40°22′47″ şm. e. 49°48′26″ ş. u.HGYO

Yasamal rayonu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yasamal rayonu
40°22′47″ şm. e. 49°48′26″ ş. u.HGYO
Ölkə
Başçı Elşad Həsənov
Tarixi və coğrafiyası
Əsası qoyulub 1932
Sahəsi
  • 16,2 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 249.300 nəf. (1 yanvar 2021)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 12
Poçt indeksi AZ1005[2], AZ1006[2], AZ1009[2], AZ1011[2], AZ1012[2], AZ1017[2]
Nəqliyyat kodu 10, 90, 99
Digər
yasamal-ih.gov.az
Yasamal rayonu xəritədə
Yasamal rayonu
Yasamal rayonu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yasamal rayonu (əvvəlki adı: Oktyabr rayonu) — Bakıda rayon. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin Oktyabr rayonu Yasamal rayonu adlandırılmışdır.[3] Səbail, Qaradağ, BinəqədiNəsimi rayonları ilə həmsərhəddir. Yasamal rayon Bakı şəhərinin qərb hissəsini təşkil edir. Keçmiş adı Oktyabr rayonu olmuşdur. Oykonim ərazidəki Yasamal dərəsinin adı ilə adlandırılmışdır.

Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Yasamal rayonu inzibati-ərazi vahidi kimi 1932-ci ildə yaradılmışdır, rayon cənubdan Səbail (3 km), qərbdən Qaradağ (3,2 km), şimaldan Binəqədi (2,8 km) və şərqdən Nəsimi (5 km) rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 16,22 kv.km-dir.

Rayon ərazisindən — cənubdan "Qurd qapısı"ndan və Badamdar qəsəbəsindən keçərək Bakı-Qazax və Bakı-Astara, qərbdən — Yeni Yasamal massivindən keçərək Bakı dairəvi yol vasitəsilə Bakı-Qazax, Bakı-Astara və Bakı-Yalama, şimaldan — Biləcəri enişi vasitəsilə Bakı-Qazax və Bakı-Yalama magistrallarına çıxış vardır.

Rayon əhalisinin sayı 245 900 nəfərdir. Rayon ərazisində 11 işğal olunmuş rayondan məcburi köçkünlər yaşayır. Bunlardan 5497 ailə — 20 550 nəfər məcburi köçkün bu günədək rayon İcra Hakimiyyətində qeydiyyatdan keçmişdir:

Qeydiyyatda olan rayon əhalisinin sıxlığı 1 kv.km-ə 15 160 nəfər düşür. Rayon əhalisinin 118 776 nəfərini, yəni 48.5 faizini kişilər, 126 124 nəfərini, 51.5 faizini qadınlar təşkil edir.

Rayon ərazisində 8 ali təhsil müəssisəsi, 5 orta ixtisas təhsil müəssisəsi, 4 musiqi məktəbi, 30 uşaq bağçası-körpələr evi, 28 orta ümumtəhsil məktəbi (lisey, gimnaziya) fəaliyyət göstərir ki, burada işləyən müəllimlərin sayı 3076 nəfər, şagirdlərin sayı isə 29 643 nəfərdir.

Metropolitenin "Nizami", "Elmlər Akademiyası", "İnşaatçılar" və "20 Yanvar " metro stansiyaları rayon ərazisindədir.

"Sovetski", "Kubinka" və "Papanin" kimi köhnə Dağlı məhəllələri də məhz Yasamal rayonunun ərazisində yerləşir.

Rayonun seçkili yerli özünüidarəetmə orqanı Yasamal bələdiyyəsidir.

Rayon ərazisində Azərbaycan Respublikasının seçkili orqanlarına seçkilər üzrə üç seçki dairəsi — 15 saylı Yasamal I seçki dairəsi, 16 saylı Yasamal II seçki dairəsi, 17 saylı Yasamal III seçki dairəsi və bir müştərək — 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi formalaşdırılmışdır.[4]

1932-ci ildə yaradılmış Oktyabr rayonu 29 aprel 1992-ci ildə Yasamal rayonu adlandırılmışdır

Bakı şəhəri Yasamal rayonunun əhalisi 01.01.2018-ci il tarixə rəsmi qeydiyyatda 246 300 nəfərdir. Bundan başqa rayonda Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən 5497 ailə (20 550 nəfər) müvəqqəti məskunlaşmışdır. Əhalinin yaş tərkibi:

  • 0–4 yaş — 20 900 nəfər;
  • 5–14 yaş — 26 302 nəfər;
  • 15–29 yaş — 60 507 nəfər;
  • 30–64 yaş — 121 389 nəfər;
  • 65 yaşdan yuxarı — 20 117 nəfər.

Rayonun məşğul əhalisinin sayı — 133 840 nəfər; Əmək qabiliyyətli əhalinin sayı — 144 863 nəfərdir.[5]

Rayonun iqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Yasamal rayonunun ərazisi 16,22 km², əhalisi 246 300 nəfərdir. Rayon ərazisində 20 550 nəfər məcburi köçkün yaşayır. Yasamal rayonunda Müdafiə Sənayesi Nazirliyinə tabe olan "Alov" və "Azon" zavodları, "Azərsuvenir" MMC daxil olmaqla 152 sənaye müəssisəsi fəaliyyət göstərir. Rayonda ümumi sayı 9153 ədəd olan müxtəlif kateqoriyalı təsərrüfat obyektləri fəaliyyət göstərir ki, bu təsərrüfat obyektlərində də 100 382 nəfər fəhlə və qulluqçu işləyir. Bu müəssisələrdə orta aylıq əməkhaqqı 622,7 manat olmuşdur. 2017-ci ildə Yasamal rayonunun makroiqtisadi göstəriciləri aşağıdakı kimi olmuşdur:

  • Sənaye məhsulunun ümumi həcmi 353,421 mln. manat,
  • Əsas kapitala yönəldililən investisiyalar 299,604 mln. manat,
  • Əsas kapitala yönəldilən ümumi investisiyadan tikinti-quraşdırma işləri 240,059 mln. manat,
  • Öz gücləri ilə yerinə yetirilən podrat işlərin həcmi 603,872 mln. manat.
  • Nəqliyyat sektorunda xidmətlərin həcmi 2432,532 mln. manat.
  • İnformasiya və rabitə xidmətlərinin həcmi 659,695 mln. manat.
  • Parakəndə ticarət dövriyyəsi 2665,674 mln. manat
  • Əhaliyə göstərilən ödənişli xidmətlər 1235,517 mln. manat.
  • Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 655,1 manat

2018-ci ilin yanvar ayının 1-nə olan məlumata görə Yasamal Telefon Qovşağının ümumi nömrə tutumu 179 832 ədəd, əhalinin istifadəsində olan nömrələrin sayı 152 888 ədəddir.[6]

Yasamal rayonu Bakının ən sıx məskunlaşılmış rayonu olması səbəbilə, buranın mədəniyyəti özəldir.

Mədəniyyət mərkəzləri

[redaktə | mənbəni redaktə et]
  • A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzi
  • İ.Əbilov adına  Mədəniyyət Mərkəzi
  • Azərbaycan Dövlət Uşaq Filarmoniyası
  • Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
  • C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası

Muzeylər və ev muzeyləri

[redaktə | mənbəni redaktə et]
  • M.Ş.Vazeh adına kitabxana
  • Filial № 1 Ə.Vahid adına kitabxana-muzey
  • Filial № 2 A.Şaiq adına uşaq  kitabxanası
  • Filial № 3 Musabəyov adına kütləvi kitabxana
  • Filial № 4 X.Natəvan adına kitabxana
  • C.Cabbarlı adına Respublika gənclər kitabxanası

Musiqi məktəbləri

[redaktə | mənbəni redaktə et]
  • Vaqif Mustafazadə adına 2 saylı incəsənət məktəbi
  • Əhməd Bakıxanov adına 6 saylı uşaq musiqi məktəbi
  • Niyazi adına 22 saylı uşaq musiqi məktəbi
  • Kövkab Səfərəliyeva adına 16 saylı musiqi məktəbi
  • Füzuli  rayon Aybasanlı uşaq musiqi məktəbi
  • 3 saylı şəhər poliklinikası
  • 16 saylı şəhər poliklinikası
  • 19 saylı şəhər poliklinikası
  • 30 saylı şəhər poliklinikası
  • 39 saylı şəhər poliklinikası
  • 1 saylı Tələbə Poliklinikası
  • 2 saylı qadın məsləhətxanası
  • 2 saylı uşaq stomatoloji poliklinikası
  • 5 saylı uşaq poliklinikası
  • 10 saylı uşaq poliklinikası
  • 13 saylı uşaq poliklinikası
  • Akademik M.Ə.Qasımov adına Respublika Klinik Xəstəxanası
  • Mərkəzi dənizçilər xəstəxanası
  • Respublika Uşaq xəstəxanası
  • Uşaq Nevroloji xəstəxanası
  • Milli Onkoloji Mərkəz
  • Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzi
  • Respublika ictimai səhiyyə və islahatlar mərkəzi
  • V.Axundov adına Milli Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu
  • Narkoloji dispanser
  • Dəri-Zöhrəvi

Milli Elmlər Akademiyasının institutları

[redaktə | mənbəni redaktə et]

Orta ixtisas təhsili məktəbləri

[redaktə | mənbəni redaktə et]

Ümumtəhsil məktəbləri

[redaktə | mənbəni redaktə et]

Məktəbdənkənar təlim tərbiyə müəssisəsi

[redaktə | mənbəni redaktə et]

Köçkün tam orta məktəbləri

[redaktə | mənbəni redaktə et]
  • Ağdam rayon 88 saylı tam orta məktəb
  • Füzuli rayon 4 saylı tam orta məktəb
  • Füzuli rayon 47 saylı tam orta məktəb
  • Cəbrayıl rayon Dirili Qurbani adına Soltanlı kənd tam orta məktəbi
  • Laçın rayon 19 saylı tam orta məktəb
  • Laçın rayon 34 saylı tam orta məktəb
  • Laçın rayon 35 saylı tam orta məktəb
  • Şuşa şəhər 1 saylı tam orta məktəb
  • Zəngilan rayon 21 saylı tam orta məktəb
  1. http://www.baku.azstat.org/section/demography/001.xls.
  2. 1 2 3 4 5 6 https://compboard.az/0729322018.
  3. "Azərbaycan Respublikası Bakı şəhərinin bəzi rayon və qəsəbələrinə, Ağdaş, Bərdə, Qobustan, İmişli, İsmayıllı, Yevlax, Gədəbəy, Goranboy, Lənkəran, Salyan, Füzuli, Xaçmaz, Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrinə yeni adlar verilməsi və inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  4. "Arxivlənmiş surət". 2017-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-17.
  5. "Arxivlənmiş surət". 2022-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-17.
  6. "Arxivlənmiş surət". 2022-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-17.