Sədrəddin Ayni

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sədrəddin Ayni
tac. Садриддин Айнӣ
Doğum tarixi 15 (27) aprel 1878[1]
Doğum yeri
Vəfat tarixi 15 iyul 1954(1954-07-15)[2][1][…] (76 yaşında)
Vəfat yeri
Fəaliyyəti şair, jurnalist, tarixçi, yazıçı, müəllim, leksiqraf, ədəbiyyat tənqidçisi, siyasətçi, nasir
Əsərlərinin dili Tacik dili, Özbək dili[3]
Janr roman
Üzvlüyü
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Böyük xidmətlərə görə" ordeni
Tacikistan Qəhrəmanı "Stalin" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sədrəddin Ayni (tac. Садриддин Айнӣ; əsl adı Sədrəddin Səid-Murodzoda; 18781954) — tacik sovet yazıçısı, ictimai xadimi və alimi. İkinci dərəcəli Stalin mükafatı laureatı (1950).

Sədrəddin Səid-Murodzoda (Sədrəddin Ayni) 1878-ci il aprel ayının 15-də (bəzi mənbələrdə 27-də) Özbəkistanın Buxara vilayətinin Soktare kəndində anadan olmuşdur. İlk təhsilini Buxara mədrəsələrində almışdır. Tacik sovet ədəbiyyatının banisi və tacik ədəbiyyatının yaradıcılarından biridir.

İlk əsəri “Qardaşımın ölümünə” elegiyası əmir hakimiyyətinin devrilməsinə çağırış kimi səslənmişdir. Böyük Oktyabr Sosialist İnqilabını sevinclə qarşılayan Ayni cədidizmdən uzaqlaşaraq, 1920-ci il Buxara xalq inqilabında iştirak etmişdir. 1920-ci ildə yazdığı “Buxara cəlladları” ilk nəsr əsəri, “Odina” povesti, “Doxunda” və “Qullar” romanlarından ibarət trilogiyası tacik xalqının inqilabdan əvvəlki ağır həyatının və sovet hakimiyyəti uğrunda mübarizəsinin epik salnaməsidir. Böyük Vətən müharibəsi illərində faşizm əleyhinə kəskin publisist məqalələr və tarixi-bədii oçerklər yazmışdır. 1948-ci ildən ömrünün sonunadək 4 cildlik “Xatirələr” avtobioqrafik əsəri üzərində işləmişdir. Orta Asiya xalqlarının tarix və ədəbiyyatına dair elmi oçerk və monaqrafiyalar yazmışdır.

Əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir. 1951-ci ildə Tacikistan SSR EA-nın ilk prezidenti seçilmişdir. Tacikistan SSR-in “Əməkdar elm xadimi” fəxri adını almış, Özbəkistan SSR EA-nın fəxri üzvü seçilmişdir. Üç dəfə “Lenin” və iki dəfə “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif edilmişdir. 1951-ci ildə SSRİ Dövlət mükafatı laureatı olmuşdur. 1954-cü il iyul ayının 15-də Düşənbə şəhərində vəfat etmişdir.[4]

  1. 1 2 3 Roux P. d. Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays (fr.). 2 Éditions Robert Laffont, 1994. Vol. 1. P. 29. ISBN 978-2-221-06888-5
  2. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. https://old.bigenc.ru/literature/text/1805487.
  4. Ayni, Eyni (Sədrəddin Səidmuradzadə) //Azərbaycan sovet ensiklopediyası:10 cilddə.- Bakı, 1976.- C.II.- S.196.