Cənubi Sudan
Cənubi Sudan | |||||
---|---|---|---|---|---|
Republic of South Sudan | |||||
| |||||
Ədalət, Azadlıq, Rifah | |||||
Himn: "Biz Tanrının və torpaqlarımızın ordusuyuq" |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Cuba[1] | ||||
İdarəetmə forması | federal respublika[d] | ||||
Prezident | Salva Kiir Mayardit [9.VII.2011~] | ||||
Sahəsi | Dünyada 42-ci | ||||
• Ümumi | 619,745 km² km² | ||||
Əhalisi | |||||
• Əhali | 10,975,000 nəfər (75-ci) | ||||
• Siyahıyaalma (22.IV.2008) | 8 260 490 nəf. | ||||
• Sıxlıq | 18 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 25,9 milyard dollar (139-cu) | ||||
• Adambaşına | 2 300 dollar (202-ci) | ||||
Valyuta | Cənubi Sudan funtu[4] | ||||
ISO kodu | SS | ||||
BOK kodu | SSD | ||||
Telefon kodu | +211[5] | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Cənubi Sudan (ing. South Sudan) və ya rəsmi adı ilə Cənubi Sudan Respublikası (ing. Republic of South Sudan) — Şərqi Afrikada dövlət. Cənubi Sudan dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimalda Sudan, şərqdə Efiopiya, cənub-şərqdə Keniya, cənubda Uqanda, cənub-qərbdə Konqo Demokratik Respublikası, qərbdə isə Mərkəzi Afrika Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Cuba şəhəri, ümumi sahəsi 619,745 kvadrat kilometr, əhalisinin sayı 10,975,000(2018) nəfərdir. 9–15 yanvar 2011-ci ildə ərazinin gələcək taleyi ilə bağlı referendum keçirilib. Ümumxalq səsverməsinin gedişində cənublular müstəqil dövlət yaratmaq məsələsinə əksəriyyətlə müsbət münasibət bildiriblər. 9 iyul 2011-ci ildə Sudan Respublikası tərəfindən müstəqilliyi rəsmi tanınandan sonra müstəqillik elan edib[6].
Tarixi
[redaktə | mənbəni redaktə et]Sudanda Şimal-Cənub qarşıdurmasının tarixi XIX əsrdən başlayır. 1899-cu ildə bağlanmış Misir-Britaniya müqaviləsinə uyğun olaraq uzun müddət Sudanı bu iki dövlət birgə idarə etmişdir. Əslində isə Sudana britaniyalılar nəzarət edirdilər. Britaniya müstəmləkəçiləri burada öz mövqelərini möhkəmlətmək üçün cənubda yaşayan xristian və animist Afrika qəbilələri ilə şimalda yaşayan müsəlman ərəblər arasında münasibətləri daim gərginləşdirirdilər.
1952-ci il Misir inqilabından sonra rəsmi Qahirə Sudan xalqının öz müqəddəratını təyin etmək hüququnu tanıdı. Sonrakı illərdə Sudanda parlament seçkiləri keçirildi, dövlət təsisatları yaradıldı, Misir və Britaniya qoşunları ölkə ərazisindən çıxarıldı.
1956-cı il yanvarın 1-də Sudanın dövlət müstəqilliyi elan edilən vaxt ölkədə Şimal-Cənub qarşıdurması artıq başlamışdı. Uzun illər davam etmiş silahlı münaqişə 1972-ci ildə Efiopiyanın paytaxtı Əddis-Əbəbədə sülh müqaviləsinin bağlanması ilə başa çatdı. Müqaviləyə uyğun olaraq, Cənuba daxili idarəetmə məsələlərində muxtariyyət verildi. Lakin 1983-cü ildə yaradılmış Cənubi Sudan Xalq Azadlıq Hərəkatı və onun hərbi qanadı olan Sudan Xalq Azadlıq Ordusu mərkəzi Xartum hökumətinin qüvvələrinə qarşı hərbi əməliyyatları bərpa etdi. Buna formal səbəb kimi Sudan hökumətinin Cənubun inzibati-ərazi bölgüsünü dəyişdirməsi və burada şəriət normalarını tətbiq etməsi göstərilirdi.
Qonşu ölkələrin, xüsusilə, Efiopiya və Uqandanın cənublulara geniş dəstək verməsi vətəndaş müharibəsini daha da qızışdırırdı. 20 ildən çox davam etmiş silahlı qarşıdurmanın gedişində tərəflərdən heç biri digərinə üstün gələ bilmədi. 2002–2004-cü illərdə Şimalla Cənub arasında aparılmış danışıqlar 2005-ci ilin yanvarında Keniyanın paytaxtı Nayrobidə hərtərəfli sülh sazişinin imzalanması ilə nəticələndi. Bu sənəd ölkədə vətəndaş müharibəsinə formal olaraq son qoydu.
Hərbi əməliyyatların gedişində iki milyon sudanlı həlak olmuş, təxminən dörd milyon nəfər qaçqın düşmüşdür. Sazişin şərtlərinə görə, Cənuba altı il müddətinə geniş muxtariyyət verilir, sonra isə bu ərazinin statusu referenduma çıxarılır. Ölkənin parçalanması ehtimalı siyasi qüvvələr arasında qarşıdurmaya səbəb oldu. Ancaq rəsmi Xartum hesab edirdi ki, davamlı müharibə şəraitində Cənubla bir yerdə yaşamaqdansa sülh bağlayıb ayrılmaq yaxşıdır. Onsuz da Şimalla Cənubu birləşdirən cəhətlər onları ayıran cəhətlərdən çox deyil.
Referendum
[redaktə | mənbəni redaktə et]Referendumun nəticələri isə heç kimdə şübhə doğurmur: cənublular müstəqilliyə səs verəcəklər və beləliklə, Şərqi Afrikada iki müstəqil dövlət yaranacaq. Lakin Cənubun ayrılması Sudanın bütün problemlərini avtomatik həll etmir.
İlk növbədə iki yeni müstəqil dövlətin sərhədlərinin müəyyənləşdirilməsindən gedir. Ümumi sərhədin uzunluğu təxminən iki min kilometrdir. Beş sərhəd vilayətinin hüdudları mübahisəlidir. Daha çox narahatlıq doğuran Abyey bölgəsidir. Sülh sazişinin şərtlərinə görə, bu vilayətin statusu ayrıca keçiriləcək referendumda həll edilməlidir. Amma Şimal və Cənub elektoratın tərkibi barədə hələ razılığa gələ bilməmişlər. Abyeydə yaşayan dink qəbiləsi Cənuba qatılmağın tərəfdarıdır, köçəri misseriya icması isə Şimala loyal münasibət bəsləyir. Cənubi Sudan hökuməti misseriyalıların oturaq əhali olmadığına görə referendumda iştirakının əleyhinə çıxır, rəsmi Xartum isə vilayətin taleyinin həll edilməsində onların kənarda qalmasını insan hüquqlarının pozulması kimi qiymətləndirir və yolverilməz hesab edir. Hələlik bu məsələ ilə bağlı razılaşma əldə edilmədiyindən referendum təxirə salınmışdır.
Hazırda Sudanın dövlət büdcəsinin gəlirlərinin 60 faizi, Cənubi Sudanın gəlirlərinin isə 98 faizi neftdən qaynaqlanır. İki müstəqil dövlətin sərhədinin haradan keçəcəyindən asılı olaraq, neft yataqlarının 82–95 faizi Cənub vilayətlərində yerləşir. Yeganə ixrac boru kəməri Şimal vilayətlərindən keçərək Qırmızı dənizin sahilindəki Port-Sudan limanına çıxır. Sülh sazişinin şərtlərinə görə, referendumadək tərəflər neft gəlirlərini 50:50 nisbətində bölürdülər. Bundan sonra gəlirlərin hamısı Cənuba çatacaq. Bununla belə, neftin bundan sonra tranziti, qüvvədə olan neft müqavilələrinin taleyi, habelə neft emalı zavodlarının gələcək fəaliyyəti ilə bağlı məsələlər nizama salınmalıdır.
Sudanda vəziyyətin bu həddə gəlib çatmasında "qara qızıl" az rol oynamamışdır. Məhz neft yataqları kəşf edildikdən sonra aparıcı dünya dövlətlərinin, ilk növbədə, ABŞ, Çin və Fransanın ölkəyə marağı artmışdır. 2003-cü ildə Sudanın qərbində — Darfur vilayətində yeni münaqişə ocağının yaranması burada zəngin neft ehtiyatlarının aşkarlanması ilə bir vaxta düşmüşdür. Hazırda Sudanın neftçıxarma sənayesinə ən çox investisiya qoyan ölkə Çindir. Öz növbəsində digər iri beynəlxalq oyunçular Sudan neftinə nəzarət etmək üçün cidd-cəhdlə mübarizə aparırlar.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Cənubi Sudan əhalisi, müxtəlif məlumatlara görə, 7,5-dən[7] 13 mln. nəfərə qədər təşkil edir. 2008-ci ilin yekunlarında keçirilən sudan siyahıyaalmaya əsasən Cənub əhalisi 8 260 490 nəfər təşkil etmişdi[8], lakin Cənubi Sudan hakimiyyəti bu nəticələri tanımır, çünki Xartumda yerləşən mərkəzi statistika bürosu region üzrə əsas məlumatları cənubi sudanlıların öz emalı və qiymətləndirilməsi üçün onlara verməkdən imtina edib[9]
Cənubi Sudanın əhalisinin əksəriyyəti Neqroid irqinə aid edilir və ənənəvi afrika animistik dinləri qəbul ediblər yada xristiandılar. Əhalinin əsasını nilotlar (dinkalar, nuerlər, azandelər, barilər, şilluklar) təşkil edir[10]
Cənubi Sudanın daxili problemləri
[redaktə | mənbəni redaktə et]Cənubi Sudanın ayrılacağı təqdirdə Nil çayının suyunun bölüşdürülməsi məsələsi son dərəcə mühüm problem kimi meydana çıxacaq. 1959-cu ildə imzalanmış Misir-Sudan sazişinə uyğun olaraq, Nil çayının 90 faizindən bu iki dövlət istifadə edir. Cənubi Sudanın bu sazişi tanıyacağı şübhə doğurur. Digər tərəfdən, Nil çayı hövzəsinin ölkələri — Efiopiya, Keniya, Burundi, Konqo Demokratik Respublikası, Ruanda, Tanzaniya və Uqanda çayın su ehtiyatlarının bölüşdürülməsi haqqında mövcud razılaşmalara yenidən baxılmasında maraqlıdır. Artıq Efiopiya su kvotalarının yenidən müəyyənləşdirməyi təklif etmişdir və ona ABŞ dəstək verir. Kvotalara yenidən baxılması Misiri pis vəziyyətdə qoya bilər. Hazırda Nil suyunun ildə 55,5 milyard kubmetrindən istifadə edən Misirin kvotanın azaldılacağı mübahisəli məsələdir.
Sudanın xarici borcu 38 milyard dollara çatır. Şimal Cənubun borc yükünün bir hissəsini öz üzərinə götürməsini təklif edir. Cənublular isə bildirirlər ki, şimallılar vaxtilə xaricdən bu qədər borc alaraq Cənuba qarşı apardıqları müharibəni maliyyələşdirmişlər. Eyni zamanda, milli aktivlərin və Cənubdakı dövlət şirkətlərinə məxsus əmlakın taleyi məsələsi də ciddi problemdir.
Şimalla Cənub milli valyuta, vətəndaşlıq, təhlükəsizlik, indiyədək bağlanmış beynəlxalq müqavilələr və digər məsələləri həll etməlidirlər.
Sudanın referendumdan sonrakı vəziyyəti elə indidən narahatlıq doğurur. Gələcək proseslərin rəvan gedəcəyinə zəmanət vermək çox çətindir. Zorakılığın yenidən baş qaldıracağını istisna edilmir. Sudanın problemləri təkcə Cənubla bitmir. Ölkənin mərkəzində və şərqində separatçılıq meyilləri özünü göstərir. Ən böyük problem isə Darfurdur. Bu vilayətdə müsəlman ərəblərlə müsəlman qeyri-ərəblər arasında münaqişə ən gərgin həddə çatmışdır.
Bir tərəfdən də ABŞ və Avropa Sudan rəhbərliyini daim təzyiq altında saxlayır. Beynəlxalq Cinayət Məhkəməsi Sudan Prezidenti Ömər Həsən Bəşiri Darfurda hərbi cinayətlər törətməkdə ittiham edərək onun həbsinə order vermişdir. ABŞ Cənubda referendum keçirildikdən sonra Sudana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyi və ölkənin dünya iqtisadi sisteminə qayıdışına yardımçı olacağını bəyan edir.
Gələcək müstəqil Cənubi Sudanın daxilində də xeyli problemlər yığılıb qalmışdır. Yaranacaq yeni dövlətin də parçalanmaq ehtimalı vardır. Buranın əhalisi müxtəlif dillərdə danışan qəbilələrdən ibarətdir. İngilis dili rəsmi dil elan edilsə də, əhali bu dili bilmir. Hələlik ünsiyyət dili ərəb dili olaraq qalır. Hakim Cənubi Sudan Xalq Azadlıq Hərəkatının rəhbərliyində ixtilaflar özünü büruzə verir. Qəbilə rəhbərləri də müstəqillik anbisiyalarını gizlətmirlər. Ayrı-ayrı etnik qruplar köçəri həyat tərzi keçirdiyindən yeni sərhədləri tanımaq istəmirlər. Zəngin neft ehtiyatları əhalinin müəyyən təbəqələrinin yaxşı yaşamasını təmin etsə də, bütövlükdə Cənubda yoxsulluq problemini həll etmir.
Gələcəkdə Sudan—Cənubi Sudan münasibətləri
[redaktə | mənbəni redaktə et]Şimalla Cənub arasında da vəziyyətin yenidən gərginləşməsi ehtimalı hələ aradan qalxmayıb. Sudan hökuməti referendumun nəticələrini tanıyacağını dəfələrlə ən yüksək səviyyədə bəyan etmişdir. Sudan Prezidenti Ömər Həsən Bəşir bildirmişdir ki, Abyey vilayətinin statusunun birtərəfli qaydada müəyyənləşdirilməsi hərbi əməliyyatların bərpası ilə nəticələnər. Bu isə münaqişəni tənzimləmək üçün indiyədək göstərilmiş səylərin üstündən xətt çəkə bilər.[11]
Cənubi Sudan prezidenti Salva Kiir ölkənin uzun müddətdir xidmətdə olan kəşfiyyat rəhbərini (National Security Service Chief (NSS) Milli Təhlükəsizlik Xidmətinin Daxili Təhlükəsizlik Bürosu) vəzifəsindən azad edib, onun yerinə yaxın müttəfiqi təyin edib.[12]
Sudan ordusu müharibəyə üstün resurslar, o cümlədən hava gücü ilə başlasa da, Sərhədsiz reportyorlar (RSF) 2017-ci ildə rəsmən tanındı və son illərdə Sudan ətrafında yerləşdirilən yaxşı təchiz olunmuş cox güclü qüvvəyə çevrildi.[13] Münaqişənin hər iki tərəfi Sudanın ən qiymətli və qaçaqmalçılıq yolu ilə daşınan sərvəti olan qızıldan müharibə səylərini dəstəkləmək üçün istifadə ediblər.[14]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 https://www.timeanddate.com/time/zone/south-sudan.
- ↑ 1 2 6 // Constitution of South Sudan.
- ↑ http://www.vesti.ru/doc.html?id=513378.
- ↑ http://www.itu.int/ITU-T/newslog/New+Country+New+Number+Country+Code+211+Officially+Assigned+To+South+Sudan.aspx.
- ↑ РосБизнесКонсалтинг: Южный Судан официально стал независимым государством Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine, 9 июля 2011 года
- ↑ "UNFPA Southern SUDAN". 2011-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-06. (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Sudan census committee say population is at 39". 2012-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-06. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Discontent over Sudan census".[ölü keçid]
- ↑ "Sudan: One country or two?". 2012-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-06. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Arxivlənmiş surət". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-10. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Kannampilly, Ammu. MacSwan, Angus (redaktor). "South Sudan president dismisses long-serving security chief". Reuters (ingilis). 03-10-2024. 2024-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04-10-2024.
- ↑ Lewis, Aidan. "Sudan's war: what's behind the conflict that has pushed at least one area into famine?". www.reuters.com. September 27, 2024. 2024-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4-10-2024.
- ↑ Soliman, Ahmed; Baldo, Dr Suliman. "Africa Aware: How gold fuels the war in Sudan". www.chathamhouse.org. Musumba. 2024-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4-10-2024. (#first_missing_last)