Nulla poena sine lege

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Nulla poena sine lege (lat. Qanunsuz cəza yoxdur) — heç kəsin qanunla qadağan edilməyən hərəkətə görə cəzalandırıla bilməməsini nəzərdə tutan hüququn prinsipi. Bu prinsip müasir demokratik dövlətlərdə hüququn aliliyinin başlıca tələbi kimi qəbul edilmiş və qanunvericilikdə təsbit olunmuşdur.[1] Müvafiq prinsip "dünya fikir tarixində ən çox qəbul edilən dəyərlər"dən biri kimi təsvir edilmişdir.[2]

Müasir Avropa cinayət hüququnda, məsələn, Almaniya Konstitusiya Məhkəməsi tərəfindən nulla poena sine lege prinsipinin dörd ayrı tələbdən ibarət olduğu təsbit edilmişdir:[3]

Nulla poena sine praevia lege poenali
Əvvəlki qanun olmadan cəza verilə bilməz. Bu tələb geriyə şamil edilən qanunları və cinayət qanununun retroaktiv tətbiqini qadağan edir. Bu, kontinental Avropada mövcud hüquq düşüncəsindəki əsas maksimdir. 1813-cü ildə Paul İohann Anselm Ritter fon Feyerbax tərəfindən Bavariya Cinayət Məcəlləsinə daxil edilmişdir.
Nulla poena sine lege scripta
Yazılı qanun olmadan cəza verilə bilməz. Bu tələbə görə cinayəti qadağan edən normalar hüquqi sənədlərdə, xüsusilə də konstitusiya hüququna uyğun qəbul edilmiş qanunlarda təsbit olunmalıdır. Bu isə cinayətə görə cəzanın əsası kimi hüquqi adəti istisna edir.
Nulla poena sine lege certa
Aydın müəyyən edilmiş qanun olmadan cəza verilə bilməz. Buna əsasən, cəza qanunu cinayət hesab olunan hərəkətləri və onlara görə veriləcək cəzanı kifayət qədər aydın müəyyən etməlidir ki, bu, vətəndaşlara hansı hərəkətlərin cəzalandırıla biləcəyini əvvəlcədən görməyə imkan versin və vətəndaşlar da buna uyğun hərəkət etsinlər. Bu qayda cinayət hüququnda hüququn ümumi prinsiplərindən olan hüquqi müəyyənliyin mövcudluğunu tələb edir. Müvafiq tələb əksər dövlətlərin milli qanunvericiliyində tanınmış və təsbit olunmuş, həmçinin Avropa Ədalət Məhkəməsi tərəfindən "Avropa İttifaqı hüququnun əsas prinsipi" kimi qəbul edilmişdir.[4]
Nulla poena sine lege stricta
Dəqiq qanun olmadan cəza verilə bilməz. Bu tələb cinayət qanununda maddələrin analogiya üzrə tətbiqini qadağan edir.

Ümumi hüquq sistemi

[redaktə | mənbəni redaktə et]

Qarışıq məsələlərdən biri ümumi hüquq sistemində hakimlərin norma yaratmaq səlahiyyəti ilə bağlıdır. Hətta hakimin norma yaratmaq səalhiyyətini qəbul etməyən Roman-German hüququnda da hakimin cinayət qanununu şərh etmək funksiyasının nə vaxt başa çatması və norma qəbul etmək səlahiyyətinin nə vaxt başlaması aydın deyil.

İngilis cinayət hüququnda ümumi hüquqdan irəli gələn hüquq pozuntuları var. Məsələn, qətl (ing. murder) ümumi hüquq sistemində hüquq pozuntusudur və qanunda anlayışı verilməmişdir. 1957-ci il Adamöldürmə Qanunu qəsdən adamöldürmə və ya digər adamöldürmə cinayətlərinin anlayışını vermir. Buna görə də, qəsdən adamöldürmənin anlayışının müəyyən edilməsi ilə bağlı sonrakı 40 il ərzində Lordlar Palatasına altıdan az olmayan müraciət daxil olmuşdur (Director of Public Prosecutions v. Smith [1961] A.C. 290; Hyam v. Director of Public Prosecutions [1975] A.C. 55; Regina v. Cunningham [1982] A.C. 566; Regina v. Moloney [1985] A.C. 905; Regina v. Hancock [1986] A.C. 455; Regina v. Woollin [1998] 4 A11 E.R. 103 (H.L.)).

Təbii hüquqda bir prinsip kimi nulla poena sine lege hüquqi prinsipi günahkar vicdanın ilkin şərtləri məsələsində Sxolastika alimləri arasında gərgin mübahisələrə səbəb olmuşdur. İyeronim Stridonlunun Yezekil şərhinə əsaslanaraq, Tomas AkvinatFransisko Suarez vicdanın cəzalandırılmasının formal şərtlərini təhlil etmişdilər.

Suarezin fikrincə, vicdanın cəzası keçmişdə baş vermiş pozuntunu aradan qaldırmaq üçün insan təbiətinə uyğun hərəkət etmək öhdəliyidir.[5] Bu fikir pozuntunun keçmişdə olması və bununla da dəyişməz olması səbəbindən qeyri-mümkün tədbirlər görməyi zəruri edir.

Universal yurisdiksiya

[redaktə | mənbəni redaktə et]

Yurisdiksiya məsələsi bəzən bu prinsiplə ziddiyyət təşkil edir. Məsələn, beynəlxalq adət hüququ dəniz quldurlarının (universal yurisdiksiyanı tətbiq edən) istənilən dövlət tərəfindən təqib edilməsinə, hətta həmin dövlətin qanunvericiliyinin tətbiq olunduğu ərazidə cinayət törətməsələr belə, icazə verir. Oxşar prinsip son on ildə soyqırım cinayəti ilə əlaqədar işlənir. BMT Təhlükəsizlik Şurasının 1674 saylı qətnaməsi, hətta əhalisi hücuma məruz qalan dövlətin özü bu hücumları dövlətdaxili hüququn pozuntusu kimi tanımasa belə, "2005-ci il Dünya Samitinin Yekun Sənədinin əhalini soyqırımdan, müharibə cinayətlərindən, etnik təmizləmədən və insanlığa qarşı cinayətlərdən qoruma məsuliyyəti ilə əlaqədar 138 və 139-cu bəndlərinin müddəalarını təsdiq edirdi".[6] Bununla belə, Nulla poena sine lege prinsipini təmin etmək üçün universal yurisdiksiyanın əhatə dairəsi digər cinayətlərlə əhəmiyyətli dərəcədə genişləndirilməməlidir.

Nürnberq prosesindən etibarən, cəza hüququ dövlətdaxili hüquqla yanaşı, beynəlxalq cinayət hüququnun qadağalarını da əhatə edərək tətbiq olunur. Beynəlxalq hüquqda nulla poenanın normativ məzmununun müəyyən edilməsi Şahram Deyna tərəfindən 2009-cu ildə Cinayət hüququ və Kriminologiya Jurnalının 99-cu nəşrinin 4-cü sayında dərc olunmuş "Ədaləti həyata keçirmək üçün retroaktivlikdən başqa: Beynəlxalq Cinayət Hüququnda qanunilik prinsipi" məqaləsində inkişaf etdirilmişdir. Beləliklə də, Nasizm müharibə cinayətkarlarının[7]Berlin divarına[8] görə məsuliyyət daşıyan Almaniya Demokratik Respublikasının səlahiyyətli şəxslərinin təqibi, hətta onların hərəkətlərinə milli hüquqla icazə verilmiş və ya hətta əmr edilmiş olsa belə, mümkündür. Həmçinin, belə işlərə baxan məhkəmələr, qanunun normalarının onu yaradanlar tərəfindən praktikada nəzərə alınmadığı hallarda belə, həmin normaları nəzərə almağa çalışırlar.

Bununla belə, bəzi hüquqşünaslar bunu tənqid edirlər. Çünki ümumən, müvafiq maksimanın ilk yarandığı kontinental Avropa hüquq sistemində "cəza hüququ" deyiləndə yazılı cəza hüququ nəzərdə tutulurdu. Bu isə fərdin müvafiq hərəkəti etdiyi anda qüvvədə olan qanunvericiliyə əsasən cinayət hesab edilməyən hərəkətə görə təqib olunmayacağına və yalnız həmin an mövcud olan cəzalara məruz qalacağına zəmanət verir. Eləcə də, bu, fərdin əsas hüququ hesab edilir. Həmçinin, əgər hətta beynəlxalq hüququn ümumi prinsipləri ilə müəyyən hərəkətlər qadağan edilmiş olsa belə, tənqidçilər bildirirlər ki, ümumi prinsipdəki qadağa cinayətin yaradılmasına əsas vermir və beynəlxalq hüquq normaları pozuntulara görə xüsusi cəzalar nəzərdə tutmur.

Bu tənqidləri aradan qaldırmaq cəhdlərindən biri kimi, XXI əsrdə yaradılmış Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsi cinayətlər və cəzaların açıq şəkildə yazıldığı bir sistem nəzərdə tutur ki, bu da yalnız gələcək işlər üçün tətbiq olunacaqdır.

Bu prinsip bir sıra milli konstitusiyalarda və beynəlxalq sənədlərdə təsbit olunmuşdur. Məsələn, Avropa İnsan Hüquqları Konvensiyası (Maddə 7(1)); Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu (Maddə 22 və 23).[9]

  1. A description and analysis of the principle can be found in Shahram Dana, Beyond Retroactivity to Realizing Justice: The Principle of Legality in International Criminal Law Sentencing, 99 JOURNAL OF CRIMINAL LAW AND CRIMINOLOGY 857 (2009) Arxivləşdirilib 2016-04-25 at the Wayback Machine
  2. Justice Scalia in Rogers v. Tennessee, citing J. Hall, General Principles of Criminal Law 59 (2d ed. 1960)
  3. Boot, M. Genocide, Crimes Against Humanity, War Crimes: Nullum Crimen Sine Lege and the Subject Matter Jurisdiction of the International Criminal Court. Intersentia. 2002. səh. 94. ISBN 9789050952163. 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-22.
  4. Klip, André. Substantive Criminal Law of the European Union. Maklu. 2011. səh. 69. ISBN 9789046604403. 2018-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-22.
  5. Suárez, Francisco. Suárez, Opera Omnia. Editio nova, A D. M. André, Canonico Repullensi ,(...) Thomus Quartus. Parisiis: Ludovicum Vivès, Tractatus Tertius. De bonitate et malitia humanorum actuum. 1865. Disputatio XII. Sectio II. n.1, 439.
  6. Resolution 1674 (2006) Arxiv surəti 23 fevral 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib fevral 23, 2009, at the Wayback Machine
  7. Nuremberg Principles I & II state; "Any person who commits an act which constitutes a crime under international law is responsible therefore and liable to punishment." and "The fact that internal law does not impose a penalty for an act which constitutes a crime under international law does not relieve the person who committed the act from responsibility under international law" respectively.
  8. Case of Streletz, Kessler and Krenz v. Germany (Applications nos. 34044/96, 35532/97 and 44801/98) (2001) 33 E.H.R.R. 31
  9. See also Popple, James. "The right to protection from retroactive criminal law" (PDF). Criminal Law Journal. 13 (4). 1989: 251–62. ISSN 0314-1160. 3 February 2015 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 5 August 2014. (#invalid_param_val)