Bu, yaxşı məqalədir. Daha çox məlumat üçün klikləyin.

Quqark faciəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Quqark faciəsi
Əsas münaqişə: Dağlıq Qarabağ müharibəsi
Ümumi məlumatlar
Yeri Quqark rayonu, Ermənistan SSR, SSRİ
Hücumun hədəfi Yerli azərbaycanlılar
Tarix
  • mart – dekabr 1988 (9 ay, )
Hücum metodu qətl, qarət, talan
Ölü sayı 18–187

Quqark faciəsi,[1] həmçinin Quqark qırğını,[2] Quqark qətliamı[3][4] və ya Quqark poqromu[5] — o dövrdə Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) tərkibində olan Ermənistan Sovet Sosialist Respublikasının (Ermənistan SSR) Quqark rayonu (indiki Loru mərzinin bir hissəsi) ərazisində yaşayan etnik azərbaycanlı sakinlərinə qarşı törədilmiş poqrom aktı.[6][7][8][9] Rəsmi erməni mənbələrinə görə, bu dövrdə ərazidə yaşayan yerli ermənilərinAzərbaycandan qaçqın düşən etnik ermənilər Ermənistan azərbaycanlılarını ələ salmış, onları öldürmüş və evlərini qarət etmişdir. Poqrom zamanı ən azı 18, ən çox isə 187 nəfər öldürülmüşdür.

1988-ci ilin martında Quqark rayonunda başlayan poqrom, Sumqayıt hadisələrindən sonra baş tutmuşdur. Bölgədəki azərbaycanlılar oradan qaçana qədər təqibə məruz qalmışdır. Poqrom daha sonra müharibəyə çevriləcək Dağlıq Qarabağ münaqişəsi kontekstində baş verən etnik zorakılıq aktlarından biri idi.

Quqark rayonunun Ermənistan SSR xəritəsindəki yeri.

Etnik azərbaycanlı sakinləri tərəfindən Böyük Qarakilsə adlandırılan Quqark rayonu[10] o vaxt SSRİ respublikalarından olan Ermənistan SSR-in rayonlarından biri idi.[11] Bu ərazidə etnik azərbaycanlılar kompakt şəkildə yaşayırdı.[12] SSRİ-nin dağılmasından sonra rayon müstəqil Ermənistan Respublikasının bir hissəsi olmuş, lakin inzibati ərazi vahidi daha sonra ləğv edilmiş və Loru mərzi ilə əvəz edilmişdir.[13]

Kirovabad (indiki Gəncə) şəhərindən baş verən poqromdan sonra erməni qaçqınlar Gürcüstan üzərindən Quqarka köçmüşdür.[14] Bu zaman Ermənistanda etnik ermənilərlə azərbaycanlılar arasında gərginlik yüksəlmişdir, çünki hər iki tərəf qarşı tərəfin hücumundan qorxurdu.[15]

Ermənilərlə azərbaycanlılar arasında etnik qarşıdurma 1988-ci ilin martında başlamışdır. Ermənilər azərbaycanlıların yaşadığı evlərə hücum və talan etmişdir.[16][17] Yerli sovet hakimiyyəti bu dövrdə ermənilərin kütləvi şəkildə azərbaycanlılara qarşı zorakılıq törətdiyini, onları döydüyünü və soyduğunu qeydə almışdır. Ermənilər həm də azərbaycanlı bazar satıcıları döymüş, onların məhsullarını oğurlamışdır.[15]

Ermənistan SSR-də etnik azərbaycanlılara qarşı zorakılıq 1988-ci ilin noyabrında yenidən alovlanmışdır.[18] Hadisələr zamanı öldürülənlərin əsas hissəsi Quqark rayonu da daxil olmaqla ölkənin şimal ərazilərində idi.[19] Yerli ermənilər azərbaycanlıları ələ salmış, onlara hücum etmiş və öldürmüş, o cümlədən evlərini qarət etmişdir. Sovet hakimiyyəti azərbaycanlıların yaşadığı kəndlərə gedən yolları əsgər və polis zabitləri ilə qorumağa çalışsa da, yerli azərbaycanlılar sovet rəsmilərinin müşayiəti ilə tədricən bölgədən qovulmuşdur. Buna baxmayaraq, ermənilər qaçan azərbaycanlıların konvoylarına da hücum etmişdir.[15][20]

O vaxt Ermənistan SSR hökuməti tərəfindən hazırlanan sənədlərə görə, Yaqublu kəndində öldürülən azərbaycanlıların rəsmi sayı 11,[15] Vanadzor şəhərində isə 7 nəfər idi.[12][21]

Azərbaycanlı tarixçi və publisist Arif Yunusun verdiyi məlumata görə, Quqarkda 21 azərbaycanlı öldürülmüşdür.[22] Yunusun tərtib etdiyi siyahı 2008-ci ildə Azərbaycanın Böyük Britaniya səfirliyi tərəfindən yenidən yayımlanmışdır.[23] Erməni jurnalist Mane Papyan Vanadzorda 7 azərbaycanlının öldürüldüyünü, qalanlarının təqib edildiyini və sürgün edildiyini bildirmişdir.[12] Rəsmi Azərbaycan mənbələri 1988-ci ilin martında 100-ə yaxın azərbaycanlının öldürüldüyünü qeyd etmişdir. Bundan başqa, Azərbaycan mənbələri noyabr və dekabr aylarında sadəcə ümumilikdə 87 etnik azərbaycanlının öldüyünü bildirmişdir. Onların 21-i Gözəldərə kəndində, 14-ü Vartana kəndində, 7-si isə Quqarkda baş verən avtobusa silahlı hücum zamanı qeydə alınmışdır.[24]

Rayonun keçmiş kolxoz sədri Stepan Ayvazyan Şaumyan kəndində öldürülən azərbaycanlıların cəsədlərinin kimliyi müəyyən edilə bilməsin deyə yandırıldığını etiraf etmişdir.[21]

Hökumət reaksiyası

[redaktə | mənbəni redaktə et]

Quqark rayonunda azərbaycanlılara qarşı törədilmiş poqrom aktından sonra Ermənistan radiosu Quqarkdakı yerli Kommunist Partiyası katibi və parlament rəhbərinin "siyasi yaxıngörənlik" göstərdiyini, nəticə də sovet hökumətinin onları vəzifələrindən azad etdiyini bildirmişdir.[25] Bunun ardınca qətlləri araşdırmaq üçün Moskva şəhərindən bölgəyə 100-ə yaxın mütəxəssis qrupu göndərilmişdir. SSRİ Baş Prokurorluğu qətllərlə bağlı cinayət işi başlatmışdır. Lakin cinayətkarların kimliyi heç vaxt müəyyən edilməmiş[26] və onlar cəzalandırılmamışdır.[21] Azərbaycanın birinci baş prokuroru İsmət Qayıbov qətllərə görə yalnız dörd nəfərin həbs olunması, hadisələrə kifayət qədər diqqət yetirilməməsinə görə sovet hakimiyyətini tənqid etmişdir.[26] Vanadzorun keçmiş prokuroru Qriqori Şahverdyanın dediyinə görə, cinayətlər kiçik erməni qrupları tərəfindən təşkil edilmişdi.[21] Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Bürosunun rəhbəri Arzu Abdulayeva Azərbaycan ictimaiyyətinin uzun müddət Quqarkdakı hadisələrdən bixəbər olduğunu, dövrün sovet hakimiyyətinin baş verənləri gizlətməsi nəticəsində poqromun şayiələrdən başqa bir şey kimi bilinmədiyini vurğulamışdır.[27]

Poqromdan sonra demək olar ki, Quqarkda yaşayan bütün etnik azərbaycanlılar güclü qış şəraitində, qarlı havada qaçqın düşmüşdür.[26] Qaçan azərbaycanlıların bir çoxu Azərbaycan SSR-ə doğru irəliləyərkən ya donaraq ölmüş, ya itkin düşmüş, ya daha sonra Azərbaycandakı xəstəxanalarda ölmüş, ya da intihar etmişdir.[28] Buna baxmayaraq, 1989-cu ildə əslən Quqarkdan olan bir çox azərbaycanlı mənzillərini satmaq və Spitak zəlzələsindən sonra mənzillərinə dəyən ziyana görə təzminat almaq üçün geri qayıtmışdır. Lakin bütün sövdələşmələr başa çatdıqdan sonra onların hamısı evlərini tərk etmişdir.[21]

Arif Yunusa görə, azərbaycanlılar üçün "Quqark" ermənilər üçün "Sumqayıt" ilə eyni dəyərə sahib olan bir sözə çevrilmişdir.[22] Arzu Abdulayeva Sumqayıt hadisələrinin Guqarkda baş verənlərlə çox oxşar olduğunu bildirmişdi.[27] İsmət Qayıbov "Quqark bölgəsindəki kəndlərin dağıdılması Sumqayıtla müqayisə edilə bilməz" olduğunu vurğulamışdır.[26]

Populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

Quqark faciəsi azərbaycanlı yazıçı Seymur Baycanın qamqallı "Quqark" romanının əsas mövzularından biri idi.[29] Roman Bakı hadisələri və Quqark faciəsi zamanı Seymur adlı bir azərbaycanlı kişinin və Anuş adlı bir erməni qadının sevgi hekayəsini əhatə edir. Seymur ermənilərin və azərbaycanlıların üzləşdiklərini bitərəf şəkildə qələmə aldığı üçün roman müzakirələrində ədəbi tənqidçilərin rəğbətini qazanmışdır. Roman mübahisəli sülh mesajına baxmayaraq, Azərbaycanda ümumiyyətlə müsbət qarşılanmışdır. Buna baxmayaraq, Mikayıl Məmmədov kimi tənqidçilər əsəri Əkrəm Əylislinin "Daş yuxular" romanı ilə müqayisə edərək əsərin yaxşı yazılmadığını və bu səbəbdən də güclü bir mesajının olmadığını bildirmişdir.[30]

  1. Əhmədov, Hafiz. "Quqark faciəsi: "Azərbaycanlıları diri-diri yandırırdılar" (MÜSAHİBƏ)". AzVision.az (az.). 30 mart 2017. 2021-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2021.
  2. "Qarabağ müharibəsi". Gəncə şəhər Mərkəzi Kitabxanası (az.). 2007. 2021-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2021.
  3. "Ermənilərdən şok etiraf: 1988-də azərbaycanlıların qətliamı - Video". Aqreqator.az (az.). 4 noyabr 2018. 2021-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2021.
  4. ""Quqark qətliamını törədən cinayətkarların əsas məqsədi etnik təmizləmə idi"- Millət vəkili". Aqreqator.az (az.). 27 noyabr 2019. 2021-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2021.
  5. Qriqoryan, Arpi; Kərimov, Elçin; Alıcı, Nisan. "Working Through the Past in the Shadow of the Present: The Cases of Armenia, Azerbaijan, and Turkey". Caucasus Edition: Journal of Conflict Transformation (ingilis). 15 may 2019. 15 fevral 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2021.
  6. Helvécio de Jesus Júnior, João Ricardo Guilherme Zimmer Xavier. "The geopolitics of the Caucasus: An analysis of the Nagorno Karabakh conflict" (ingilis). 33 (69). Revista da Escola Superior de Guerra. 2018. ISSN 0102-1788. 2020-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-03. On the other hand, attacks against Azerbaijanis also increased in great proportions, with several pogroms in the cities of Gugark and Gosh, including dozens of deaths and intensifying the nationalism of the two countries
  7. Coyle J.J. Nagorno-Karabakh. In: Russia's Border Wars and Frozen Conflicts (ingilis). Springer publishing. 2018. 207–256. ISBN 978-3-319-52204-3. Armenian towns of Spitak, Gugark, and others. Two hundred sixteen were killed in Armenia, including 57 women, 5 infants, and 18 children. The last Azerbaijanis were forced out of Armenia by the end of November 1988.
  8. Mgr. Jozef Hyrja. "Tears in the Black Garden - Nagorno-Karabakh". historyweb.dennikn.sk (ingilis). April 20, 2016. November 1, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 9, 2021. On February 27 and 28, 1988, he followed the pogrom in the aforementioned city of Sumgait. A large crowd of Azerbaijanis began attacking Armenian shops and houses, looting and killing Armenian fellow citizens... The result was the exodus of the Armenian population from the city. Similar attacks followed in Armenia against the Azerbaijani minority in the cities of Spitak and Gugark.
  9. Coyle, James J. Roots of the Conflict. In: Russia's Interventions in Ethnic Conflicts (ingilis). Palgrave Macmillan, Cham (Springer publishing). 2021. 1–32. ISBN 978-3-030-59573-9. 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-03. Attacks against Azerbaijanis took place in the Armenian towns of Spitak, Gugark, and others
  10. Quliyev, C. B., redaktorKirovakan // Azərbaycan Sovet Ensiklopediyası (az.). V. Bakı. 1981.
  11. Центральный Исполнительный Комитет Союза ССР, Всероссийский центральный исполнительный комитет. Административно-территориальное деление союза ССР (Районы и города СССР). Издательство "Власть Советов" при Президиуме ВЦИК Москва, 1931, страницы 234-237
  12. 1 2 3 Məsimov, Asif. "Conflict over Nagorno-Karabakh: Armenian arguments against Azerbaijani" (ingilis). Security in the South Caucasus. 10 mart 2020. 2021-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2021.
  13. "Закон Республики Армения №С-062-1-ЗР-18 "Об административно-территориальном делении Республики Армения"" (rus). 28 yanvar 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2021.
  14. "Armenian-Azerbaijani clashes, ethnic cleansings and pogroms; November 22-23, 1988". ANI Armenian Research Center. 23 noyabr 2020. 2021-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2021.
  15. 1 2 3 4 Papyan, Mane. "Gugark after Sumgait". Caucasus Edition: Journal of Conflict Transformation (ingilis). 22 aprel 2015. 2020-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2021.
  16. Xlıstun, Viktor. "10 БАЛЛОВ ПО ШКАЛЕ ПОЛИТБЮРО СОТРУДНИКИ КГБ СССР РАССКАЗЫВАЮТ О НЕСТИХИЙНОЙ КАТАСТРОФЕ, ПРИВЕДШЕЙ К КРОВАВОМУ КОНФЛИКТУ МЕЖДУ АЗЕРБАЙДЖАНЦАМИ И АРМЯНАМИ". Trud-7 (rus). 2 January 2001. 15 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2021 – Agentura.ru vasitəsilə.
  17. Xlıstun, Viktor. "10 БАЛЛОВ ПО ШКАЛЕ ПОЛИТБЮРО". Trud-7 (rus). 2 January 2001. 21 December 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2021.
  18. Abzavatı, Yazep. "The Unrecognized IV. The Bitter Fruit of the 'Black Garden'". Naşe Mneniye. 15 January 2007. 20 November 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2021.
  19. "Погромы в Армении: суждения, домыслы и факты". Ekspress-Khronika (rus) (16). 16 April 1991.
  20. Eli, Mark. "At the center of a double misfortune: The earthquake of December 7, 1988 in Armenia and the expulsion of the Azeri disaster victims from Spitak" (fransız) (44). Revue d'études comparative Est-Ouest. 2013: 45–75. doi:10.4074/S0338059913001034. ISSN 0338-0599. May 9, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 3, 2021. Between Kirovakan and Diližan, near Gugark, "Armenian extremists" attack the convoy. The villagers quote the names of three deportees who are said to have died and evoke gunshot wounds.
  21. 1 2 3 4 5 Papyan, Mane. "События в Гугарке. Как громили азербайджанцев в Армении". epress.am (rus). 29 April 2015. 20 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2021.
  22. 1 2 "Погромы в Армении в 1988-1989". Ekspress-Khronika (rus) (16). 26 fevral 1991. 2013-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2021.
  23. "Report on mass human rights violation. Official reports of the Azerbaijani MFA on the Karabakh conflict". Azərbaycanın Böyük Britaniya səfirliyi (ingilis). Azərbaycan Xarici İşlər Nazirliyi. 6 March 2012 tarixində arxivləşdirilib.
  24. Həsənov, Əli. ERMƏNİSTANIN AZƏRBAYCANA TƏCAVÜZÜ: Etnik təmizləmə, soyqırımı, terror, işğal (PDF) (az.). II. Bakı: Elmin İnkişafı Fondu. 2015. səh. 36, 41. 2021-01-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-02-15.
  25. Berrincer, Felisiti. "3 More Killed in Soviet Ethnic Protest". New York Times. 7 dekabr 1988. 2012-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2021. The resolution said that party and Government leaders would lose their posts for such actions, and late Monday the Armenian radio reported that the Communist Party leader and head of the parliament in the Gugark area had shown political short-sightedness. The two men had been relieved of their duties after ethnic fights there resulted in tragic consequences. Party and Government workers in the Yekhegnadzor district of Armenia were also criticized in the report carried by the Moscow radio tonight.
  26. 1 2 3 4 ""Every guilty party must be prosecuted:" 31 years since Gugark pogrom". Vestnik Kavkaza. 27 noyabr 2019. 2021-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2021.
  27. 1 2 "Azerbaijan: Armenians and Azerbaijanis Remember Suffering". Azadlıq Radiosu. 9 mart 1998. 15 fevral 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2021.
  28. de Vaal, Tomas. Black garden: Armenia and Azerbaijan through peace and war. ABC-CLIO. 2004. 62–63. ISBN 0-8147-1945-7. İstifadə tarixi: 15 fevral 2021.
  29. Qasımov, Zaur. Historical Dictionary of Azerbaijan (ingilis). Rowman & Littlefield Publishers. December 20, 2017. səh. 64. ISBN 9781538110423. ...novel Gugark on the pogroms on the Azerbaijani population in the Armenian town of Gugark.
  30. Məmmədov, Mikayıl. "The Stone Dreams scandal: the Nagorny Karabakh conflict and Armenian-Azerbaijani relations in contemporary literature". Caucasus Survey (ingilis). 2 (1–2). 2014: 50. doi:10.1080/23761199.2014.11417300. 2021-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-08-03.