Valkiriya
Valkiriya (q.skan. valkyrja — "ölüləri seçən") — skandinav mifologiyasında, döyüşdə ölənləri və sağ qalanları seçən qadın. Döyüşdə ölənlərin yarısını seçən[a] valkiriyalar seçdiklərini Odinin ağalıq etdiyi Valhallaya aparır. Ölmüş döyüşçülər orada eynheryarlara (Tək döyüşçülər)[1] çevrilirlər. Eynheryar Raqnarökün hadisələrinə hazırlaşmayanda valkiriyalar onlara bal içkisi verir. Valkiriyalar həmçinin, qəhrəmanlar və digər canlıların sevgililəri kimi təsvir olunurlar. Onlar bəzən şəhanəliyin qızları kimi təsvir olunurlar.
Valkiriyaların adı "Böyük Edda", "Kiçik Edda", "Yer dairəsi" və "Nyal saqası" əsərlərində çəkilir. Onlar skaldların şeiriyyətində, ovsunlarda və müxtəlif run kitabələrində görünürlər.
Bu terminin qədim ingilis dilindəki qarşılığı "wælcyrge" və "wælcyrie" sözləridir, hansı ki, qədim ingilis dilində olan bir neçə əlyazmada görünür. Alimlər bu terminin qədim ingilis dilinə skandinav təsiri ilə daxil olduğunu, yoxsa yerli anqlosaks paqanların ənənəsinin bir inikası olduğunu araşdırıblar. Elmi nəzəriyyələr onu iddia edir ki, valkiriyalar, nornlar və dislər arasında bir əlaqə var. Bunların hamısı taleh ilə bağlı olan fövqəltəbii varlıqlardır. Skandinaviya boyunca aparılmış arxeoloji qazıntılarda üzərində valkiriya təsvirləri olduğu düşünüldüyü tilsimlər aşkar olunmuşdur. Valkiriyalar müasir mədəniyyətdə rəsm, musiqi, komiks, videooyun və şeir kimi əsərlərin mövzusu olublar.
Skandinav mifologiyasında
[redaktə | mənbəni redaktə et]Valkiriyalar skandinav mifologiyasında əllərində qalxan və nizələr saxlayan, zirehli, dəbilqə geymiş qanadlı qadınlar kimi təsvir olunublar.[2] Əfsanəyə görə, onların zirehindəki dəsgaha görə səmada avrora peyda olur.
Valkiriyaların vəzifəsi ölmüş döyüşçüləri Valhallaya aparmaqdır. Əlavə olaraq, valkiriyalar döyüşçülərə Valhallada xidmət edir, onlara bal içkisi gətirirlər.[3] Bəzən onlara döyüşün nəticəsini əvvəlcədən qərarlaşdırmaq hüququ verilir və bəzən onlar sadəcə Odinin əmrlərinə sadiq qalırlar. Valkiriyalar bəzi miflərdə Odinin qızları hesab olunur. Valkiriyalar "Böyük Edda" kitabındakı qəhrəmanlıq mövzusundakı mahnlılarda qalxanqızların xüsusiyyətlərinə sahib olurlar.
Valkiriyaların sayı müxtəlif mənbələrə görə, 13 ilə 19 arasında dəyişir. Ən tanınmış valkiriyalar bunlardır:
- Gel ("Çağıran")
- Geyr ("Nizə")
- Geyrahöd ("Döyüş nizəsi")
- Geyrsköqul ("Kükrək nizə")
- Göndul ("Sehrli çubuq daşıyan")
- Hild ("Döyüş")
- Hertrimul ("Qadın döyüşçü")
- Hledd ("Döyüş səsi")
- Hrist ("Titrəyən")
- Herfetur ("Döyüş qandalı")
- Kara ("Fırtınalı")
- Qondukk ("Dişi canavar")
- Qunn ("Qurbanlıq")
- Mist ("Duman")
- Randqrid ("Qalxan qıran")
- Reginleyv ("Tanrılar qızı")
- Rota ("Qarışıqlıq yayan")
- Svava ("Səs")
- Siqrdriva ("Qələbə çağıran")
- Siqrün ("Qələbə runu")
- Skeqqlöld
- Sköqul ("Kükrək")
- Skuld ("Vəzifə")
- Trima ("Döyüş")
- Trud ("Güc")
Qeydlər
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Orchard (1997:36) and Lindow (2001:104).
- ↑ "Эзотерический справочник" (rus). July 7, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 6, 2019.[ölü keçid]
- ↑ Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Andrén, A.; Jennbert, K.; Raudvere, C. (2006) "Old Norse Religion: Some Problems and Prospects Arxivləşdirilib 2022-07-22 at the Wayback Machine" in Old Norse Religion in Long Term Perspectives: Origins, Changes and Interactions, an International Conference in Lund, Sweden, 3–7 June 2004. Nordic Academic Press. Şablon:ISSBN
- Byock, Jesse (Trans.) (2006). The Prose Edda. Penguin Classics. ISBN 0-14-044755-5
- Davidson, Hilda Roderick Ellis (1988). Myths and Symbols in Pagan Europe: Early Scandinavian and Celtic Religions Arxivləşdirilib 2022-07-22 at the Wayback Machine. Manchester University Press. ISBN 0-7190-2579-6
- Davidson, Hilda Roderick Ellis (1990). Gods and Myths of Northern Europe Arxivləşdirilib 2022-07-22 at the Wayback Machine. Penguin Books. ISBN 0-14-013627-4
- Dobat, Siegfried Andres (2006). "Bridging mythology and belief: Viking Age functional culture as a reflection of the belief in divine intervention Arxivləşdirilib 2021-12-29 at the Wayback Machine" in Andren, A.; Jennbert, K.; Raudvere, C. Old Norse Religion in Long Term Perspectives: Origins, Changes and Interactions, an International Conference in Lund, Sweden, 3–7 June 2004. Nordic Academic Press. ISBN 91-89116-81-X
- Dronke, Ursula (Trans.) (1997). The Poetic Edda: Volume II: Mythological Poems Arxivləşdirilib 2022-07-22 at the Wayback Machine. Oxford University Press. ISBN 0-19-811181-9
- Faulkes, Anthony (Trans.) (1995). Edda. Everyman. ISBN 0-460-87616-3
- Finlay, Alison (2004). Fagrskinna, a Catalogue of the Kings of Norway: A Translation with Introduction and Notes Arxivləşdirilib 2022-05-13 at the Wayback Machine. Brill Publishers. ISBN 90-04-13172-8
- Greenfield, Stanley B.; Calder, Daniel Gillmore; Lapidge, Michael (1996). A New Critical History of Old English Literature Arxivləşdirilib 2022-07-22 at the Wayback Machine. New York University Press. ISBN 0-8147-3088-4
- Grimm, Jacob (1882) translated by James Steven Stallybrass. Teutonic Mythology: Translated from the Fourth Edition with Notes and Appendix by James Stallybrass. Volume I. London: George Bell and Sons.
- Hall, Alaric (2007). Elves in Anglo-Saxon England Arxivləşdirilib 2022-07-22 at the Wayback Machine. Boydell Press. ISBN 1-84383-294-1
- Kennedy, Maev (2013). "Flight of the valkyrie: the Viking figurine that's heading for Britain". Theguardian.com, Monday 4 March 2013. Online: [1] Arxivləşdirilib 2022-06-01 at the Wayback Machine
- Hollander, Lee Milton (1980). Old Norse Poems: The Most Important Nonskaldic Verse Not Included in the Poetic Edda Arxivləşdirilib 2022-07-22 at the Wayback Machine. Forgotten Books. ISBN 1-60506-715-6
- Hollander, Lee Milton (Trans.) (2007). Heimskringla: History of the Kings of Norway Arxivləşdirilib 2017-01-26 at the Wayback Machine. University of Texas Press. ISBN 978-0-292-73061-8
- Finnur Yonsson (1973). Den Norsk-Islandske Skjaldedigtning. Rosenkilde og Bagger. Şablon:Da icon
- Larrington, Carolyne (Trans.) (1999). The Poetic Edda Arxivləşdirilib 2022-07-21 at the Wayback Machine. Oxford World's Classics. ISBN 0-19-283946-2
- Lindow, John (2001). Norse Mythology: A Guide to the Gods, Heroes, Rituals and Beliefs Arxivləşdirilib 2017-01-26 at the Wayback Machine. Oxford University Press. ISBN 0-19-515382-0
- MacLeod, Mindy; Mees, Bernard (2006). Runic Amulets and Magic Objects Arxivləşdirilib 2020-09-19 at the Wayback Machine. Boydell Press. ISBN 1-84383-205-4
- Näsström, Britt-Mari (1999). "Freyja: The Trivalent Goddess Arxivləşdirilib 2022-09-08 at the Wayback Machine" in Sand, Reenberg Erik; Sørensen, Jørgen Podemann (1999). Comparative Studies in History of Religions: Their Aim, Scrope and Validity. Museum Tusculanum Press. ISBN 87-7289-533-0
- North, Richard (1997). Heathen Gods in Old English Literature Arxivləşdirilib 2022-07-22 at the Wayback Machine. Cambridge University Press. ISBN 0-521-55183-8
- Orchard, Andy (1997). Dictionary of Norse Myth and Legend. Cassell. ISBN 0-304-34520-2
- Orel, Vladimir (2003). A Handbook of Germanic Etymology. Brill. ISBN 9004128751
- Simek, Rudolf (2007) translated by Angela Hall. Dictionary of Northern Mythology. D.S. Brewer ISBN 0-85991-513-1
- Wessén, Elias; Sven B.F. Jansson (1953–58). Sveriges runinskrifter: IX. Upplands runinskrifter del 4.[ölü keçid] Stockholm: Kungl. Vitterhets Historie och Antikvitets Akademien. ISSN 0562-8016 (isveç.)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Vikianbarda valkiriyalar ilə əlaqəli mediafayllar var.
- Музей Константина Васильева — автора картины "Валькирия над сражённым воином".