin fransanın müstəmləkə idarəçiliyinə qarşı olan hərbi-siyasi «Vyetmin» hərakatı əqidəsi altında birləşmiş vyetnam millətçilərin və kommunistlərin müharibəsidir.
Fransa öz mübarizəsini ABŞ və Böyük Britaniyanın yerli tərəfkeşlərinin köməyi və dəstəyi ilə aparırdı. Demokratik Vyetnam Respublikası müharibəni Çin və SSSR-in kömək və dəstəyi ilə aparırdı. Birinci Hindçin müharibəsi vyetnam ərazisinin 17-ci paralellə bölünməsi ilə yekunlaşdı. İki müstəqil dövlət əmələ gəldi: şimalda Demokratik Vyetnam Respublikası (paytaxtı — Hanoy) və cənubda Vyetnam Dövləti (paytaxtı — Sayqon).
Müharibənin tarixi
[redaktə | mənbəni redaktə et]Müharibənin zəmini
[redaktə | mənbəni redaktə et]1940-cı il sentyabrın 22-də Fransanın təslim olmağından sonra Fransız Hindçini yapon əsgərləri tərəfindən işğal edildi. Vyetnam kommunistləri bu dövrdə bir neçə üsyan cəhdi göstərdilər: 1940-cı ilin sentyabr-oktyabr aylarında Vyetnamın Bakşon rayonunda (Vyetnamın şimalı), 1940-cı ilin noyabr-dekabr aylarında Vyetnamın cənubunda və 1941-ci ilin yanvarında Dolyong (mərkəzi Vyetnam) əyalətində. Bu üsyanlar fransız əsgərləri tərəfindən yatırılmışdı. Nəticədə cənubi və mərkəzi Vyetnamda kommunist təşkilatları əhəmiyyətli dərəcədə itkiyə məruz qalıblar.
1941-ci ilin may ayında «Vyetmin» təşkilatı yaradıldı.Vyetminin ilk dayaq nöqtələri Hindçinin Kaobanq əyalətindəki və Lanqşon əyalətinin Bakşon rayonunundakı komunist partiyasının fəalları tərəfindən yaradılmışdılar. Eləcədə burda 1941-ci ilin sonunda ilkin partizan orduları yaradılmışdır. Habelə 1942-ci ilin martına kimi Bakşon rayonunda böyük partizan ordusu fəaliyyat göstərmişdi.
1941-1942-ci illərdə Vyetnamın əsas fəaliyyət istiqaməti Vietbakda - Vyetnamın şimalında olmuşdur, Çin ilə sərhəddə bitən dağ-meşəlik ərazidə. Burada ilk partizan bazaları yaradılmış, kadr hazırlığı aparılmışdır.
1943-ci ilin Vyetminin fəaliyyətinin artması ilə əlaqədər yaponlar tərəfindən miqyaslı şəkildə Vyetminin silahlı qüvvələrin dislokasiya etdi.