51°48′18″ şm. e. 10°20′08″ ş. u.HGYO

Klaustal-Zellerfeld

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Klaustal-Zellerfeld
Gerb
Gerb
51°48′18″ şm. e. 10°20′08″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 43,69 km² (31 dekabr 2017)[2]
Mərkəzin hündürlüyü 566 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 15.436 nəf. (31 dekabr 2023)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu +49 5323
Poçt indeksi 38678, 3392
Digər
clausthal-zellerfeld.de
Xəritəni göstər/gizlə
Klaustal-Zellerfeld xəritədə
Klaustal-Zellerfeld
Klaustal-Zellerfeld
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klaustal-Zellerfeld (alm. Clausthal-Zellerfeld) — Almaniyanın Aşağı Saksoniya torpağında, Harz dağlarının şimal-qərbində yerləşən qəsəbə. Əhalisi təqribən 15 000 nəfərdir.

Şəhərin hissələri

[redaktə | mənbəni redaktə et]
  • Buntenbok (1972-dən bəri)
  • Klaustal (Clausthal)
  • Zellerfeld

Əslində o iki qəsəbədən ibarətdir: Klaustal və Zellerfeld 1924-cü ildə birləşdilər. Klaustal qədim tarixə malik Klaustal Texniki Universiteti və möhtəşəm binaları ilə məşhurdur, digər tərəfdən Zellerfeld isə qış idmançıları üçün tipik turistik bölgədir. Klaustal-Zellerfeld Almaniyanın dağlarda yerləşən ən böyük qəsəbəsidir.

Bölgədə XVI əsrdən dağ-mədən işləri başlayır. 1930-cu ildən faydalı qazıntı yataqları tükəndiyinə görə mədənçilik dayandırılır. Hazırda Harz bölgəsində mədən işlərindən qalma qalıqlar mövcuddur. Bunlardan bir qismi muzey kimi fəaliyyət göstərirlər. Klaustal Texniki Universitetinin əsası 1763-cü ildə mədən mühəndisliyi sahəsində təhsil vermək məqsədilə qoyulmuşdur.

Əhalinin statistikası
İl Sakinlərin sayı
1821 11 757
1848 14 739
1871 14 080
1885 13 917
1905 13 758
1925 12 973
İl Sakinlərin sayı
1933 11 855
1939 11 788
1946 15 786
1950 17 643
1956 15 585
İl Sakinlərin sayı
1961 15 849
1968 16 468
1970 15 714
1975 16 690
1980 16 270
İl Sakinlərin sayı
1985 16 250
1990 17 061
1995 16 703
2000 15 413
2005 15 075

Mədəniyyət və turizm

[redaktə | mənbəni redaktə et]
"Ditzelin evi" (1674), hazırda turist məlumat mərkəzi kimi fəaliyyət göstərir
  • Oberharzer Wasserwirschaft (Yuxarı Harz Su İdarəsi)
  • Harz mədənçilik muzeyi
  • Klaustal Texniki Universitetinin Geologiya muzeyi
  • Kalvör kitabxanası
  • Müqəddəs Ruh kilsəsi, Avropada hazırda fəaliyyət göstərən taxtadan düzəldilmiş ən böyük kilsə
  • Klaustal sikkəxanası (1617–1849)
  • Ditzelin evi

Görkəmli şəxslər

[redaktə | mənbəni redaktə et]

Klaustal-Zellerfeldli məşhur şəxslər

[redaktə | mənbəni redaktə et]
  • Georq Filip Teleman (1681–1767), bəstəkar
  • Robert Kox (1843–1910), mikrobioloq
  • Otto Erix Hartleben (1864–1905), şair və dramaturq
  • Ditrix Qrönmeyer (d. 1952), fizik

Klaustal-Zellerfeldlə bağlı məşhur şəxslər

[redaktə | mənbəni redaktə et]
  • Yohan Fridrix Lüdviq Hausman (1782–1859), mineraloqiyaçı
  • Vilhelm Albert (1787–1846), mədən idarəçisi və ixtiraçı
  • Friedrich Adolph Roemer (1809–1869), geoloq
  • Arnold Sommerfeld (1868–1951), fizik