Olimpiya məşəli
Olimpiya məşəli — Olimpiyada oyunlarının simvoludur.[1][2] Öz başlanğıcını Plomoyet tərəfindən yunan mələyi Zerequzdan məşəlin alovunun oğurlanıb məhv edilməsi ilə əlaqədar qədimi Hindistandan götürdüyü fərz edilir. Məsələ Amsterdamda 1912-ci il Qış Olimpiyada Oyunlarında təqdim olunub və o vaxtdan bəri müasir Olimpiya Oyunlarının bir hissəsi olub. Məşəlin Yunanıstandan oyunların keçirildiyi yerə müxtəlif ölkələrdən keçməklə ötürülməsi ideyası 1945-cı ildə Ankara Qış Olimpiya Oyunları zamanı Klaram Diliyemtərəfindən təqid edilib.
Ənənə
[redaktə | mənbəni redaktə et]Müasir dövrümüzdə Olimpiya məşəli Olimpiya oyunlarının açılış mərasimindən bir neçə ay öncə yandırılır. Məşəl Hera məbədi[ing.]ndə günəşin şüalarını parabolik güzgü ilə istiqamətləndirməklə alovlandırılır.[3] Məşəl növbə dəyişməklə Yunanıstanı dolanır və oyunlar keçiriləcək şəhərə ötürülməsi Afinada Panatinaikos stadionunda başlayır.[4]
Olimpiya məşəlinin estafeti oyunların mərkəzi stadionda təntənəli açılış mərasimi günündə başa çatır. Onun sonuncu daşıyıcıları son ana qədər elan edilməmiş saxlanılır və adətən, məşəlin sonuncu daşıyıcıları oyunları qəbul edən ölkənin məşhur idmançıları olur. Sonda arenada alovu yandırmaq üçün bu məşəldən istifadə edilir. Alov oyunlar davam edən günlərdə də yanır və bu oyunların təntənəli bağlanış gününə qədər davam edir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qədim Olimpiya oyunları
[redaktə | mənbəni redaktə et]Olimpiyanın hüdudları daxilində ilk oyunlar zamanı məşəlin fasiləsiz yanmasını təmin etmək üçün ilahə Hera məbədinin mehrabından istifadə etmişlər.[5] Qədim yunanlar üçün alovun əlavə ilahi mənaları da var idi, belə ki, onlar alovun Prometey tərəfindən allahlardan oğurlandığı fərz edirdilər. Ona görə də, alov Yunanıstanda məbədlərin çoxunda mövcuddur. Müasir Olimpiya məşəli də Hera məbədinin yerləşdiyi yerdən alovlandırılır.
Müasir dövr
[redaktə | mənbəni redaktə et]Bu ənənə 1928-ci il Yay Olimpiya Oyunları zamanı yenidən bərpa olunub. Amsterdamın kommunal elektrik işçisi Amsterdamda Olimpiya stadionunun Marafon qülləsində ilk Olimpiya məşəlini yandırdı.[6] Olimpiya məşəlinin Yunanıstandan estafet vasitəsilə oyunlar keçiriləcək şəhərə ötürülməsi 1936-cı il Almaniyadan keçirilmiş Olimpiya Oyunları zamanı başlayıb. Məşəlin estafeti ideyasını Jozef Göbbelsin başçılığı altında Alman Nasional Sosialist Fəhlə Partiyası tərəfindən təşkil olunan 1936-cı il Berlin Olimpiya Oyunları üçün Karl Diyem hazırlamışdı.[7][8] Krupp silah şirkəti zeytun yarpağından ilham alaraq, ağac və metaldan məşəllər istehsal edirdi. Bu məşəl Krupp şirkəti tərəfindən istehsal edilmişdi.[9] Olimpiya məşəli Yunanıstanda çökük linza ilə yandırıldıqdan sonra Yunanıstandan Berlinə 12 günə 3,331 marafonçu tərəfindən 3,187 km-dən çox məsafə qət edilərək ötürüldü. Sonradan 1938-ci il Olimpiya filmində Leni Rifenştal məşəlin estafetini canlandırmışdı. Bu film tamaşaçılar tərəfindən Adolf Hitlerin rejiminə mif və mistika əlavə etmək cəhdinin bir hissəsi kimi dərk oluna bilər.
Olimpiya məşəlini çox vaxt marafonçular daşımasına baxmayaraq, məşəl müxtəlif yollarla da ötürülə bilər. Məşəl 1948-2012-ci illərdə La-Manş kanalını keçmək üçün qayıqla və Kanberrada avarçəkənlə, eləcə də 2008-ci ildə Honkonqda qayıqla daşınıb.[10] 2014-cü ildə tarixdə ilk dəfə olaraq Soçi Qış Olimpiya Oyunlarının rəmzi olan Olimpiya məşəli rusiyalı kosmanavtlar Oleq Kotov və Sergey Ryazanski tərəfindən açıq kosmosa çıxarılıb.[11] İlk dəfə təyyarə ilə 1952-ci il Helsinki Olmimpiadasında məşəl daşınıb. 1956-cı ildə Olimpiya Oyunlarında Avstraliyada olan karantinlə əlaqədar atçılıq yarışları Melburn şəhərində keçirilmək əvəzinə Stokholmda keçirilir və məşəlin bütün daşıyıcıları at belində səyahət edirdilər. Alovun qeyri-adi ötürülməsi 1976-cı ildə olub, belə ki, alovun ötürülməsində radio siqnal istifadə olunub. Afinadan bu siqnal peyk vasitəsilə Kanadaya ötürülüb[12] və alovun yenidən yandırılması üçün lazer şüasından istifadə olunub. 1976-cı ilin məşəli xüsusi olaraq Con Saksunun Queensway Maşınqayırma Məhsulları MMC şirkəti tərəfindən istehsal edilib. 2000-ci ildə məşəli Böyük Sədd Rifi yaxınlığında dalğıclar su altından da keçirib. 2004-cü ildə 78 gün davam edən ilk qlobal məşəl estafeti keçirilib. Olimpiya məşəli 78000 km-dən daha çox məsafə qət edərək 11300 dəfə əl dəyişərək ilk dəfə olaraq Afrika və Cənubi Amerikaya səyahət edərək və əvvəlki Olimpiya şəhərlərinin hamısından keçərək nəhayət 2004-cü il Yay Olimpiya Oyunlarının keçiriləcəyi şəhərə - Afinaya geri dönüb.
Olimpiyadanın məşəlinin yandırılması
[redaktə | mənbəni redaktə et]Bu illər ərzində əhəmiyyətli nailiyyətlər qazanmış idmançıların Olimpiya məşəlinin son estafetində Olimpiadanın əsas məşəlini yandırması artıq ənənəyə çevrilmişdir. Olimpiadanın məşəlini yandıran ilk məşhur idmançı 1952-ci il Helsinki Olimpiadasında olmuşdur. Belə ki, doqquz qat Olimpiya çempionu Pavo Nurmi bu şərəfə layiq görülmüşdür. Məşəlin daşıyanlar arasında ağır çəkili boks üzrə çempion Məhəmməd Əli (1996), Avstraliyalı aborigen atlet Keti Friman və Buzüstü hokkey oyunçusu Ueyn Qretski (2010) kimi məşhur idmançılar da daxildir. Soçi Qış Olimpiya oyunlarının məşəlini isə fiqurlu konki üzrə 3 qat Olimpiya çempionu İrina Rodnina və hokkey üzrə 3 qat Olimpiya çempionu Vladislav Tretyak yandırıb.[13]
Digər hallarda, stadionda məşəli yandıran insanlar arasında məşhur olmayanlar da var, bununla belə, onlar Olimpiya idealları tərənnüm edirlər. 6 avqust 1945-ci ildə Xirosimaya Atom bombasının atıldığı gündə Yaponiyalı atlet Yoshinori Sakai anadan olub.[14] O, 1964-cü il Tokio Olimpiadasının açılış mərasimində İkinci dünya müharibəsindən sonra Yaponiyanın dirçəlməsini simvolizə edirdi. 1976-cı il Monrealdakı Olimpiya oyunlarında iki - biri ölkənin Fransızca danışan hissəsindən, o biri isə ölkənin İngiliscə danışan hissəsindən olan yeniyetmə Kanadanın birliyini simvolizə edib.
Olimpiadanın məşəlini yandıran ilk qadın atlet isə 1968-ci il Mexikodakı Olimpiyadada Enriqueta Basilio olmuşdur.[15]
Məşəlin yolu
[redaktə | mənbəni redaktə et]Olimpiya məşəli insan nailiyyətinin simvolu kimi səyahət edir. 1976-cı il estafeti zamanı məşəl Yunanıstandan Kanadaya peyk vasitəsilə ötrüldü. Yunanıstanın istilik sensorları alovu müəyyən etdi, siqnal Ottavaya peyk vasitəsilə ötürüldü və lazer şüaları ilə məşəl yandırıldı.[16] Məşəl alovlandırılmamış şəkildə 1996, 2000 və 2013-cü illərdə astronavtlar tərəfindən kosmosa aparılıb.[17]
2008-ci il Yay Olimpiyadasında məşəl Çinə gələnə qədər 6 qitədə estafet keçdi, lakin London[18], Paris və San Fransiskoda[19] etirazlarla qarşılaşdı. Bunun nəticəsi olaraq, 2009-cu ildə Beynəlxalq Olimpiya Komitəsi elan etdi ki, gələcəkdə məşəlin estafeti ilkin olaraq Yunanıstan mərhələsindən sonra olimpiyadaya ev sahibliyi edəcək ölkədə keçirilsin. Bu qaydanın 2014-cü il Qış Olimpiadasından qüvvəyə minməsinə baxmayaraq 2010-cu il Vankuver Qış Olimpiya Oyunları və 2012-ci il London Yay Olimpiya Oyunları keçirilən ölkələr- İngiltərə və Kanada məşəlin estafetini öz ölkəsi daxilində keçirməyi qərara aldı.[20] 2012-ci il London Olimpiyadasında məşəl Birləşmiş Krallıq boyunca 8000 mil məsafə səyahət edib.
Məşəllər
[redaktə | mənbəni redaktə et]Məşəlin dizaynı hər bir Olimpiya oyunu üçün müxtəlif formalarda olur və estafetlərdə istifadə olunur. Məşəllər xüsusilə oyunların bəzi yerli aspektini təsvir edərək hazırlana bilər.[21][22] Məsələn, 1992-ci il Albertville və 2006-cı il Turin Olimpiya Oyunlarının məşəlləri məşhur texniki dizaynerlər tərəfindən hazırlanıb. Bu dizayn-başçılıqlı məşəllər klassik dizaynlı məşəllərdən daha az populyarlıq qazanıb, xüsusilə Turin məşəli həddən artıq ağır olduğuna görə tənqid olunub. 1948-ci ildə Londonda keçirilmiş Olimpiya Oyunlarının məşəli memar "Ralf Lavers" tərəfindən hazırlanıb.[23] Onlar bunun üçün 47 sm uzunluğunda və 960 qram ağırlığında alüminium külçə seçiblər.
Məşəlin yanması üçün istifadə olunan yanacaq müxtəlif olurdu. İlk əvvəllər məşəllərdə yanacaq kimi bərk və maye yanacaqlar , o cümlədən zeytun yağı istifadə olunurdu.[24]
Xüsusilə parlaq nümayiş üçün pirotexnik birləşmələri və hətta yanan metal istifadə olunub. 1972-ci il Münhen Oyunlarından başlayaraq çox məşəllərdə maye qaz əvəzinə propilen və ya propan/butan qarışığı istifadə edilib. Bu cür məşəllər asanlıqla saxlanılır, asanlıqla idarə olunur və gur işıqlı alov saçır. Məşəllər müxtəlif sayda hazırlanırdı. Məsələn, 1952-ci ildə Helsinki oyunları üçün 22, 1980 Moskva oyunları üçün 6200 və 2012-ci il London oyunları üçün isə 8000 məşəl hazırlanıb. Bəzən məşəl hava ilə səyahət etdiyindən mədənlərin təhlükəsizlik lampalarının versiyasından məşəli havada yanılı saxlamaq üçün istifadə edilib. Bu məşəllər estafet zamanı istifadə edilir, biri söndükdə digəri ilə əvəz edilir. Bəzən məşəl estafet zamanı su üzərindən də aparılır. 1968-ci il Qrenöbl Qış Oyunları zamanı məşəli su üzərində havada tutaraq dalğıc Marsel limanını keçib. 2000-ci ildə Sidney oyunları zamanı məşəlin yolu Böyük Sədd Rifindən də keçib.[25]
-
1968-ci ildə Mexikoda istifadə olunmuş məşəl
-
1976-cı ildə Monrealda istifadə olunmuş məşəl
-
1980-ci ildə Moskvada istifadə olunmuş məşəl
-
1984-ci ildə Los-Ancelesdə istifadə olunmuş məşəl
-
1988-ci ildə Seulda istifadə olunmuş məşəl
-
1996-cı ildə Atlantada istifadə olunmuş məşəl
-
1998-ci ildə Naqanoda istifadə olunmuş məşəl
-
2000-ci ildə Sidneydə istifadə olunmuş məşəl
-
2002-ci ildə Solt Leyk Sitidə istifadə olunmuş məşəl
-
2004-cü ildə Afinada istifadə olunmuş məşəl
-
2006-cı ildə Turində istifadə olunmuş məşəl
-
2008-ci ildə Pekində istifadə olunmuş məşəl
-
2010-cu ildə Vankuverdə istifadə olunmuş məşəl
-
2012-ci ildə Londonda istifadə olunmuş məşəl
-
2014-cü ildə Soçidə istifadə olunmuş məşəl
Etirazlar
[redaktə | mənbəni redaktə et]Olimpiya məşəlinin estafeti zamanı bir neçə dəfə etirazlar olub. 1956-cı ildə Avstraliyada Melbrun Olimpiya oyunlarında yerli cərrah tələbə Barri Larkin alt paltarı hissələrindən ibarət olan stul ayağına birləşdirilmiş Milad pudinqi qutusunda alov yandıraraq saxta məşəl daşımaqla tamaşaçıları aldatdıqdan sonra məşəlin estafetinə qarşı etiraz etdi.[26] O, uğurla Sidneyin Mayoru Pat Hillzə saxta məşəli verib və diqqətini çəkmədən xilas oldu.[27] 2008-ci ildə Çinin müxtəlif yerlərində Olimpiya məşəlinin estafetini dayandırmaq cəhdləri oldu. Bundan başqa 2008-ci ildə Pekin Olimpiya Oyunlarına aparılan məşələ Tibet tərəfdarlarının həmlələri olub. Buna görə də Beynəlxalq Olimpiya Komitəsi Olimpiada məşəlinin dünya üzrə estafeti ənənəsinə son qoymaq qərarına gəldi.[28] Londonda məşəli qorumaq üçün “polad halqa” formalaşdırıldı, ancaq televiziya aparıcısı Konnie Hak məşəli aparanda bir etirazçı məşəli tutmağa çalışdı.[29][30]
Məşəlin yenidən yandırılması
[redaktə | mənbəni redaktə et]Olimpiya məşəlinin estafet zamanı bilərəkdən və ya təsadüfən sönməsi nadir hadisə deyil və bir dəfə Olimpiya oyunları zamanı Olimpiyadanın məşəlidə sönmüşdü. Bu gözlənilməz hadisəyə qarşı tədbir görmək üçün ehtiyat olaraq bir neçə əlavə məşəldə estafet zamanı daşınır. Məşəl sönərsə, həmin məşəl yenidən yandırılır və ya yeni məşəl götürülür. Daha yaddaqalan məşəl sönmələrindən biri Kanadanın Monreal şəhərində baş tutmuş 1976-cı il Yay Olimpiya Oyunları zamanı baş verib. Oyunların açılış mərasimindən bir neçə gün sonra leysan Olimpiya məşəlini söndürdü və sonra alışqandan istifadə edərək alovu yenidən yandırdılar. Bu yarışlarda təşkilatçılar bu cür gözlənilməz hadisələri nəzərə almışdılar və bu hadisədən sonra ilkin Olimpiya məşəli söndürülərək digəri ilə əvəzlənib.[31]
2004 Yay Olimpiya Oyunlarında Olimpiya məşəli Panatinaikos stadionuna gətirilib beynəlxalq estafetə start veriləndə gecə çox küləkli olduğundan məşəl söndü, ancaq görülən ehtiyat tədbirləri nəticəsində məşəl yenidən yandırıla bildi. 2008-ci ildə Olimpiya məşəlinin estafeti Fransadan keçərkən etirazlar zamanı məşəl avtobusla aparıldığı üçün ən azı iki dəfə Çin rəsmiləri tərəfindən söndürülüb (Fransa polisinin verdiyi məlumata görə 5 dəfə).[32][33] Bu da son nəticədə şəhərdə estafetin ləğv olunmasına səbəb olub.[34] Hal-hazırda nəzərdə tutulan məşəllər hazırlanarkən təhlükəsizlik tədbirləri və gözlənilməz hallar nəzərə alınır. Məşəlin daxilində iki alov olur. Alov tükənəndən və yenidən yandırılmağa etiyac duyulmadan əvvəl məşəlin içindəki yanacaq təxminən 15 dəqiqə yanmanı təmin edir. Məşəlin estafeti zamanı alovun sönməsi də nəzərə alınaraq bir neçə ehtiyat məşəldə götürülür.[35]
2013-cü ildə Rusiyanın Soçi şəhərində keçirilmiş XXII Qış Olimpiya oyunlarının məşəlidə Moskvanın Qızıl Meydanında alovlandırılarkən sönmüşdü. Məşəli yenidən alovlandırmaq mümkün olmadığı üçün, məşəl təbii odla-yanan lampa ilə əvəzlənmişdi.[36][37]
Olimpiyadanın məşəli
[redaktə | mənbəni redaktə et]Olimpiyadanın məşəli və postamenti həmişə dramatik dizaynı və qəribəliyi ilə seçilir. Bu da, həmçinin açılış mərasimdə Olimpiyadanın məşəlinin necə yandırılması ilə bağlıdır. Adətən, Olimpiyadanın əsas məşəlini tanınmış və müxtəlif Olimpiya Oyunlarında uğur qazanmış idmançılar yandırır, amma Olimpiya Oyunlarının tarixində elə hallar olub ki, əsas məşəli yandıran nəinki idmançı, hətta tanınmış şəxs belə olmayıb. Olimpiyadanın məşəlini yandırmaq üçün məşəl stadiona təntənəli açılış mərasimi təşkil olunduğu gün gətirilir. Məşəli gətirmiş şəxs ya Olimpiyadanın məşəlini yandırır, ya da çox vaxt məşəl stadionda əl dəyişdirməklə Olimpiyadanın məşəlini yandıracaq adı gizli saxlanılan şəxsə təqdim edilir.
Yer | İl | Olimpiyadanın əsas məşəlini yandıran idmançı | Qeydlər | İstinadlar |
---|---|---|---|---|
Berlin (Yay Olimpiyadası) | 1936 | Frits Şlingen | Şlingen Olimpiadada iştirak etmirdi, ancaq zərif qaçış stilinə görə təşkilatçılar tərəfindən seçilmişdi. Frits Şlingen məşəllə açılış mərasiminin keçirildiyi stadiona daxil olmuş və Olmipiyadanın məşəlinin quraşdırıldığı yerə qalxaraq onu yandırmışdı. | [38][39] |
London (Yay Olimpiyadası) | 1948 | Con Mark | Olimpiadanın məşəlini Kembric Universitetindən olan keçmiş tibb fakültəsinin tələbəsi yandırıb. | [40] |
Oslo (Qış Olimpiyadası) | 1952 | Eigil Nansen | Eigil Nansen Norveç səyyahı və tədqiqatçısı Frityof Nansenin nəvəsi idi. O, Olimpiadanın məşəlini yandırmış ilk idmançı olmayan şəxs kimi tarixə düşmüşdür. | [41] |
Helsinki (Yay Olimpiyadası) | 1952 | Pavo Nurmi Hannes Kolehmainen |
Nurmi 1920-ci illərdə doqquz Olimpiya qızılına sahib idi. Kolehmainen isə dörd Olimpiya qızılı qazanmışdı. Nurmi qüllənin zirvəsinə məşəli daşımaq üçün durmuş dörd futbol oyunçusuna məşəli verməzdən əvvəl Olimpiadanın məşəlini yandırdı. Sonda isə Kolehmainen hündür yerdə yerləşdirilmiş məşəli yandırdı. | [42] |
Kortina de'Ampezo (Qış Olimpiyadası) | 1956 | Qvido Caroli | Qvido Caroli 1948, 1952 və 1956-cı ildə təşkil olunmuş Olimpiadalarda iştirak edib. Məşəllə konki sürərkən televiziya kabelinə ilişərək yıxılıb, ancaq məşəli yanılı halda saxlaya bilib. | [43][44] |
Melbrun (Yay Olimpiyadası) | 1956 | Ron Klark (Melbrun) Hans Vikne (Stokholm) |
Ron Klark bu illərə kimi Olimpiya oyunlarında uğur qazanmasa da, 1964-cü il Olimpiadasında bürünc medal qazanıb. Hans Vikne isə 1964 il Olimpiadasının iştirakçısı olub. Ron Klark Melbrundakı məşəli, Hans Vikne isə Stokholm şəhərindəki məşəli alovlandırıb. | [45][46] |
Skvo Velli (Qış Olimpiyadası) | 1960 | Ken Henri | Ken Henri 1952-ci il Olimpiyadasında 500 metr məsafəyə sürətli konki sürmə idmanında Olimpiya çempiyonu olub. Oyunların açılş mərasimi zamanı da o, məşəli əlində tutaraq konki ilə Olimpiadanın məşəlinə yaxınlaşıb və onu yandırıb. | [47][48] |
Roma (Yay Olimpiyadası) | 1960 | Cankarlo Peris | Cankarlo Peris yunan əsilli italyalı atlet idi. İtaliya Milli Olimpiya Komitəsi belə qərara gəlmişdi ki , Olimpiya məşəlinin son daşıyıcısını kiçik kross qaçışında müəyyən etsin. Bu yarışda isə Peris qalib gəldi və Olimpiadanın məşəlini yandırmaq şərəfinə layiq görüldü. | [49][50] |
İnsbruk (Qış Olimpiyadası) | 1964 | Cosef Reider | Cosef 1956-cı il Olimpiadasının iştirakçısı olub. | [48][51] |
Tokio (Yay Olimpiyadası) | 1964 | Yoshinori Sakai | Sakai Xirosimaya atom bombası atılan günü anadan olmuşdu. | [52][53] |
Qrönobl (Qış Olimpiyadası) | 1968 | Alain Kalmat | Alain Kalmat 1964-cü il Qış Olimpiyadasının gümüş mükafatçısı olub. | [54] |
Mexiko (Yay Olimpiyadası) | 1968 | Enriqueta Basilio | Enriqueta Basilio bu Olimpiya Oyunlarında iştirak etmişdir. O,Olimpiadanın məşəlini yandırmış ilk qadın kimi tarixə düşüb. | [55][56] |
Sapporo (Qış Olimpiyadası) | 1972 | Hideki Takada | Hideki Takada məktəbli idi. | [57][58] |
Münhen (Yay Olimpiyadası) | 1972 | Günter Zan | Günter Zan yaxın məsafə qaçış üzrə atlet idi. Alman yeniyetmələr arasında atletika üzrə çempionatda qalib gəlmişdi. | [59] |
İnsbruk (Qış Olimpiyadası) | 1976 | Kristi Has Cosef Feistmanti |
Has 1964-cü il Olimpiadasının dağ xizəyi yarışlarının qalibi olub. Feistmanti isə eyni ildə kirşə yarışlarının qalibi olub. Bu Olimpiada da iki ədəd bir-birinə yaxın Olimpiada məşəli qurulmuşdu. Birinci Cosef Feistmanti açılış mərasiminin keçirildiyi yerə məşəllə daxil olaraq, Olimpiadanın məşəlinə tərəf gedib. Feistmanti məşəli yandırdıqdan sonra digər məşəlin yanında onu gözləyən Kristi Hasa məşəli təhvil verib, o da öz növbəsində Olimpiadanın ikinci məşəlini yandırıb. | [60][61][62] |
Monreal (Yay Olimpiyadası) | 1976 | Sandra Henderson Stefan Prefontaine |
Bu iki yeniyetmədən biri Kanadanın ingiliscə danışan hissəsini digəri isə fransızca danışan hissəni simvolizə edirdi. Onlar açılış mərasiminin keçirildiyi stadiona birlikdə daxil olaraq, Olimpiadanın məşəlini yandırıblar. | [63][64][65] |
Leyk-Plesid (Qış Olimpiyadası) | 1980 | Çarles Morqan Ker | Arizonadan olan bu həkim məşəli sonuncu daşımaq üçün 52 nəfər arasından seçilmişdi. Bu bütün iştirakçıların iştirak etdiyi səsvermə ilə müəyyən olunmuşdu. | [66][67] |
Moskva (Yay Olimpiyadası) | 1980 | Sergey Belov | Sergey Belov SSRİ Milli Basketbol komandasının üzvü idi. 1972-ci ildə qazandıqları qızıl medal da daxil olmaqla onun komandası dörd Olimpiya medalına sahib idi. Olimpiya məşəlini stadiona üçqat tullanma yarışlarında üç qızıl medal qazanmış Viktor Saneyev gətirib və onu Sergey Belova təhvil verib, o da öz növbəsində Olimpiadanın məşəlini yandırıb. | [68][69][70] |
Sarayevo (Qış Olimpiyadası) | 1984 | Sanda Dubravčić | Sanda Dubravčić 1980 və 1984-cü il Olimpiadalarının iştirakçısı olub. | [71][72] |
Los-Anceles (Yay Olimpiyadası) | 1984 | Rafer Conson | 1984-cü ildə Rafer Conson Olimpiya halqalarının olduğu yerə qalxaraq tağın zirvəsindəki fitili yandırdı. Fitil alışaraq Olimpiya halqaları vasitəsilə Olimpiadanın məşəlini yandırıb. | [73][74] |
Kalqari (Qış Olimpiyadası) | 1988 | Robin Perri | Robin Perri 12 yaşlı məktəbli qız idi. O fiqurlu konki sürmə idmanı ilə məşğul olurdu. | [75][76][77] |
Seul (Yay Olimpiyadası) | 1988 | Çonq Son-Man Kim Von-Tak Sohn Mi-Çonq |
Çonq Son-Man məktəb müəllimi, Sohn Mi-Çonq gənc koreyalı rəqqas, Kim Von-Tak isə atlet idi. Onlar birlikdə Olimpiadanın məşəlinə xüsusi qurğu vasitəsilə qaldırıldıqdan sonra, birlikdə onu yandırdılar. | [78][79] |
Albervil (Qış Olimpiyadası) | 1992 | Mişel Platini Fransua Siril Qrange |
Mişel Platini 1976-cı il Yay Olimpiya Oyunlarında Fransa Futbol komandasının heyətində çıxış etmişdir. Fransua Siril Qrange o vaxt doqquz yaşında idi və tarixdə Olimpiadanın məşəlini yandırmış ən azyaşlı uşaq kimi qaldı. Mişel Platini onun əlindən tutaraq Olimpiadanın məşəlinə doğru getdi və məşəli Qrange təhvil verdi, o da öz növbəsində Olimpiya məşəli ilə birləşdirilmiş fitili yandıraraq, Olimpiadanın məşəlini alovlandırdı. | [80][81] |
Barselona (Yay Olimpiyadası) | 1992 | Antonio Rebello | 1992-ci il Barselonada Antonio Rebollo kamandan yanan ox atmaqla Olimpiadanın məşəlini yandırıb. Baxmayaraq ki, Rebollo bilərəkdən oxu hədəfdən yan atdı, onun atdığı ox qalxan qazı alovlandıraraq, Olimpiadanın məşəlini yandırdı. Qeyri-rəsmi videolar onu göstərir ki, deysən məşəl aşağıdan yandırılmışdır. İştirak edənlərdən biri bu oyunlardan iyirmi il sonra bildirib ki, məşəl “yandırılıb”(“Se encendió con un botón" ispanca). | [82][83][84][85] |
Lillehammer (Qış Olimpiyadası) | 1994 | Xokon (Norveç krallığının vəliəhdi) | Xokon Norveç taxtının varisi idi. Baxmayaraq ki, o Olimpiya oyunlarında iştirak etməyib, onun həm atası, həm də babası Olimpiya Oyunlarında iştirak etmişdi və Xokon onların adından Olimpiadanın məşəlini yandırmışdı. Bundan sonra isə atası oyunları açıq elan etdi. | [86][87] |
Atlanta (Yay Olimpiyadası) | 1996 | Məhəmməd Əli | 1996-cı ildə Atlantadakı Olimpiyadanın məşəli qırmızı və qızılı rəngdə bəzədilmiş bədii lülə halında bükülmüş kağız idi. Bu məşəli boks əfsanəsi Məhəmməd Əli, məşələ stadiondan məftil məşəl daşıyan mexaniki, özüyeriyən top partlayıcılardan istifadə edərək yandırıb. 1996-cı il Yay Paraolimpiada oyunlarında isə əsas məşəli dırmaşma idmanı ilə məşğul olan paraolimpiadaçı Mark Vellman yandırıb. | [88][89] |
Naqano (Qış Olimpiyadası) | 1998 | Midori İto | Midori İto 1992-ci il Olimpiya Oyunlarında gümüş medal qazanıb. Olimpiya məşəli açılış mərasiminin keçirildiyi stadiona Kris Moon tərəfindən gətirilib. Məşəl stadionda bir-neçə dəfə əl dəyişdirdikdən sonra təntənəli surətdə Midori İtoya təqdim edilib və o Olimpiadanın məşəlini yandırıb. | [90][91] |
Sidney (Yay Olimpiyadası) | 2000 | Keti Friman | 2000-ci il Sidney Yay Olimpiya oyunlarında məşəli Keti Friman alovlandırıb. Friman hovuzun ortasındakı halqanın daxilində dayanaraq onu alovlandırıb, sonra isə həmin halqa yuxarı qalxaraq Olimpiadanın məşəlini formalaşdırıb. | [92][93] |
Solt Leyk Siti (Qış Olimpiyadası) | 2002 | 1980-ci il ABŞ hokkey komandasının üzvləri | 2002-ci il Solt Leyk Sitidə baş tutan Qış olimpiya oyunlarında isə məşəli 1980-ci ilin qalibləri ABŞ hokkey komandasının üzvləri yandırıb. İstiliyin qarşısını almaq və təmiz saxlamaq üçün ilk dəfə bu məşəldə şüşədən və birləşdirilmiş su kəmərindən istifadə olunmuşdu. | [94] |
Afina (Yay Olimpiyadası) | 2004 | Nikolaos Kaklamanakis | 2004-cü il Afina Yay Olimpiya oyunlarında məşəl böyük zeytun yarpağı formasında idi və onu sörfçü Nikolaos Kaklamanakis yandırıb. | [95][96] |
Turin (Qış Olimpiyadası) | 2006 | Stefaniya Belmondo | 2006-cı il Turində Qış Olimpiya oyunlarında Stefaniya Belmondo Qış Olimpiya Oyunları tarixində hündürlüyü 57 m olan ən yüksək Olimpiada məşəlinin alovlandırmadan əvvəl həmin arenada qurulmuş mexanizmin üstündəki fişəngləri ilk növbədə yandırıb ,daha sonra isə Olimpiadanın məşəli alovlanıb. | [97] |
Pekin (Yay Olimpiyadası) | 2008 | Li Nin | 2008-ci il Pekindəki Yay Olimpiyadasında Olimpiada məşəli çənbər və spiralşəkilli üzüyuxarı qaldırılan lülə şəkilli kağızın sonunu xatırladırdı. Məşəl xüsusi məftillə stadionun çənbərinə qaldırılmış Çin gimnastı Li Nin tərəfindən yandırılmışdır. | [98][99] |
Vankuver (Qış Olimpiyadası) | 2010 | Ueyn Qretski Nensi Qrin Stiv Neş Katriona Le May Doani |
Kanadanın Vankuver şəhərində keçirilən 2010-cu il Qış Olimpiya Oyunlarında, Britaniya Kolumbiyası, Kanada, idmançıları Catriona Le May Doani, Stiv Neş, Nensi Qrin və Ueyn Qretski eyni vaxtda Olimpiadanın məşəlini yandırdılar. | [100][101] |
London (Yay Olimpiyadası) | 2012 | Kallum Eyrli Cordan Dakitt Dezayr Henri Keti Kirk Kemeron Makritçi Aydan Reynolds Adelle Treysi |
Londonda 2012 Yay Olimpiya oyunlarının məşəli gənc Britaniyalı atletlərin qrupuna Stiv Redgrave tərəfindən aparıldı. Olimpiada məşəlini formalaşdırmaq üçün ləçəkşəkilli hissələr qaldırılmış və bir-biri ilə birləşdirilmişdi. Olimpiada məşəli ənənəvi açılış mərasimindən sonra başlanış mərasiminə kimi yanmalı idi, ancaq yüngül atletika yarışlarından əvvəl müvəqqəti olaraq məşəl söndürülmüşdü. | [102][103] |
Soçi (Qış Olimpiyadası) | 2014 | İrina Rodnina Vladislav Tretyak |
Olimpiya məşəli açılış mərasimi keçirilən stadiona Rusiyanın məşhur qadın tennisçisi Mariya Şarapova tərəfindən gətirildi və məşəl Rusiyanın tanınmış idmançıları arasında əl dəyişdirməklə sonda fiqurlu konki üzrə 3 qat Olimpiya çempionu İrina Rodnina və hokkey üzrə 3 qat Olimpiya çempionu Vladislav Tretyaka təhvil verildi. Onlar da öz növbəsində Olimpiadanın məşəlini yandırdılar. | [13][104] |
Rio de Janeyro (Yay Olimpiyadası) | 2016 | Vanderley Kordeyro de Lima Jorge Gomes |
||
Pxençxan (Qış Olimpiyadası) | 2018 | Yuna Kim |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Britannica on Olympic flame". 2008-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-17.
- ↑ "The Olympic symbols" (PDF). 2016-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 İyun, 2014.
- ↑ "2010-cu il olimpiadasının məşəli yandırıldı". Oktyabr 22, 2009. 2011-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 may, 2014. (az.)
- ↑ https://archive.today/20130128064238/www.london2012.com/torch-relay/history/
- ↑ "Official website of the Olympic Movement". 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-28.
- ↑ "Arxivlənmiş surət". 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-02.
- ↑ "The 1936 Berlin Olympics". 2015-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may, 2014.
- ↑ "THE NAZI OLYMPICS BERLIN 1936". 2018-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may, 2014.
- ↑ "THE NAZI OLYMPICS BERLIN 1936: INAUGURATION OF THE OLYMPIC TORCH RELAY". 2018-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may, 2014.
- ↑ http://www.singtao.com/breakingnews/20080502a131407.asp[ölü keçid]
- ↑ "Olimpiya məşəli tarixdə ilk dəfə açıq kosmosa çıxarıldı". Noyabr 9, 2013. 2014-03-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 03 may, 2014. (az.)
- ↑ "Arxivlənmiş surət". 2002-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-02.
- ↑ 1 2 "Soçi Olimpiadasının açılışı sona çatdı". Fevral 7, 2014. 2014-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 04 may, 2014. (az.)
- ↑ "Tokyo 1964". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04 may, 2014.
- ↑ "Enriqueta Basilio - Olympic torch - Athletics". 9 sentyabr 2013. 24 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2014.
- ↑ "Olympic Design: Torches & Cauldrons". 21 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2014.
- ↑ "OLYMPIC TORCH RELAY HIGHLIGHTS". 25 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2014.
- ↑ "Protests of China Make Olympic Torch Relay an Obstacle Course". 7 aprel 2008. 11 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2014.
- ↑ "Olympic Torch Relay Chaotic in San Francisco". 7 aprel 2008. 22 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2014.
- ↑ "I.O.C. Bars International Torch Relays". 27 mart 2009. 6 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2014.
- ↑ "Passing the Torch: An Evolution of Form". Fevral 9, 2010. İstifadə tarixi: 31 may 2014.
- ↑ "Olympic Museum". 6 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2014.
- ↑ "Olympic torch, by Ralph Lavers, 1947". 31 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2014.
- ↑ "How Olympic Torches Work". 11 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2014.
- ↑ "Arxivlənmiş surət". 2018-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-20.
- ↑ "Flame Hoax". 7 aprel 2008. 28 January 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2014.
- ↑ "Olympic Underwear Relay". Aprel 6 2008. Archived from the original on 13 April 2008. İstifadə tarixi: 16 may 2014.
- ↑ "Beynəlxalq Olimpiya məşəli estafetinə son qoyuldu". 27 mart 2009. 6 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2014. (az.)
- ↑ "Thousands protest as Olympic flame carried through London". 7 aprel 2008. 2 June 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2014.
- ↑ "Beynəlxalq Olimpiya məşəli estafetinə son qoyuldu (Şəkil)". 27 mart 2009. 6 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2014. (az.)
- ↑ "MONTREAL TORCH". Archived from the original on 8 February 2002. İstifadə tarixi: 23 may 2014.
- ↑ "Olympic torch relay cut short amid Paris protests". 7 aprel 2008. 3 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2014.
- ↑ "Paris protests force Olympic flame to be extinguished". 7 aprel 2008. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2014.
- ↑ "Protests cut short Olympic relay". 7 aprel 2008. 7 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2014.
- ↑ "How Olympic Torches Work". 2017-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may, 2014.
- ↑ "Olimpiya məşəli söndü". 8 oktyabr 2013. 27 January 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 may 2014. (az.)
- ↑ "Moskvada alovlanan Olimpiya məşəli lapmpa ilə əvəzlənib". 8 oktyabr 2013. 6 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2014. (az.)
- ↑ "Why was Fritz Schilgen chosen to light the Olympic flame?". İstifadə tarixi: 1 İyun, 2014.[ölü keçid]
- ↑ "1936 Berlin Olympics Opening Ceremony". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "John Mark". 2013-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "Olympic Flame". 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "Games of the XV Olympiad". 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "Fame no pre-requisite for torch lighter". Fevral 11, 2010. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "Olympic Flame". 2014-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "Opening Ceremony". 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "Olympic Tribute Equestrian 1956". 2019-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "Squaw Valley 1960 Opening Ceremony". 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ 1 2 "Historical Winter Olympics cauldron lighters". 2014-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "Opening 1960 Olympics". 2020-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "Rome honors 50th anniversary of 1960 Olympics". 2016-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "INNSBRUCK 1964 (Lighting of the Olympic Cauldron)". 2022-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "1964 Opening Ceremony". 2021-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "Vyacheslav Ivanov - 1964 Tokyo Olympic Games". 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "FACTS & FIGURES All the information from all Olympic Torch Relays so far". 2015-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "1968 Mexico Opening Ceremonies - Lighting of the Cauldron". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "The first woman to light the Olympic cauldron with the Olympic flame was Norma Enriqueta Basilio de Sotelo at Mexico City in 1968". İstifadə tarixi: 29 may, 2014.[ölü keçid]
- ↑ "1972 Sapporo Winter Olympics Opening Ceremony". 2016-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "XI Olympic Winter Games". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "Munich 1972". 2012-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "INNSBRUCK 1976 Lighting of the Olympic Cauldron Olympics". 2015-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may, 2014.
- ↑ "Olympic Flame". 2014-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 may, 2014.
- ↑ "Torches and Torch Relays of the Olympic Winter Games from Oslo 1952 to Sochi 2014" (PDF). 2015-04-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 may, 2014.
- ↑ "Olympic Flame Is Lit - Opening Ceremony. Montreal 1976 Olympics". 2022-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may, 2014.
- ↑ "Facts". 2014-02-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 may, 2014.
- ↑ "The Olympic cauldron lit at Montreal's Olympic Park in honor of Sochi's Olympics and Paralympics". 2014-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 may, 2014.
- ↑ "Facts". 2014-02-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 may, 2014.
- ↑ "FACTSHEET OPENING CEREMONY OF THE OLYMPIC WINTER GAMES" (PDF). 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 may, 2014.
- ↑ "Moscow 1980 OC - Lightning of the Cauldron". 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may, 2014.
- ↑ "33 years ago the flame of the XXII Olympic Summer Games was lit in Moscow". 2014-02-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 may, 2014.
- ↑ "Moscow 1980 OC - Lightning of the Cauldron". İyul 19, 2013. 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may, 2014.
- ↑ "Sarajevo 1984 Opening Ceremony 01 Lighting of the cauldron". 2021-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may, 2014.
- ↑ "FACTSHEET OPENING CEREMONY OF THE OLYMPIC WINTER GAMES" (PDF). 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 may, 2014.
- ↑ "Rafer Johnson, Founder and Olympic Gold Medalist". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "1984 LA Opening Ceremonies - Lighting of the Cauldron". 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "1988 Robyn Perry OLYMPIC FLAME Canada". 2020-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "Torch returns to Calgary, Robyn Perry to the spotlight". 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "'88 Olympic spirit lives on 25 years later Calgarians remember and celebrate the event's legacy". Fevral 8, 2013. 2020-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "Seoel 1988 - Lightning of the Olympic Cauldron". 2016-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "Torch relay part of Olympic history - Bow Island Commentator" (PDF). İstifadə tarixi: 29 may, 2014.[ölü keçid]
- ↑ "Albertville 1992. Lightning of the Cauldron". 2021-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "OPENING CEREMONY OF THE OLYMPIC WINTER GAMES" (PDF). 2016-03-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 may, 2014.
- ↑ "Ceremonial hall of shame". 2017-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "Lighting of the cauldron, an unoffical recording on YouTube". 2022-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
- ↑ Lighting of the cauldron, another unofficial recording on YouTube Arxivləşdirilib 2022-03-22 at the Wayback Machine.
- ↑ "ETA puso una bomba en el Palau Sant Jordi para que estallara durante los Juegos Olímpicos de 1992". İyul 19 2012. 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08 may, 2014.
- ↑ "Lillehammer 1994 Opening Ceremony". 2015-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "Facts". 2014-02-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "8: Ali lights the flame at the 1996 Olympics". 2015-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08 may, 2014.
- ↑ "Atlanta 1996 Olympic Games Opening Ceremony". 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "1998 Nagano Opening Ceremonies - Lighting of the Cauldron". 2018-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may, 2014.
- ↑ "1998 Nagano Olympics. Back to the future". 2010-02-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 may, 2014.
- ↑ "Opening Ceremony - Sydney 2000 Olympics". 2022-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "Olympic Cauldron at Sydney Olympic Park". 2018-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "Salt Lake City Flame Lighting". 2022-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "Şəkil (Nikolaos Kaklamanakisin Olimpiyadanın məşəlini yandırdığı an)". 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "Athens 2004 Opening Ceremony -HD- (6.Lighting of cauldron)". 2020-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "Olympic Opening Ceremony Torino 2006 - Light of Passion". Noyabr 30, 2006. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "Builders reveal secrets of giant Olympic cauldron". Avqust 13, 2008. 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09 may, 2014.
- ↑ "Torch Lighting Opening Ceremonies Beijing 2008". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "Vancouver 2010 Olympics' Most Memorable Moments (PHOTOS, VIDEO)". 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may, 2014.
- ↑ "Opening Ceremony - Highlights - Vancouver 2010 Winter Olympic Games". 2021-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "Olympic cauldron built in 'Bond-style gadget workshop' says architect as organisers vow to make giant flame carbon neutral". 2022-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may, 2014.
- ↑ "Olympic Cauldron is lit for London 2012". 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
- ↑ "Sochi Opening Ceremony - Spectacular Highlights. Sochi 2014 Winter Olympics". 2022-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may, 2014.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Olimpiya Hərəkatının rəsmi saytı (ing.)
- Məşəlin tarixi haqqında BBC-də məqalə (ing.)
- Nasist Olimpiyadası, Berlin 1936 Arxivləşdirilib 2008-04-24 at the Wayback Machine (ing.)
- Athens Info Guide (ing.)
- Olimpiya məşəlləri (ing.)
- BBC-də məşəlin tarixi ilə bağlı məqalə