39°29′13″ şm. e. 47°07′09″ ş. u.HGYO

Qarakollu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qarakollu
39°29′13″ şm. e. 47°07′09″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.334 nəf. (1978)
Xəritəni göstər/gizlə
Qarakollu xəritədə
Qarakollu
Qarakollu

QarakolluAzərbaycan Respublikasının Füzuli rayonunun Qarakollu kənd inzibati ərazi dairəsində kənd.[1] 14 oktyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Qarakollu kəndi rayon mərkəzindən 13 km cənubda, Qarabağ silsiləsinin ətəyində, Qozluçayın sol sahilində yerləşir. 1600 nəfərə yaxın əhalisi var. Əhali taxılçılıq, baramaçılıq, heyvandarlıq və üzümçülüklə məşğul olur. Kənddə orta məktəb, kitabxana, xəstəxana, rabitə şöbəsi, avtomat telefon stansiyası, mədəniyyət evi və s. var. Qarakollu kəndinin də daxil olduğu mahalı öz tərkibində birləşdirən Qarabağ xanlığına 25 mahal daxil idi. Mahallardan biri də Qarakollu kəndinin də daxil olduğu Xırdapara-Dizaq mahalı idi. 1593-cü ilə aid olan Osmanlı mənbələrində Qarakollu kəndinin adı "Qaraküllü" kimi yazılmışdır. Yaşayış məntəqəsinin adı bəzi mənbələrdə "Qarakəlli" kimi qeyd olunur. Oykonimin tərkibindəki "qara" sözünün müxtəlif məna çalarları (böyük, geniş, uca, ağır, qoçaq, əzəmətli, qüdrətli, hündür, nəhəng, qaranlıq, güclü, başçı və s.) var. Güman etmək olar ki, Qarakollu adındakı kol komponenti tayfa adı ilə bağlıdır. Qarabağ xanı İbrahimxəlil xan Sarıcallı-Cavanşir bu kəndi qardaşı Talıbxan ağaya vermiş, o öldükdən sonra (1797-ci il) kənd onun övladlarına qalmışdır.

Qozluçayın (Arazın qolu) sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Tədqiqatçılara görə, kəndin adı qara (burada "çoxlu" mənasında) va kol (kolluq) sözlərindən ibarət olub, "kolluq, kol-koslu yerdə salınmış kənd" mənasındadır. Məlumdur ki, Araz çayının yuxarı axarında adlarından biri Qarasudur. Arazın sağ qollarından biri də Qarasu adlanır. Qozluçay da Arazın qollarından biridir. Güman etmək olar ki, kənd Qozluçayın sahilində yerləşdiyindən Qaraqolu/Qaraqollu adlandırılmışdır.[2]

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəaliyyət göstərmiş kənd sakinləri:

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatıəkinçilik, maldarlıqheyvandarlıq olub.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Şərq-qərb Bakı. 2007. səh. 427.