40°28′50″ şm. e. 47°47′35″ ş. u.HGYO

Küçəkənd

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Küçəkənd
40°28′50″ şm. e. 47°47′35″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Ucar rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 6 m
Saat qurşağı
Əhalisi
Əhalisi 1519 (2009) nəfər
Xəritəni göstər/gizlə
Küçəkənd xəritədə
Küçəkənd
Küçəkənd

KüçəkəndAzərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.[1]

Küçəkənd kəndinin qədim adı Köçəkənd olmuşdur. Toponim “köç” və “kənd” sözlərindən ibarət olub, “köç kəndi” mənasındadır. Bu yaşayış məntəqəsi keçmişdə köçəri maldarlıqla məşğul olmuş, beş evli, Kəbləsadıqlı, Məhərrəmli və Əsgərli ailələrinin məskunlaşması nəticəsində bu cür yaranmışdır.[mənbə göstərin]

Küçəkənd kəndi Pirkən ərazi vahidini (sovetliyin) tərkibindədir. Rayon mərkəzindən 20 km şərqdə Şirvan düzündə və aranda yerləşir[mənbə göstərin].

Küçəkənd Ucar rayonunun Pirkənd inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Qədim adının Köçəkənd olduğu söylənilir. Tədqiqatçılar oykonimi "koc kəndi" kimi izah edirlər. Yaşayış məntəqəsi keçmişdə maldarlıqla məşğul olmuş beşevli, kəbləsadıqlı, məhərrəmli və əsgərli nəsillərinin məskunlaşması nəticəsində yaranmışdır[2].

Kənddə 2 orta məktəb, klub, kitabxana, yanacaqdoldurma məntəqəsi, rabitə şöbəsi və ictimai iaşə obyektləri vardır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Sahəsi 1358 ha-dır. Bakı-Tbilisi dəmir yoluBakı-Tbilisi avtomobil yolu kəndin ərazisindən keçir.

Kənddə 1409 nəfər əhali yaşayır və 366 ev ailə vardır (2005-ci il).

2009-cu ildə isə əhalinin sayı 1519 nəfərə çatmışdır.[3]

Küçəkənd kəndindən bir çox ziyalılar və elm adamları çıxmışdır.[mənbə göstərin]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhali pambıqçılıq, taxılçılıq, bağçılıq, baramaçılıq, heyvandarlıq və s. ilə məşğuldur.

  1. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 418.
  3. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.