Klaustal-Zellerfeld (alm.Clausthal-Zellerfeld) — AlmaniyanınAşağı Saksoniyatorpağında, Harz dağlarının şimal-qərbində yerləşən qəsəbə. Əhalisi təqribən 15 000 nəfərdir.
Əslində o iki qəsəbədən ibarətdir: Klaustal və Zellerfeld 1924-cü ildə birləşdilər. Klaustal qədim tarixə malik Klaustal Texniki Universiteti və möhtəşəm binaları ilə məşhurdur, digər tərəfdən Zellerfeld isə qış idmançıları üçün tipik turistik bölgədir. Klaustal-Zellerfeld Almaniyanın dağlarda yerləşən ən böyük qəsəbəsidir.
Bölgədə XVI əsrdən dağ-mədən işləri başlayır. 1930-cu ildən faydalı qazıntı yataqları tükəndiyinə görə mədənçilik dayandırılır. Hazırda Harz bölgəsində mədən işlərindən qalma qalıqlar mövcuddur. Bunlardan bir qismi muzey kimi fəaliyyət göstərirlər. Klaustal Texniki Universitetinin əsası 1763-cü ildə mədən mühəndisliyi sahəsində təhsil vermək məqsədilə qoyulmuşdur.