Keniya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Keniya
suah. Jamhuri ya Kenya
Bayraq Gerb
Bayraq Gerb
"Harambee"  (Suahilicə)
"Həmişə birlikdə çalışaq"
Himn: Ee Mungu Nguvu Yetu
"Bütün yaradılışın Tanrısı"
Tarixi
 • Hökmranlıq (dominion) 12 dekabr 1963
 • Respublika 12 dekabr 1964
Rəsmi dilləri
Paytaxt Nayrobi
İdarəetmə forması Prezident respublikası
Prezident William Ruto
Sədr Müavini Rigathi Gachahgua
Sahəsi Dünyada 48-ci
 • Ümumi 580,367 km² km²
 • Su sahəsi (%) 2.3
Əhalisi
 • Əhali 55,864,655 nəfər
 • Siyahıyaalma (2019) 47,564,296 nəf.
 • Sıxlıq 78 nəf./km² (140-cı)
 • Ümumi 109.703.659.313 $[3], 113.420.008.179 $[3]
ÜDM (AQP)
 • Ümumi $333.1 milyard dollar  (61-ci)
 • Adambaşına $6,122 dollar  (140-cı)
ÜDM (nominal)
 • Ümumi (2022) $114.8 milyard dollar  (64-cü)
 • Adambaşına $2,255 dollar  (146-cı)
İİİ (2021) 0.575 (artım; 152-ci)
Valyuta Keniya şillinqi
İnternet domeni .ke
ISO kodu KE
BOK kodu KEN
Telefon kodu +254
Saat qurşaqları
Nəqliyyatın yönü sol[d][4]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Keniyanın xəritəsi
Kenya

Keniya (suah. Kenya; ing. Kenya) və ya rəsmi adı ilə Keniya Respublikası (suah. Jamhuri ya Kenya, ing. Republic of Kenya) — Şərqi Afrikada dövlət. Keniya şərqdən Somali, şimaldan Efiopiya, şimal-qərbdən Cənubi Sudan, qərbdən Uqanda, cənubdan Tanzaniya ilə həmsərhəddir. Cənub-şərqdən isə Hind okeanı ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Nayrobi, ümumi sahəsi 580,367 kvadrat kilometr, əhalisinin sayı 47 milyon nəfərdən çoxdur. Keniya 12 dekabr 1963-cü ildə Birləşmiş Krallıqdan müstəqillik əldə etmişdir.

Dünyanın ən korrupsiyalaşmış ölkələrinin “Transparency İnternational” tərəfindən hazırlanan cədvəlində Keniya 154-cü yeri tutur.

Cənubdan Tanzaniya, qərbdən Uqanda, şimali-qərbdən Sudan, şimalında Efiopiya, şimal-şərqində Somali ilə həmsərhəddir. Paytaxtı Nayrobi şəhəridir.

Samburu Milli Təbiət Qoruğu

Bir çox alimlərin mülahizələrinə görə Keniya ərazisi ilk insan məskənlərindən biridir. Ölkənin şərqində yerləşən Rudolf gölü sahillərində 3 milyon il bundan əvvəl yaşamış qədim insanın qalıqları və əmək alətləri aşkar edilmişdir.

Sonralar Keniya ərazisində indiki efiopiya irqinin əlamətlərinə yaxın olan insanlar məskunlaşmışlar. Burada, həmçinin koysan (indiki Cənubi Afrika) irq tipinə aid edilən tayfalar da yaşamışlar. Sonralar bu əraziyə qərbdən indiki pokomo, micikenda və syaxililərin əcdadları olan bantu dilli zənci mənşəli tayfalar gəlmişlər.

VII-VIII əsrlərdə suaxililər Keniya sahillərində bir çox ticarət mərkəzlərinin (Lamu, Manda, Pate, Malindi, Mombasa və s.) əsasını qoydular. Tədricən bu şəhərlər Afrikanın daxili rayonları ilə Hindistan və Ərəbistan arasında vasitəçilik edən liman şəhərlərinə şevrildilər. Bu limanlar vasitəsilə Afrikadan dəmir, qızıl, fil sümüyü, gərgədan buynuzu, qullar daşınır, Afrikaya digər ərazilərdən metal silahlar, sənətkarlıq məhsulları və parça gətirirdilər.

1498-ci ildə Vasko da Qamanın başçılığı ilə Hindistana dəniz yolu axtaran Portuqaliya ekspedisiyası Keniya sahillərinə gəldi. XVI əsrin əvvəllərində portuqaliyalılar Hindistana dəniz səfərləri zamanı aralıq məntəqə kimi istifadə etmək üçün Keniyanın dəniz sahillərində yerləşən bir çox liman şəhərlərini ələ keçirdilər.

Lakin XVII əsrin ortalarında Oman sultanlığının hökmdarları portuqaliyalıları Keniyadan qovmağa başladılar. 1699-cu ildə Oman imamı Sultan ibn Seyf Mombasonu tutaraq portuqaliyalıları Keniyanın bütün sahil ərazilərindən qovdular. Oman hakimləri ərəb mənşəli olduqlarını iddia edən yerli sakinlərdən Keniyanı idarə etmək üçün öz canişinlərini təyin etdi. XIX əsrin əvvəllərində qul ticarəti Keniya iqtisadiyyarının əsasını təşkil edirdi. Ərəbistanın qul tacirlərinin Afrikada yerləşən Vanqa dövlətinə gedən əsas ticarət yollarından biri də Mombasa limanından keçirdi.

Elə həmin dövrdə Mombasada suaxili mənşəli Mazrui sülaləsi Zanzibar sultanlığından ayrılaraq Şərqi Afrikanın bütün sahillərində öz hakimiyyətini bərqərar etməyə çalışırdı.

1824-cü ildə Mazrui sülaləsi Mombasa üzərində Böyük Britaniyanın protektoratlığını qəbul etdi. Lakin bu onlara kömək etmədi. 1828-ci ildə Zanzibar sultanı Mombasaya hərbi donanma göndərdi və Mazruilərin qoşunlarını məğlub etdi. Müharibə 1837-ci ilədək davam etdi və Zanzibar sultanının qələbəsi ilə nəticələndi. Mazrui ailəsinin bütün üzvləri qul kimi Omana göndərildi.

1846-cı ildən başlayaraq əvvəlcə Keniyanın dənizkənarı ərazilərində, sonralar isə ölkələrin daxili rayonlarında da xristian missionerlər görünməyə başladı. 1870-ci ildən başlayaraq Şərqi Afrika Avropa dövlətləri, xüsusilə Böyük Britaniya və Almaniya arasında mübarizə meydanına çevrildi. 1886-cı ildə Şərqi Afrikanın bölüşdürülməsinə dair tərəflər arasında bağlanmış razılaşmaya əsasən indiki Keniya ərazisi Böyük Britaniyanın təsiri altına düşdü. 1890-cı ildə Böyük Britaniya ilə Almaniya bağlanmış Helqoland müqaviləsinə əsasən ingilislər Helqoland adasının şimal hissəsini Almaniyaya verdilər, həmçinin Almaniyanın Tanqanika (müasir Tanqanikanın materik hissəsi) üzərində hüququnu tanıdı, əvəzində isə Keniya və Tanzaniya üzərində öz hüququnu təsbit etdi. 1890-cı ildə ingilislər Keniyanın daxili məhsuldar torpaqlarını mənimsəyərək, bu ərazilərdə köçürülən əhalidən - "ağlardan" ibarət koloniyaların əsasını qoydular. Artıq 1897-1901-ci illərdə Mombasadan Viktoriya gölünə qədər dəmiryol və rabitə xəttləri çəkildi. XX əsrin əvvəllərində Keniyanın sahil ərazilərində islam dini yayılmağa başladı. Birinci dünya müharibəsi illərində Britaniyanın hakimiyyət orqanları 200 min keniyalını orduya səfərbər etdilər, ənlardan əsasən hərbi yüklərin daşınması üçün istifadə edirdilər, bununla yanaşı bir neçə min keniyalı Afrika atıcılarının Kral korpusunun tərkibində döyüşçü kimi alman qoşunlarının Şərqi Afrikadakı hərbi əməliyyatlarında iştirak etmişdir. Böyük Britaniyanın müstəmləkəsi olub, 12 dekabr 1963-ci ildə müstəqillik qazanıb. Şərqi Afrikanın dinamik inkişaf edən ölkələrindən biridir.

Keniyanın ən böyük etnik qrupu Kikuyular əhalinin 25%-ni təşkil edir, paytaxt Nayrobi ətrafında yaşayırlar və ənənəvi olaraq iqtidarı əlində saxlayan qrupdur.

Luhyalar ölkənin 2-ci böyük etnik qrupudur. Qərbi Keniyada Uqanda sərhədləri ətrafında yaşayırlar.

Luolar Ukereve gölü (Viktoriya gölü) ətrafında yaşayırlar və 3-cü böyük etnik qrupu təşkil edir. UqandaTanzaniyada yaşayan xalqlarla qohumdurlar. Son vaxtlar bölgədə baş verən müharibələr Luoların Kikuyu iqtidarı ilə tarixi hesablaşmasından ibarətdir.

Keniyanın 4-cü böyük etnik qrupu Kalenjinlər beşinci isə Kambalardır. Kambalar ənənəvi olaraq hərbidə söz sahibi roldadır. 6-cı ən böyük etnik qrup olan Kisiilər əhalinin 6%-ni təşkil edir və siyasi olaraq Luolar kimi Kikuyu iqtidarına qarşı bir siyasət sərgiləyirlər.

Nayrobidəki (Keniya) Kiyanda kolleci. 1961-ci ildə fəaliyyətə başlayanda, kollec, ümumiyyətlə, bölgədə müxtəlif irqdən olan qadınların birgə təhsil aldığı yeganə mərkəz idi. Kollecin kənd təsərrüfatı ixtisası üzrə verdiyi təhsil qadınlar üçün çox əhəmiyyətlidir. Burada təhsil alanların əksəriyyəti kəndli təbəqəsinə mənsubdur.