Qurgen Dalibaltayan
Qurgen Dalibaltayan | |
---|---|
erm. Գուրգեն Հարությունի Դալիբալթայան | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 iyun 1926[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 1 sentyabr 2015[2] (89 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Sovet Ordusu[2], Ermənistan Quru Qoşunları[2] |
Xidmət illəri | 1947-ci ildən |
Rütbəsi | general-polkovnik[2] |
Döyüşlər | |
Təltifləri |
|
Qurgen Harutyun oğlu Dalibaltayan (5 iyun 1926[1][2], Böyük Swift[d][1][2] – 1 sentyabr 2015[2], İrəvan[2]) — erməni əsilli SSRİ və Ermənistan hərbiçisi, Ermənistan ordusunun yaradıcılarından biri, "qəhramanı", Qarabağ müharibəsində Azərbaycana qarşı hərbi əməliyyatların aktiv iştirakçısı, Ermənistan silahlı qüvvələrinin general-polkovniki.
Həyatı
[redaktə | mənbəni redaktə et]Bu soyad "Dəlibaltayan", azərbaycanlılardan oğurladıqları yüzlərlə soyadlardan biridir. Bu soyadın mənbəyi ermənilərin türkləri qətlə yetirdikləri Türkiyənin Qars vilayətində günahsız insanları işgəncə ilə, qadın, uşaq, qoca demədən işgəncə verib, balta ilə doğrayan bir nəslin nümayəndələrinə verilən "dəli baltalar" ləqəbindən götürülüb.
Müsahibələrinin birində baba qardaşının Göycə mahalında, Andranik Ozanyanın dəstəsində Şişqaya, Zod və digər kəndlərdə günahsız azərbaycanlıları qətlə yetirən dəstənin baş bilənlərindən olduğu ilə fəxr edən Dalibaltayan daim bu fikirləri erməni millətinə təlqin etmişdir. O zaman, Göycə mahalında 150 kənddən 30-u yerlə-yeksan edilmiş, sonrakı geriyə dönmək məqamında da həmin kəndlərdə yaşayan olmamışdı, yəni, əhali qalmamış, eləcə də Basarkeçər və Çəmbərək bölgəsinin 60-dan artıq kəndinin əhalisi amansız zülmün, xüsusilə də, terror əməliyyatının qurbanı olmuşdur.
Məhz bu terrorçuların davamçısı, onların əməllərini özünə soyad götürüb, daşıyıçısı olan Qurqen Harutyun oğlu Dalibaltayan SSRİ-də yüksək hərbi vəzifələrdə xidmət etmiş, XX əsrin 90-cı illərdə Ermənistana gələrək babasının etdiyi eyni hərəkətləri Şuşada etmişdir. Bunun nəticəsində Şuşada 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
Vəfatından sonra Ermənistan ictimayəti həmin cəlladı xalqın qəhrəmanı, igid oğlu, xilaskarı kimi dəfn edir. Bu dəfə erməlilər üçün balta igidlik rəmzinə çevriləcək.
1926-cı ildə Gürcüstanın Ninoçminda rayonunda anadan olmuş Dalibaltayan SSRİ ordusunda yüksək vəzifələr tutub. 1991–1993-cü illərdə Ermənistan ordusunun baş qəraragh rəisi və müdafiə nazirinin 1-ci müavini olan Dalibaltayan 1992-ci ildə Şuşanın alınması ilə nəticələnən "dağlarda toy" əməliyyatının planını cızanlardan biridir[3].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Ով ով է. հայեր (erm.). / red. Հ. Այվազյան Երևան: Հայկական հանրագիտարան հրատարակչություն, 2005. C. 1.
- ↑ http://rst.az/?p=18832[ölü keçid]
- 5 iyunda doğulanlar
- 1926-cı ildə doğulanlar
- 1 sentyabrda vəfat edənlər
- 2015-ci ildə vəfat edənlər
- 89 yaşında vəfat edənlər
- İrəvanda vəfat edənlər
- Yerablurda dəfn olunanlar
- M. V. Frunze adına Hərbi Akademiyanın məzunları
- "Qırmızı bayraq" ordeni ilə təltif edilənlər
- "Qırmızı ulduz" ordeni ilə təltif edilənlər
- III dərəcəli "SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə" ordeni kavalerləri
- "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilənlər
- "Əmək igidliyinə görə" medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 50 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "SSRİ Silahlı Qüvvələri veteranı" medalı ilə təltif edilənlər
- "Döyüş əməkdaşlığını möhkəmləndirməyə görə" medalı ilə təltif edilənlər
- "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Sovet İttifaqının "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər
- SSRİ-nin 1-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər
- SSRİ-nin 2-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər
- 1-ci dərəcəli "Hərb xaçı" ordeni kavalerləri (Qarabağ)
- Ermənistanın Milli Qəhrəmanları
- "Hərb xaçı" ordeni kavalerləri (Ermənistan)
- 1-ci dərəcəli "Hərb xaçı" ordeni kavalerləri (Ermənistan)
- "Vətən qarşısında xidmətlərinə görə" medalı ilə təltif edilənlər (Ermənistan)
- "Marşal Baqramyan" medalı ilə təltif edilənlər
- Ermənistanın "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Ermənistan hərbçiləri
- Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları