Pirallahı rayonu
Pirallahı rayonu | |
---|---|
40°27′32″ şm. e. 50°19′57″ ş. u.HGYO |
|
Ölkə | |
İcra başçısı | Vasif İmanov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 21 dekabr 2012 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 12 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Pirallahı rayonu — Bakı şəhərinin 12 inzibati rayonundan biri. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı ilə Bakı şəhəri Xəzər rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək yeni Bakı şəhəri Pirallahı rayonu yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə Bakı şəhəri Xəzər rayonunun Pirallahı, Çilov və Neft Daşları qəsəbə inzibati ərazi dairələri tərkibindəki Pirallahı, Çilov və Neft Daşları qəsəbələri daxil edilmiş, Pirallahı, Çilov və Neft Daşları qəsəbə inzibati ərazi dairələri Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir.[2]
İqtisadiyyat və turizm
[redaktə | mənbəni redaktə et]Rayon 4 inzibati-ərazi vahidinə malikdir:
Pirallahı rayonunun Çilov qəsəbəsi neftlə zəngindir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]# | Bələdiyyələrin adı | Hər bələdiyyə üzrə əhalinin sayı |
---|---|---|
1 | Pirallahı | 17014 |
2 | Neft Daşları | 401 |
3 | Çilov | 1694 |
4 | Gürgən | 1178 |
Cəmi | 20287 |
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Ümumi məlumat | ? |
---|---|
Ümumi ərazi, [kv.km] | 71,12 (7 112 ha) km2 |
Əhalinin ümumi sayı | 20 287 nəfər |
Qəsəbələrin sayı | 4 |
İri və orta müəssisələrin sayı | 0 |
Ümumtəhsil məktəblərinin sayı | 6 |
Ali təhsil müəssisələrinin sayı | 0 |
Xəstəxanalar və tibb müəssisələrinin sayı | 2 |
Mədəniyyət ocaqlarının sayı | 0 |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://www.baku.azstat.org/section/demography/001.xls.
- ↑ "Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı". 2019-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |