Hədiqətüs-süəda

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hədiqətüs-süəda
Müəllif Füzuli
Orijinal dili Azərbaycan dili
Nəşr ili 1854
Vikimənbənin loqosu Hədiqətüs-süəda Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hədiqətüs-süəda (azərb. Xoşbəxtlər baxçası‎) — hicri 61-ci (miladi 680-ci) ildə məhərrəm ayının 10-da Kərbəlada baş vermiş faciəvi hadisə ilə bağlı yazılmış Məhəmməd Füzulinin əsəri. İlk dəfə 1845-ci ildə Qahirədə çap edilmişdir. Əsərin Füzuli həyatda ikən köçürülmüş nüsxəsindən (Konya, h. 954) tutmuş yaşadığımız dövrədək yazılmış 300-ə yaxın əlyazma nüsxəsi məlumdur[1]. Bu əsər Füzulinin ilk bədii nəsr əsəridir.[2]

Azərbaycan bədii nəsrinin ən klassik örnəyi sayılan əsər müəllifin dini düşüncə, iman və əqidə duyğularının bədii əksi baxımından çox səciyyəvidir. Dərd əlindən ürəyi çatlayan insanı ovunduraraq ona mənəvi qida verən Kərbəla hadisəsini qələmə almağı şərəf işi sayan, buna milli-dini borc kimi baxan mütəfəkkir Füzuliyə "Hədiqətüs-süəda"nı yaratmaqda yaşadığı mühitin də böyük təsiri olmuşdur[1].

Əsərdə əksini tapan şəhidlik eşqi, məslək və etiqad yolunda mübarizə motivi hər zaman yenidir. İnsanın mənəvi və cismani köləliyə üsyanı, etirazı və bu yolda hətta öz həyatını qurban verməsi ən yüksək və şərəfli insanlıq amili kimi göstərilir. Həmin əqidə və məslək döyüşü ona görə yaşarıdır ki, əsasında mənəvi paklıq, ruhi müqəddəslik, insani gözəllik və əzəmət var[1].

Alban dilində ən erkən dövrdə yazılmış və ən uzun dastan olan "Şəhidlər bağı" əsəri (müəllifi Dalip bəy Fraşeri) Füzulinin "Hədiqətüs-süəda" əsərinə əsasən yazılmışdır.[3][4] Əsər bektaşi albanlarının Füzuli ilə ilk yarışmaq cəhdidir və bektaşiliyin alban həyatına təsirini göstərir.[5]

  1. 1 2 3 Məhəmməd Füzuli. Əsərləri. — Bakı: Şərq-Qərb, 2005. — VI-cı cild Arxivləşdirilib 2022-03-27 at the Wayback Machine. — S. 3. — 384 s. — ISBN 9952-418-83-0
  2. Əfəndiyev, 1963. səh. 23
  3. Robert Elsie; Centre for Albanian Studies (London), Albanian Literature: A Short History, I.B. Tauris, 2005, 42, ISBN 9781845110314, OCLC 62131578
  4. Elsie, Robert. “Albanian Literature in the Moslem Tradition: Eighteenth and Early Nineteenth Century Albanian Writing in Arabic Script.” Oriens, vol. 33, 1992, pp. 287–306. JSTOR, https://doi.org/10.2307/1580608. Accessed 23 Feb. 2024.
  5. H.T.Norris, Islam in the Balkans: Religion and Society Between Europe and the Arab World, Columbia, S.C: University of South Carolina Press, 1993, 180–181, ISBN 9780872499775, OCLC 28067651

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]