Ukrayna
Ukrayna | |||||
---|---|---|---|---|---|
Україна Ukrayina | |||||
| |||||
Himn: "Ще не вмерли Україна ні Слава ні Воля" "Ukrayna Dövlət Himni" |
|||||
Tarixi | |||||
• Kiyev Rus dövləti | 882 | ||||
• Galiçya-Volhinya Krallığı | 1199 | ||||
• Kazak Hetmanlığı | 17 Auqust 1649 | ||||
• Ukrayna Xalq Respublikası | 7 Noyabr 1917 | ||||
• Ukrayna Sovet Sosialist Respublikası | 10 Mart 1919 | ||||
• Ukrayna | 24 Auqust 1991 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Kiyev | ||||
İdarəetmə forması | Prezident respublikası | ||||
Prezident | Volodimir Zelenski | ||||
Baş nazir | Denis Şmıqal | ||||
Sahəsi | Dünyada 45-ci | ||||
• Ümumi | 603500 km² | ||||
• Su sahəsi (%) | 7 | ||||
• Əhali |
|
||||
• Sıxlıq | 73,8 nəf./km² (115-ci) | ||||
• Ümumi | 199.765.856.765 $[2], 160.502.739.236 $[2] | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2013) | 337,360 milyard dollar (40-cı) | ||||
• Adambaşına | 7.422 dollar (107-ci) | ||||
Valyuta | Qrivna | ||||
İnternet domeni | .ua[3] | ||||
ISO kodu | UA | ||||
BOK kodu | UKR | ||||
Telefon kodu | +380 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Ukrayna (ukr. Україна [ukrɑˈjinɑ]) — Şərqi Avropada dövlət. Parlament-prezident respublikasıdır. Şimaldan Belarus, qərbdən Polşa, Macarıstan, Slovakiya, Moldova və şərqdən Rusiyayla həmsərhəddir. Cənubdan Qara dənizə çıxır.
Əhali
[redaktə | mənbəni redaktə et]2010-cu il oktyabrın 1-də Ukraynanın əhalisi 45 822 214 nəfər idi.
Ondan şəhər əhalisi — 31 444 122 nəfər və ya 68,6%, kənd əhalisi — 14 378 092 nəfər və ya 31,4% təşkil edir.
1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən Ukrayna əhalisi 45539.1 min nəfərdir.[4]
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Ukraynada idman sürətlə inkişaf edir, ən inkişaf etmiş növlərindən biri də futboldur. Milli komanda 2006-cı il dünya çempionatında dörddə bir finala qədər irəliləməyi bacarıb. Klub futbolu da heç də zəif deyil, Donetsk şəhərinin Şaxtyor Donetsk klubu 2009-cu il UEFA Kubokunun qalibidir. Ukrayna futbolunun dünyaya bəxş etdiyi ən böyük ulduz Andrey Şevçenkodur. Avropanın tanınmış klublarında oynamış Şevçenko bir çox titulların sahibidir. Hazırda Ukrayna milli komandasının baş məşqçisidir.
2004-cü il Avroviziya mahnı müsabiqəsində Ukraynanı "Wild Dances" mahnısı ilə Ruslana təmsil etmiş və 280 xalla qalib olmuşdu.
XVIII əsrin sonlarında İvan Kotlyarevskinin "Eneida" poeması Ukrayna ədəbi dilinin və ədəbiyyatının başlanğıcı hesab olunur. XIX əsrin ortalarında parlayan Taras Şevçenko yaradıcılığı ilə Ukrayna ədəbiyyatında böyük bir mərhələ oldu və poeziya ilə bərabər nəsr və dramaturgiyanın da inkişafına təkan verdi. XX əsrin əvvəllərində Ukrayna ədəbiyyatı Avropa modernizminin təsirinə məruz qalır. Bu dövrün parlaq nümayəndəsi Lesya Ukrainka yaradıcılığa dünya ədəbiyyatının obrazlarını gətirdi.
Bütövlükdə keçmiş SSRİ-də olduğu kimi, Ukraynada da Oktyabr inqilabından sonra ədəbi proses xüsusi dramatizmi və mürəkkəbliyi ilə yadda qaldı. Sosializm realizmi janrı yazıçıları sərt çərçivəyə salmasına baxmayaraq, Ukrayna yazıçıları bu gün də aktuallığını itirməyən əsərlər yaratdılar. Pavlo Tıçina, Maksim Rılski, Vladimir Sosyura, Aleksandr Dovjenko və Oles Qonçarın əsərləri belələrindəndir.
"Altmışıncılar" kimi tanınan Vasili Stus, Lina Kostenko, Vasili Simonenko, Qriqori Tyutyunnik, Dmitri Pavlıçko, İvan Draç və başqaları yeni yaradıcılıq formaları axtarır, orijinal əsərlər yaradırdılar.
Müasir Ukrayna ədəbiyyatı deyəndə isə ilk növbədə yeni düşüncə nümayəndələri olan Yuri Andruxoviç, Aleksandr İrvanes, Oksana Zabujko, Nikolay Ryabçuk, Sergey Jadan, Vasili Şklyar və başqaları yada düşür.
Maarifçiliyi
[redaktə | mənbəni redaktə et]Bütövlükdə müasir Ukraynanın təhsili Sovet dövründəki təhsildən xeyli fərqlənir. Sovet sistemində bağça, orta məktəb, texnikum və ali məktəb olduğu halda Ukraynada dəyişiklik edilərək, məktəbəqədər təhsil, orta məktəb və ali məktəb olan yeni sistem yaradıldı. Bununla da Ukrayna təhsili Avropa təhsilinə bir qədər də yaxınlaşdı. Təhsilin inkişaf etməsinin əsas səbəblərindən biri özəl məktəblərin yaradılmasıdır. Belə məktəblərin yaradılması ölkənin gələcəyinin güclü bünövrəsi oldu.
Ərazi
[redaktə | mənbəni redaktə et]Ukrayna Qara və Azov dənizlərinin sahilində yerləşir. O, şimal-şərqdə Rusiya, şimalda Belarus, qərbdə Polşa, Slovakiya və Macarıstan, cənub-qərbdə Rumıniya, Moldaviya və tanınmamış Dnestryanı ilə sərhədləri var. Ərazisində Krım Muxtar Respublikası, 24 vilayət və 2 xüsusi statuslu şəhər yerləşir.
Şəhərləri
[redaktə | mənbəni redaktə et]Tarixi
[redaktə | mənbəni redaktə et]Ukrayna adı qədim slavyan dilində "sərhəd ölkəsi" mənasını verir. Paytaxt şəhəri olan Kiyev 9-cu yüzilliyə qədər Xəzər xaqanlığının bir parçası idi. 16-cı əsrin ortalarında Zaparojiya bölgəsində yaşayan bəzi qruplar birlik yaratmışdılar. Özlərinə Kazak adını verən bu döyüşçü insanlar 1648-ci ildə Boqdan Xmelnitskinin rəhbərliyi ilə Polşaya qarşı böyük üsyana qalxdılar və nəticədə Ukrayna dövləti olan Kazak Atamanlığını qurdular. I Dünya Müharibəsindən sonra 1919-cu ildə Ukrayna Sovet Sosialist Respubilikası quruldu. 8 dekabr 1991-ci ildə Belorusiya, Rusiya və Ukrayna SSRİ-nin müstəqil dövlətlərə parçalanması barədə qərar verdilər və bununla da Ukrayna müstəqil dövlət oldu.
Müasir Ukrayna
[redaktə | mənbəni redaktə et]Ukrayna – Mərkəzi-Şərqi Avropada yerləşən aqrar-sənaye ölkəsidir. Sərhədlərinin uzunluğu 7590 kilometr, ərazisi 603,7 min kvadrat kilometr, əhalisi isə 2001-ci il hesablamalarına görə təxminən 50 milyon nəfərdir. Paytaxtı Kiyev şəhəri, dövlət dili ukraynca, milli valyutası qrivnadır. 2014-cü ildə Ukraynaya aid olan Krım Muxtar Respublikası Rusiya Federasiyası tərəfindən anneksiyaya uğrayaraq Rusiyanın tərkib Krım Respublikası çevrilmişdir. Ölkənin cənub-şərqində Rusiya tərəfində dəstəklənən separatçı və qondarma Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası Ukrayna Respublikasına qarşı terror-vətəndaş müharibəsi aparırlar.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Təsərrüfatı mürəkkəb sahə və ərazi quruluşuna malikdir. Yanacaq-energetika kompleksi kömür, yerli neft-qaz və ən çox kənardan aldığı neft-qaz yanacağına əsaslanır. Donbas iri daş kömür rayonudur. Çoxlu istilik elektirik stansiyaları və bir neçə AES-ləri vardır. Çernobıl AES-də baş verən qəza ölkə iqtisadiyyatına çox böyük zərər vurmuşdur. Metallurgiya kompleksi yerli dəmir filizləri və kömür əsasında inkişaf edir. İri mərkəzləri Donbas (kömür hasilatı), Azov sahili (nəqliyyata yaxınlıq) və Dnepryanı (filiz mərkəzi). Maşınqayırma metal tutumlu və əmək tutumlu sahələrlə təmsil olunub. Ağır maşınqayırma Donbasda, Xarkovda, dəqiq maşınqayırma Ukraynanın qərb və cənub mərkəzlərində, şəkər çuğunduru yığan maşınlar Ternopolda, traktorlar Xarkovda, avtomobillər Lvovda, Zaporojyedə, Lutskda yerləşir. Gəmiqayırma Xerson və Nikolayevdədir. Kimya sənayesi inkişaf etmişdir. Güclü yeyinti sənayesinə malikdir, yerli k/t məhsullarını emal edən-unüyütmə, şəkər, bitki yağı, ət-süd və meyvə konservləri və s. istehsal olunur. Bu müəssisələr k/t rayonlarında yerləşirlər. Tikinti materialları sənayesi yüksək səviyyədə inkişaf etdirilir, zəngin xammala əsaslanır.
Kənd təsərrüfatı həm bitkiçilik və həm də heyvandarlıq sahələri yaxşı inkişaf etdirilmişdir. Əkin yerlərinin yarısından çoxunu dənli bitkilər tutur. Buğda əkinləri geniş yayılıb. 2006-cı ildə ölkədə 32 mln ton taxıl istehsal olunmuşdur. Şəkər çuğunduru becərilməsinə və şəkər tozu istehsalına görə dünyada qabaqcıl yerlərdə durur-22 mln. t. şəkər çuğunduru, 2,6 mln.t. şəkər tozu istehsal edir (2006-cı il). Əsas əkinləri meşə-çöl və qismən də çöl zonalarında yerləşir. Heyvandarlıq əsasən südlük-ətlik istiqamətdə və donuzçuluq, quşçuluq, qoyunçuluq və b. inkişaf etdirilir. Zakarpatye və cənub rayonları meyvəçlik və üzümçülük yerləşir. Nəqliyyatın bütün sahələri inkişaf etmişdir. Odessa, Xerson, Mariopul kimi limanları vardır.
Hökuməti
[redaktə | mənbəni redaktə et]Ukrayna unitar parlament-prezident respublikasıdır.
Əsas hakimiyyət orqanları:
- Prezident: Volodimir Zelenski
- Parlamentin spikeri: Andrey Parubiy
- Hökumət: Ukrayna nazirlər kabineti,
- Ali qanunverici orqan: Ukrayna Ali Radası
- 2008-ci ildə Ali Radaya daxil olan partiyalar: Yuliya Timoşenko bloku, Bizim Ukrayna, Reqionlar partiyası, Ukrayna kommunist partiyası, Litvin bloku.
Dövlət tərəfindən təsdiq olunmuş rəsmi bayramlar
[redaktə | mənbəni redaktə et]- 1 yanvar — Yeni il.
- 7 yanvar — İsa peyğəmbərin doğum günü.
- 22 yanvar — Ukrayna günü.
- 16 fevral — Həmrəylik günü.
- 8 mart — Beynəlxalq qadınlar günü.
- 1,2 may — Əmək günü.
- 8 may — Barışıq günü.
- 9 may — İkinci Dünya Müharibəsində qələbə günü.
- 28 iyun — Ukraynanın Konstitusiya günü.
- 24 avqust — Müstəqillik günü.
- 14 oktyabr — Ukraynanın müdafiəsi günü.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Государственный комитет статистики Украины : Численность и состав населения Украины по итогам Всеукраинской переписи населения 2001 года Arxivləşdirilib 2009-04-27 at the Wayback Machine
- State Statistics Committee of Ukraine : The distribution of the population by nationality and mother tongue (2001 census) Arxivləşdirilib 2009-06-18 at the Wayback Machine
- Государственный комитет статистики Украины : Регионы Украины
- Photos of Ukraine Arxivləşdirilib 2010-10-13 at the Wayback Machine. (ing.) (rus.)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 10 // (unspecified title).
- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ https://finance.ua/saving/30-rokiv-nezalezhnosti-ukrainy.
- ↑ Державний комітет статистики України: Демографічна ситуація в Україні у січні 2013 року [ölü keçid]