Nərgiz Məhəmmədi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nərgiz Məhəmmədi
Narges Mohammadi
Doğum tarixi 21 aprel 1972(1972-04-21)[1] (52 yaş)
Doğum yeri
Uşağı 2[2]
Təhsili
Tanınır İnsan Hüquqlarının Müdafiəçiləri Mərkəzi
Mükafatları Nobel Sülh Mükafatı laureatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nərgiz Məhəmmədi (farsca:Narges Mohammadi; 21 aprel 1972[1], Zəncan, Pəhləvilər İranı[d]) — iranlı hüquq müdafiəçisi və alimidir. O, Nobel Sülh Mükafatı laureatı Şirin Ebadinin rəhbərlik etdiyi İnsan Haqlarının Müdafiəçiləri Mərkəzinin (İHM) vitse-prezidentidir.[3] O, İranda hicaba itaətsizlik etməklə kütləvi feminist vətəndaş itaətsizliyinin səsli tərəfdarıdır və 2023-cü ilin hicab və iffət proqramının kəskin tənqidçisidir. 2016-cı ilin mayında o, Tehranda "ölüm cəzasının ləğvi üçün kampaniya aparan insan haqları hərəkatı" yaratdığına və idarə etdiyinə görə 16 il həbs cəzasına məhkum edildi. 2020-ci ildə azad edildi, lakin 2021-ci ildə yenidən həbsxanaya göndərildi.

Nərgiz Məhəmmədiyə 2022-ci il üzrə "Sərhədsiz Reportyorlar" Təşkilatının "Cəsarət" mükafatı verilib. O, 2023-cü ilin yanvarında "Olof Palme" mükafatına layiq görülüb. 2023-cü il mayın 3-də İranın məhbus jurnalistləri Nərgiz Məhəmmədi, Nilufər Həmidi və İlahə Məhəmmədi BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına "Dünya Mətbuat Azadlığı" mükafatına layiq görülüblər. Nərgiz Məhəmmədi 2023-cü ildə Nobel Sülh Mükafatı laureatı olub.

  1. 1 2 nobelprize.org (ing.). Nobel Foundation.
  2. http://www.pbs.org/wgbh/pages/frontline/tehranbureau/2012/05/profile-nationalist-religious-and-steadfast-narges-mohammadi.html.
  3. Saeed Kamali Dehghan. "Iranian human rights activist Narges Mohammadi arrested". The Guardian. 26 April 2012. 15 June 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2012.