39°23′53″ şm. e. 47°18′48″ ş. u.HGYO

Mirzənağılı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kənd
Mirzənağılı
39°23′53″ şm. e. 47°18′48″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Füzuli rayonu
Rayon Füzuli rayonu
Başçı Alı Alıyev
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 252 nəfər (2009)
Milli tərkibi azərbaycanlı
Dini tərkibi İslam
Rəsmi dili Azərbaycan dili
Xəritəni göstər/gizlə
Mirzənağılı xəritədə
Mirzənağılı
Mirzənağılı
Mirzənağılı xəritədə
Mirzənağılı
Mirzənağılı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

MirzənağılıAzərbaycan Respublikasının Füzuli rayonunun Əhmədalılar kənd inzibati ərazi dairəsində kənd.[1]

Mirzənağılı kəndi XVIII əsrin ikinci yarasında salınıb. Kənd əhalisi öncə Məhəmmədhəsən ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşirə, onun vəfatından sonra isə oğlu Cəfərqulu xana vergi ödəyirdi. 1823-cü ilə bağlı rus qaynağında göstərilir ki, kənd Cəfərqulu xana məxsusdur. Kənddə xana vergi ödəyən 10 ailə yaşayırdı. Vergi ödəməyənlər: Kasıb 3 tüstü, dul 1 tüstü. 1842-ci ilə bağlı rus qaynağında qeyd olunur ki, kənd Cəfərqulu xana bağlıdır. Kənd əhli Çaxırlı torpağında qışlayır. Dövlət tərəfindən kəndin əhalisi siyahıya alınıb. Həmin siyahıda 14 tüstünün əhalisi göstərilir.

5 yanvar 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

1993-cü ilin oktyabr ayında ermənilər kəndi işğal edib və buradakı bütün evlər yandırılaraq dağıdılıb. 1994-cü il yanvarın 5-i Horadiz əməliyyatı zamanı kənd işğaldan azad edilib. 2010-cu ilə qədər Mirzənağılıda 14 ailə yaşayıb. 2009-cu ilin noyabrında dövlət xəttiylə kənddəki 75 ev bərpa edilib. Kənd sakinlərinin də yarısı artıq evlərinə qayıdıb. Kənddə evlərin bərpası ilə yanaşı infrastruktur da yenidən qurulur. Artıq qaz çəkilişi yekunlaşıb. İçməli su problemi aradan qaldırılıb. Kəndin yol problemi də aradan qaldırılıb.

Düzənlikdədir. Yaşayış məntəqəsini Mirzənağılı nəslinə mənsub ailələr saldığına görə həmin nəslin adı ilə adlandırılmışdır.[2]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 252 nəfər əhali yaşayır.[3] Hazırda 75 evdən ibarət olan kəndin əhalisi 352 nəfərdir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq olub.

2012-ci ilin fevralın 15-də Mirzənağılı kəndinin əhalisinə yeni çəkilmiş boru xətti vasitəsilə ilk dəfə təbii qaz verilməsinə başlanmışdır.[4] Birpilləli sistem olmaqla ümumi uzunluğu 3,5 kilometr olan müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 70 ədəd qaz sayğacı quraşdırılıb. Kəndə təbii qazın verilməsi ilə əlaqədar həmin gün kənddə tədbir keçirilmişdir.

Elə həmin il kəndin içməli su ilə təmin olunması məqsədilə artezian quyusu istifadəyə verilmişdir.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  4. "Füzuli rayonunun kəndləri qazlaşdırılır". news.milli.az. 2024-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]