Kiçik Litva
Etnoqrafik bölgə | |
Kiçik Litva (Prussiya Litvası) | |
---|---|
lit. Mažoji Lietuva (Prūsų Lietuva) alm. Preußisch Litauen | |
54°52′ şm. e. 22°32′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz |
Tilje (tarixi) Şilute[1] |
Ən böyük şəhəri | Klaypeda |
Vikianbarda əlaqəli mediafayllar |
Kiçik Litva (lit. Mažoji Lietuva; alm. Kleinlitauen; pol. Litwa Mniejsza; rus. Máлая Литвá) və ya Prussiya Litvası (lit. Prūsų Lietuva; alm. Preußisch-Litauen, pol. Litwa Pruska) — Litvanın etnoqrafik bölgəsi və Prussiyanın (sonra isə Almaniyanın Şərqi Prussiya vilayətinin) tarixi bölgəsi.
Adı
[redaktə | mənbəni redaktə et]Kleinlittaw ifadəsinin ən erkən istifadəsi XVI əsrdə Prussiyalı Simon Qrunaunun xronikalarında olub.[2]
Litva əyaləti , Litva rayonları ), Litva dairəsi və ya sadəcə Prussiya Litvası və ya Litva ifadələri 1618-ci ildən bəri Prussiya hüquqi sənədlərində Litvalıların yaşadığı Narduviya və Skaloviya inzibati vahidləri üçün işlənilirdi. 1738-ci ildən bəri Prussiya xəritələrində Klein Litau, Klein Litauen, Preussisch Litthauen, Little Lithuania, Litvania ifadələri işlənilirdi. 1815–1818 illərin inzibati islahatdan sonra Prussiya Litvası və s. ifadələrin işlətməsi xeyli dərəcədə azalıb.[3]
Litva Kiçik Litvanın bir hissəsini zəbt edəndən sonra o hissəyə bir müddət Klaypeda bölgəsi deyilirdi. Amma XX əsrdə və özəlliklə XX əsrin ikinci yarısından bəri onun üçün daha çox Kiçik Litva ifadəsini iştətməyə yenidən başlayıblar.[1]
Əhali
[redaktə | mənbəni redaktə et]Kiçik Litva Litvanın yeganə bölgəsi idi ki, orda əhalin çoxluğu lüteran olmuşdu.[4] Prussiya Litvalıları özünə Lietuvninkai deyirdilər.[5]
XVI—XVIII əsrlərdə Kiçik Litva ədəbi Litva dilinin inkişaf məkanlarından biri idi. Ordakı inkişaf etmiş variant Jemaytiya dilinin (bəzi mənbələrdə ləhcəsinin) Pruss dilinin təsirləri ilə qarışığı idi.[6] Lüteran pastoru Martinas Majvidasın Jemaytiya ləhcəsində (dilində) yazdığı və 1547-ci ildə Köniqsberqdə çap olunmuş Katechizmusa prasty szadei… (azərb. Katexizisin bəsit sözləri) kitabı Litva dilində çap olunmuş ilk kitabı sayılır. Bundan başqa Danielius Kleynasın yazdığı və həmçinin burda 1653-cü ildə çap olunmuş Grammatica Litvanica Litva dilinin ilk qrammatika kitabıdır.[7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Arxivlənmiş surət". 2020-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-24.
- ↑ "Mažosios Lietuvos vardo atkovojimo diena, Laima PUTRIUVIENĖ". 2020-03-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-26.
- ↑ A. Matulevičius. Mažoji Lietuva XVIII amžiuje (Lietuvių tautinė padėtis) [Lithuania Minor in the 18th century (the national situation of Lithuanians)]]. Vilnius. 1989.
- ↑ "NATIONAL COSTUME by Teresė Jurkuvienė". 2020-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-25.
- ↑ Nijolė Strakauskaitė. "Naujame albume – "Šiaurės Atlantidos" reginiai" (litva). March 30, 2007. 2007-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-11-12.
- ↑ Зинкявичюс, З. Откуда родом литовцы... С. 134.
- ↑ Литва Малая // Большая Российская энциклопедия: в 30 т. — Москва, 2010. — Т. 17. — С. 628.