Qaracallı (Ucar)
Qaracallı | |
---|---|
40°25′55″ şm. e. 47°51′34″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ucar rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 3431 (2009) nəfər |
Qaracallı — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Ucar rayonunun Qaracallı kəndi XIX əsrin sonlarında yaranmışdır. Bu kəndin əsas sakinləri Cəbrayıl rayonunun Qaracallı kəndindən gələnlər olmuşlar. Belə ki, həmin kənddən gələnlər maldarlıqla məşğul olduqlarından bu yeri əlverişli bir yer seçərək burada məskunlaşmışlar.
Toponimikası
[redaktə | mənbəni redaktə et]Yaşayış məntəqəsi kəngərlilərin qaracallı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Xanlar rayonu ərazisində bu nəslin adı ilə bağlı Qaracallı təpəsi (Əli Bayramlı kəndi) və Qaracallı dərəsi (Bolçalı kəndi) adlı iki obyekt qeydə alınmışdır.[2]
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Kənddə bir mədəniyyət evi və kitabxana fəaliyyət göstərir. Bundan əlavə kəndin 2 orta məktəbi vardır.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd Göyçay çayının sahilində, Şirvan düzündə, Bakı-Tbilisi əsas magistral yoluna və dəmir yolu xəttinə yaxın yerdə yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalisi 4500 nəfər. 2009-cu ildə isə əhalisinin sayı 3431 nəfər olub. [3]
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Kənd əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğul olur.