40°50′53″ şm. e. 43°55′17″ ş. u.HGYO

Qonaqqıran

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kənd
Qonaqqıran
40°50′53″ şm. e. 43°55′17″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Şörəyel mahalı
Rayon Düzkənd rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 1,7 km²
Mərkəzin hündürlüyü 1.650 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.153 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Qonaqqıran xəritədə
Qonaqqıran
Qonaqqıran
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qonaqqıran, Şirakİrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd.[2][3]

Rayon mərkəzindən 16 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. "İrəvan əyalətinin icmal dəftəri"ndə Qonaqqıran kimi[4], Qafqazın 5 verstlik xəritəsində Qonax Qran formasında[5] qeyd edilmişdir.1728-ci ilə aid mənbədə Şirakel nahiyəsində kənd adı kimi qeyd olunur[6][7]

Toponim qədim türk dilində "dayanacaq", "istirahət yeri" mənasında işlənən qonaq sözü ilə[8], "düşərgə", "maldarların müvəqqəti dayanacaq yeri" mənasında işlənən kuren //kran sözünün[9] birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2. III.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Şirak qoyulmuşdur. (erməni tarixçiləri Şirak adının qədim türk mənşəli etnonim olduğunu hələ bilmirlər). Türk dillərində kunak, konak "dayanacaq", "istirahət yeri"[10][11] və kuren "hərbi düşərgə" (bax: Itqİran) sözlərindən ibarətdir. XIX əsrdə Şimali Qafqazda Kuban əyalətinin Maykop dairəsində Kunaq-Tau (dağ adı) və Kunak-təpə[12], Zaqatala dairəsində Kunax-Ay (dağ və çay adı), Batum əyalətinin Batum dairəsində Qonaq-Çir (çay adı) toponimlərilə mə'naca eynidir. Orta əsrlərdə Sürməlidən cənub-şərqdə Kunak qalası (İndi Türkiyədə "Qaraqala" adı ilə qalır) adlı qala vardı[13]

1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir[14][15]

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Петрушевский И.П., О дохристианских верованиях крестьян Нагорного Карабаха. . Баку. 1930.
  4. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.135
  5. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.139
  6. İrəvan əyalətinin icmal dəftəri. . Bakı. 1996.
  7. Папазян А.Д. Аграрные отношения в Восточной Армении в ХVI-ХVII вв. Ереван. 1972.
  8. Древнетюркский словарь, Л., "Наука", 1969. s.455
  9. Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.317
  10. Древнетюркский словарь. М. . 1969.
  11. Алиев К., Античные источники по истории Азербайджана. . Баку. 1987.
  12. Сегал И.Л., Сборник сведений о Елизаветпольской губернии. .
  13. Мухаммед Насави. Жизнеописание султана Джалал ар-Дина Манкбурни. (Перевод с арабского, предисловие, комментарии, və примечания и указатели З.М.Буниятова.). Баку. 1973.
  14. Bayramov A.Ə. ,, Qədim Oğuz еllərinin-Ağbaba, Şərəyəl və Pəmbək bölgələrinin yеr-yurd adları. . Bakı. 1996.
  15. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гонаггыран // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.