Kopenhagen metropoliteni

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kopenhagen metropoliteni (dan. Københavns Metro)
Təsvir
Ölkə Danimarka Danimarka
Yerləşməsi Kopenhagen bələdiyyəsi[d]
Açılış tarixi 2002, 19 oktyabr
Gündəlik sərnişindaşıma 55 milyon (2013)
Saytı m.dk
Marşrut şəbəkəsi
Xətlərin sayı 2
Stansiyaların sayı 22
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kopenhagen metropoliteni (dan. Københavns Metro)Danimarkada ilk və yeganə metro. 2008-ci ildə Avropanın ən yaxşı dəmiryolu.

Danimarkada metro sistemi 2002-ci ildə fəaliyyətə başlayıb və ictimai nəqliyyat şəbəkəsinə daxildir. Metro sistemi Kopenhagen bələdiyyəsi nəzdində olan Frederiksberq və Tornbyu kommunalarına xidmət edir. Kopenhagen metrosu dünyanın ən gənc metropolitenlərindən biri olub, XXI əsrin ilk onilliyində istismara verilmişdir.[1] Bununla yanaşı 2008-ci il beynəlxalq metropoliten konfransında (ing. Metro Rail Conference) Danimarka yeraltı dəmiryolu Avropanın ən yaxşı dəmiryolu kimi tanınmışdır.[2] 2010-cu il məlumatına görə Danimarka metropoliteninin 2 xətti və 22 stansiyası var və daim inkişaf etməkdədir. 2018-ci ildə daha iki yeni xətdən dairəvi marşrutun açılması planlaşdırılır.[3]

Kopenhagendə metropolitenin tikilməsi haqqında məsələyə hələ 1990-cı illərin əvvəllərində baxılmışdır. Tikintinin zəruriliyi barədə ilk qərar Danimarka folkentinqi (parlament) tərəfindən 1992-ci ildə qəbul edildi.[4] Məlum layihənin əsas məqsədi şəhər sakinlərinin və qonşu rayonların müasir və sürətli nəqliyyat növü ilə təmin etmək idi. Bu nəqliyyat yerüstü nəqliyyat sistemindən asılı olmamalı və sərnişinlər üçün maksimal mümkün rahatlıq imkanlarına sahib olmalıdır.[5]

Коngеns-Nyutorv yeraltı stansiyası, 2007-ci il.

1997-ci ildə hazırlıq işləri mərhələsində işə başlamaq üçün zəruri olan səyyar heyətin layihələndirməsi və avadanlığın alınması prosesi başa çatdırıldı. 1998-ci ildə gələcək İsland-Brügge stansiyasından azacıq aralıda tunellərin açılması işlərinə başlanıldı. Onların dərinliyi 20 metrdən 30 metrə qədər dəyişirdi.[6]

1998-ci ildə İtaliyanın Ansaldo Transporti kompaniyası[7] səyyar heyətin hazırlanmasına başladı (34 üçvaqonlu heyət). 2000-ci ildə hazır yerüstü sahədə ilk heyətin hərəkət sınağı həyata keçirildi, 2001-ci ilin əvvəllərində isə yeraltı tunellərin keçidi başa çatdırıldı. Gülüş günü, yəni 1 aprel, 2001-ci il tarixində Kopenhageninin mərkəzi meydanında (dan. Rådhuspladsen) Danimarkada metropoliteninin açılışı üçün planlaşdırılan metro vaqonlarının maketi quraşdırıldı. Əslində bu Stokholm metropoliteninin istismara edilməmiş vaqonu idi.

2001-ci ilin gülüş günü, Kopenhagen.

2001-2002-ci illərdə metronun stansiyalarının tikilməsi və sistem təminatının montajı üzrə işlər davam etdirildi. 2002-ci ilin iyununda sistemin nizamlanmasına və metronun Amager adasının şərq sahillərinə, Danimarkanın ən iri aeraportu olan Kastrupa doğru yerüstü sahənin hazırlnması işinə başlandı.[5] Bu sahə yanlız 2007-ci ilin sentyabrında başa çatdırıldı.[6]

Sahələrin istifadəyə verilməsinin xronologiyası

[redaktə | mənbəni redaktə et]
  • 19 oktyabr 2002-ci ildə Kopenhgen metropoliteni Nyorreport və Vestamager arasındakı sahədə (Nyorreport, Konqs Nyutyor, Kristiansxaun, İslands-Brügge, Dr-Byuen, Sundbyu, Bella-Senter, Erestad və Vestamager stansiyaları) cənub şərqdən Lerqrausparken qolu ilə birlikdə (Amagerbro və Lerqrausparken stansiyaları) fəaliyyətə başladı. Sahənin uzunluğu 7,3 km olub 11 stansiyadan ibarət idi.[8]
  • 29 may 2003-cü ildə Frederiksberqə qədər olan sahə (Forum və Frederiksberq stansiyaları) istifadəyə verildi. Əvvəlcə sahənin açılışı avtobus xidmətinin xəttə buraxılmaması ilə əlaqədar 25 may tarixinə planlaşdırılırdı. Lakin Danimarka kraliçası II Marqaretin mərasimdə iştirak edə bilməməsinə görə açılış 4 günlüyə təxirə salındı (bu müddət ərzində avtobuslar xəttə buraxılmadı).[9]
  • 12 oktyabr 2003-cü ildə xətt Vanlyoseyə qədər uzadıldı (Fasanvay, Lindevanq və Vanlyose stansiyaları).[10] Maraqlıdır ki, Frederiksberq və Fasanvay stansiyaları arasındakı yeraltı sahə kommunikasiyanın 20 iyun 1998-ci ildə dayandırıldığı S-treyn xəttindən borc alındı, yəni məhz həmin ərazidə fəaliyyət göstərirdi.[11]
  • 24 yanvar 2004-cü ildə Frederiksberq-Vanlyose sahələrində daha bir stansiya Flintxolm istismara verildi.[6]
  • 28 sentyabr 2007-ci ildə aeraporta qədər uzunluğu 4,5 km olan 3-cü başlanğıc sahə (Eresunn, Amager-Strand, Femyoren, Kastrup, Luftxaun stansiyaları) istismara verildi.
  • Sonuncu Luftxuan stansiyasında (Aeraportun 3-cü terminalının şimal hissəsində) keçirilən təntənəli açılış mərasimində qırmızı lenti vəliəhd Frederik kəsdi.[9]

Müasir vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Bu gün Danimarka metrosu dünyanın ən yaxşı metrolarından biri hesab edilir. Belə ki, 2008-ci ildə metropoliten üzrə keçirilən beynəlxalq konfransda (Metro Rail Conference) Nyu-york, Tokio, London və inkişaf etmiş metro sistemi olan digər şəhərlərdən gələn mütəxxəsislər Kopenhagen metrosunu dünyada ən yaxşı metro elan etdilər.[12] Bundan başqa Avropanın ən yaxşı metrosu nominasiyasında ilk yerə məhz Kopenhagen metrosu layiq görüldü. Belə bir qərar qəbul edilməsinin ən mühüm səbəbləri metronunun işində stabillik, sərnişinlər tərəfindən müsbət qiymətləndirmələr və təhlükəsizliyin yüksək səviyyədə olması idi. Ekspertlərin seçiminə təsir edən bir digər amil Kastrup aeraportuna qədər olan yeni xəttin istifadəyə verilməsindəki sürətlilik oldu.[13]

2010-cu il üzrə olan göstəricilərə görə Kopenhagendə 9-u yeraltı (3 stansiya az dərinlikdə, 6 stansiya isə daha çox dərinlikdə) stansiya olmaqla 22 stansiya var. İkiyollu xətlərin ümumi uzunluğu 23 km-dir. Bu xətlərin 11 kilometri tunellərdən, 12 kilometri isə torpaq və estakadalar üzərindən keçir.[14] 2009-cu il üzrə olan məlumata görə Kopenhagen metropoliteninin sərnişin daşıması il ərzində 50 milyon, sutka ərzində 137 min nəfərdir.[15]

Metropolitenin gələcəyi

[redaktə | mənbəni redaktə et]

1 iyun 2007-ci ildə Danimarka parlamenti yeni dairəvi xəttin (dan. Cityringen) tikilməsi və həmin ilin avqustundan geodeziya tədqiqatları və layihələndirmə üçün işlərə başlamaq haqqında yekdilliklə (qərarın əleyhinə yanlız qırmızı-yaşıllar koalisiyası çıxış etdi[16]) qərar qəbul etdi.

Görüləcək işlər vaxtı 15,5 km yeraltı dəmiryolunun çəkilməsi və 17 yeraltı metro stansiyasının tikilməsi nəzərdə tutulurdu.[17] Mövcud metro xətlərinin nəqlinə - digər xəttə keçidi üçün Kongens-Nyutorv və Frederiksberq stansiyaları nəzərdə tutulurdu. Yeni xətlərin istifadəyə verilməsi ilə Kopenhagen mərkəzinin elektriçka və metronun əhatə etmədiyi dəmiryolu vağzalı və rayonları ilə birləşdirmək planlaşdırılırdı.[18]

24 mart 2009-cu ildə dairəvi xətlər layihəsi üzrə xətlərin cızılması, maliyyələşdirmə planı və tikinti müddəti qəbul və təsdiq edildi. Bu plana müvafiq olaraq layihənin 2018-ci ildə başa çatdırılması planlaşdırılırdı.[3] Layihənin təqribi dəyəri 15 milyarddan[16][19] 50-60 milyard Danimarka kronuna qədər idi.[20]

Nəqliyyat sistemi üzrə Konsultasiya xidmətlərinin göstərilməsi və tikintinin texniki tərəflərinin problemləri ilə "Ramboll" konsorsiumu və "Atkins" (Böyük Britaniya) tikinti şirkəti məşğul olur.

Tikintinin subpodratçıları Danimarkanın memarlıq şirkəti - «KHR Arkitekter A/S» və Britaniya şirkəti «Parsons Group» idi.[17]

Kopenhagen metrosu iki xətdən (M1 və M2) ibarətdir (2010-cu ildə). Bu xətlərdə 22 stansiya var və onlardan 13-ü yerüstü, 9-u isə yeraltı metrodur. Kopenhagen metropoliteninin tunelllərinin ümumi uzunluğu 11 km, açıqda olan yolların uzunluğu 12 km-dir.[21]

Tuneldən açıq havaya çıxış, İslands-Brügge stansiyası yaxınlığında, 2003-cü il
Kopenhagen metrosunda tunel, 2001-ci il. Sol tərəfdə piyada yolu görünür.

Tunelllərin tikintisi üçün COMET (The Copenhagen Metro Construction Group) adlı müəssisə təsis edilmişdir. Bu müəssisə tərkibinə müxtəlif ölkənin 6 şirkətinin əməkdaşları daxil olmuşdu.

COMET-in hesabına təxminən 8 km-lik tunel və 5 km-lik yerüstü xəttin, 12 stansiyanın (7 yeraltı və 5 yerüstü) tikilməsi daxildir.

Tunellərin keçidinə 1998-ci ildə gələcək İslands-Brügge stansiyasından çox da uzaq olmayan ərazidə başlanmışdır.[22]

Xətt və marşrutlar

[redaktə | mənbəni redaktə et]

Kopenhagen metrosunun 2 xətti var: M1 və M2. 2018-ci ildə dairəvi marşrutun istifadəyə verilməsi ilə bu xətlərə daha 2 xətt əlavə olunacaq.

M1 və M2 xətləri Vanlyose stansiyasından Kristiansxaun stansiyasına qədər olan sahəyə düşür. Daha sonra M1 Amager adasının qərb hissəsində Kalvebod-Felleddə (dan. Kalvebod-Fælled) yerləşən Vestamager stansiyasına qədər uzanır. M2 xətti isə Kastrup aeraprotuna qədər olan ərazidən, Amagerin şərq hissəsindən keçir.

Xətt Adı Rəng Marşrut Açılış tarixi Uzunluğu Stansiyaları
M1 M1 Xətti Yaşıl
Vanløse — Vestamager 2002 13,1 km 15
M2 M2 Xətti Sarı
Vanløse — Lufthavnen 2002 14,2 km 16
M3 M3 Xətti Qırmızı
Dairəvi marşrut 2019 15,5 km 17
M4 M4 Xətti Göy
København H - Orientkaj 2020 8

M3 və M4 xətləri vahid Cityringen marşrutunu təşkil edir. Yanlız M3 dairəvi xətt təşkil edir. M4 Kyobenxauns-Xovedbaneqor stansiyasından (Kopenahagenin əsas dəmiryolu vağzalı) Nyorebro stansiyasına qədər sonuncu marşrutdur. Nyobrebro stansiyasından əsas Kongens-Nyutorv stansiyasına keçməklə Kopenhagen metropoliteninin mümkün 4 xəttindən hər hansı birinə getmək olar. 28 sentyabr 2007-ci ildə metro sahəsindən aeraporta qədər olan sahənin açılmasına qədər stansiyanın elan edilməsində qarışıqlıq qeydə alınıb. Xətlərin ayrıldığı (M1 marşrutu Vestamagerə, M2 marşrutu isə aeraporta qədər) Kristiansxaun stansiyasında "Luftxaun stansiyasına-Kopenhagen aeraportuna qədər" (Toget kører til Lufthavnen — Copenhagen Airport) elanı getdi. Əksər sərnişinlərə (əsasən də turistlərə) məlumatın yanlız son hissəsini (Kopenhagen aeraportu) eşitmək müyəssər oldu. nəticədə onlar artıq Kastrupda yerləşdiyinə əmin olduqları Kristiansxaun stansiyasına çıxdılar. 2009-cu ilin martında bu məlumat "Kristiansxaun-bu qatar Luftxauna-Kopenhagen aeraportuna qədər gedir" (Christianshavn — Toget kører til — This train terminates at — Lufthavnen — Copenhagen Airport) məlumatı ilə əvəz edildi.[23]

Gedişin xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Kopenhagen dəmiryolu sisteminin xəritəsi

Əvvəllər metro 05:00-dan 01:00-a qədər günboyu, bazar günləri isə sutkalıq işləyirdi. 16 mart 2009-cu ildən qrafik dəyişdi. Kopenhagen metrosu bütün günboyu işləyən Avropanın qabaqcıl şəhərlərindən biri oldu.[5][24]

Qatarlar arasındakı interval 2 dəqiqədən 20 dəqiqəyədək olur:

  • Pik saatlarda (07:00 — 10:00 və 15:00 — 18:00): ümumi sahədə 2 dəqiqə. qovşaq hissələrdə 4 dəqiqə;
  • Gün ərzində (05:00 — 07:00, 10:00 — 15:00, 18:00 — 24:00) ümumi sahədə 3 dəqiqə. qovşaq hissələrdə 6 dəqiqə;[25]
  • Axşam vaxtları (24:00 — 05:00) 10—20 dəqiqə

Gediş haqqının ödənişi

[redaktə | mənbəni redaktə et]

Kopenhagendə inteqrə edilmiş ödəniş sistemindən istifadə edilir. Ödəniş səyahət zonasına görə aparılır. Metronun 4 zonası var:

  • 1-ci zonaya aşağıdakı stansiyalar daxildir:

Nyorreport, Konqens-Nyutorv, Kristiansxaun, İslands-Brügge, DR-Byuen, Amagerbro, Lerqrausparken, Forum və Frederiksberq.

  • 2-ci zonaya aşağıdakı stansiyalar daxildir:

Frederiksberq, Fasanvay, Lindevanq və Vanlyose.

  • 3-cü zonaya aşağıdakı stansiyalar daxildir:

Sundbyu, Bella-Senter, Erestad, Vestamager, Eresunn, Amager-Strand və Femyoren.

  • 4-cü zonaya aşağıdakı stansiyalar daxildir:

Kastrup və Luftxaun (Aeraport).

Şəhər zonaları daxilində (1-3-cü zonalarda) sabit gediş haqqı təyin edilib (belə ki, 2010-cu ilin oktyabrında bir zona üzrə gediş haqqı 13,5 kron idi, böyüklər üçün minimal bilet haqqının dəyəri 2 zonadan sonra 27 danimarka kronudur), lakin səyahət vaxtı hər növbəti zonaya görə gediş haqqı artır. Belə sistem istənilən əlçatan nəqliyyatdan istifadəyə imkan verir.[26] Müxtəlif tip biletlərə görə geniş seçim, birdəfəlik gedişin daha ucuz başa gəlməsinə imkan verir. Bu da öz növbəsində nəqliyyat üçün tezlik və məsafədən asılı olaraq ödənişi azaltmağa imkan verir.

Metroda qayda və məhdudiyyətlər mövcuddur:[27]

  • Yetkin sərnişinlər özü ilə 12 yaşına qədər olan 2 uşağı pulsuz aparmaq hüququna malikdir.
  • 16 yaşına qədər olan uşaqlar üçün uşaq tarifləri mövcuddur (böyüklər üçün biletin qiymətinin 50%-i dəyərində). 16 yaşına qədər olan hərbir uşaq öz bileti ilə 12 yaşına qədər olan bir uşağı apara bilər.
  • İtlər və velosipedlər üçün ayrıca bilet almaq lazımdır. Bu tez-tez qarışıqlıq yaradır. Belə ki, metroyla kəsişən şəhərin elektrik S-qatarlarında velosipedlərin daşınması pulsuzdur.
  • Bələdçi itlər və çantayla aparılması mümkün olan balaca itlər pulsuz keçir.
  • Böyük itlərin daşınması üçün bilet mütləqdir. Xüsusilə allergiyası olan sərnişinlər üçün zonalar mövcuddur ki, həmin zonalarda itlərin daşınması qadağandır. Bu zonalar metronun baş və quyruq hissəsindəki ilk altı yerdir. Bu halda metropoliteninin işçiləri baxacaq ki, əgər sizin itiniz digər sərnişinlər üçün narahatlıq yaradırsa sizdən səyahəti dayandırmaq xahiş oluna bilər.
    Nyorreport stansiyasında velosipedlər üçün dayanacaq. 2007-ci il.

Velosipedlərin daşınması üçün məhdudiyyətlər:[28]

  • Özünüzlə velosiped aparmaq üçün ona görə mütləq bilet almalısınız (12 kron, yaxud 10 gediş üçün abunə olaraq 105 kron).
  • 07:00-dan 08:30-a, 15:30-dan 17:00-a qədər olan vaxtlarda velosiped aparılması qadağandır. Yay aylarında - 1 iyundan 1 sentyabra qədər bu qayda işlək deyil. Praktiki olaraq metronun hər bir stansiyasında velosipedlər üçün xüsusi təşkil olunmuş park edilmə yerləri var. Vanylose, Forum, Nyorreport, Kongens-Nyutorv, Kristiansxaun, Amagerbro və Lerqrausparken stansiyalarında isə pulsuz parkovka üçün xüsusi videomüeşahidə avadanlıqlarına malik yeraltılar mövcuddur.[28]
  • Metroda yük velosipedlərinin (dan. Christianiacykler və ya dan. Long Johns tipli) və 3 və daha çox təkərə malik velosipedlərin daşınması qadağandır.[28]
  • Gecə saatlarında biletin qiyməti istər kağız bilet, istərsə də elektron bilet sahibləri üçün günboyu olduğu kimidir.

Biletlərin bütün növlərini avtomatlardan əldə etmək olar. Ödəniş üçün qəpiklərdən və kredit kartından istifadə keçərlidir. Bir çox stansiyalarda kassirdən bilet almaq (və nəqliyyat sxemi, qrafik və metroya dair digər informativ materialları pulsuz əldə etmək) üçün kassa və köşklər var.[26]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1.  Comet: The Copenhagen Metro Construction Group.pdf[ölü keçid]
  2. Qridçin Y. Kopenhagen metropoliteni (rus.). DanimarkaMetro xəbərləri.
  3. Laine T. Metrocityringen vedtaget i Folketinget (dan.). Myldretid.dk (1 iyun 2007). 
  4. Cityringen - The fourth Metro phase in CopenhagenArxivləşdirilib 2012-01-30 at the Wayback Machine (ing.). Overwiew. Kopenhagen metropoliteninin rəsmi saytı.
  5. TimetableArxivləşdirilib 2012-02-16 at the Wayback Machine (ing.). Kopenhagen metropoliteninin rəsmi saytı
  6. Mere metro til 50-60 mia. kr.? (dan.). Letbaner.dk (19 sentyabr 2006). 
  7. 2009 i MetroenArxivləşdirilib 2012-03-11 at the Wayback Machine (dan.). Kopenhagen metropoliteninin rəsmi saytı  (13 yanvar 2010).
  1. Dünya metropolitenləri: rəngli xətlər arxasında nə gizlənir? Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine (rus.). Şəhər nəqliyyatı. İnterfaks-Qərb (13 fevral, 2010). 
  2. Kopenhagen metrosu dünyada ən yaxşı olaraq tanındı Arxivləşdirilib 2014-07-23 at the Wayback Machine (rus.). Новости мираPrian.ru Arxivləşdirilib 2022-09-23 at the Wayback Machine (4 aprel, 2008).
  3. 1 2 Cityringen - The fourth Metro phase in Copenhagen Arxivləşdirilib 2012-01-30 at the Wayback Machine (ing.). Overwiew. Kopenhagen metropoliteninin rəsmi saytı.
  4. Metroens historie Arxivləşdirilib 2008-12-06 at the Wayback Machine (датск.). Kopenhagen metropoliteninin rəsmi saytı
  5. 1 2 3 Qridçin Y. Kopenhagen metropoliteni (rus.). DanimarkaMetro xəbərləri Arxivləşdirilib 2022-07-04 at the Wayback Machine.
  6. 1 2 3 Metroens historie Arxivləşdirilib 2008-12-06 at the Wayback Machine (датск.). Kopenhagen metropoliteninin rəsmi saytı Arxivləşdirilib 1999-01-25 at the Wayback Machine
  7. Danimarkada metropolitenin və dəmiryolunun inkişafı Arxivləşdirilib 2007-05-20 at the Wayback Machine (rus.) // Dünyanın dəmiryolları Arxivləşdirilib 2022-06-04 at the Wayback Machine : Jurnal. — 2000. — № 6.
  8. Kopenhagen metropoliteni Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine (rus.) Danimarka: Kopenhagen. Metropolitenlərin tarixi sxemlərdə. Arxivləşdirilib 2022-01-18 at the Wayback Machine
  9. 1 2 Laine T. Metro til Lufthavnen indviet Arxivləşdirilib 2011-07-19 at the Wayback Machine (dan.).Myldretid.dk Arxivləşdirilib 2020-10-31 at the Wayback Machine (26 sentyabr 2017)
  10. Laine T. Metro til Vanløse allerede 12. oktober Arxivləşdirilib 2011-07-19 at the Wayback Machine (датск.). Myldretid.dk Arxivləşdirilib 2020-10-31 at the Wayback Machine (23 avqust 2003). 
  11. Jensen T. Metro undervejs Arxivləşdirilib 2011-07-19 at the Wayback Machine (dan.)// Jernbanen. — 2002. — Nr. 5. — S. 30—41.
  12. Kopenhagen metrosu dünyada ən yaxşı elan edildi Arxivləşdirilib 2008-04-15 at the Wayback Machine (rus.). Rokfeller.Ru Arxivləşdirilib 2012-04-08 at the Wayback Machine (4 aprel 2008). 
  13. Metro Rail Conference - Kopenhageninin metrosu ən yaxşı adlandırıldı Arxivləşdirilib 2008-06-25 at the Wayback Machine (rus.). Metromix — metro haqqında hər şey Arxivləşdirilib 2022-07-05 at the Wayback Machine (6 aprel 2008). 
  14. Metroens arkitektur Arxivləşdirilib 2008-12-06 at the Wayback Machine (dan.). Kopenhagen metropoliteninin rəsmi saytı Arxivləşdirilib 1999-01-25 at the Wayback Machine
  15. 2009 i Metroen Arxivləşdirilib 2012-03-11 at the Wayback Machine (dan.). Kopenhagen metropoliteninin rəsmi saytı Arxivləşdirilib 1999-01-25 at the Wayback Machine  (13 yanvar 2010).
  16. 1 2 Laine T. Metrocityringen vedtaget i Folketinget Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine (dan.). Myldretid.dk Arxivləşdirilib 2020-10-31 at the Wayback Machine (1 iyun 2007). 
  17. 1 2 Kopenhgendə yeni metro xəttinin tikintisi Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine (rus.). Nestor nəşriyyatı. Arxivləşdirilib 2022-09-23 at the Wayback Machine  (1 noyabr 2007). 
  18. Cityringen layihəsinin rəsmi saytı Arxivləşdirilib 2010-04-06 at the Wayback Machine (dan.).
  19. Milliarderne smuldrer i den kollektive trafik Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine (dan.).Letbaner.dk Arxivləşdirilib 2004-09-26 at the Wayback Machine (21 sentyabr 2006). 
  20. Mere metro til 50-60 mia. kr.? Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine (dan.). Letbaner.dk Arxivləşdirilib 2004-09-26 at the Wayback Machine (19 sentyabr 2006). 
  21. Metroens arkitektur Arxivləşdirilib 2008-12-06 at the Wayback Machine (dan.). Kopenhagen metropoliteninin rəsmi saytı Arxivləşdirilib 1999-01-25 at the Wayback Machine
  22. Comet: The Copenhagen Metro Construction Group.pdf[ölü keçid]
  23. Laine T. Metroen går i døgndrift Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine (dan.).Myldretid.dk Arxivləşdirilib 2020-10-31 at the Wayback Machine (12 mart 2009)
  24. Laine T. Metroen går i døgndrift Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine (dan.).Myldretid.dk Arxivləşdirilib 2020-10-31 at the Wayback Machine (12 mart 2009).
  25. Timetable Arxivləşdirilib 2012-02-16 at the Wayback Machine (ing.). Kopenhagen metropoliteninin rəsmi saytı Arxivləşdirilib 1999-01-25 at the Wayback Machine
  26. 1 2 Ölkə haqqında ümumi məlumat: Əlavə məlumatlar Arxivləşdirilib 2011-10-26 at the Wayback Machine (rus.). Danimarka. Rusiya XİN-i.
  27. Priser og billetter Arxivləşdirilib 2012-02-25 at the Wayback Machine (dan.). Kopenhagen metropoliteninin rəsmi saytı Arxivləşdirilib 1999-01-25 at the Wayback Machine 
  28. 1 2 3 Rejs med cykel Arxivləşdirilib 2012-01-01 at the Wayback Machine (dan.). Kopenhagen metropoliteninin rəsmi saytı Arxivləşdirilib 1999-01-25 at the Wayback Machine