Brzeq qəsri
Brzeq qəsri | |
---|---|
Zamek Piastów Śląskich w Brzegu | |
50°51′49″ şm. e. 17°28′00″ ş. u.HGYO | |
Ölkə | |
Tikilmə tarixi | XIII əsr |
Üslubu | İntibah dövrü |
Rəsmi sayt |
zamek.brzeg.pl zamek.brzeg.pl |
Vikianbarda əlaqəli mediafayllar |
Brzeq qəsri ― Polşanın Brzeq şəhərində qəsr. Hal-hazırda muzey olaraq fəaliyyət göstərən tikili Piast sülaləsinin mavzoleyini də ehtiva edir.[1]
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Brzeq qəsri Polşanın cənub-qərbindəki Aşağı Sileziya voyvodalığı ilə Opol Voyvodeşip vilayətlərinin sərhədindəki Odra çayının qərbindəki uçurumda yerləşir.[2][3] Qəsr Namısluv və Stşelin şəhərləri arasındakı milli yolun yaxınlığında yerləşir.[3]
Tarix
[redaktə | mənbəni redaktə et]Qəsrin mövcudluğuna dair ilk məlumatda Sileziya qrafı I Henrinin dövründə, 1235-ci ildə inşa edilmiş, xəndək və möhkəm divarları olan kiçik bir qala təsvir edilmişdir. Qalaya bitişik olaraq "Aslan qalası" kimi tanınan kvadrat qüllə tikilmişdi.[4] Brzeq hersoqluğunu idarə edən Piast ailəsi, 1311-ci ildən 1675-ci ilə qədər qəsrdə yaşamışdır.[2] 1342-ci ildə qəsr knyazlığın paytaxt iqamətgahına çevriildikdən sonra dəfələrlə təmir edildi. 1370-ci ildə Şahzadə I Lyudovik qəsri genişləndirdi və Piast sülaləsinin mavzoleyini əhatə edən ibadətgah inşa etdi.[1] 1544-cü ildə II Fridrix Leqnitskinin dövründə başlayan təmir işləri 1560-cı ildə tamamlandı və qəsrə daha çox bina əlavə edildi. Əlavələr iki yeni bina, binaları əhatə edən geniş bir həyət və ambulatoriya idi. Bu dövrdə tikilən əlavə tikililərə binanın girişi olan darvaza da daxil idi. Piast şahzadələrinin büstləri qapının dekorasiyasının bir hissəsi idi. Dizayndakı dəyişikliklər qotik üslubundan Sileziyadakı Renesans memarlıq tipinə qədər müxtəlif idi.[4]
Qəsr 1741-ci ildə, Birinci Sileziya müharibəsində Prussiya qüvvələri tərəfindən dağıdıldı və bu müddət ərzində dağıntılardan Prussiya ordusu üçün anbar kimi istifadə edildi. Müharibədən sonra alman dilində Brieq adlanan şəhər - Sileziyanın böyük bir hissəsi Avstriyadan Prussiyaya ilhaq edildi. Brieq 1945-ci ildə bölgənin demək olar ki, tam deportasiyaya məruz qaldığı zaman Sileziyanın böyük bir hissəsi Polşaya köçürülənə qədər Prussiya və Almaniyanın bir hissəsi idi.
1801-ci ildə baş verən yanğın zamanı qəsrə daha çox ziyan dəydi. 1920-ci ildə tərk edilmiş qəsrin yenidən qurulmasına başlansa da, İkinci Dünya müharibəsi zamanı qəsrə dəyən ziyan olduqca böyük idi.
Qəsr 1966-1978-ci illərdə və 1980-1994-cü illərdə İntibah üslubunda yenidən qurulmuşdur. Tikili hal-hazırda Sileziya Piastları Muzeyi kimi xidmət edir.[5]
Xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Qəsr İtalyadan olan Yakub Parr, Fransiskus Pahr və Bernard Niuron tərəfindən yenidən tikilmişdir. Tikilinin indiki fasadı "Mərkəzi Avropada İntibah dövrünün ən möhtəşəm tarixi abidələrindən biri" kimi tanınır.[6]
Qəsrin bir hissəsi olan muzeydə Piast sülaləsinin tarixini nümayiş etdirən eksponatlar var. Sərgilənən görkəmli rəsmlərdən bəziləri Vrotslav Milli Muzeyinin kolleksiyasından və Sileziyanın tanınmış rəssamı Mixael Vilmannın rəsmlərindəndir. Muzeydə Leqnika və Brzeq hersoqlarının yaxşı qorunmuş sarkofaqları var.[6]
-
Brzeq qəsri on doqquzuncu əsrdə
-
Qəsrinin ön qapısı
-
Brzeq qəsrinin girişi
-
Həyət
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Uszyńska, 1960. səh. 72
- ↑ 1 2 "Brzeg". Encyclopædia Britannica. 2015-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2013.
- ↑ 1 2 "Casteles in Poland". Polish Castles. 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2013.
- ↑ 1 2 "The castle in Brzeg". pli-europe. 21 oktyabr 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2013.
- ↑ "Silesia and Opolskie". Castles.info. 2019-08-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2013. (#empty_citation)
- ↑ 1 2 "Monuments". Brzeg.pl. 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2013.