LGBT

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
LGBT cəmiyyətini təmsil edən altı-rəngli göy qurşağı bayrağı.

LGBTlezbiyan, gey, biseksualtransgender sözlərinin birləşməsindən yaranmış bir abreviaturdur. 1990-cı illərdən bəri istifadə edilən bu termin, 1980-ci illərin ortalarında istifadə edilən və bütün LGBT+ fərdlərin ümumi adlandırılması olan "gey" (və ya lezbiyan) sözünün əvəzinə gəlmiş daha dəqiq və spesifik termindir.[1] Abreviatur, və bunun bəzi ortaq variantları, cinsəllik və cinsiyyət kimliyi üçün bir çətir termin olaraq fəaliyyət göstərir.[2] Bədii ədəbiyyatda, transgenderlərə istinad edilmədikdə, bu abreviaturun LGB şəklini də görmək mümkündür. LGBT sözünün mənası zamanla genişlənmişdir, bu icmaya transgenderlər də mənsub edilmişdir. Hal-hazırda, terminin genişlənmə prosesinin şahidi olmaqdayıq: Q — Kuir (Queer) və I — İnterseks (Intersex) və digərləri də əlavə edilməklə, LGBTQI+ (və ya LGBTQ+) bütün heteroseksualsisgender (ing. cisgender) olmayan hər kəsə aid oluna bilər.[3] Bunu xatırlatmaq üçün, LGBT abreviatürasına Q əlavə olundu və bu hərf öz cinsini və cinsiyyət kimliyini sual altına alan və ya, özünü kuir (ing. queer) kimi tanıdan insanları ifadə edir.[4] Buna zərurət isə, LGBT abreviaturunun hər kəsi eyni şəkildə təmsil edə bilməməsi üzərində olan müzakirələrlə bağlıdır.

1960-cı illərədək ingilis dilində heteroseksual oriyentasiyadan fərqli olan fərdləri adlandırmaq üçün, eyni zamanda, neqativ məna içərməyən bir termin yox idi. Belə fərdləri "üçüncü gender" adlandırmaq təklifi olunub, lakin bu termin geniş istifadə olunmayıb və zamanla unudulub.

İlk geniş istifadə edilən termin homoseksual olmuşdur (ing. homosexual). Lakin bu termin mənfi və qərəzli məna daşıdığından, onu başqa sözlərlə əvəz edilməsi məqsədəuyğun görülürdü: məsələn, 1950–1960-cı illərdə homofil (ing. homophile), sonra isə, 1970-ci illərdə gey (ing. gay) kimi terminlər istifadə edilirdi. Bu zamanlar, 1970-ci illərdə, lezbiyan-feministlər üçün bərabərlik məsələsi mühüm idi. Onlar gender stereotiplərini patriarxatdan qalma izlər kimi dəyərləndirirdilər və gey-barlarda mövcud olan rol modellərini tanımırdılar. Feminist hərəkatının genişlənməsi ilə, heteroseksual cinsi mənsubiyyətdən olmayan fərdləri tək gey deyil, eyni zamanda, "gey və lezbiyanlar" olaraq adlandırmağa başladılar. Sonralar bu terminlə biseksual və transgender fərdləri də adlandırmağa başlamışlar.

1970-ci illərin sonlarında — 1980-ci illərin əvvəlində baş tutmuş Stounvol üsyanlarının nəticəsində, biseksual və transgender fərdlərin "geylər və lezbiyanlarla" eyni icmaya aid olub-olmamaları böyük müzakirə predmetinə çevrilmişdir. Yalnız 1990-cı illərdən etibarən biseksual və transgenderlər gey və lezbiyanlarla vahid bir icma üzvləri kimi hesab edilməyə başlamışlar. Beləliklə, LGBT abreviaturu yaranmışdır.

Qeyd etmək lazımdır ki, bu günlərdə homoseksual termini elmi kontekstdə istifadə edilir və neqativ məna daşımır.

Transgender və transseksual fərdlərin ümumilikdə LGBT abreviaturunda təmsil olunmasının məqsədəuyğunluğu hələ də müzakirə predmetidir, çünki belə bir mövqe mövcuddur ki, transgenderlik və transseksuallıq gender kimliklərinin bir növüdür: fərd seksual oriyentasiyasından asılı olmayaraq ya trans kişidir, ya trans qadın, ya da özünü hər hansı bir cinslə eyniləşdirmir. Bunun fonunda, LGB fərdlər isə heteroseksuallardan məhz seksual oriyentasiyası (romantik və ya cinsi meyil) ilə fərqlənirlər.

Digər terminlər

[redaktə | mənbəni redaktə et]

İngilis mənşəli olan kuir (ing. queer) sözü çoxsaylı hərflərdən ibarət olan abreviaturun daha qısaldılmış və praktiki versiyası olaraq təklif olunmuşdur. Kuir sözü ümumilikdə heteroseksual və sisgender olmayan bütün fərdləri birləşdirən çətir termindir. Lakin ingilis dilində əvvəllər qərəzli və aşağılayıcı mənada işlədilər kuir sözünün neytral mənada yenidən istifadə edilmə cəhdləri birmənalı qarşılanmır. Müqaisə olaraq, LGBT abreviaturu siyasi cəhətdən daha düzgün və dəqiq termin olaraq görülür.

  1. Acronyms, Initialisms & Abbreviations Dictionary, Volume 1, Part 1. Gale Research Co., 1985, ISBN 978-0-8103-0683-7. Factsheet five, Issues 32–36, Mike Gunderloy, 1989 Arxivləşdirilib 2015-09-06 at the Wayback Machine
  2. Parent, Mike C.; DeBlaere, Cirleen; Moradi, Bonnie (June 2013). "Approaches to Research on Intersectionality: Perspectives on Gender, LGBT, and Racial/Ethnic Identities". Sex Roles. 68 (11–12): 639–645. doi:10.1007/s11199-013-0283-2 Arxivləşdirilib 2022-01-20 at the Wayback Machine. S2CID 144285021 Arxivləşdirilib 2022-05-21 at the Wayback Machine.
  3. Shankle, Michael D. (2006). The Handbook of Lesbian, Gay, Bisexual, and Transgender Public Health: A Practitioner's Guide To Service Arxivləşdirilib 2015-09-06 at the Wayback Machine. Haworth Press. ISBN 978-1-56023-496-8.
  4. "Civilities, What does the acronym LGBTQ stand for?" Arxivləşdirilib 2020-01-03 at the Wayback Machine. The Washington Post. Retrieved

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]