Federasiya
Siyasət |
---|
Siyasət Portalı |
Federasiya (lat. federatio, hәrfәn - birlik, ittifaq) — tәrkib hissәlәri nisbәtәn müstәqil dövlәti qurumlar (ştatlar, federal әrazilәr, kantonlar vә s.) olan dövlәt. Konfederasiyadan (dövlәtlәr ittifaqı) vә unitar dövlәtdәn fәrqli olaraq Federasiya ittifaq dövlәti adlandırılır. Müasir dünyada Federasiyalar nisbәtәn azdır, lakin onların arasında dünya birliyindә mühüm rol oynayan Rusiya, Almaniya, ABŞ, Kanada, Braziliya, Hindistan kimi dövlәtlәr var. Federasiyaların çoxunda federativ quruluşun әsasında yalnız әrazi amili dayanır vә dövlәt hәr hansı etnik, milli problemlәri hәll etmir. Lakin milli әrazi prinsipinә әsaslanan Federasiyalar da var. Bir çox Federasiya müqavilә (mәs., 1922-ci ildә SSRİ), digәrlәri konstitusiya (mәs., RSFSR) әsasında yaradılmışdır. Bәzi Federasiyalarda asimmetrikliyә rast gәlinsә dә (bax Asimmetrik federasiya), bununla belә federativ quruluşun әn mühüm prinsiplәrindәn biri Federasiya subyektlәrinin bәrabәrhüquqlu olmasıdır.
Federal dövlətlərin siyahısı:
- Amerika Birləşmiş Ştatları
- Almaniya Federativ Respublikası
- Argentina Respublikası
- Avstraliya İttifaqı
- Avstriya Respublikası
- Belçika Krallığı
- Birləşmiş Ərəb Əmirlikləri
- Bosniya və Herseqovina
- Braziliya Federativ Respublikası
- Efiopiya Federativ Demokratik Respublikası
- Hindistan Respublikası
- İraq Respublikası
- İsveçrə Konfederasiyası
- Kanada
- Komor adaları
- Malayziya
- Meksika Birləşmiş Ştatları
- Mikroneziya Federativ Ştatları
- Nepal Federativ Demokratik Respublikası
- Nigeriya Federativ Respublikası
- Pakistan İslam Respublikası
- Rusiya Federasiyası
- Sent-Kits və Nevis Federasiyası
- Cənubi Sudan Respublikası
- Sudan Respublikası
- Venesuela Bolivar Respublikası.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Hüquq haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |