The Economist
Bu səhifədə iş davam etməkdədir. |
The Economist | |
---|---|
Növ | Həftəlik iqtisadi-siyasi jurnal |
Təsisçi | Ceyms Vilson |
Baş redaktor | Con Mikltueyt |
Yaranma tarixi | Sentyabr 1843 |
Dil | ingilis dili |
Baş ofis | |
Ünvan | Sent Ceyms küçəsi, 25 London |
Ölkə | |
Tiraj | 1 300 000 |
ISSN | 0013-0613, 1476-8860 |
economist.com | |
Vikianbarda əlaqəli mediafayllar |
The Economist (İqtisadçı) — həftəlik siyasi-iqtisadi jurnal. 1843-cü ildən Britaniyada nəşr olunur. Dünyada ən çox oxunan həftəlik ingilisdilli dərgilərdən biridir[1].
1843-cü ilin sentyabrından Böyük Britaniyada nəşr olunur. 2012-ci ildə tirajı 1.600.000 nüsxəni ötdü, bunun yarısından çoxu Şimali Amerikada satıldı. Qlobal yönümlü olduğuna görə The Economist yalnız İngilis nəşri hesab edilmir.
Jurnalın əsas mövzuları siyasi hadisələr, beynəlxalq əlaqələr, maliyyə, iqtisadiyyat və biznes xəbərləri, eləcə də elm və mədəniyyətdir. Jurnalın redaktorları klassik liberalizmin mövqelərinə sadiqdirlər.
1928-ci ildən bəri şirkətin səhmlərinin yarısı "Financial Times" qəzetinə məxsusdur, digər yarısı isə müstəqil investorların əlindədir, onların çoxu şirkət işçiləri və jurnalın müxbirləridir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2012-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-02.
Jurnal haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |