Cümə məscidi (Ağdam)
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Cümə məscidi | |
---|---|
| |
39°59′36″ şm. e. 46°55′54″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Ağdam |
Yerləşir | Ağdam rayonu |
Aidiyyatı | Qarabağ xanlığı |
Memar | Kərbəlayi Səfixan Qarabaği |
Tikilmə tarixi | 1868—1870 |
Üslubu | Azərbaycan memarlığı |
Minarələri | 2 |
Günbəzləri | 1 |
Material | daş[d] |
İstinad nöm. | 202 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Cümə məscidi — Azərbaycanın Ağdam rayonunun inzibati mərkəzində yerləşən tarixi-memarlıq abidəsi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Ağdam şəhərindəki Cümə məscidi Kərbəlayi Səfixan Qarabağı adlı memar tərəfindən 1868–1870-ci illərdə tikilmişdir. Bölgədə mühüm ticarət mərkəzinə çevrildiyi zaman Ağdam şəhərində Qarabağın özünəməxsus dini memarlığının monumental örnəklərindən biri — Ağdam Cümə məscidi inşa edilmişdir.
Cümə məscidi erməni işğalından sonra qismən dağıdılmışdır.[1] Associated Press qeyd edir ki, məscid Ağdam şəhərində tam dağıdılmayan tək tikilidir, burada mal-qara və donuzlar saxlanmışdır və divarı qraffiti ilə vandalizasiya edilmişdir.[2] Məscidin interyeri baxımsız və dağıdılmış vəziyyətdədir.[3]
Memarlıq quruluşu
[redaktə | mənbəni redaktə et]Ağdam Cümə məscidinin ibadət salonunun planının əsasını ortasında dörd sütun olan ənənəvi kvadrat forma təşkil edir. Kvadratın şərq və qərb tərəflərinin hər birində qurulmuş üç dərin taxça sırası salonun sahəsini genişləndirib ona düzbucaqlı forma vermişdir. İbadət salonunun cənub divarının ortasında uca mehrab tağçası quraşdırılıb. Yan tağçaların üstü interyerə yönələn eyvan şəklində olub qadınların ibadəti üçün nəzərdə tutulmuşdur. İbadət salonu yan eyvanların ortalarında və mehrab tağçasının yanlarında olan pəncərələrdən işıqlanır.
İnteryeri
[redaktə | mənbəni redaktə et]İbadət salonunun interyer tərtibatı çox ciddi olub kamil tektonik quruluşun bədii effekti ilə diqqəti cəlb edir. Sadə bəzəkli mehrab tağçasının üzərindəki kitabədə dekor ustasının adı (mərhum Kərbəlayi Nəqqaş Təbrizinin oğlu ustad Məhəmməd Nəqqaş Təbrizi) və təmir tarixi (hicri 1331, miladi 1913-cü il) yazılmışdır. Məscidin şimal tərəfindəki giriş qapısı dərin eyvan-bastağ içərisində verilmiş, açıq eyvanın yanlarında isə iki mərtəbəli otaqlar yerləşdirilmişdir. Şimal fasadın künclərində qurulan minarələr məscidin simmetrik plan quruluşunu tamamlamaqla ona bütövlükdə kvadrat forma vermişdir. Məscidin klassik sadəliyi, həndəsi forma təmizliyi ilə seçilən və funksional tələblərə mükəmməl cavab verən planı var. İç yerləşgələri günbəz, tağ və tağbəndlərlə örtülü olan məscidin daşdan tikilmiş kubik tutumu Qarabağ zonası üçün ənənəvi olan dördenişli bütöv çardaqla örtülmüşdür. Çardağın şimal fasada çıxan uclarından kərpic minarələr yüksəlir. Minarələrin incə silindrik tutumları üfüqi kəmərlərlə hissələrə bölünmüş və hər hissənin səthi kərpic hörgüsündən yaranmış sadə naxışlarla üzlənmişdir.
Abidənin statusu
[redaktə | mənbəni redaktə et]Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə Ölkə əhəmiyyətli daşınmaz Tarix və Mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir.
Abidə 1993-cü il iyul ayının 23-dən etibarən Ermənistanın Respublikasının Hərbi Qüvvələrinin işğalı altındadır. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992–1994-cü illərdə Azərbaycan ərazisinin 20%-i işğal etdildikdən sonra Ağdam Cümə məscidi də dağıdılmışdır.
Erməni işğalından sonra Ağdam Cümə məscidi aşağıdakı dəyişikliklərə məruz qalmışdır:
- Ermənistan Respublikasının müvafiq dövlət qurumları tərəfindən, azərbaycanlıların ibadət yeri olan Ağdam məscidinin rəsmi şəkildə təhqir olunmasına və dağıdılmasına qərar verilmişdir.
- Məscidin minarələri daxildən tamamilə sökülmüş, tavanı bir neçə yerdən uçurdulmuş, daxili tərtibatı, dizayn və divar yazıları pozulmuş, hücrələri və yardımçı otaqları uçurdulmuş, komunal və komunikasiya xətləri dağıdılaraq tamamilə yararsız hala salınmışdır.
- Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumuşaq inventarları qarət edilərək Ermənistan Respublikasına aparılmışdır.
- Məscidin daxili və xarici divarları üzərində erməni və rus dillərində azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqiredici ifadələr və sözlər yazılmışdır.
- Ermənilər məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuzların saxlanması, yəni tövlə kimi istifadə ediblər.
Abidənin qorunmasını və mühafizəsini təmin edən hüquqi sənədlər
[redaktə | mənbəni redaktə et]- "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası.
- "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyası.
- YUNESKO-nun Ali Konvensiyası tərkibinə daxil olan ölkələrə mədəni tarixi dəyərlərin qorunması haqqında tövsiyələri. 1972-ci il.
- "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il. Avropa Konvensiyası.
- "Tarix və Mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının qanunu Bakı şəhəri, 10 aprel 1998-ci il.
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Yandan görünüşü
-
Məscidin minarətələri
-
Məscidin portalı
-
Məscidin portalı restavrasiyadan sonra
-
Məscidin günbəzləri
-
İlham Əliyev və Mehriban Əliyeva Cümə məscidində
Axundları
[redaktə | mənbəni redaktə et]- Axund Molla Mustafa Əliyev 1873-
- Hacı İbrahim ağa Axundov
- Axund Molla Zülfüqar Axundov -1937
- Məhəmməd ağa Müctəhidzadə
- Seyid Mirheydər ağa Zeynalov 1964-1978
- Hacı Barat Bağırov 1978-1993
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Mosque partially destroyed during Armenian occupation comes alive after 27 years". www.geo.tv. 2021-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-25. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Manenkov, Kostya. "Azerbaijani leader hails handover of region ceded by Armenia". Associated Press. 20 November 2020. 7 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 November 2020. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "No-Man's-Land: Inside Azerbaijan's Ghost City Of Agdam Before Its Recapture". RFE/RL. 25 November 2020. 23 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)