Qonaqqıran
Kənd | |
Qonaqqıran | |
---|---|
40°50′53″ şm. e. 43°55′17″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Şörəyel mahalı |
Rayon | Düzkənd rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.650 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Qonaqqıran, Şirak — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd.[2][3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 16 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. "İrəvan əyalətinin icmal dəftəri"ndə Qonaqqıran kimi[4], Qafqazın 5 verstlik xəritəsində Qonax Qran formasında[5] qeyd edilmişdir.1728-ci ilə aid mənbədə Şirakel nahiyəsində kənd adı kimi qeyd olunur[6][7]
Toponimi
[redaktə | mənbəni redaktə et]Toponim qədim türk dilində "dayanacaq", "istirahət yeri" mənasında işlənən qonaq sözü ilə[8], "düşərgə", "maldarların müvəqqəti dayanacaq yeri" mənasında işlənən kuren //kran sözünün[9] birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2. III.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Şirak qoyulmuşdur. (erməni tarixçiləri Şirak adının qədim türk mənşəli etnonim olduğunu hələ bilmirlər). Türk dillərində kunak, konak "dayanacaq", "istirahət yeri"[10][11] və kuren "hərbi düşərgə" (bax: Itqİran) sözlərindən ibarətdir. XIX əsrdə Şimali Qafqazda Kuban əyalətinin Maykop dairəsində Kunaq-Tau (dağ adı) və Kunak-təpə[12], Zaqatala dairəsində Kunax-Ay (dağ və çay adı), Batum əyalətinin Batum dairəsində Qonaq-Çir (çay adı) toponimlərilə mə'naca eynidir. Orta əsrlərdə Sürməlidən cənub-şərqdə Kunak qalası (İndi Türkiyədə "Qaraqala" adı ilə qalır) adlı qala vardı[13]
Əhalisi
[redaktə | mənbəni redaktə et]1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir[14][15]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Петрушевский И.П., О дохристианских верованиях крестьян Нагорного Карабаха. . Баку. 1930.
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.135
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.139
- ↑ İrəvan əyalətinin icmal dəftəri. . Bakı. 1996.
- ↑ Папазян А.Д. Аграрные отношения в Восточной Армении в ХVI-ХVII вв. Ереван. 1972.
- ↑ Древнетюркский словарь, Л., "Наука", 1969. s.455
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.317
- ↑ Древнетюркский словарь. М. . 1969.
- ↑ Алиев К., Античные источники по истории Азербайджана. . Баку. 1987.
- ↑ Сегал И.Л., Сборник сведений о Елизаветпольской губернии. .
- ↑ Мухаммед Насави. Жизнеописание султана Джалал ар-Дина Манкбурни. (Перевод с арабского, предисловие, комментарии, və примечания и указатели З.М.Буниятова.). Баку. 1973.
- ↑ Bayramov A.Ə. ,, Qədim Oğuz еllərinin-Ağbaba, Şərəyəl və Pəmbək bölgələrinin yеr-yurd adları. . Bakı. 1996.
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гонаггыран // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.