Raspberry Pi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Raspberry Pi
Raspberry Pi 3 Model B
TipiBir-lövhəli kompüter
Buraxılış tarixi29 fevral 2016
Satış qiymətiUS$35
Əməliyyat sistemiRaspbian
Ubuntu MATE
Kali Linux
Snappy Ubuntu Core
Windows 10 IoT Core[1]
RISC OS
Debian
Arch Linux ARM
Mərkəzi prosessor1.2 GHz 64/32-bit dörd-nüvəli ARM Cortex-A53
RAM yaddaşı1 GB LPDDR2 RAM 900 MHz[2]
Daimi yaddaşMicroSDHC slot
QrafikaBroadcom VideoCore IV
Qidalanma800 mA (4.0 W)
Saytraspberrypi.org
Raspberry Pi 5

Raspberry Pi (Razberi pi) — Öncədən, inkişaf etməkdə olan ölkələrdə ibtidai informatika və kompüter biliklərini tədris etmək məqsədiylə yaradılan, kredit kartı ölçülərində olan və ucuz  başa gələn, Raspberry Pi Foundation[3][4] tərəfindən yaradılan,  sonradan isə çox geniş yayılmış və bir çox tətbiq sahələri tapmış bir-lövhəli kompüterdi. Üç il ərzində, ümumilikdə 4,5 miliyon Raspberry Pi[5] satılmışdır.

2011-ci ilin mayında USB fləş kart ölçülərində[6][7]  olan Raspberry Pi-nin ilk konseptini Devid Breben təqdim etmişdir. 

2011-ci ilin iyul ayının sonunda avadanlığın alfa - versiyası üzrə işlər bitirilərək istehsala göndəilir. 12 avqusta artıq Raspberry Pi Foundation avadanlıqların ilk hazır partiyasını alır. Alfa - versiyasında olan bəzi test funksiyalar və bahalı detallar avadanlığın final versiyasından cıxarılmışdır. Həmçinin avadanlığın son versiyası 20% daha kiçik və altı qat əvəzinə, dörd qatdan ibarətdir[8][9].

10 yanvar 2012-ci ildə şirkət 10 min lövhədən ibarət  «B»[10] modelinin istehsalına başladığını elan etdi.

29 fevral 2012-ci il «B»[11] model lövhələrinin satışına başlanılır.

16 iyul 2012-ci il layihənin yaradıcıları Raspberry Pi «B» modelinin sifarişlərinə qoyulan məhdudiyyətlərin yığışdırıldığını bildirdi.

14 dekabr 2012-ci il Raspberry Pi «A» modelinin istehsalına başlanılır.

14 iyul 2014-cü il layihənin yaradıcıları lövhənin üçüncü versiyası olan Raspberry Pi «B+» modelini buraxırlar.

2 fevral 2015-ci il layihənin yaradıcıları lövhənin dördüncü versiyası olan Raspberry Pi «2B» modelini buraxırlar.

26 noyabr 2015-ci il layihənin yaradıcıları yeni Raspberry Pi Zero mikrokompyuteri buraxdılar. Əsas fərq- qiyməti 5 dollar və montaj edilməmiş GPİO (ümumi təyinatlı giriş-çıxış) konnektoru[12].

29 fevral 2016-cı il Raspberry Pi 3 modelinin buraxılışı. Yeni 64-bitlik prosessor, WiFi və Bluetooth modulu.

Göstərilən növlərdə istehsal olunur:

Növ Buraxılış tarixi Prosessor Tezlik Nüvə OYQ GPIO USB Ethernet WiFi Bluetooth Qiyməti
A fevral 2013 ARM1176JZ-F[13] 700 MHz 1 256 Mb 26 pin 1 port $20
A+ noyabr 2014 ARM1176JZ-F 700 MHz 1 256 Mb 40 pin 1 port $25
B aprel 2012 ARM1176JZ-F 700 MHz 1 512 Mb 26 pin 2 port var $35
B+ iyun 2014 ARM1176JZ-F 700 MHz 1 512 Mb 40 pin 4 port var $30
2B fevral 2015 ARM Cortex-A7 900 MHz 4 1 Gb 40 pin 4 port var $35
Zero noyabr 2015 ARM1176JZ-F 1 GHz 1 512 Mb 40 pin 1 port[14] $5[12]
3B fevral 2016 ARM Cortex-A53 x64 1,2 GHz 4 1 Gb 40 pin 4 port var 802.11n 4.1 $35

Xarici görünüş

[redaktə | mənbəni redaktə et]

Mikrokompyuter kredit kartı ölçülərində, tamamilə istifadəyə hazır şəkildə, 4 qatdan ibarət elektronik lövhədir. Standart komplektasiya yalnız mikrokompyuter lövhəsindən ibarətdir, lövhə qutusunu, qida blokunu, fleş kartı əlavə sifarişlə almalısız.

Ümumi təyunatlı giriş-çıxış (GPIO) konnektoru

[redaktə | mənbəni redaktə et]

Raspberry Pi 1 Model A+ və B+, Pi 2 Model B, Pi 3 Model B və Pi Zero üzərində GPIO J8 40-pinlik konnektor vardır.[15][16] Models A və B ancaq ilk 26 pindən ibarət GPIO konnektoruna malikdir.[17][18][19]

GPIO# 2-ci funk. Pin# Pin# 2-ci funk. GPIO#
+3.3 V 1 2 +5 V
2 SDA1 (I²C) 3 4 +5 V
3 SCL1 (I²C) 5 6 GND
4 GCLK 7 8 TXD0 (UART) 14
GND 9 10 RXD0 (UART) 15
17 GEN0 11 12 GEN1 18
27 GEN2 13 14 GND
22 GEN3 15 16 GEN4 23
+3.3 V 17 18 GEN5 24
10 MOSI (SPI) 19 20 GND
9 MISO (SPI) 21 22 GEN6 25
11 SCLK (SPI) 23 24 CE0_N (SPI) 8
GND 25 26 CE1_N (SPI) 7
(Pi 1 Model A və B-də bura qədər)
EEPROM ID_SD 27 28 ID_SC EEPROM
5 N/A 29 30 GND
6 N/A 31 32 12
13 N/A 33 34 GND
19 N/A 35 36 N/A 16
26 N/A 37 38 Rəqəmsal Giriş 20
GND 39 40 Rəqəmsal Çıxış 21

Model B -nin ikinci reviziya lövhələri əlavə 8 pindən ibarət konnektora (sxem üzərində P6, lövhə üzərində isə P5 adlanır) malikdir hansı ki, əlavə olaraq 4 GPIO konnektor portundan istifadəyə imkan verir.[20]

GPIO# 2-ci funk. Pin# Pin# 2-ci funk. GPIO#
N/A +5 V 1 2 +3.3 V N/A
GPIO28 GPIO_GEN7 3 4 GPIO_GEN8 GPIO29
GPIO30 GPIO_GEN9 5 6 GPIO_GEN10 GPIO31
N/A GND 7 8 GND N/A

Texniki təfərrüatlar

[redaktə | mənbəni redaktə et]

Raspberry Pi bir neçə növdə buraxılır: model «A», model «B», model «B+», model «2B» və model «3B». İlk üç model «package-on-packageruen» texnologiyasıyla bir çip üzərində yerləşdirilmiş 700 MHz surətli ARM11 tipli Broadcom BCM2835[21] prosessoru və 256MB/512MB yaddaş ilə təmin olunub. «2B» modeli 1 GHz sürətli 4 nüvəli Cortex-A7 prosessoru və 1GB operativ yaddaş ilə təmin olunub. «A» modelində bir, «B» modelində iki , «B+» və «2B» modellərində isə — dörd ədəd USB 2.0portu var. Həmçinin «B», «B+» и «2B» modellərində Ethernet portuda vardır. Əsas nüvədən əlavə, BCM2835 çipinin daxilində həmçinin OpenGL ES 2.0, FullHD videonu dəstəkləyən avadanlıq surətləndiricili (hardware accelerate) qrafik nüvə və DSP (rəqəmsal siqnal prosessoru) [3][8][9] vardır. Bundan başqa avadanlıqda real zaman modulu yoxdur[22].

Video siqnalın ötürülməsi üçün kompozit RCA konnektorundan və ya rəqəmsal HDMI - interfeysindən istifadə etmək olar. «B+» və «2B» modellərində cıxış 3,5 mm audiocıxış konnektoru üzərindəndi. Fayl sistemi, Kernel image və istifadəçi faylları SD, MMC, microSD (yalnız «B+» modelində) və ya SDIOruen.[9] tipli yaddaş kartında saxlanılır.

Raspberry Pi-nin əsas üstünlüklərindən biri də, üzərində GPIO (general purpose input/output) konnektorunun olmasıdı. Bunun sayəsində «moruqlu» mikrokompyuterlə ona qoşulu olan digər avadanlıqları idarə etmək olar. Avadanlığın «B» model versiyasında 26 - pinlik, «B+» və «2 B» modellərində isə — 40-pinlik GPIO konnektoru dayanır.

Proqram təminatı

[redaktə | mənbəni redaktə et]

Raspberry Pi əsasən Linux nüvəsi üzərində qurulmuş əməliyyat sistemləri üzərində işləyir. Həmçinin Windows 10 IOT ƏS-nin quraşdırılması mümkündür.[23] Bundan əlavə Raspberry Pi-ni Windows 10 IOT lisenziyasıyla 50$ almaqda olar.[24] Əməliyyat sistemlərinin quraşdırılması NOOBS vasitəsilə həyata keçirilir.

Əməliyyat sistemləri[25]

[redaktə | mənbəni redaktə et]

Rəsmi dəstəylənən əməliyyat sistemləri:

  • Raspbian Raspberry Pi ilə ilk tanışlıq üçün tövsiyə edilir.
  • Pidora — Raspberry Pi üçün Fedora 
  • OpenELEC  Kodi mediapleyeri əsasında və Linux uzərindən.
  • OSMC (Open Source Media Center layihəsi — əvvəllər Raspbmc) Kodi Media Center[26] mediyapleyeri əsasında və Debian GNU/Linux[26] uzərindən.
  • RISC OS — RISC-prosessorlar üçün «doğma» sayılan ƏS (ARM prosessorları eyni prosessorlar ailəsinə aiddirlər)
  • Raspberry Pi "2B" üçün Windows 10 dəstəyi[27][28]

Əməliyyat sistemlərinin quraşdırılması üçün NOOBS vasitəsindən istifadə edilir. Həmçinin əməliyyat sistemlərinin üzlərini yükləyərək SD-karta yazaraq istifadə etməkdə olar.

Digər əməliyyat sistemləri

[redaktə | mənbəni redaktə et]
  • A2
  • FreeBSD
  • OpenWrt
  • Kali Linux
  • Archlinux ARM
  • Raspbian Server Edition
  • RISC OS
  • RasPBX[29]
  • IPFire
  • Raspberry Pi Thin Client (Tin klient)
  • Parrot Security OS
  • WTware Raspberry Pi[30] 

Yaradılmaqdadır

[redaktə | mənbəni redaktə et]
  • 27 oktyabr 2011 -ci il Raspberry Pi ARM TechCon 2011[31] -da keçirilən «Hardware Design» nominasiyasının qalibi olmuşdur.
  1. "Windows 10 for IoT". Raspberry Pi Foundation. 30 April 2015. 6 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 November 2016.
  2. "Raspberry Pi 3 is out now! Specs, Benchmarks & More". The MagPi Magazine. 1 April 2016. 28 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 November 2016.
  3. 1 2 About us Arxivləşdirilib 2011-11-01 at the Wayback Machine (англ.
  4. Naughton, John.
  5. "Raspberry Pi 2 arrives with quad-core CPU, 1GB RAM, same $35 price". 2022-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-20.
  6. Компьютер Raspberry Pi размером с брелок за 25 долларов Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (рус.
  7. Raspberry Pi: Elite writer David Braben's £15 computer Arxivləşdirilib 2011-10-19 at the Wayback Machine (англ.
  8. 1 2 Alpha boards in manufacture Arxivləşdirilib 2011-10-18 at the Wayback Machine (англ.
  9. 1 2 3 The alpha boards are here! Arxivləşdirilib 2012-02-29 at the Wayback Machine 
  10. Two things you thought you weren’t going to get: a manufacturing date and an SoC datasheet Arxivləşdirilib 2014-03-31 at the Wayback Machine (англ.
  11. Сообщение о поступлении в продажу 29 февраля 2012 года Arxivləşdirilib 2012-02-29 at the Wayback Machine (рус.
  12. 1 2 Raspberry Pi Zero - Raspberry Pi Arxivləşdirilib 2016-12-29 at the Wayback Machine (en-GB).
  13. "Процессор ARM1176". 2016-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-20.
  14. miniUSB OTG
  15. "Arxivlənmiş surət" (PDF). 2016-01-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-12-04.
  16. "Arxivlənmiş surət" (PDF). 2017-02-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-12-04.
  17. "Arxivlənmiş surət" (PDF). 2014-08-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-12-04.
  18. "Arxivlənmiş surət" (PDF). 2014-08-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-12-04.
  19. "Arxivlənmiş surət" (PDF). 2014-08-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-12-04.
  20. "Arxivlənmiş surət" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-12-04.
  21. Demo – Raspberry Pi running Quake 3 Arxivləşdirilib 2011-10-18 at the Wayback Machine (англ.
  22. FAQs Arxivləşdirilib 2013-07-12 at the Wayback Machine (англ.
  23. Develop Windows 10 IoT apps on Raspberry Pi 3 and Arduino - Windows IoT Arxivləşdirilib 2022-06-01 at the Wayback Machine. developer.microsoft.com. Yoxlanılıb 12 iyun 2016.
  24. "Buy Raspberry Pi 3 Board and 16GB, 10class, with NOOBS Review — Microsoft Store". 2017-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-20.
  25. "Downloads | Raspberry Pi". 2014-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-20.
  26. 1 2 OSMC Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine.
  27. Eben Upton.
  28. Raspberry Pi - Teach, Learn, and Make with Raspberry Pi Arxivləşdirilib 2011-05-06 at the Wayback Machine (en-GB).
  29. Asterisk for Raspberry Pi Arxivləşdirilib 2015-05-09 at the Wayback Machine. Asterisk for Raspberry Pi.
  30. Raspberry Pi 2 və Pi 3 üçün WTware Arxivləşdirilib 2015-12-03 at the Wayback Machine. http://www.winterminal.com/ru/.
  31. We won an award!