Starıy Krım
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Starıy Krım' — Keçmiş zamanlarda qədim Kafa şəhərinə yaxın Çürük Su çayı üstündə məşhur moğal-türk şəhəri Kırım Kirman (yəni Kırım qalası) yerləşirdi. Indiki Kırım ölkəsinin adının da vaxtilə bu məntəqənin adından yarandığı söylənilir. Övliya Çələbi də "eski taxt mərkəzi" Əski Kırım şəhərinin lap əvvəlki adının Kırım Kirman olduğunu yazır. Kırımın tam istilasından sonra 1784-cü ildə Əski Kırım şəhərinin də adı rus dilinə tərcümə olunaraq Starıy Kırım adlanmışdır.1. Şəhərin mərkəzində mərmərdən məscdi və digər ictimai binalar, xüsusən məktəb səyyahların heyrətinə səbəb olurdu. Övliya Çələbi də həmin heyrətlə bu şəhərə sığışan, lakin hər hansı bir vilayətə, ölkəyə süs verə biləcək zəngin imarətləri — əsərləri, abidələri sadaladıqca insan bunların indi xarabalıqlar yox, mədəni və ehtişamlı şəhərlər olduğunu güman edir. Odur ki, səyyah dərhal təəssüratlarını təbiilik, həqiqilik qiyafəsinə salaraq yazır: əgər məndən yazdığım bu qədər əsər və binaları bəs nerədən bulub yaza bildin?-deyə sorsalar, "hələ də burada yüz minlərlə əsər – bina, qübbələr durmaqdadır. Kırım şəhərinin qapısının iç üzündə Mengli Gəray xan camisinin yanında bulunan yüksək mərmər sütun üzərində Kırımın bütün imarətləri, vəqf edilmiş əsərlərin və sahiblərinin isimlərini də yazmışlar,-deyərək cavab verərəm.2."Vaxtilə Əski Kırımda möhtəşəm Özbək xan məscidi (XIV), Baybars məscidi (XIII), Ətirli məscid (XIV), Kurşun caminin bu gün xarabalıqları belə insanı heyrətə salmaqdadır. İstilalar nəticəsində dağıdılmış şəhərin fəlakətini böyük rus tarixçisi Karamzin "allahın bəlasına tuş oldu,"-deyə xəbər verir. Böyük tarixçi hər halda xalq rəvayətlərindən bolluca bəhrələnərək: Kırım əhalisi həm varlı, həm də xəsis idilər; kasıba əl tutmazdılar. Günahlarının çoxluğunun qorxusundan belə gözəl məscid tikdirmişdilər. İndiki Starıy Kırım məntəqəsi həmin qədim və zəngin şəhərin yoxsul qalıqlarıdır.3. Övliya Çələbi isə elə övliya zəndi ilə bütün bunların səbəbini qəzavü-qədərə, "etdiklərinin cəzasını bir gün görəcəksən"- ibrətinə bağlayır: əvvəlcə xalqı son dərəcə zəngin tüccarlar olmuş, mallarının zəkatını verməz, güclü olanları həccə getməz, yoxsullara və düşkünlərə yardım etməz, müsafir sevməz, alim-salih və qəriblərdən üz çevirmiş kimsələr olmuşlar. Allahın hikmətimdəndir ki, bir soyuq gecə zəif yoxsul bir dərviş qışın qiyamətində ac-yalavac varlı evlərin pəncərələri qabağında titrəyir, allah rizasına yardım istəyir, lakin onun üzünə kimsə baxmayır, yalvarışlarına kimsə etina etməyir, qapıdan-qapıya qovurlar. Dərviş dünya görmüşdü, odur ki, darvaza qabağında atılıb qalmış süpürgəni əlinə alib küçələri süpürməyə başlayır. Kırım Kirmanın küçələrini süpürə-süpürə sabaha çıxır, donub ölməkdən canını qurtarır. Qərib dərvişin ah-nalə ilə açdığı sabah şəhər xalqına düşmür. Sanki o gündən şəhər əhalisi sanki qarğışa düşür; var-dövlətlərinə süpürgə çəkilir. Işlər günü-gündən tənəzzülə uğrayır, adamlar müflis olub bu lənətlənmiş şəhərdən çıxıb qaçırlar… Övliya Çələbi "əgər yıxıq evlərin, abidələrin tarixini yazsam bir kitab olar… Quşlara və heyvanlara yuva olmuş xarab bir şəhərdir," desə də, amma yenə də Övliya səyyah şirin nağıllardan yan keçə bilmir: deyirlər, bir varlı tacir cami tikdirmək istəyirmiş. Bu zaman şəhərə Xütən, Çin və Maçin müşk-ənbərini gətirən tacirdən onun bütün dəvə karvanı olan ətir yükünü alıb tikilinin palçığına su əvəzinə töküb. Caminin adı da buradan yaranmışdı: Ənbəri-Çin camisi. Indi Əski Kırımın Kafa qapısının dibində viran bir haldadır. Nə vaxt yağış yağır, ətir qoxusu hər yanı tutur. Maraq üçün özüm bir parça götürüb oda tutdum. Həqiqətən ətir qoxumağa başladı. Övliya Ata xaraba şəhərin ziyarətgahlarına — əbədi şöhrət soraqlı yadigarlara, salamat qalan xatirələrə üz tutur: Kamal Ata Sultan, Aləmdar Sultan, Pəncəli Baba Sultan kimi övliyalar burada yatmaqdadır. Bunların sırasında Əski Kirimin viran olmasına səbəb olan "Dərviş xarabı" məzarı da var ki, xalq onu ziyarət etməyib, lənət deyib keçərlər. Övliya Ata isə: "Allah hamısına rəhmət eləsin," deyə şəhərdən ayrılır.
Mənbə
[redaktə | mənbəni redaktə et]Minaxanım Təkləli. Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar. Bakı, Nurlar, 2009, səh.95–97