Qars döyüşü (1920)
Qars döyüşü | |||
---|---|---|---|
Türkiyə İstiqlaliyyət müharibəsi | |||
Tarix | 30 oktyabr 1920 | ||
Yeri | Qars, Türkiyə | ||
Səbəbi | Türk ordusunun Türkiyə torpaqlarını azad etmək üçün hərəkətə keçməsi | ||
Nəticəsi | Türkiyənin qələbəsi, Ermənilərin geri çəkilməsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Qars döyüşü — 30 oktyabr 1920-ci ildə türk Ankara Hökuməti ilə Ermənistan Demokratik Respublikası arasında baş vermiş döyüş. Şərq cəbhəsi komandanı Kazım Qarabəkir paşanın rəhbərlik etdiyi ordu Qars bölgəsini azad etməsi ilə nəticələndi
Döyüş
[redaktə | mənbəni redaktə et]29 sentyabrda Kazım Qarabəkir paşanın rəhbərlik etdiyi Şərq Cəbhəsi Sarıqamış bölgəsini azad etdikdən sonra bir müddət burda gözləmək məcburiyyətində qaldı. Çünki Sovet hökumətinin növbəti addımının nə olacağı bilinmirdi. 21 oktyabrda Kazım Qarabəkir paşanın istəyi qəbul edildi. Ordu Qars istiqamətində hərəkətə başladı. Kəşfiyyat qruplarından əldə edilən məlumatlara görə, erməni birliklərinin sayı Türk ordusundan çox idi. Kazım Qarabəkir paşa Qarsı şərqdən mühasirə almaq qərarına gəldi. 21 oktyabrda erməni birliklərinin diqqətini yayındırmaq məqsədilə "Iğdır bölgəsindən 2 alay gəlir" şaiyəsini yaydı. 12-ci Divizyanı Borlukdağı-Hacıhalil xəttinə, 9-cu Qafqaz Divizyasını isə Yahnilər-Vezinköy xəttinə tərəf istiqamətləndi. 30 oktyabrda edilən hücum nəticəsində ermənilərin bir hissəsi Vezinköyün şimal-şərqinə, bir hissəsi də Qars bölgəsinə qaçdı. Erməni birlikləri çoxlu sayda itki verdi. Qarsdan şimala və şimal-şərqə doğru bütün yollar 9-cu Qafqaz divizyası tərəfindən bağlanmışdı. Ermənilər Qarsı boşaldıb Gümrüistiqamətində geri çəkildilər. 31 oktyabrda Kazım Qarabəkir paşanın rəhbərlik etdiyi Türk ordusu Qars bölgəsini azad etdi. TBMM tərəfindən Kazım Qarabəkir paşa general-leytenant rütbəsi ilə təltif edildi.[1][2][3]
Döyüşdən sonra
[redaktə | mənbəni redaktə et]Qars azad edildikdən sonra burada ələ keçirilən silahların Qərb cəbhəsində gərəkli olduğundan Şərq cəbhəsində hərəkətin tez bir zamanda sona çatdırılması qərarı alındı. Hərəkət Qars-İrəvan istiqamətində və ya Qars-Gümrü istiqamətində olması təklifləri verildi. Qars-İrəvan istiqamətində yolların düzgün olmamasına görə Qars-Gümrü istiqaməti seçildi. Hərb Nazirliyi Kazım Qarabəkir paşaya Qars-Gümrü istiqamətində hərəkətə icazə verdi və beləliklə 5 noyabr 1920-ci ildə Şərq Cəbhəsi birlikləri Qarsdan Gümrü istiqamətinə hərəkətə başladı.[4][5]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "CerefForum.Net — 30 oktyabr 1920 Karsın kurtuluşu". 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.
- ↑ [ http://www.kha.com.tr/guncel/26346-Kars’in-Kurtulusu-(-30-Ekim-1920-).html[ölü keçid] Kars Haber Ajansı — Karsın kurtuluşu (30 Oktyabr 1920)]
- ↑ "Kurtuluşsavaşı.org - Atatürk və Ulusal Kurutluş savaşı (Şərq cəbhəsi)". 2015-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.
- ↑ "Türkiyə Vikipediyası — Kars Muharebesi". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.
- ↑ Ömer Selvi, Milli mücadele döneminde Türk Ermeni ilişkileri ve Gümrü Antlaşması, Eskişehir Osmangazi Üniversitesi (Sosyal Bilimler Enstitüsü), Eskişehir Haziran 2007, sayfa 108–110