Outlook Express

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Outlook Express
Tipi özəl proqram təminatı
Tərtibatçı Microsoft
Əməliyyat sistemi Windows 98, Windows 2000, Windows XP, Windows Server 2003, Windows Me
Sonuncu versiya
  • 6.0 SP3
Sayt support.microsoft.com/kb…

Microsoft Outlookelektron poçt vasitəsilə məktub almaq və məktub göndərmək üçün istifadə edilən proqramdır. Microsoft Outlook pullu proqram təminatının bir qədər sadələşdirilmiş, pulsuz variantıdır. Windows XP əməliyyat sisteminin tərkibində quraşdırılmış olurdu. Windows Vista əməliyyat sistemində isə daha interaktiv olan Windows Live ilə əvəz olunmuşdur. Outlook Express proqramı poçt ilə işləyən bir çox güclü proqramların malik olduqları imkanlara malikdir.

Outlook proqramının imkanları

[redaktə | mənbəni redaktə et]
  • Məktubların əldə edilməsi. Şəxsin poçt ünvana gələn və poçt serverində yığılan məktublar Outlook Express proqramı vasitəsilə istifadəçinin kompüterinə gətirilir.
  • Məktubların oxunması. Məktub Outlook proqramının xüsusi panelinin köməyilə və ya ayrıca pəncərədə oxunur.
  • Məktubların göndərilməsi. Outlook yeni məktubun yaradılması, göndərilməsi və HTML kimi göndərilməsini təmin edir.
  • Məktublarla əməliyyat. Outlook gələn məktubları əldə etmək üçün əlavə qovluqların yaradılmasına imkan verir. Müəyyən qayda qoymaqla gələn məktubları müxtəlif qovluqlara yığmaq mümkündür.
  • Elektron ünvanların saxlanılması. İnsanların elektron ünvanlarını saxlamaq üçün ünvan kitabçasından istifadə edilir. Ünvan kitabçasına Outlook proqramında oxunan məktubun ünvanını daxil etmək üçün məktub üzərində kontekst menyuda uyğun əmr seçilir.

Poçt protokolları

[redaktə | mənbəni redaktə et]

Elektron poçt vasitəsilə göndərilən məktub əvvəlcə poçt serverində yerləşdirilir. Bu məktubu almaq üçün poçt serverinə müraciət edərək sizin ünvana göndərilən bütün məktubları soruşmaq lazımdır. Əgər siz İnternetə provayder vasitəsilə qoşulmusunuz, o halda poçt serverinin adı cox zaman mail olur. Daha sonra isə İnternet provayderinin adı gəlir. Məsələn, mail.myisp.com. Poçt serverləri istifadə etdikləri müxtəlif poçt protokolları ilə fərqlənirlər. Outlook daxil olan məktublar üçün РОР3 (Post Office Protocol – poçt xidməti protokolu) və IMAP (Internet Message Access Protocol – məlumatlara İnternet müraciət protokolları) istifadə edir. Məktubun göndərilməsi üçün SMTP (Simple Mail Transfer Protocol – məktubun göndərilməsinin sadə protokolu) istifadə edilir.

Poçt serverindən məktub ala bilmək üçün həmin serverdə istifadəçinin adını və porolu göstərməklə qeydiyyatdan keçmək vacibdir. Outlook proqramına daxil edilmiş qeydiyyat yazısı poçt serverində istifadəçinin adı kimi tanınır. Məsələn, əgər Chris adı qeydiyyat yazısında göstərilmişdirsə, həmin kompüterdə istifadəçinin poçt ünvanı chris@twostory.com olacaqdır.

  • E.V.Seyidzadə, V.S.Səmədov. "İnternet", dərs vəsaiti, Bakı, 2005
  • Ə.M.Abbasov, M.N.Əlizadə, E.V.Seyidzadə, M.Ə.Salmanova. "İnformatika və kompüterləşmənin Əsasları", Dərslik. Bakı, 2005

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]